Ardını oxu...
Azərlotereya ASC-nin “Misri” və “Poz, qazan” mərc oyunları artıq iflas etməyə başlayıb. Bu da təsadüfi deyil. Çünki aylarla aldadılan insanlar indi dərk etməkdədir ki, udmaq şansı sıfırdır və hər gün pul uduzurlar. TİA.Az-ın reportyor qrupu məlumat verir ki, hazırda Bakı küçələrində həmin məntəqələrin qarşısında daha izdiham müşahidə olunmur. Şəhərdə gündən-günə artmaqda olan “Poz, qazan” piştaxtaları demək olar ki, azalmağa doğru gedir. Eyni zamanda, “Misli” məntəqələrinin də sayı artmır. Görünür, Azərlotereya ASC gedişatın onların əleyhinə çevrildiyini görməkdədir. Bu tendensiya bumeranq effekti verməyə başlayıb ki, nəticə küçələrdə kiçik müşahidə ilə bəlli olur.
Həmçinin fəaliyyət göstərən obyektlərə müraciət edənlər də çox deyil. Əvvəllər “Poz, qazan” oynayanlar növbəyə düzülürdü. Bu kütləvilik qumarın təşviqi ilə bağlı idi. İnsanlar inandırdı ki, kupon alıb qalib gələcəklər. Amma aylarla davam edən fırıldaq və saxtakarlıq çoxunun gözünü açdı və məlum oldu ki, qazanan yalnız Azərlotereya ASC-dir. Bu da müsbət haldır ki, əhali qumarın zərərini hiss etdi və tez ayıldı. Ekspertlər, deputatlar, din xadimləri, ziyalılar, habelə media çağırışlar edir, küçələrdə qumarın təşkilinə etirazını bildirir, bu hallara son qoymağa çağırırdı. Amma sözügedən şirkət öz bildiyini edir, Bakının hər künc-bucağında bu piştaxtaları artırır, milləti qumara təşviq edirdi. Amma bu kuponları alanlar içində pul udanlar barmaqla sayıla bilərdi. Odur ki, ASC həm “Misli” obyektlərinin sayını artıra bilmir, həm küçələrdə, metro çıxışlarında əvvəlki izdiham yoxdur. Bu dəfə “Topaz”dan da tez qumarın fısı çıxdı. Əslində, Azərlotereyanın layihələri batdı. Bu da qumarın axırı…
 

Ardını oxu...
Bloqer Elçin Lənbəranski sosial şəbəkədə video paylaşaraq, məmurlara etiraz edib.

O, Bərdə rayonunun, Lənbəran kəndində xəstəxananın və məktəbin bərbad durumundan şikayətlənib.
Videodan da göründüyü kimi kəndin məktəbi qəzalı vəziyyətdədir. Şagirdlər 21-ci əsrdə pəncərəsi və qapısı olmayan məktəbdə təhsil alırlar. Bloqer acınacaqlı duruma görə rayon rəhbərliyini qınayıb.
Dia.az sitat.info-ya istinadla həmin videonu təqdim edir:

 
Ardını oxu...
Əgər əsəb xəstəsi olmaq istəyirsinizsə, CİTYNET-ə qoşulun… - Reklamda deyirsən ki, bizə QOŞULUN…
ənin nəyinə qoşulaq, ay tısbağa sürətli CİTYNET..?

