Ardını oxu...
Tibb təhsili alan həkimlər xarici ölkələrdə ixtisasartırmaya üstünlük verirlər.

Xezerxeber.az-ın məlumatına görə, "Sağlamlığa xidmət" ictimai birliyinin sədri Pərvanə Vəliyeva deyir ki, həkimlər özlərini nə qədər inkişaf etdirsələr, təbii ki, bir o qədər faydalıdır.

Xaricdə müxtəlif kurslarda ixtisasartıma keçənlərin əksəriyyəti isə düşünür ki, pasiyentlər təcrübəsi olan, müxtəlif cür kurslardan keçmiş, uzmanlıq adını almış həkimlərə üz tuturlar.

Türkiyə İxtisasartıma ilə bağlı ən çox müraciət edilən ölkələrdən sayılır. Ekpsert bunu bir sıra səbəblərlə əlaqələndirir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) insan resursları departamentinin təlim və karyera planlaması şöbəsinin müdiri Mədinə Kərimli bildirib ki, bu kimi kurslara cəlb edilmiş həkim-mütəxəssislər göstərdikləri xidmətin keyfiyyətinin artırılması ilə daha çox pasiyentə xidmət edirlər. Bununla da əməkhaqqı qaydalarında nəzərdə tutulmuş əlavələrdən yararlana bilirlər.

Həmçinin qeyd olunub ki, ölkədə fəalliyyət göstərən tibb işçiləri beş ildən bir sertifikasiyaya cəlb olunurlar. Sertifikasiya şəhadətnaməsini almış əməkdaşların da tibbi-praktiki fəalliyyətlə məşğul olmasına icazə verilir.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi aşkarlanıb.

Hesablama Palatasından APA-ya verilən xəbərə görə,Gəncə Şəhər Birləşmiş Xəstəxanasında aparılan audit zamanı toplanmış audit sübutları ilə Xəstəxananın tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin Ailə həkimi terapevtləri tərəfindən bəzi hallarda vətəndaşlara öz ixtisaslarına uyğun olmayan dərmanlar təyin edildiyi aşkar edilib.

Narkotik vasitələrin ehtiyatının tibb müəssisələrinin şöbələrində tələbat normalarına əməl edilməyib, Xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmayıb, çağırışçı həkimlər tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyən edilib.
 
Ardını oxu...
Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb.

Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub.

Belə ki, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, həmçinin üzərində etiket məlumatları qeyd olunmayan, kiflənmə əlamətləri müəyyən olunan məhsulların satışının həyata keçirildiyi aşkar edilib.

Həmin məhsullar satışdan kənarlaşdırılıb, sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Bir belə zəhmət çək, zülm çək, xərc çək, apar axırda da tök zibilə. Vallah, yaşayış deyil, bu”, – fermer Zakir Mustafayev belə deyir.

Zakir Mustafayev əkdiyi soğanları sata bilməyən fermerlərdən biridir. Soğan təsərrüfatının geniş yayıldığı Ağcabədinin Ergi deyilən ərazisində tonlarla soğan alıcısına qovuşmadığı üçün xarab olur.

Zakir Mustafayev: “Səmənidi… Alınmayandan sonra neyləməliyik?”

Ergiyə gedən yollarda göyərmiş, çürümüş soğan kisələrinin yolboyu tullandığını görmək olur. Bu kisələrə 30-33 kq arası soğan yığılıb. Fermerlər deyir ki, 33 kq soğan üçün onlara 4 manat təklif olunur. Əgər bu qiymətdən satsalar, zərər edəcəklərini deyirlər.

“Xaricdən çox gəlir, Rusiyadan, cürbəcür yerlərdən gəlir. Öz soğanımıza baxan yoxdur. Alma kimi soğanlardı, di gəl ki, alan yoxdur. Kisəsi 5 manata, 6 manata sata bilmirik”, – Zakir Mustafayevin sözləridir.

