Ardını oxu...
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Masazır qəbiristanlığı” adı ilə bilinən qəbiristanlıq baxımsız vəziyyətdədir.

Sakinlər bildiriblər ki, qəbir daşlarının üzərini kol-kos basıb, bəzi qəbirlər isə su ilə dolub.

“Camaat öz ölüsünü ziyarət etməyə gəlir. Görürlər ki, qəbiristanlıq üfunət qoxuyur, palçığın əlindən girmək olmur”, - deyə sakin bildirib.

Bələdiyyə sədri Rövşən Nəbiyevin sözlərinə görə, qəbirlərə dolan su “Qır gölü” adlanan ərazidən axıb gəlir.
“Son zamanlar bəzi sakinlər öz vəfat etmiş yaxınlarını qəbirlərdən çıxarıb başqa yerə aparırlar”, - deyə R.Nəbiyev əlavə edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 
Ardını oxu...
Lənkəran rayon Mirzə Məhəmmədhüseyn Axund küçəsindəki naqilləri saxlayan dirəklər pis vəziyyətdədir.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

İddia edilir ki, artıq bir neçə müddətdir dirəklər bu vəziyyətdədir. Bu yoldan istifadə edən şəxslər üçün ciddi təhlükəyə mənbəyi olan dirəklərlə bağlı aidiyyəti qurumların tədbir görmədiyi qeyd edilir.

Qeyd edək ki, sözügedən naqillər “Aztelekom” və “Baktelecom”a, eləcə də “Azərişıq” ASC-yə məxsus deyil.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakının Nəsimi rayonu Həzi Aslanov küçəsi 56 ünvanında yerləşən tarixi binanın sakinləri həmin tikiliyə bitişik inşa edilmiş çoxmərtəbəli bina ilə bağlı vəziyyətdən şikayətçidirlər.

Bina sakinləri adından müraciət edən vətəndaş İlahə Məcidova bildirib ki, dövlət qeydiyyatında olan tarixi binanın yanında tikilmiş 14 mərtəbədə artırmalar edilib.

O, “Konsul MTK”nın tikinti zamanı qanunvericiliyin tələblərinə məhəl qoymayaraq 2-ci mərtəbədən 14-cü mərtəbədəyək normaları pozduğunu iddia edib: “MTK tərəfindən yeni bina tikilərkən bizim bina ilə arasında FHN-in tələbinə uyğun olaraq mühafizə zonası qoyuldu. Belə ki, birinci mərtəbənin divarı ilə bizim binanın divarı arasında boşluq saxlanıldı. Lakin növbəti mərtəbələrdən, yəni 2-ci mərtəbədən 14-cü mərtəbəyədək artırmalar edərək bizim bina ilə bitişik formada tikintini davam etdirdilər. Binaların arasında yerləşən mühafizə zonasını da sonradan zəbt etdilər. Araya darvaza salaraq tarixi binaya bitişik şəkildə tualet tikiblər. Həmçinin oraya 5 tonluq su çəni yerləşdiriblər”.

Şikayətçi əlavə edib ki, yeni tikilmiş binanın tarixi binaya bitişdirilməsi təhlükəli vəziyyət yaradır: “Hündür binalar zəlzələdə yellənmək xüsusiyyətinə malikdir. Əgər yeraltı təkanlar olarsa, həmin bina dərhal bizim binanı dağıdacaq. Həmçinin hazırda yaşadığımız bina dövlət tərəfindən mühafizə altında olan tarixi binalar siyahısındadır. “Tarixi və mədəniyət abidələrinin mühafizəsi haqqında” Qanunun 10-cu maddəsinə əsasən, abidələrin bədii və estetik görkəminin dəyişilməsi, məhv edilməsi, onlar üçün təhlükə yarada bilən genişləndirmə, təmir-tikinti, təsərrüfat və digər işlərin aparılması qadağandır. Buna baxmayaraq “Konsul” MTK tariximizə qanunsuz müdaxilə edir. Bir sıra məmurlar də qanunu pozaraq onlara dəstək olurlar”.