Gündəlik-Bakı olaraq dəfələrlə yazmışıq ki, dünya sürətlə inkişaf edir, internetin olması dünyanı ovuc içi boyda balaca edib.
Obrazlı desək, uzaq Çində asqıranda ABŞ-da eşidilir.
Amma Azərbaycanda bu böyük sürətin əsər-əlaməti yoxdur.
Hətta bir müddət öncə yazdığımız məqalənin birində ölkəmizdəki internetin sürətini hamilə tısbağa sürəti ilə müqayisə etmişdik.
Bütün bunlara görə, məsuliyyət daşıyan Rabitə Nazirliyi isə susmağında davam edir.
Birdəfəlik bilmək lazımdır ki, İSTEHLAKÇI ilə Xidmət göstərən arasında qarşılıqlı öhdəlik, müqavilə var.
Əgər tərəflərdən biri öhdəliyi pozursa, qanun qarşısında məsuliyyət daşımalıdır.
Təəssüf ki, bizim qanunlarda istehlakçının hüququ qorunmur.
Belə ki, pulu vaxtında ödəməyən kimi cərimə gəlir, hətta işıq, qaz, internet kəsilir.
Amma səbəbsiz yerə qaz, işıq, su, internet kəsiləndə qarşı tərəf cərimə ödəmir.
Bu yazımızın mövzusu internet olduğu üçün bu sahəyə nəzər salaq.
Məlumdur ki, bu gün Azərbaycanda xeyli sayda internet provayderi var.
Bunlardan biri də CityNet internet xidmətləri provayderidir.
Şirkətin özü haqqında hazırladığı reklam məlumatlarına fikir verin:
Bakının bir neçə mərkəzi rayonlarını əhatə edən stabil, etibarlı və daim inkişaf edən provayderlərdən biridir. Biz FTTB (binaya optika) texnologiyası ilə işləyən fiber - optik şəbəkəmizi telekommunikasiya sahəsində lider şirkətlərin avadanlıqları vasitəsilə daim genişləndirir və modernizasiya edilir. Bu səbəbdən CityNet internet provayderinin istifadəçiləri yüksək sürətli internetlə yanaşı müxtəlif limitsiz internet tariflərindən də yararlanır.
240-a qədər rəqəmsal televiziya kanalı, internetə qoşulmanın 100 mbit/san qədər mümkünlüyü, 24 saat texniki dəstək, qoşulmanın rahatlığı, qoşulma üçün əlavə avadanlığın olmaması, xidmətdən avtomatik idarəetmə xidməti, onlayn ödəniş sistemi, bonus sürət və daimi kampaniyalar - bütün bu sadalanan üstünlükləri CityNet-ə qoşulan hər bir istifadəçi əldə edəcək
Sizə ən əsası - yüksək keyfiyyətli internet, Bakının mərkəzindən uzaqlığı, günün istənilən vaxtından və şəbəkə yüklənməsindən asılı olmayaraq daimi stabil və kəsintisiz internet xidmətini təmin edirik.
Bu səbəbdən CityNet internet xidmətləri provayderi qısa vaxt ərzində Bakı sakinləri arasında yüksək etimad qazanmışdır.Yüksək sürət və vahid lokal şəbəkə istifadə rahatlığını təmin edir.
CityNet internet xidmətləri provayderi – etibarlılıq, sərfəli tariflər və yüksək sürət!
Axırdada yazır: SƏN DƏ BİZƏ QOŞUL !
Atalar bu yerdə deyib ki, avazın yaxşı gəlir...
İndi gəlin görək, CityNet-in binəva, çarəsiz istifadəçiləri nə deyir:
Çox pis xidmətləri var. Qapıda gəlib qoşulmaq üçün özləri yalvarır. Mən onların fiber optik internetindən istifadə edirəm. Surətlərindən daim narazı olmuşam. Bu yaxında özləri gəlib qapıda əlavə İPTV yə qoşulma təklif etdilər. 18 man.(internet) + 11 man (İPTV) = 29 manat. Özlərini çox tərifləyəndən sonra, aldanıb razılıq verdim. Ödəniş günüm çatanda 29 manat ödədim, amma xəttimi açmadılar. Operator dedi ki, əlavə 9 manat borcun var. İzahını da belə verdilər ki, 11 gün artıq İPTV istifadə etmişəm, əlavə tarif dəyişiblər, sistemləri belə hesablayıb və s., müxtəlif bəhanələr gətirdilər. Bir sözlə heç kimə məsləhət görmürəm.
…Əgər əsəb xəstəsi olmaq istəyirsinizsə, CİTYNET-ə qoşulun. Cəmi 2 həftəyə sizi əsəb xəstəsi etsinlər. 3 gündü internet yoxdu gəlib düzəltmirlər. 30 manat kontura pul vermişəm, 50 dəfə zəng eləmişəm maraqlanan yoxdur.
Digər istifadəçi yazır ki, nə qədər şikayət etmək olar:
Mən 2 aydır ki, CityNet internetini istifadə edirəm. 2 ay ərzində 5 dəfə getmişəm ofisə. İnternet sürəti çox zəifdir və tez tez kəsilir. Test üçün başqa modem verdilər, 1 ay istifadə etdik, sürəti, işləməsi gözəl idi. Dünən dedilər ki, onu götürməliyik, təzə modem verdilər. (Bu da texniki problem olmadığı üçün, özüm getməli imişəm ofisə, getdim) Amma yenə sürət düşüb, quruyur, atır öz özünə. O qədər zəifdir ki, whatsapp mesajı belə 10-15 saniyə sonra çatır ünvana. 18 manat ödəniş edirəm, qətiyyən dəymir o pula. Xahiş edirəm, bilən varsa, mənə normal provayder təklif etsin, əvvəlcədən minnətdaram.
Bu şikayətləri N qədər uzatmaq olar. Amma birini yazmasaq olmur.
Şikayətçi deyir ki, mənə şirkətdən bildirdilər ki, küçədə lyük işləmir, ona görə internetiniz işləmir.
Şikayətçi haqlı olaraq soruşur ki, naqilsiz internetin lyükə nə dəxli var, bunu mənə başa salın.
Sözün qısası, CİTYNET-in internerindən istifadə etməyə dəyməz. Bizə qoşulun deyən şirkətə qoşulmağa dəyməz.
Məlumat üçün qeyd edək ki, CİTYNET şirkəti vaxtilə BTRİB-in sabiq rəisi olan Beytulla Hüseynova məxsus olub və sonradan NAR mobil operatoruna satılıb.
Sonda özümüz də internet istifadəçisi olaraq Rabitə nazirliyindən tələb edirik ki, bu rəzalətə son qoyun, vətəndaşları əsəb xəstəsi etməyin.
 
