Ardını oxu...
“Çox təəssüf ki, biznes qurumları, o cümlədən “Azərbaycan Dəmir Yolları” (ADY) üçün yaradılan rahat şəraitdən sui-istifadə olunur. İstehlakçıları aldadırlar, xidmət səviyyəsi lazımi səviyyədə olmur. Güman edirəm ki, ADY-də də bu var. Doğrudur, mənə bu barədə indiyə kimi yazılı şikayət gəlməyib, lakin əminəm, ADY-də də sözügedən problem yaşanır. Əgər ADY-dən mənə konkret şikayət gələrsə, istehlakçıların hüquqularını qorumaq üçün bütün lazımi addımları ataram. Ümumiyyətlə, Azərbaycanda xidmət sahəsində həmişə problem var. Bunun səbəbi ölkədə istehlakçıların hüquqlarının mükəmməl şəkildə qorunmamasıdır. Bu işlə məşğul olan dövlət orqanları istehlakçıları arxa planda qoyub, ancaq biznesin lobbiçiliyini aparırlar. “İstehlakçıların müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Həmin ildən bəri qanunda xeyli dəyişikliklər olunmalı idi. Həyat dəyişib, bu qanun isə dəyişmir. Qanunun işləmədiyi bir şəraitdə, əlbəttə, istehlakçı problemi getdikcə artır...”

Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, demokratik və müasir liberal cəmiyyətin əsas tezisi “hakimiyyətin mənbəyi xalqdır” tezisidir: “Bu, Konstitusiyanın 1-ci maddəsində yazılıb. Bu maddədən sonra isə biznes qurumları ilə dövlətin sinxron işləməsi məsələsi gəlir. Belə bir şəraitdə tezislər olmalıdır. Liberal, demokratik dövlətin biznes qurumunun əsas şüarı “istehlakçı haqlıdır!” olmalıdır. Demokratik cəmiyyətin birinci siyasi baxışı budur. İkinci bazar baxışı isə mənim dediyimdir...”

E.Hüseynov "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyinin tenderləri öz şirkətlərinə verməsi barədə iddialara da münasibət bildirib: “Ölkədə tender məsələsi də daim problemlidir. Mən iki il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü oldum. Dəfələrlə Şura üzvlərinə, rəhbərliyə dedim ki, biz AQTA-nın “mətbəxi”nə, yəni orada gedən işlərə, tenderlərinə daxil ola bilməmişik. Heç kimi “mətbəx”ə yaxın qoymurdular. Dedim ki, ölkədə ictimai nəzarət olması ilə bağlı cənab Prezidentin çağırışı varsa, gərək, qurumlar da buna uyğun ictimai nəzarət üçün şərait yaratsınlar. İctimai təşkilat gedib dövlətlə vuruşmayacaq ki. Bir sözlə, AQTA-nın “mətbəxi”nə bizi buraxmadılar. Əminəm ki, Azərbaycan Dəmir Yollarında da vəziyyət elə bu cürdür. Dərman biznesində də tenderlərlə bağlı vəziyyəti öyrəndim. Məlum oldu ki, tenderə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ayrıca bir şöbəsi var. Onlar effektli işləmirlər. Mən bunu qurumun rəhbərliyinə üzbəüz dedim. Tenderdə elə şərtlər qoyurlar ki, özlərinə lazım olan adam onu uda bilsin. Məsələn, nəsə alınır, bir şirkət qiyməti aşağı verir, əslində, tenderdən də o şirkət keçməlidir. Lakin bunlar vaxt qoyurlar ki, malı neçə günə təhvil verməlisən. Qiyməti aşağı qoyan şirkət yazır ki, malı 30 günə təhvil verəcəyəm. Özlərinə lazım olan adamın şirkəti isə qiyməti yuxarı qoyur və deyir ki, malı 20 günə təhvil verəcəyəm. Götürüb tenderdən öz şirkətlərini keçirirlər, tenderi o udandan sonra isə malın alınması 40 gün çəkir. Tenderin qalibi olandan sonra bu şirkətə nə edə biləcəklər? Heç nə! Artıq pul ayrılıb, qurtarıb gedib. Yəni guya, legitimlik, qanuni şərait yaratmaq üçün belə gülünc “priyom”lardan istifadə olunur. Belə “priyom”lardan az istifadə etsinlər. Bəsdir! Qurtarmaq lazımdır belə işləri...”
 