İlahə Məcidova məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də daxil olmaqla ümumilikdə 12 dövlət qurumuna müraciət etdiklərini bildirib: “Müraciətlərimizə baxmayaraq, binalar arasındakı məsafəni zəbt edənlər barəsində tədbir görülmür və yaradılmış vəziyyət aradan qaldırılmır. Dəfələrlə qəbula yazılsaq da, bizi qəbul da etmirlər. İcazəsiz inşa edilmiş bu artırmalar insanların həyatını təhlükə qarşısında qoyur”.

İddialarla əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat xidmətindən mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, Nəsimi rayonu, 341-cı məhəllə, Tolstoy Topçubaşov və H.Aslanov küçələrinin kəsişməsindəki torpaq sahəsi Bakı Çəhər İcra Hakimiyyətinin 103 saylı, 13.05.2004-cü il tarixli Sərəncamına əsasən tərtib edilmiş 13.08.2004-cü il tarixli 191 nömrəli ayrıca aktına əsasən “Konsul” MTK-nın istifadəsinə verilib: “Həmin ünvanda Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər Tikintiyə icazə və Qeydiyyat Müfəttişliyi tərəfindən verilmiş 31.12.2008-ci il tarixli icazə əsasında tikinti-quraşdırma işləri aparılıb və hazırda bina uzun müddətdir ki, istismar edilir. Qeyd edirik ki, Nəsimi rayonu, H.Aslanov küçəsi 56, mənzil 3 ünvanda yaşayan vətəndaş İlahə Məcidovanın şikayəti əsasında yuxarıda qeyd olunan ünvana baxış keçirilərkən MTK tərəfindən sanitar qovşağının uzun müddət öncə tikilməsi və su çəninə metal boru dayaqlarının quraşdırılması məlum olub.

Bununla əlaqədar yaranmış narazılığın aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısına 02 oktyabr 2023-cü il tarixli məktubla müraciət edilib. Müraciətə cavab olaraq bildirilib ki, vətəndaş İlahə Məcidovanın müraciəti əsasında sözügedən ünvana baxış keçirilib və ona məxsus mənzilin MTK-ya ayrılmış torpaq sahəsinə aid olmadığı, sözügedən tikilinin isə uzun illər öncə mövcud olduğu və MTK-nın texniki işçiləri üçün təsərrüfat otağı kimi istifadə edilməsi qeyd edilib”.

Problemlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrəndik. RİH-dən müraciətimizə cavab kimi bildirildi ki, İcra Hakimiyyətinin əməkdaşları qeyd edilən ünvanda dəfələrlə olub: “Müvafiq qurumlarla birgə şikayətlərlə bağlı həmin ünvanda olmuşuq. Orada tualetin tikildiyi ərazi “Konsul” MTK-ya sənədlə məxsus olan sahədir. Dəfələrlə şikayətçiyə hüquqları izah edilib və hüquq müstəvisində şikayətini edə biləcəyi deyilib”.

Nizam Rza
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: qafqazinfo.az
 
Ardını oxu...
Azərbaycanda dövlət qurumlarının “maraqlı” xərclərindən biri də icarəyə götürdükləri tikililərin icarə haqlarıdır. Belə ki, bu binaların sahiblərinin kimliyi bir çox hallarda maraq doğurur. Çünki çox zaman həmin bina sahiblərinin gerçək kimliyi ayrı-ayrı iri məmurlara və onalrın çevrələrinə gedib çıxır.

Belə obyektlərin tikilib dövlət qurumlarına olduqca baha qiymətə icarəyə verilməsi Azərbaycanda çoxdan bəri məmur-biznesmenlərin qazanc yerinə çevrilib. Bu zaman əlbəttə ki, onların şəxsi əlaqələri və imkanları, eləcə də “əl əli yuyar, əl də üzü” prinsipi əhəmiyyətli rol oyanyır...