 
 

Ardını oxu...
Yay aylarında mağaza və köşklərdə ən çox satılan sərinləndirici içkilər və dondurmalardır.

Hər ikisi də əksər hallarda plastik qablaşdırmada satılır.

Doğrudur, şüşələrdə qablaşdırılmış içkilər də var, lakin onların qiyməti plastik qablaşmada olanlara nisbətən baha olduğundan, çoxumuz büdcəmizə uyğun olduğu üçün, plastik qablaşmada olan içkiləri almalı oluruq.

"DogruXeber.az" bildirir ki, bu içkilərə də tələbat çox olduğundan, elə bu gördüyünüz mağaza kimi, bir çox mağaza və marketlər sifarişi biraz çox verirlər. Soyuducunun tutduğu qədərini doldurub, qalanlarını soyuducuda yer boşalana qədər bayırda günəşin altında saxlayırlar.



Maraqlıdır, deyək ki, sahibkarın gözünü nəfsi və "qazanc həvəsi" tutub, öz pulları ilə əhaliyə sağlamlıq üçün nə qədər zərərli maddələr istehlak etdiklərinin fərqində belə deyillər, ya da bilərəkdən edirlər, deyə bilmərik.

Bəs bu cür halların qarşısını almaq üçün yaradılmış qurum - Qida təhlükəsizliyi agentliyi hara baxır?

Onu da qeyd edək ki, bu cür hallara çox zaman "Al market" və "Oba" marketlər şəbəkələrinin qarşısında da rast gəlmək mümkündür.

Halbuki, plastik materialların əksəriyyəti yüksək temperatur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlıq üçün təhlükəli olan zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerləri, bisfenol A və s. misal göstərmək olar. Plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət Günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullardan uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət Günəş şüaları altında saxlanılması yolverilməzdir.

Kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir.

Harvard Universitetinin "School of Public Health” araşdırmaçılarının tələbələr üzərində apardıqları yoxlamalardan sonra məlum olub ki, bir həftəboyu plastik şüşələrdən su içən tələbələrin orqanizmlərində Bisfenol A maddəsi yüzdə 69 faiz artıb. Plastik kütləyə bərkidici kimi qatılan təhlükəli maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda, həmçinin istiliyə məruz qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır. Bisfenol A bir sıra xəstəliklərlə yanaşı prostat və süd vəzi xərçənginin inkişafına da yol açır.

İstilik nəticəsində kanserogen maddəyə çevrilir

Qeyd edək ki, bu mövzuya toxunan yeganə media deyilik. Nə də ilk biz deyilik. Dəfələrlə bu barədə müxtəlif saytlar yazıb və əksəriyyəti də bu barədə "AQTA"nın da fikirlərinə yer ayırıblar.

Lakin, aidiyyatı qurum deyir, "sən saydığını say"...
Nəysə.

Yazılanları görür, izləyir lakin, qarşısını almaq üçün tədbirlər görməyə gəldikdə isə...

Əlqərəz.

Əhalinin sıx hərəkətinin olduğu ərazidə, "Koroğlu" metrostansiyasının düz yanında yenicə lentə aldığımız bu aşkar görüntülər "AQTA"nın bu mövzudakı "həssas" yanaşmasının sübutudur.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
 //"DogruXeber.az"//

Ardını oxu...
Azərbaycanda on il bundan əvvəlki ilə müqayisədə sanatoriya-kurort müəssisələri, istirahət evləri və bazalarının sayı xeyli azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, belə müəssisələrin sayı əvvəllər 73-ə çatmışdısa, hazırda bu rəqəm 52-dir. On il əvvəl bu müəssisələrdə çarpayı sayı 11 min 168 olubsa, hazırda bu kəmiyyət 8 min 146-dır. Əgər 2012-ci ildə ölkədə fəaliyyət göstərən sanatoriyaların sayı 32 idisə, hazırda bu rəqəm 28-dir. Həmin sanatoriyalarda çarpayı sayı 5 min 746 idisə, hazırda bu rəqəm 5 min 266-dıMaraqlıdır, hazırda ölkədə sanatoriyalar, müalicəvi pansionatlarla bağlı ümumi vəziyyət necədir?
DİA.AZ-ın məlumatına görə, Qaxda yerləşən "Şəfa" müalicə pansionatının rəhbəri İftixar Saadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar üçün iş mövsümü iyunun 1-dən sentyabrın 15-dək davam edir. Bu müddətdə pansionata 7 dəfə giriş olur və hər dəfəsində 126 yerin hamısı dolur.
Fəaliyyətləri haqda ümumi məlumat verən İ.Saadov bildirir ki, burada fizioterapiya üsulu ilə müalicə, mineral sulardan ibarət vannalar, müxtəlif duşlar, inqalyasiya var. Burada həmçinin müalicəvi Süskənd suyu ilə vanna qəbulu mövcuddur:
"Biz Həmkarlar İttifaqının tabeliyindəyik. Bura göndərişlə qəbullar olur. Həmkarlar İttifaqından da yalnız ilin 3 ayında göndərişlər verilir. Digər aylarda isə göndərişlər olmur".