Soğan təsərrüfatı ilə məşğul olan Şəmistan Cəfərov deyir ki, soğan təzə çıxdığı vaxt alıcılar onlardan kisə başına maya qiymətindən aşağı pul təklif etdikləri üçün məhsullarını satmayıb, bir qədər gözləmək istəyiblər. Amma zaman keçdikcə soğan çürüyüb, qiymət isə qalxmayıb:

“Pandemiyadan əvvəl satırdıq. Pulumuzu çıxara bilirdik, özümüzə də bir şey qalırdı. Amma pandemiyadan bəri heç zad yoxdur. Tək biz yox ha, buradakı obyektlərin hamısı ziyandadır. Bax məsəl üçün, altının maşınını satan, evini satan var. Çıxış yolu yoxdur. Bu, nə təhər dövlətdir, başım çıxmır”.

Azərbaycanda soğan təsərrüfatında məhsulların daxili bazarda satıla bilmədiyi bir vaxtda Nazirlər Kabineti soğanın xarici bazara çıxarılmasına qadağa qoyub. Baş nazir Əli Əsədov bunu daxili bazarda qiymətləri stabilləşdirmək üçün etdiyini açıqlayıb.

Meydan TV-yə danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib ki, dövlətin bu addımı atmasında səbəb inflyasiyanın qabağını almaqdır. Amma bu qərar fermerləri çarəsiz qoyur.

Ölkədə hər il demək olar ki, 270-280 min ton soğan istehsal edilir.

Ekspert Vahid Məhərrəmli ölkədə daxili tələbatı ödəmək üçün yetərli qədər məhsul olduğu qənaətindədir. Amma bildirir ki, bir çox hallarda soğan idxalına ehtiyac yaranır. Buna səbəb isə soğanın qorunması üçün soyuducuların olmamasıdır. Mütəxəssislər deyirlər ki, əgər dövlət təsərrüfatçıları soyuducu ilə təmin etsə, onlar da məhsulları çürüməsin deyə bütün soğanları eyni vaxtda bazara çıxartmağa məcbur olmazlar. Nəticədə həm onlar zərər etməz, həm də ölkə ilboyu soğan ilə təmin olunar.

“Soyuducumuz olmadığı üçün gücümüz çatmır soyuducuya yığmağa. Hava da isti keçdi, onunla bağlı göyərdi”, – fermer İlqar Cəfərov deyir.

Təsərrüfatçılar deyir ki, istehsal etdikləri məhsulun maya dəyəri də qalxıb.

Əslində kənd təsərrüfatına dövlət dəstəyi çərçivəsində gübrə təminatının da daxil edildiyi əkinçilik üzrə subsidiyaların verilməsinə 2019-cu ildən başlanılıb. 2022-ci il mineral gübrələrin bahalaşmasının mənfi təsirini azaltmaq üçün tərəvəzlər də daxil digər məhsullar üzrə subsidiyanın məbləğinin artırılması barədə qərar qəbul edilib. Belə ki, tərəvəzçilik üzrə subsidiyaların artımı 240 manatdan 260-a qalxıb.

Lakin bu gübrələr məhsulun sadəcə keyfiyyətini artırmaq üçündür, məhsuldarlığı artırmaq üçün olan gübrələri fermerlər öz vəsaitləri ilə almalı olur. Üstəlik dövlətin dəstəyi də bütün soğan əkənlərə şamil edilmir.

“Ammafos gübrəsini alırdıq biz 60-70 manata, amma vaxt var idi, 3-4 il qabaq alırdıq 20 manata. Heç zad da ayrılmır dövlətdən bizə. Hamısını öz cibimizin pulu ilə edirik. Gübrə pay torpağımız varsa, ona verilir. Amma belə əkin əkiriksə, ona verilmir”, -Şəmistan Cəfərov deyir.

Fermerlər şikayətlənir ki, nə əkməmişdən qabaq dövlət rəsmiləri onlarla görüş keçirib, nə də zərərləri ilə bağlı bir qurum onlarla maraqlanıb.

Meydan TV-yə danışan fermerlər növbəti il soğan əkməyəcəklərini deyiblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi isə telefon zənglərini cavablamadığı üçün suallar cavabsız qalıb.