“AzPolitika.info” xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Qeyri-yaşayış sahəsinin icarəsi” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi Emil Vidadi Oğlu Orucov adlı fiziki şəxsdir. Müqaviləyə əsasən dövlət qurumu bu şəxsin cəmi 2.000 kvadrat metrlik qeyri-yaşayış sahəsini 320 min manata icarəyə götürüb. Müqavilə həmin sahənin 12 aylıq icarəsini nəzərdə tutur. Söhbətin konkret olaraq, hansı ünvandan getdiyi göstərilmir. Ancaq məlum olan odur ki, sözügedən qurumun şöbələrinin heç biri şəhərin mərkəzində yerləşmir. Bu baxımdan 2.000 kvadrata 320 min icarə haqqı ödənilməsi kifayət qədər baha olmaqla “təəccüblü” görünür...

Sözügedən binanı icarəyə verən E.Orucovun ad və soyadı, necə deyərlər, “heç nə demir”. Ancaq Azərbaycanda hökm sürən “tender siyasəti” və bu icarə haqqının məbləği müəyyən nəticələr çıxarmağa əsas verə bilər...

Xatırladaq ki, el arasında “VTEK” kimi tanınan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Agentliyin rəhbəri 2021-ci ildən başlayaraq, Anar Bayramovdur. O, bundan əvvəl nazir Sahil Babayevin müşaviri olub. Ümumilikdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünün aldığı elektron xidmətlər də daxil olmaqla, “mükəmməl” tenderləri ilə həmişə xüsusi seçilib...
 
Ardını oxu...
Energetika Nazirliyi 2023-cü ilin dekabr ayının 29-da "Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydalarının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.Az xəbər verir ki, bu satınalmanın məbləği 682.000 manat, qalibi isə "ENERGAZER” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1604472151) olub.
Ardını oxu...
"ENERGAZER” MMC 2021-ci ilin avqust ayının 23-də dövlət qeydiyyatına alınıb.

10 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ev 15/21, mənzil 25 ünvanı, qanuni təmsilçisi isə Süleymanov Hüseyn Cabar oğlu olub.
Ardını oxu...
Energetika Nazirliyinin tenderində qalib elan edilməmişdən 2 ay əvvəl Süleymanov Hüseyn Cabar oğlu "ENERGAZER” MMC-nin qanuni təmsilçisi vəzifəsindən uzaqlaşdırılaraq yerinə Məcidli Mikayıl Süleyman oğlu təyin edilib.

Məcidli Mikayıl Süleyman oğlu bu şirkətdə qanuni təmsilçisi təyin edildikdən sonra təsis olduğu 2 il müddətində dövlət büdcəsindən maliyyələşən heç bir qurumun satınalmasında qalib ola bilməyən "ENERGAZER” MMC 2 ay sonra Energetika nazirliyinin 682 min manatlıq tenderində qalib elan edilib.
Ardını oxu...
Məcidli Mikayıl Süleyman oğlu "ENERGAZER” MMC-nin qanuni təmsilçisi vəzifəsinə təyin edilməmişdən 7 ay öncə - 2023-cü ilin yanvar ayında "Caspian Energy Club"un Türkiyədəki nümayəndəliyinə - "Caspian Energy Turkiye"in sədri vəzifəsinə gətirilib.

"Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyevdir.

Ardını oxu...
Hazırda Məcidli Mikayıl Süleyman oğlu "ENERGAZER” MMC-nin qanuni təmsilçisi olmaqla yanaşı, eyni zamanda Telman Əliyevin baş icraçı direktoru olduğu "Caspian Energy Club"un Türkiyədəki nümayəndəliyinə rəhbərlik edir.

Telman Əliyevin baş icraçı direktoru olduğu "Caspian Energy Club"la Energetika Nazirliyi sıx əməkdaşlıq edir.

Ardını oxu...
Eyni zamanda, şirkətlə Energetika Nazirliyinin birgə daimi işçi qrupu da var.