Qiymətlərə gəlincə, bu istirahət mərkəzində 13 gecə və 14 gün üçün adambaşına xərc 865 manatdır. Bu məbləğin 15 faizi həmkarlar ittifaqı tərəfindən ödənilir və insanlar göndəriş alıb burada istirahət edirlər. Müqayisə üçün qeyd edək ki, Naftalan sanatoriyalarında bir həftəlik adambaşına qiymətlər 259 manatdan başlayır.
Qiymətə nələr daxildir?
Qeyd olunan məbləğə istirahət mərkəzində qalmaq, gündə 3 dəfə qidalanmaq və müalicə daxildir. Bura ailəvi gəlmək imkanı da var.
İ.Saadov bildirir ki, hazırkı qiymətlər 3 il əvvəl müəyyən olunub və qiymət artımı gözlənilir.
Müalicəvi pansionatda göndərişlərin yalnız ilin 3 ayında olması işçilərə də təsirsiz ötüşmür. Belə ki, müəssisənin 70 işçisi ilin 9 ayı ərzində işsiz qalır.
Əsas problemlər nədir?
1989-cu ildən fəaliyyət göstərən pansionatın əsas problemi Qaxın Süskənd əraizisində qazlaşdırılmanın aparılmamasıdır:
"Bizim işimizə əsas maneə yaradan qazın olmaması və işıqların tez-tez yanıb-sönməsidir. Su qazla qızdırılır, buna görə daimi qazın olmasına ehtiyac var ki, isti su daim olsun. Hazırda isə isti su saatladır. Qaz olsa, kombi quraşdırardıq".

Lakin problemlər bununla da bitmir
Masallıda yerləşən "İsti su Şəfa sanatoriyası"nın rəhbəri İldırım Allahyarov digər problemlərdən söz açıb. O bildirib ki, ölkə başçısı dəfələrlə sahibkarlara dəstək göstərilməsi üçün çağırışlar etsə də, məmurlar onlara "qan uddurur":
"Gürcüstan kimi bir çox ölkələrdə sanatoriya sahiblərinə güzəştlər edilir, onlara pul ayrılır. Amma bizdə bu yoxdur, bu səbəbdən də yerimizdə sayırıq. Fəaliyyətimiz yalnız 3 ay olur. Bu qısamüddətli fəaliyyətimizin müddətini uzada bilmirik. Çünki biz sahibkarlara heç bir yardım edilmir, məmurlar bizi çox incidir, əsassız yoxlamalar aparırlar. Reket jurnalistlər isə bizi şantaj etməklə məşğuldurlar".

O deyir ki, kredit də götürəndə, faizlər yüksək olduğu üçün bu yükün altından çıxa bilmirlər:
"Bu səbəbdən də yeni obyektlər tikə, mövcud olanları isə təmir edə bilmirik. Bizim nəfəs almağımız, bu sahədə yeni iş yerlərinin açılması üçün haqsızlığa son qoymaq lazımdır. Məmurlar obyektlərimizi əlimizdən almaq üçün hər cür hücumlar edirlər, bizə "badalaq" atırlar. Biz 20-30 ildir ki, bir çürük taxtanı da dəyişdirə bilmirik. Belə olarsa, vəziyyət bu cür davam edərsə, mövcud maenələr nəinki yerli, o cümlədən də əcnəbi turist axınının da qarşısını almış olacaq".

"Səlahiyyət sahibləri gəlib bu qədər vergi və maneələrlə müəssisəni idarə etsin, görüm necə idarə edirlər. Yaxud da qərar qəbul edən millət vəkilləri gəlib burada rəhbər olsun görüm, nə edirlər. Deputatlar sahibkar olsa, bizim çəkdiyimiz əziyyətləri başa düşə bilərlər", - deyə o əlavə edib.
Vergilər də sahibkarlar üçün əlavə yükdür
Sahibkar bildiri ki, vergilər də sahibkarlar üçün əlavə yükdür:
"Bir çox ölkələrdə turizmi inkişaf etdirmək üçün müəyyən sahələri 15-20, 30-40 illik vergidən azad edirlər. Amma bizdə vəziyyət acınacaqlıdır. Vergi 18 faizdir. Mənfəət, torpaq, ƏDV və sair - ondan artıq vergi ödəyirəm. Bizi çox yükləyiblər. Heç olmasa, bizi 5 il müddətinə vergilərdən azad edərdilər ki, özümüzə gələ bilək. Baxın, ilin yalnız 3 ayında işləyirik və zərərlə çalışırıq. Heç bir gəlirimiz yoxdur, 9 ay ac qalırıq. Gözümüzü ilin bu 3 ayın dikmişik. Fəaliyyətimizi dayandırsaq, kimsə bizə iş verəcək?".