Ardını oxu...
Bir axşam işdən evə gəlib səhər endiyin pilləkənin qonşuya satıldığını görsən, təəccüblənmə. Xatırla ki, sən Naxçıvanda yaşayırsan və bu məmləkətdə hər şey mümkündür.
Bəs evə necə qalxmalısan?
Çox sadə. HƏMAS üzvləri kimi belinə motorlu paraşüt taxıb uçacaqsan. Guya sənin fələstinlilərdən, canişin həzrətlərinin və onun xandan qalma məmurlarının sionist cəlladlarından çoxmu fərqi var?
Sağ qalmaq istəyirsənsə, çox düşünmə, indidən uçmağı öyrən, əziz Naxçıvanlı! Sabah başqa seçənəyin olmaya bilər.
Heydər Oğuz
TEREF

Heydər Oğuz
 

Ardını oxu...
Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT rəhbərləri ilə görüşü və onlardan tələbi diqqət çəkib.

Axar.az xəbər verir ki, fevralın 16-da Münhendə İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşündə artıq Qarabağ münaqişəsinin başa çatdırığını bir daha vurğulayıb.

“Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib” deyən İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğvini tələb edib.

Prezident ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib.

Prezident İlham Əliyev 18 fevralda qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidlə görüşdə də eyni tələbi səsləndirib.

Bu, həmçinin Prezident Əliyevin qəti mövqeyidir – münaqişə bitib, bu qurumların fəaliyyət dövrü artıq keçmişdə qalıb və onların fəaliyyətinin mümkünlüyündən söhbət gedə bilməz.

Daha bir vacib məqam da Prezident İlham Əliyevin Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığına xüsusi vurğu etməsidir. Prezident Əliyev bunu ATƏT sədri ilə görüşdə də səsləndirdi.

Bu kontekstdə Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşündə “vasitəçi” deyil, “təşəbbüsçü” olmasının qabardılmasının da məqsədi budur. Şolts vasitəçi deyil, ev sahibi kimi görüşün baş tutmasına təşəbbüs göstərib, görüş isə ikitərəfli formatda olub – çünki Azərbaycan-Ermənistan münasibətləri artıq ikitərəfli xarakter daşıyır.
Ardını oxu...
Bakıda bir çox sürücülər yanacaqdoldurma məntəqələrindən şikayətçidirlər.

Onlar bildiriblər ki, sayğacda yanacağın litrinə dair görülən rəqəmlər gedilən yolun kilometrajı ilə üst-üstə düşmür.

Bundan əlavə, sürücülər yanacağın çox sürətlə vurulmasından narazıdırlar.

Onların fikrincə bu halda aldadılmış olurlar.
Bəs, avtomobilə hansı sürətlə benzin vurulmalıdır?

Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Naxçıvan MR Səhiyyə Nazirliyindəki mənbələrimizdən aldığımız məlumata görə, nazir Samiq Sadıxovun ən əsrarəngiz və unikal kadrı Bayram Mikayılova yeni strateji vəzifə həvalə ediblər. Culfa regional tibb mərkəzinin icraçı direktoru olan Bayram müəllimə Naxçıvan həkimlərini şəxsən seçmək görəvi tapşırılıb.

Bildirilir ki, o, bu yaxınlarda yeni və gənc kadrları seçmək məqsədilə Bakı Tibb Universitetində olub və kolxoz bazarı piştaxtasından alma seçərcəsinə həkim seçib.