İddialara görə, "ENERGAZER” MMC-nin Energetika Nazirliyinin 682 min manatlıq tenderində qalib seçilməsində "Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyevlə nazirliyin rəhbər şəxslərinin şəxsi münasibətlərinin olmasıdır.

Qlobal.az məsələ ilə bağlı Energetika Nazirliyindən mövqe öyrənib.

Nazirliyin açıqlamasında deyilir: "Energetika Nazirliyi tərəfindən elan edilmiş "Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydalarının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" təkliflər sorğusunda dörd iddiaçı tərəfindən təklif təqdim edilmiş və formal tələblərə uyğun olan və ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı "ENERGAZER” MMC qalib elan edilmişdir".
 
Ardını oxu...
“Misli” tətbiqində problemlər yaranıb.
AFN.az xəbər verir ki, bu barədə mərc həvəskarları sosial şəbəkələrdə bildiriblər. Jurnalist Ağa Dadaşzadə videomüraciət yayaraq eyd edib ki, “Misli” mobil tətbiqi vasitəsilə “vətəndaşların cibinə girir”: “Mənim “Misli” tətbiqimdə son günlər ciddi problemlər yaşanır. “Misli” rəhbərliyi bu problemə biganə yanaşır, vəziyyət elə də davam edir. Problem ondan ibarətdir ki, canlı oyunlara pul qoymaq istərkən tətbiq öz-özünə sürüşdürmə edir, oyunların yeri dəyişir və nəticədə insanlar yanlış oyunlara hesab ataraq zərərə düşürlər. Bu problem günlərdir davam edir və düşünün, bu günlər ərzində nə qədər pullar itib. “Misli” birbaşa cavabdehliyi üzərinə götürməli, itirilən pulların əvəzini ödəməlidir”.
Jurnalisti Tiktok sosial şəbəkə hesabından etdiyi paylaşıma oxşar problemlə üzləşən xeyli sayda istifadəçi yazıb. Ömər adlı şəxs bildirirb ki, sistem donduğu üçün bir hesaba 4 dəfə pul vurulub və nəticədə ona 240 manat ziyan dəyib: “Nömrələrinə yığdım, bir adam tapmadım ki, cavab versin”.
Bundan başqa istifadəçilər uduşlarını ala bilməməklərindən, ən müxtəlif problemlərdən şikayətləniblər. Həmin rəylərin fotosunu aşağıda təqdim edəcəyik.
Onu da qeyd edək ki, şikayətçilərin bəziləri yaranmış “sürüşmə” problemini sübut etmək üçün videolar paylaşıblar. Həmin videoları araşdırdıqdan sonra mMəsələ ilə bağlı “Azərlotereya”nın mətbuat xidmətindən AFN.az-a açıqlama verildi. Açıqlamada bildirilir ki, videodakı görüntüdə proses mobil tətbiqdən deyil, veb-saytdan yoxlanılıb: “Qeyd edilən məsələ başqa cihazlarda da yoxlanılıb və heç bir problem görülməyib.
Bu, istifadə edilən cihazın texniki göstəricilərindən asılıdır. Belə ki, səhifə aşağı sürüşdürülür, telefon buna bir neçə saniyə sonra reaksiya verir və yeni hissəyə keçənə qədər köhnə hissənin görüntüsü ekranda qalır (donma), reaksiya verənə qədər ekrana basıldığında cihaz bunu artıq sürüşdürmə nəticəsində olan yerə tətbiq edir (donma zamanında edilən əməliyyatın nəticəsi) və nəticədə səhv oyuna seçim kimi anlaşılır. Bu gec reaksiya vermə iri məlumat tutumlu sosial şəbəkə tətbiqlərində də cihazın texniki göstəriciləri zəif olduqda yaşanan çətinlikdir.
Belə hallarda bir neçə cihazda yoxlamaq tövsiyə edilir. Böyük ehtimalla normal texniki göstəricilərə malik olan cihazda bu problem yaşanmayacaq”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
Siyəzən Kommunal Müəssisələri Kombinatı 7000 manat cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, müəssisə barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) protokol tərtib edilib.
Ardını oxu...
Məhkəmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin protokolunu təsdiqləyərək, növbəti dəfə kombinatı 7000 manat miqdarında cərimə edib. Bununla da son bir ildə nazirlik tərəfindən sözügedən müəssisəyə ümumilikdə eyni maddə ilə 20 min manat cərimə tətbiq olunub.