Sahibkar deyir ki axın, tələbat çox olsa da, onlarda qonaqları qarşılamaq üçün şərait yoxdur, yer sayı çox deyil.

Maraqlıdır, bu cür müəssisələrin qışda fəaliyyət göstərməsinə maneə olan nədir?
Sahibkar deyir ki, bunun üçün istilik sistemi çəkilməlidir, bu isə vəsait tələb edir:
"Qaz xətti olmalıdır. Turizmə qayğı, diqqət olmalıdır, yollar düzəldilməlidir. Üç ay işləməklə bu sistemi, infrastrukturu qurmaq olmaz".

Ardını oxu...
DİA.AZ: - Daxili Qoşunların Xüsusi Təyinatlısı olmuş, Şuşanın azad olunması zamanı ağır yaralanmış Müsüzadə Sirus Araz oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən, 14 yanvar 1998-ci ildə anadan olmuşam. Hərbi xidmətdən sonra 2020-ci ilin noyabrın 6--na qədər MAXE vəzifəsidə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Təyinatlı Qüvvələrdə çalışmış və Vətən Müharibəsində sonadək iştirak etmişəm. Vətən Müharibəsində iştirak etdiyim qızğın Şuşa uğrundakı döyüşlərdə bədənimin və başımın müxtəlif yerlərindən ağır yaralanışam. Mühariədən sonra hal-hazırkı günə qədər ciddi xəstəliklərdən əzyyət çəkr və müalicələr alıram. Budur 2 ilə yaxındır ki, müxtəlif xəsətəxanalara etdiyim müraciətlərdən və müalicələr almağıma baxmayaraq DİN-in DQ hərbi həkim Komssiyasının qoyduğu diaqnoz üzrə “ Partlayış travması nəticəsində qapalı kəllə - beyin ( bədənin müxtəlif yerlərində) döş qəfəsinin sağ yarısının sağ bazu, sol sağrı nahiyyəsinin odlu silah ( qəlpə) yarası, yumşaq toxumaların yad cismi, kəllə-beyin kontuziyası almış emossional -lovil şəxsiyyət pozğunluğu, yaddaşın enməsi, davamlı qıcolma " diaqnozu əsasında F.07.0, F 61.8, F06 .0 F 07.8 ) tapdığım xəstəliklərdən çox əziyyət çəkirəm. İş qabiliyyətimi tam itirmişəm. Çünki normal hərəkət edə bilmirəm, güclü baş ağrıları və təzyiqdən əziyyət çəkirəm.Qulağımın eşitmə dərəcəsi biri 2-ci, dəgəri isə 3-cü dərəcədir.
Nəticədə DİN-nin DQ-ın hərbi həkim komissiyası özlərini də qeyd etdiyi kimi çoxsaylı diaqnozlar qoysalar da nevroloji. vəziyyətimi, hərəkət pozğunluğumu və fatiki sağlamlığımın itirilməsni nəzərə alaraq 2022-ci ilin martında Xəstəlik haqqında Şəhadətnamə əsasında forma 88 göndərişi versələr də onların mənim xəstəliklərim üzrə verdikləri FORMA -88 göndərişinə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi komissiyası tərəfindən əsassız olaraq imtina verilmişdir. Beyin pozğunluğu və davamlı şəkildə aqressiyaya meyliliyimi nəzərə alaraq hazırda da Maştağa Psixi Xəstəxanasında müalicəni davam etdirməyə məcbur olmuşam. Çünki özümdən asılı olmayaraq hər gün iş yoldaşlarımla ( avtoyuma məntəqəsində) dava dalaş salırdım, evdə də qab qacağı sındırmaqla əsəblərimi bir az soyuduram.