Maraqlıdır ki, Bayram Mikayılovun tibb təhsili yoxdur. Bəs o, hansı kriteriyaları əsas götürüb Naxçıvan üçün yararlı həkimləri seçə bilir?

Bu sualımıza cavab verməkdə çətinlik çəkən mənbəmizin daha maraqlı bir detala aydınlıq gətirmək istədi: “Bildiyiniz kimi, Bayram Mikayılov Culfa regional Xəstəxanasının icraçı direktorudur. Özü də tibb mütəxəssisi deyil. Yeri gələndə Naxçıvanın tibbi personal ehtiyacını tam olaraq bilmir. Adətən belə məsələləri ya nazirin şəxsən özü, ya da onun müavinləri edirlər. O zaman, Samiq Sadıxov və müavinləri bir kənarda durduqları halda, Bayram Mikayılova niyə belə mühüm məsələlər tapşırılıb? Olmaya, Samiq Sadıxov və komandası artıq göz ardı edilib? Əgər elədirsə, bir müddətdən sonra Bayram Mikayılovun Naxçıvan Səhiyyə naziri təyin olunması xəbərini eşitsək, təəccüblənməməliyik”.

Ardını oxu...
Sual oluna bilər: Naxçıvan səhiyyəsinin yeni “xaç atası” sayılan Bayram Mikayılov kimdir?

Bayram Mikayılov: 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir edib. Hadisənin videogörüntüsü sosial şəbəkələrdə geniş yayıldığı üçün işdən uzaqlaşdırılıb.

Həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. Fəqət qəhrəmanımız, daha doğrusu “canişin” əfəndinin Bakıdan xüsusi reys ilə gətirdiyi göz bəbəyi bu dəfə də hansısa yolla məsuliyyətdən yayınıb.

2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Di gəl ki, əli yenə dinc durmayıb. Vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq növbəti dəfə işdən çıxarılıb. Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və qısamüddətli həbs edilib.

Buna baxmayaraq, tale onun üzünə yenə gülümsəyib. 2022-ci ilin ortalarında hansısa yolla TƏBİB-in qılığına girə bilib. TƏBİB onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib. Amma bu səfər də onunku gətirməyib. Bəzi mərdümazar media qurumları məsələ ilə bağlı TƏBİB-ə müraciət edib. Qurum hal-qaziyədən xəbər tutan kimi “canişin” həzrətlərinin göz bəbəyini yenə işdən qovub.

Bu dəfə isə “canişin”in idarə etdiyi Naxçıvan torpağında bəxtini sınamağa çalışıb və istəyinə də nail olub. “Canişin”in Səhiyyə naziri Samiq Sadıxov bu əvəzsiz kadra Culfa rayon Mərkəzi xəstəxanasının icraçı direktoru vəzifəsini bəxş edib. İndi isə deyəsən özünü Samiq Sadıxovun yerinə hazırlayır.

Ən maraqlısı isə odur ki, həm Culfa, həm də Ordubad sakinlərinin sağlamlığına baxan Bayram Mikayılov öz işlədiyi kollektivdən belə familiyasını gizlədirmiş. Görünür, kimliyinin faş olacağından çəkinirmiş.
Ovqat.com
 
 
 
Ardını oxu...
Şamaxıda bir neçə il əvvəl yenidən qurulmuş tibb məntəqəsi hələ də istifadəyə verilməyib. Çünki nə həkim var, nə də tibb bacısı.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Şamaxının Mərzəndiyə kəndində yərləşən tibb məntəqəsindən gedir.

Kənd sakinlərinin sözlərinə görə, məntəqə bir neçə il əvvəl yenidən qurulub. Lakin hələ də istifadəyə verilməyib.

Sakinlər bildirirlər ki, ən xırda narahatlıqda belə rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Kəndin mərkəzdən uzaq olması isə həm xəstəni çatdırmaq, həm də maddi baxımdan sakinlərə xeyli çətinlik yaradır.