Müəssisənin direktoru və qanuni təmsilçisi Əliyev Kamil Şixəli oğlu məhkəmədə rəhbərlik etdiyi qurumla bağlı iddianı qəbul etməyib. O deyib ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2018-ci il tarixli Sərəncamı ilə rayon ərazisində məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə tullantı poliqonu üçün Ataçay çayının yaxınlığında 1 hektar torpaq sahəsi ayrılıb. Sərəncamın icrasına nəzarət Siyəzən Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, mərhum Zəfər Əliyevə tapşırılıb.
Ardını oxu...
Zəfər Əliyev

Bundan başqa, həmin ərazi Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının balansında olmadığından oranın mühafizəsini təşkil etmək onun səlahiyyətlərinə aid deyil. Hazırda həmin ərazi Siyəzənin icra başçısı Novruz Novruzovun tabeçiliyindədir.
Ardını oxu...
Novruz Novruzov

Direktor bildirib ki, Kommunal Müəssisələr Kombinatı eyni fakt üzrə iki dəfə 6500 manat olmaqla, ümumilikdə 13000 manat cərimə edilib. Həmçinin müəssisə 7987.63 manat vergi və maliyyə sanksiyalarına məruz qalıb. Direktor qeyd edib ki, rayon sakinlərinin təmsil etdiyi quruma məişət tullantılarının atılmasına görə 40.000 manat borcu var.
Ardını oxu...
Kamil Əliyev bildirib ki, kombinatın traktoru yoxdur. Gün ərzində poliqona Siyəzən rayonu ərazisindən, müəssisə və təşkilatlardan 40-50 kub tullantılar atılır. Həmin tullantıların qalaqlanmasının qarşısını almaq üçün gündəlik orada texnika işləməlidir, buna da kombinatın maddi vəziyyəti imkan vermir.
 
Ardını oxu...
Düşünürəm ki, bu məlumatı hər kəs, xüsusilə, virtual mərc oyunlarında iştirak edən şəxslər bilməlidir. Xeyli müddətdir ki, debet kartlara edilən kiber hücumlarla bağlı sosial şəbəkələrdə vətəndaşların etirazlarla müşayiət olunan paylaşımlarına rast gəlirik. Vətəndaşların kartlarından pullar çəkilir. Bu haqda maraqlı məlumat əldə etmişəm. Aidiyyatı dövlət qurumlarının bu istiqamətdəki işinə yarıya bilər. Söhbət nədən gedir?
Diqqət edirsinizsə, qumar oyunları təşkil edən Azerlotereya ASC-nin son iki ildəki aktiv fəaliyyəti kiber hücumların aktiv fazaya daxil olduğu bir dövrə təsadüf edir. İndi məlum olur ki, “Azərlotereya” təkcə vətəndaşlar üçün təhlükə yaratmır, həm də müxtəlif təşkilatların fəaliyyətinə ciddi zərbə vurur. Məsələn, “Kapital Bank”a məxsus olan “Birbank” kartları cəmiyyət arasında etimadını itirməkdədir, hər kəs narazılıq edir. Amma bu probemin kökü daha çox “Azərlotereya” ilə bağlıdır.
Belə ki, vətəndaşlar “Azərlotereya”nın virtual oyunlarında iştirak etmək üçün bank kartının nömrə və şifrəsini də qeydiyyat bölməsinə əlavə etməklə qeydiyyatdan keçir. Elə əsl problem məhz bundan sonra başlayır. Mütəxəssislər hesab edirlər ki, kiber hücumlara məruz qalan kartlar daha çox “Azərlotereya”nın virtual mərc oyunlarında qeydiyyata düşən kartlardır. “Azərlotereya” ASC “Demirören Holdinq”in törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinin idarəçiliyinə verilib, bu şirkətin bütün bazası isə ABŞ-da yerləşir. Hesab olunur ki, Azərbaycan vətəndaşlarının kartlarından pulların çəkilməsi bu şirkətlə bağlıdır, kiber hücumlar ölkədaxilindən deyil, daha çox xaricdən həyata keçirilir. Günahkar da “Azərlotereya”dır. Vətəndaşların nömrə və şifrələrini istəyən “Azərlotereya” ASC vətəndaşlara heç bir təhlükəsizlik təminatı da vermir.
Müşahidə olunan budur ki, “Birbank” müştəriyönümlü statusunu itirir, bir müddət sonra bu kartlar öz əhəmiyyətini tamamilə itirəcək, bunun da xeyli səbəbləri var. Amma yaxşı olar ki, “Azərlotereya”nın bu istiqamətdəki fəaliyyəti araşdırılsın. Mərc oyunları şirkəti milyonlarla pul qazanır, amma vətəndaşların pulu oğurlanır, eyni zamanda, bankların debet kart sistemi cəmiyyətdə öz məmnunluğunu itirir. “Azərlotereya” ASC bu üsulla bank sisteminə də ciddi zərbə vurmuş olur. Vətəndaşlar üçün yeganə sığorta yolu “Azərlotereya” ASC-nin mərc oyunlarından imtina etməkdir.