Bəli, mənə aydın olamayan formada əlilliyimin təyin edilməsinə ƏƏSMN komissiyası qəsdən imkan verməmişlər. Belə ki, komissya mənə qoyulan diaqnozu əlillik meyarına hələlik uyğun hesab etmir. Yəni, bu rəsmi süründürməçilkdən belə nəticə çıxarıram ki, mən qazinin konkret olaraq 4000 manat pulum olmadığına görə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiysı əlillik təyin etməyiblər.Vəssəlam.
Hesab edirəm ki, həkim komissiysının mənim ağır xəstəliyimə əlaqədər gəldiyi nəticə və əsassız imtinası bir bəhanədir. Belə olmasaydı ağır xəstəliyim ola ola əlilliyin təyin edilməsi üçün mənə "forma 88" göndərişi verməzdilər. Hazırda 2 saylı npsixatriya xəstəxanasında müəlicəmi davam etdiriəm.
Xatırladım ki, bir neçə ay əvvəl Bakının Nizami rayonun "Neftçilər" metrostansiası yaxınlığında işlədiyim "Avtoyuma" məntəqəsində yığılan həftəlik gəliri - 4250 manatı yığıb portmanatın içinə qoyub "moyka"nın içindəki masya qoymuşdum. Digər iş yoldaşım Yengibar bunu görüb və xəlvəti olaraq gəlib pulu götürüb və sexdən qaçıb. Həm pulun götürülməsi zamanı, həm də küçədə dayanmadan qaşması videokameraya düşüb.( videolar əlavə olunur) Amma bu əclaf etdiyi oğurluğu etiraf etmir. Nizami Polis Bölməsi təhqiqatı yekunlaşdırıb materialı Nizami rayon Prokurorluğuna göndərsə də prokurorluqda müstəntiq oğru Yengibara qarşı cinayət işi açmaq istəmir. Deyir ki, bu oğrunun ilk işidir buna görə onu tutmaq olmaz. 2 ay vaxt verək. Budur 2 aydan çox vaxt keçib amma Nizami Prokuroluğu nədənsə sübuta yetirilən oğurluq hadisəsinə cinayət işi açmaq istəmir. Avtoyumanın sahibi də oğurlanan pulu məndən tələb edir. İndi mən bu ağır vəziyyətimlə həm iki gündən bir avtoyumada, gecələr isə daş karxanasında KAMAZlara daş atıb pul qazanıb oğrunun əvəzinə pul ödəyirəm. Doğrudur, mən Xüsusi Təyinatlı döyüşçü olmuşam və gücüm-qüvvəm var. Amma başım özümü çox vaxt idarə edə bilmir. Allaha yalvarıram ki, oğurlanmış 4250 manat pulu ödəyənə qədər əlimdən kiməsə qarşı xəta-bəla çıxmasın. Əsəbləşsəm kimisə öldürə bilərəm. Bu məndən asılı deyil. Vicdansız həkimlər də real vəziyyətimi qiymətləndirmir.
Cənab Ali Baş Komandan hesab edirəm ki, mənim kimi XTQ təmsilçisi müharibədə aldığım ağır yaralardan sonra sağlamlığımı və iş qailiyyətimi itirib kasıb vəziyyətə düşdüyümə görə çox əziyyət çəkirəm, Bir tərəfdən də borc ödəməyə məcburam.
Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin təyin edilməsinə və ƏƏSMN-də yerləşdirilmiş antitürk kadrlarının təcili olaraq təmizlənməsinə göstəriş verəsiniz ki, mənim kimi qazilərin canı bu süründürməçilərdən birdəfəlik qurtarsın".

Məsələ ilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Azərbaycanda yeni fəaliyyətə başlayan bukmeyker şirkəti “Misli” vətəndaşları aldadır. Vətəndaş iddia edir ki, misli.az uduşları ödəmir.

“24 saat“a müraciət edən vətəndaşlardan biri bildirib ki, şirkət onun udduğu pulu vermək istəmir.