Sakinlər deyirlər ki, tibb məntəqəsinin fəaliyyətə başlaması üçün aidiyyəti qurumlara da müraciət ediblər. Cavab olaraq isə kadr çatışmazlığı əsas gətirilib.
TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki, Mərzəndiyə Tibb Məntəqəsi Sabir qəsəbə Ailə Sağlamlıq Mərkəzinə tabedir. Burada iki ailə həkimi, yeddi tibb bacısı və bir mama çalışır. Mərzəndiyə tibb məntəqəsində isə həkim ştatı nəzərdə tutulmayıb. Burada tibb bacısı ştatına işə qəbul üçün elan verilsə də, heç bir müraciət daxil olmayıb. Bu səbəbdən də məntəqə fəaliyyət göstərə bilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Səhmdarlar aylıq dividendlərinin verilmədiyini, üstəlik onlara məxsus səhmlərin qat-qat ucuz qiymətə satılması üçün təzyiq edildiyini iddia edirlər.

TEREF “Xəzər TV”yə istinadən xəbər verir ki, söhbət Bakıda yerləşən “European Tobacco – Baku” şirkətindən gedir.

Sakinlərin sözünə görə, onlar əvvəllər Bakı Tütün Kombinatının işçiləri olublar. 1999-cu ildə onlara, Kombinatın bazasında yaradılan “European Tobacco – Baku” şirkətininin səhmləri verilib.

Vətəndaşlar iddia edir ki, hazırda şirkət rəhbərliyi səhmləri ucuz qiymətə almaq istəyir. Üstəlik onlara ötən müddət ərzində dividend də verilməyib.

İddiaçılar bildirir ki, səhmdarlara verilməli olan dividendlərin faizi də azaldılıb.

“European Tobacco – Baku” ASC-dən səslənən iddialara münasibət bildirilib. Şirkətdən dividendlərin az olmasını belə izah ediblər.
Ardını oxu...
Ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir.

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu Qara Qarayev pr. 229 ünvanındandır.

Şikayətçilərin sözlərinə görə, buradakı oboy satışı ilə məşğul olan sahibkar bir neçə ay öncə obyekti genişləndirmək məqsədilə ərazidə söküntü işlərinə başlayıb. Hətta bir neçə gün əvvəl sakinlərin daimi istifadə etdiyi pilləkənləri də sökməyə çalışıblar.

Məsələni sakinlər də təsdiqlədilər.
Sözügedən obyektin sahiblərindən biri olduğunu deyən Etibar Qəhrəmanov iddialara cavab olaraq bildirib ki, onların bütün lazımi sənədləri mövcuddur. Artırılma məsələsinə gəldikdə isə bu iddiaların yalan olduğunu, heç bir qanunsuz artırmadan söhbət getmədiyini deyib.

Məsələyə Nizami Rayon İcra Hakimiyyətindən münasibət bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
 
 
Ardını oxu...
“Alo Doctor” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə “Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) görə inzibati xəta protokolu tətbiq edilib.
Vlayuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsi ilə irəli sürülüb.
210.1 maddəyə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 5000 manatdan 10000 manatadək, hüquqi şəxslər 20000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun icraatındadır.
Qeyd edək ki, “Alo Doctor” MMC 10.31. 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əli Hüseynov Ramiz oğludur.
 
 
 
Ardını oxu...
“2010-cu ildən ikinci qrup əlil kimi pensiya almışam. Amma 11 il sonra, 2021-ci ildən əsassız olaraq pensiyam dayandırılıb”.

Bu iddia ilə “Qafqazinfo”ya Sabirabad sakini Bəybala Zülfü oğlu Əsgərov müraciət edib.