Ardını oxu...
Paytaxtın Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 1 ünvanında yaşayan sakinlər neçə illərdir istilik və qaz problemindən əziyyət çəkirlər. Bu barədə Tribunainfo.az-a məktubunda sakinlərdən biri Rauf Əliyev yazıb. O, qeyd edir ki, adıçəkilən 16 mərtəbəli binada 64 ailə, yəni 300-ə yaxın sakin yaşayır. Bildirilir ki, 90-cı illərin əvvəli tikilən və dövlətin balansında olan binada əvvəldən qaz çəkilişi nəzərdə tutulmayıb. Binada istilik sistemi var, qızdırıcı xətlər, radiatorlar quraşdırılıb, amma mərkəzi istilik sisteminə onillərdir qoşulmur.
Sakinlər şikayət edir ki, qışda mənzillərdə soyuğa dözmək çox çətindir.
Özəl MTK-nın olmayan, dövlətin balansında olan binada istilik sistemi var, qızdırıcı xətlər quraşdırılıb, amma mərkəzi istilik sisteminə illərdir qoşulmur, bina istiliklə təmin olunmur. Bu problem soyuq qış günlərində özünü daha qabarıq şəkildə büruzə verir.
12 ildir bu binanın sakini olan Rauf Əliyev bildirir ki, bu illər ərzində onların aidiyyəti qurumlara edilən bütün çoxsaylı müraciətləri heç bir müsbət nəticə verməyib.
Sakinlərə rəsmi qurumlardan gah deyiblər yeni istilik qazanxanası tikilməsinə vəsait yoxdur, gah da deyiblər binaya qaz çəkə bilmərik, çünki əvvəlcədən nəzərdə tutulmayıb, ya da vəd veriblər ki, problem həll olunacaq, amma həll olunmayıb.
R. Əliyev yazır ki, indiyədək etdikləri rəsmi müraciətlərinin heç bir faydası olmayıb, rəsmilər yalnız söz verməklə kifayətləniblər.
“Bakı İcra Hakimiyyətinə, “Azəriqaz” “Azəristiliktəchizat”-a, Nazirlər Kabinetinə və digər yerlərə çoxsaylı müraciətlər, şikayətlər etsək də, problemimiz telekanallarda işıqlansa da, bizim illərdir çəkdiyimiz bu zülmə bir tədbir görülmür.
Binamız MTK deyil, sovetlər dağılandan sonra tikilib. Evlərimizi qızdırmaq üçün altenativ vasitələrdən istifadə edirik. Məsələn, evi qızdırmaq üçün kondisionerdən, yağla işləyən radiatorlardan, isti su üçün aristondan istifadə edilir ki, bu da bizə çox baha baş gəlir. Elektriklə işləyən kombi lap kəllə-çarxa çıxır -300-400 manat işıq pulu yazır”. O da deyilir ki, bununla belə yenə də mənzilləri normal qızdırmaq olmur: “Hər şey elektriklə olduğundan soyuq aylarda- oktyabrdan martacan hər ay işığa hələ qənaət edə-edə böyük miqdarda-təxminən 200-300 manat ödəməli oluruq ki, bu da maddi cəhətdən cibimizə uyğun deyil.
Əvvəllər binada qazın, istiliyin olmamasını nəzərə alıb heç olmasa bizə işıq pulunda 50 faiz güzəşt edirdilər. Amma sonrdan bu güzəşt ləğv olundu.
Bundan başqa əvvəl işıq pulu ayrı-ayrı dövrlərdə 2, 6, 7 qəpik idi.
İndi 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpiyə qalxıb.
300 kVts limiti keçəndə 13 qəpikdən ödəməlisən. Məndə işıq ayda 1700,1800 kVts yazır, limiti isə 1 həftəyə keçir .
Mən hər ay işığa 200 manat və daha çox pul ödəyirəm ki, bu da büdcəmə uyğun deyil. İşlətməsən də olmur.
Düzdür isti aylarda, bu məbləğ bir qədər az 100 manat olur, amma binada qazın olmaması bir çox başqa çətinliklər yaradır.
İstiliyin olmamasından mənzillərdə nəmişlik yaranır, divarlar, oboylar qaralır və digər fəsadlar olur. Buna görə tez-tez böyük xərc çəkib evlərimizi təmir etmək məcburiyyətində qalırıq.
Bundan başqa, biz istiliyə görə bu qədər xərc çəkməyimizə baxmayaraq, evimizdə qızına bilmədiyimizdən bir çoxlarının xəstələnməsinə gətirib çıxarır. Bu cür acınacaqlı vəziyyət binanın yaşlı, xəstə olan sakinlərinə, balaca uşaqlara daha pis təsir edir. Nəticə olaraq üstəlik dava-dərmana da xeyli xərc çəkməli oluruq.
Biz hesab edirik ki, bina mərkəzi istilik sisteminə qoşulmasa belə heç olmasa qaz olsa idi biz istilik problemini kombi vasitəsilə öz vəsaitimiz hesabına həll edərik. Bu bizə qat-qat ucuz başa gələrdi. Çünki işığa görə ayda 200-300 manata ödəməyə əksəriyyətin imkanı yoxdur.
Mərkəzi istilik sisteninə qoşulsaq belə bizim problem tam həll olunmayacaq. Maksimum istilik probeni həll olunacaq. Amma qaz çəkilsə problem kökündən həll oluna bilər.
Amma bununla belə biz heç olmamaqdansa təkcə mərkəzi istilik sisteninə qoşulmağa razıyıq. Amma bu da belə həll olunmur.
“Azəristiliktəchizat”dan bizə bildirirlər ki, yaxınlıqda qazanxana yoxdur. Bizim üçün xüsusi bina tikməyə də vəsaitləri yoxdur. Deyirlər ki, icra hakimiyyəti nə vaxt pul ayırsa o vaxt tikmək olar. Yasamal İcra hakimiyyəti də deyir ki, büdcədə pul yoxdur, dövlətdən pul ayrılmalıdır.
Beləcə bizim problemimizin həlli dalana dirənir, bizə laqeyd yanaşılır. Halbuki icra hakimiyyəti vəsaitin ayrılması üçün müraciət edə bilər istəsə.
Düzdür, Yasamalda bizdən başqa da elə binalar var ki, orda qaz yoxdur,amma onlar heç olmasa mərkəzi istilik sisteminə qoşulub.
Amma bizdə nə qaz var, nə də mərkəzi istilik sistemi…
Bu baxımdan bizim vəziyyətimiz ikqat acınacaqlıdır. Sakinlərin əksəriyyəti binaya qaz çəkilməsinin tərəfdarıdır.
Bu dövlətə də ucuz başa gələ bilər, nəinki qazanxananın tikilməsi.