Samir Feyruzov - dia-az.info
Ardını oxu...
“Azercell Telecom”un internet xidmətindən şikayətlər bitmir. Abunəçilər “Azercell”i oğurluqda günahlandırır.

Tribunainfo.az xəbər verir ki, sözügedən provayder abunəçisi Elnarə Sultanova “Azercell”i oğurluqda günahlandırır:

“Özü də əməlli-başlı oğurluq edirlər. Bilmirəm nə qələt edirlərsə, 10, 15 manata götürdüyüm internet heç bir həftəni görmür. Youtube filan girmirəm, videoları açmıram, yenə də göz açıb yumunca bitir. Əvvəl belə deyildi, çox yaxşı yadımdadı. Bu oğurluqlarını sübut edib kütləvi şəkildə məhkəməyə verib təzminat almaq lazımdı, yoxsa, düzələn deyil bu oğru yığını. Bizdən oğurladıqları hər manat, hər qəpik haram, haram xoşları olsun inşallah”.
Ardını oxu...
 
Ardını oxu...
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı yaxın günlərdə vəzifəsindən azad ediləcək.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin vəzifədən çıxarılmasına səbəb Zaqatala rayonunun sosial-iqtisadi inkişafdan geri qalmasıdır.

On beş ildir Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin ancaq öz biznes imperiyasının genişləndirdiyi deyilir.

Qaxda “El Resort” otel kompleksi, Qax İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi, İlisu kəndində “Yaşıl Park” otel kompleksi, “Səngər Qala” otel kompleksi, “Ulu Dag” oteli, Qax Fındıq Zavodu, Qax rayon taxıl məhsulları kombinatı, Eden Park Hotel Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi, Bakıda Koroğlu Rəhimov küçəsindəki “Növbahar” və “Zakura Yapon mətbəxi” restoranının Mübariz Əhmədova məxsus olduğu iddia edilir.

Hazırda 77 yaşı olan icra başçısının əhali ilə görüşə mütəmadi olaraq getmədiyi də xəbərlər arasında yer alır.

Qeyd edək ki, Mübariz Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin qardaşıdır.

Mediada yazılan xəbərlərə görə Əhmədzadələrin Avropada dəyəri on milyonlarla ölçülən biznes şəbəkələri var.

Ölkədə və Avropadakı biznesləri barədə yayılan məlumatlar Əhmədzadələr tərəfindən təkzib edilməyib.

Xatırladaq ki, Mübariz Əhmədzadə 2009-cu ildən Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır.
 

Dünyapress TV

Xəbər lenti