Onun sözlərinə görə, əlillik almasına səbəb hərbi xidmətdə olarkən səhhətində yaranan problemlər olub: “Hərbi xidmətdə olarkən ayağım sındı. Səhhətimdə problem yarandı. Hərbi Hospitalda 3 ay yatdım. 10 ayın əsgəri idim, hərbiyə qayıtmaq istəyirdim, amma qayıda bilmədim. Ürəyimdə və başımda da problemlər var idi. Rasim Gözəlov komissiya üzvü təyin olunandan sonra pensiyamı saxladı. Gedirəm Sabirabad Rayon Mərkəzi Xəstəxanasına, mənim sənədlərimi sistemə vurmurlar. Gözəlovla əvvəllər aramızda pul söhbəti olub, indi ona görə mənimlə belə edir. Deyir hara şikayət edirsən et, vəkil tutub səni süründürəcəyəm. Hərbi Hospitalın verdiyi sənədi “saxta” adlandırır. Deyir mən bu sənədi sistemə vursam, məni tutarlar”.

B. Əsgərov ayağının şişdiyini, yerimək qabiliyyətini itirdiyini deyir: “Əmək qabiliyyətimi də itirmişəm, ev şəraitindən kənarda qala bilmirəm. Başımda və ürəyimdə problemlər var. Kardiologiya İnstitutunda müayinələrdən keçmişəm”.
Ardını oxu...
Problemlə əlaqədar adı hallanan 16 nömrəli TSEK-in (Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul) keçmiş sədri, hazırda komissiya üzvü olan Rasim Gözəlovla əlaqə saxladıq. O, səsləndirilən ittihamları təkzib edərək B. Əsgərova əlillik düşmədiyini bildirdi: “Bu şəxs dəfələrlə prokurorluğa müraciət edib ki, guya mən ondan 1000 manat pul istəmişəm. Geniş izahat vermişəm ki, onun dediyi şər-böhtandır. Özü ilə də üzbəüz söhbət etmişik, demişəm ki, əgər pul istəmişəmsə, ver komissiyaya, tutdur. TƏBİB-ə neçə dəfə müraciət olunub, izahat vermişəm ki, şər-böhtandır. Hazırda heç Tibbi Sosial Ekspert Komissiyasının sədri də deyiləm, belə bir səlahiyyətim də yoxdur. O, bizdə müayinəyə gəldi, Kardiologiya İnstitutundan rəy gətirmişdi. Həmin rəy onun TSEK-ə göndəriş verilməsinə heç bir əsas vermirdi. Bu adam xəstə olmağına xəstədir, amma ona əlillik düşmür. Bizdə obyektiv müayinə olundu və təqdim olunan tibbi sənədlər TSEK-ə göndərişə əsas vermədiyinə görə ona bir sənəd də yazıb verdik. Orada qeyd olunur ki, bu sənədlərlə meyarlara uyğun deyil. Bundan sonra mənimlə intriqa aparmağa başladı. O gün anası da gəlmişdi, direktorun yanında məni hədələdi. Bir müddət əvvəl də qohumu gəlmişdi, o da məni hədələyirdi ki, “biz Əsgərovlardanıq”. Bilmirəm bu işdə mənim adım niyə hallanır? Qərarı hamı imzalayıb, mən də həmçinin…”

R. Gözəlov B. Əsgərovun hazırda sağlam və əmək qabiliyyətli olduğunu iddia edib: “Bu adam sintezatorda ifa edir, pulunu qazanır.

Əslində çox adamın xəstəliyi var. Bunun da əvvəl müəyyən xəstəliyi olub və o dövr üçün əlil sayılıb. İndi isə sağlamdır. Xəstəliyində revmatizmi faktor kimi göstərmişdilər. Lakin yoxlandı gəldi, revmofaktorların hamısı mənfi çıxdı. Onda mülayim dərəcədə funksiya pozğunluğu var. Bu da əsas vermir ki, əlillik alsın. Mən vaxtilə TSEK-in sədri olmuşam, əsgərlikdən gələndə kasıb adam olduğunu nəzərə alıb ona hörmət eləmişəm. O da mənim səhvimdir və indi də onun cəzasını çəkirəm”.
Ardını oxu...
Gülnar Əliyeva

 
 
 

Dünyapress TV

Xəbər lenti