Bizə hansısa firmanın adamı tərəfindən binanın qazlaşdırılması təklif olunub.
Amma deyilən məbləğ külli miqdarda olub deyə bizim buna imkanımız çatmayıb. Qaz çəkilərsə biz hətta borunun balkonacan çəkilməsinə də razıyıq.Necə ki, indi bir çox hümdürmərtəbəli binalarda belə edilir.
Əslində bir vətəndaş olaraq bizim istiliklə təmin olunmağımız bizim qanuni hüququmuzdur, haqqımızdır.Bu binanın tam qaydasında olan sənəddə də öz əksini tapıb.
Sonda bütün aidiyyəti dövlət qurumlarına mətbuat vasitəsilə bizim problemin həll olunmasını üçün yenidən müraciət edirəm.Ümid edirəm bizim sosial problemimiz axır ki, öz həllini tapacaq”.

Sonda vətəndaş Rauf Əliyev öz əlaqə nömrəsini də təqdim edib ki, aidiyyatı orqanlar əlaqə saxlasın.(055) 548 65 05

 
Ardını oxu...
Talassemiyalı uşaqlar üçün toplanmış 980 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işinin bəzi detalları məlum olub. Musavat.com-un “Report”a istinadən xəbərinə görə, istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər – N.Seyidova, A.Bayramova, A.Məmmədova ilə qabaqcadan əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə ediblər.

Belə ki, həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə dələduzluq ediblər. Əvvəlcə N.Seyidova və A.Bayramova ilə birgə yalan vəd verərək Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Vüqar İsayev və Xəyal İlmanovdan 34 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq ediblər.

İttiham aktında göstərilib ki, N.Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq edib. Daha sonra N.Seyidova bu dəfə A.Məmmədova ilə qabaqcadan əlbir olaraq, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər.

İstintaqla o da müəyyən edilib ki, N.Seyidova tanışı A.Bayramova təkrarən qabaqcadan əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000 , Faiq Nəcəfovdan 5 100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər. Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə araşdırılır.

İş üzrə zərərçəkmiş qismində 36 şəxs tanınıb. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
 
Ardını oxu...
Lənkəranda 5 kəndin sakinlərinin istifadə etdiyi yol keçilməz durumdadır. Rayonun Gəgiran kəndinin sakinləri Meydan TV-yə bildiriblər ki, vəziyyət o həddə çatıb ki, yaxınlarının məzarlarını ziyarət etməyə yol tapmırlar. Vacib iş üçün kənddən çıxanlar geri dönməkdə, doğmalarını görmək üçün kəndə gələnlər kənddən çıxmağa çətinlik çəkirlər. Qarlı, yağışlı havalarda kəndlərlə əlaqə kəsilir.

Kənd sakini Qalib Mirzəyev bildirib ki, məhz elə yola görə rayon mərkəzinə köçüb. Kənddə yaşayan valideynlərini görə bilmir, çünki yola görə taksilər kəndə qalxmaqdan imtina edirlər.

“XXI əsrdə Lənkəranda minik avtomobillərinin gedə bilmədiyi kəndlər var. Bir balaca etiraz edən kimi 100 yerdən xəbərdarlıq olunur. Sanki bu dövlətin düşməniyik. Düşünən yoxdur ki, kəndli nə ilə dolanmalıdır. Əkin-biçin varsa, bunu bazara çıxarmağa yol olmalıdır”,– şikayətçi bildirib.

Sakinlərdən biri isə söyləyib ki, onun 70 yaşlı atasını rayon xəstəxanasına çatdırmaq üçün qonşunun UAZ maşını köməyə gəlib. Əks halda atası ölə bilərdi. Təcili yardım, yanğın söndürən maşınları kəndə gəlmək istəmir:

“Sosial şəbəkədə bir kəlmə yazan kimi icra hakimiyyətindən tutmuş mənzil istismar sahələrinin, müəllimlərin hamısı bir ağızdan eyni sözləri yazırlar. Guya Lənkəran o qədər inkişaf edir ki, bizim gözümüz götürmür. Hamı bilir ki, dövlət qurumlarında işləyənlərə rayon haqqında tənqidi yazanlara etiraz etməyi tapşırıblar. Bizim də qonşuluqda, qohumluqda belələri var”.

Gəgiran kəndi Lənkəran şəhərindən 36 kilometr kənarda, Talış dağlarında yerləşir. Gəgiran cənub bölgəsinin ən qədim yaşayış məntəqələrindən biri hesab edilir. Kəndin əhalisi 1500 nəfərdən çoxdur.

Kəndin bələdiyyə sədri Akif Şıxəliyev də Meydan TV-yə bildirib ki, 5 kəndin 5 mindən çox əhalisinin istifadə etdiyi yol keçilməz vəziyyətdədir.

“Sovetlər birliyi dönəmindən bu yana həmin yol heç vaxt asfalt olmayıb. Torpaq yoldur, o da dağılıb. 15 kilometr yol salınmayıb”,- bələdiyyə sədri deyib. Onun sözlərinə görə, kəndin 9 şəhidi var. Məzarlığa gedən yol bərbad gündədir: “İndi elə şəhidimizin birinin ad günüdür, ora gedirik. Kənddə sadəcə UAZ və “Niva”lar hərəkət edə bilir. Mən özüm təcili yardım maşını çağırdım, dedilər ki, o yola girə bilməzlər, əsas yola kimi gələk”.

A.Şıxəliyev deyib ki, yolların təmiri ilə bağlı bir neçə dəfə müraciət ediblər. Aidiyyatı qurumların hamısının bundan xəbəri var. İllərdir yolun təmir olunacağı vədi ilə yaşayırlar.

Lənkəran Rayon İcra Hakimiyyətindən isə yalnız onu deyiblər ki, yolların təmiri mərhələli şəkildə həyata keçirilir.
 
 
 
Ardını oxu...
Bərdənin Soğanverdilər kəndində əhalinin çoxu tərəvəz yetişdirməklə dolanır. Bu mövsümdə məhsullarını sata bilməyən kəndlilər dolanışıq səbəbindən rayon mərkəzinə, yaxud Bakıya üz tuturlar. Kəndlilər deyirlər ki, məhsul boldur, amma alıcı yoxdur, tonlarla məhsul əkin sahələrində qalıb. Məhsulları soyuducu anbarlarda da saxlamaq sərf etmir. Fermerlərdən Vüqar Cəfərov Meydan TV-yə deyib ki, o da dədə-babaları kimi uzun illərdir kələm, kök, göy-göyərti əkməklə dolanır.

İmkanı olan məhsulunu Bakı bazarlarına çıxarır, imkanı olmayan kəndli isə elə kəndin küçələrində alıcı axtarışına çıxır.

“Şaxtalı-qarlı havalarda da əkin sahələrində işləyirik. Çoxuna asan gələ bilər, amma kök sahələrində işləmək əziyyət tələb edir. Şumlama, malalama, tirə çəkmə, daha nə qədər işlər görülür”,- fermer söyləyib.

Onun sözlərinə görə, artıq 1-2 ildir toxum, suvarma, dərmanlama, gübrələmə, daşınma, məhsulun yuyulması xərcləri artıb. Min bir əziyyətlə yetişdirdikləri məhsullarını satmağa alıcı tapa bilmirlər. 7-8 kisə yer kökünü satıb 1 tay un, 2-3 kilo ət almağa çətinlik çəkənlər də var.

Digər fermer isə deyib ki, yerkökü, kələm Soğanverdilərin qazanc yeri olub. Amma indi vəziyyət dəyişir. Göyərtini 3-5 qəpikdən, kələmi 25-30 qəpikdən təklif edirlər. Kökün sortundan, irili-xırdalı olmasından asılı olaraq 20-60 qəpik arasında satırlar.

Soğanverdilər kəndində bir neçə ildir əksəriyyət “türk sortu” kimi tanınan kök sortuna üstünlük verir. Bu sortun məhsuldarlığı digərlərindən üstün olduğundan toxum yerli sortlardan bahadır. Fermerlər deyirlər ki, son vaxtlar məhsul yığmaq üçün günəmuzd işçilik haqqı da artıb. Fermerlər son bir neçə ilə qədər məhsulları Rusiya bazarına çıxara biliblər. Son 2-3 ildir Rusiya bazarına çıxış məhdudlaşıb.

“Bakı bazarlarına məhsul çıxarmaq çox da sərfəli deyil. Bazarda yer haqqı, yol xərci, gündəlik yemək pulu səbəbindən qazanc əvəzinə xərcə düşürük. Kəndə gələn alıcılar isə uzaqbaşı 100-150 kilo məhsul aparır. Heç olmasa xaricdən yer kökü, kələm gətirilməsinə məhdudiyyətlər qoyulardı. Bu qədər yerli məhsullar olduğu halda, üstəlik xaricdən də tərəvəz gətirilir. Kəndlinin dərdini heç kim anlaya bilmir”,- fermerlərdən biri danışıb.

Emal müəssisələri olmadığından məhsulların bir hissəsi xarab olur. Kəndlilər ümid edirlər ki, emal müəssisələri yaradılarsa, onlar da sərfəli qiymətə məhsullarını bazara çıxara bilərlər.

Kəndin bələdiyyə sədri Hidayət Məmmədov Meydan TV-yə bildirib ki, kəndlilərin əksəriyyəti tərəvəzçiliklə ailələrini dolandırır, amma alıcılıq qabiliyyəti zəifdir. Kələmi 25-30, yerkökünü ondan bir qədər baha təklif edirlər:

“Əvvəlki illərdə istehsal bu qədər deyildi. Hamı türk kökü əkir, bu sortun isə məhsuldarlığı yüksəkdir. Bakı bazarına məhsul çıxaran azdır, Rusiya bazarına da çıxış çətinləşib. Buna görə də fermerlərin çoxu çətinlik çəkirlər”.

Bələdiyyə sədri onu da deyib ki, alıcı qıtlığını görmək üçün kəndin küçələrinə baxmaq kifayətdir. Əksəriyyət məhsulunu bu vasitə ilə satmağa çalışır. H.Məmmədovun sözlərinə görə, iş üçün digər ərazilərə gedən var, amma kənddən kütləvi köç yoxdur.

Bu il Soğanverdilər kəndində 265 hektardan çox ərazidə yerkökü əkilib.
 
Ardını oxu...
Bu gün Ağstafada Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov iştirak etməyib.

İqtisadiyyat.az xəbər verir ki, RİH-in keçirilən tədbirlə bağlı yaydığı məlumatda icra başçısının iştirak etməməsi sual doğurub.

Tədbirdə başçının birinci müavini Müşfiq Hüseynov, RİH-in və hüquq-mühafizə orqanlarının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Şəhidlər Memorial kompleksi ziyarət olunub.

Bundan əlavə, Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa isə başçının digər müavini Lalə Eyyubovanın sədrliyi ilə keçirilib.

Məsələ ilə bağlı İqtisadiyyat.az RİH-ə sorğu ünvanlayıb. Bildirilib ki, icra başçısı bu gün işə getməmək üçün icazə alıb. RİH-dən hər şeyin qaydasında olduğu, narahatlığa heç bir əsasın olmadığı bildirilib və digər məlumat verilməyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
(İlk xəbər 22.02.2024-cü ildə yayımlanıb)

Hüquqşünas Natiq Ələsgərov Abşeron Rayon İcra Hakimiyyətindən şikayətçidir.

Qaynarinfo xəbər verir ki, Natiq Ələsgərov sözügedən qurumu sahibkarlıq fəaliyyətinə mane olmaqda ittiham edir.
Hüququşünas bununla bağlı ölkə rəhbərliyinə müraciət edib. Müraciətin bir surəti də redaksiyamıza daxil olub.

Natiq Ələsgərov bildirib ki, Abşeron rayonu, Pirəkəşkül kəndinin ərazisində ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ənənəvi Abşeron sortlarından ibarət əncir bağı salıb. Dövlət ona bu iş üçün subsidiya da ayırıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş icazə kodu ilə “Agro Turizm” sahəsini də inkişaf etdirməyə başlayıb.

Hüquqşünasın sözlərinə görə, həmin torpaq sahəsində qanunvericliyin tələblərinə uyğun olaraq təsərrüfat anbarı tikintisinə başlayıb: “Tikintiyə başladıqda Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəkəşkül kəndi üzrə Elməddin adlı nümayəndəsi bildirdi ki, tikinti işlərinə icazəni mən vermirəm. O, Mirqasım adlı şəxsə zəng edərək mənimlə görüşməsini tapşırdı. Dedi ki, nə lazımdırsa verəcək, yəni, mən verəcəm, məsələni həll edin. Mənə sonuncunun nömrəsini yazıb təqdim etdi. Mirqasım adlı şəxs ilə görüşdükdə, bildirdi ki, rəhbərlik ilə razılaşdırıb, sənə xəbər edəcəm. Mirqasım telefon vasitəsi ilə mənə dedi ki, rəhbər yox idi, təzə gəlib və 30 min manat istəyirlər tikinti üçün. Ona bildirəndə ki, mən təyinatı üzrə tikinti aparıram və bu məbləğ həddindən artıq çoxdur, cavabı özünün sadəcə vasitəçi olduğunu bildirdi. Nəhayətdə mənə dedi ki, 25 min manata razılaşdılar, pulu gətir və tikintini apar.

Mirqasımla danışıqlar apardığım bir vaxtda Elməddin adlı icra nümayəndəsi zəng etdi ki, işini icra elə tez bitir, elə eləmə mən əraziyə gəlim. Nəhayət, noyabrda Abşeron İcra Hakimiyyətinin inzibati binasının qarşısında rüşvət olan vəsaiti aparıb təqdim edəndə, Mirqasım bildridi ki, pulu say, ver əməkdaşımıza, həmin şəxs başçının qohumudur və pulları bu şəxs alır. Həmin şəxs maşınıma əyləşərək pulları bir-bir saydı və götürdü. Yəni Mirqasım adlı şəxs məndən rüşvəti almadı, pulu digər vəzifəli şəxs aldı. Qeyd etdiklərim cinayət işinin materialları ilə tam sübuta yetirilir. Bu günə olan nəticə belədir ki, cinayət işi üzrə yalnız Mirqasım adlı şəxs həbs edilib, digər vəzifəli şəxs – məni Mirqasıma yönəldən təhrikci və rüşvəti alan şəxs həbs edilməyiblər!”

Natiq Ələsgərov əlavə edib ki, bu azmış kimi gecə ilə gəlib tikintinin bir hissəsini söküblər.

“Prezident Adminstrasiyasında qəbul zamanı Abşeron İcra Hakimiyyətinə yanımda zəng etdilər, bildirdilər ki, bu işlərə son qoyun, vətəndaşı inçitməyin, müraciətinə cavab verin. İcra Hakimiyyətinin başçısının 1-ci müavini “baş üstə” deməsinə baxmayaraq, 22 yanvar tarixindən bu günə qədər müraciətimə heç bir cavab verilməyib”.

Mirqasım Mirişli Abşeron İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsələhətçi işləyib. O, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiayaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilir ki, əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qaynarinfo Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq, Natiq Ələsgərovun iddialarına münasibət öyrənmək istəsə də, bu, mümkün olmayıb.

Pirəküşkülün icra nümayəndəsi Elməddin Firidovla da əlaqə saxlamağa cəhd etdik. Onun xidməti nömrəsinə zəng vursaq da, operatorun cavabı belə oldu: “Bu nömrəyə xidmət göstərilmir”.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, bu posta 19 yanvar 2022-ci ildə təyin edilib. Bundan əvvəl isə Nərimanov rayonuna başçılıq edib.

***

Abşeron Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama verib. İcra Hakimiyyətinin açıqlamasını təqdim edirik:

Qaynarinfo.az xəbər saytında 20.02.2024-cü il tarixində “Abşeron RİH-lə bağlı rüşvət iddiası: Baş məsələhətçi həbs olunub, icra nümayəndəsindən xəbər yoxdur” başlığı altında yazıda vətəndaş Natiq Ələsgərovun fikirləri yer alıb. Sözügedən məqalə ilə bağlı Abşeron RİH-i olaraq bildiririk ki, Torpaq Məcəlləsinin 13.2-ci maaddəsinə əsasən kənd təsərrüfat təyinatlı torpaq sahələrində yalnız müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin torpaq sahələrinin tikinti və ya digər məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq müvafiq təyinata keçirilməsindən sonra mümkündür.

Torpaqların kateqoriyaya aid edilməsi və bir kateqoriyadan digərinə keçirməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətinə aiddir və bu NK-nin 20 yanvar 2017-ci il tarixli 10 saylı qərarına əsasən icra olunur.

O cümlədən qeyd edilməlidir ki, tikinti məqsədləri üçün ayrılmış müvafiq kateqoriyaya aid edilən torpaq sahələrində qeyri-yaşayış təyinatlı tikililərin inşasına icazənin verilməsi tikinti sifarişçisi tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi alındıqdan sonra mümkündür. Bu da AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə tənzimlənir.

Hazırda sözügedən iş üzrə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və istintaq tədbirləri həyata keçirilir”.
 
 

 


Dünyapress TV

Xəbər lenti