“Cuiaba Esporte Clube-Atletiko Mineiro klubları arasındakı oyuna 10 AZN pul qoymuşam. Hər iki komandanın qol vuracağını proqnozlaşdırmışam. Kuponum gəlib. Lakin şirkət vurğudum pulu geri qaytarsa da, uduşu vermək istəmir. Uduşun məbləği 55.10 AZN-dir”, – deyə vətəndaş bildirib.

Onun sözlərinə görə, uduşun verilməməsi ilə bağlı heç bir izahat yoxdur. Şikayətçi iddiası ilə bağlı redaksiyamıza sübutlar da təqdim edib.
Ardını oxu...

 

Etibar Əliyev: “Nazir müavini məktəbdən xəbəri olmayan birisidir”.

“Mən təhsil sahəsində bütün məsələlərin şəffaf olmasının tərəfdarıyam. Qrant və proqramların maliyyələşməsindən tutmuş, məktəblərin təminatı və təchizatı kimi məsələlərə qədər. Elm və Təhsil Nazirliyinin rəhbərliyi buna çalışmalıdır. Təhsil qapalı system deyil, təhsil açıq sistemdir. Dediyim nüanslar nazirliyin saytında öz əksini tapmalıdır. Maliyyə vəsaitinin xərclənməsindən sonra audit prosesi baş verməldir”.

AzToday.az xəbər verir ki, bunu millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev “Yenisabah.az”-a müsahibəsində təhsil eksperti Kamran Əsədovun sosial şəbəkələrdə təhsil sektoru ilə bağlı açıqladığı korrupsiya faktlarına münasibət bildirərkən deyib.

Xatırladaq ki, K.Əsədov Elm və Təhsil Nazirliyinin orta məktəblərə oturacaqların, Prezidentin portretlərinin, bunlardan başqa, 44 günlük Vətən müharibəsinə dair qələbəmizi əks etdirən bannerlərin dərindən qat-qat baha qiymətə satılması haqda faktlar paylaşıb.
Ardını oxu...
Deputat təəssüfə qeyd edir ki, nazirliyin fəaliyyətində dediyi şəffaflığı görmür: “Mütəxəssislər, təhsil ekspertləri bu məsələləri mənbə kimi Elm və Təhsil Nazirliyinin informasiya resurslarından götürməlidirlər. Məlumatlar fərdi tanışlıq vasitəsilə əldə olunmamalıdır. Tenderlər də açıq şəkildə həyata keçirilməlidir. Burada insanların vergisindən formalaşan vəsaitlərdən söhbət gedir. Bunun da aydınlığı çox vacibdir”.

E.Əliyev əlavə edir ki, məktəblər müstəqil deyil: “Adi qapının cəftəsini dəyişməyə belə azadlığı yoxdur. Məktəb rəhbərliyi Bakıda tam şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regionlarda isə regional təhsil idarələrinə tabedir. Onlara da birbaşa Elm və Təhsil Nazirliyi rəhbərlik edir. Nazirlikdə isə məktəb işindən məlumatsız olan şəxslər toplaşıblar. Məsələn, Elm və Təhsil nazirinin məktəblərə kuratorluq edən müavini məktəbdən xəbəri olmayan birisidr. O, beynəlxalq münasibətlər üzrə mütəxəssisdir.

Məktəb çox mürəkkəb bir sistemdir. Buna görə də bu sahədə birbaşa aidiyyəti olan şəxslər olmalıdır. Məktəblərlə bağlı şaxəli araşdırmalar aparsaq, daha çox neqativ hallara rast gələrik. 10-11-ci sinif şagirdləri məktəbə gəlmir. Bu, böyük bir fəlakətdir. Burada çox böyük vəsaitdən söhbət getdiyindən, təhsilin rəhbərliyində olan şəxslər bunda maraqlıdırlar. Heç bir məktəbin normal saytı yoxdur”.

Deputat vurğulayır ki, məktəb direktorlarını ifrat asılı vəziyyətə salıblar. Onun sözlərinə görə, məktəb rəhbərlərini Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif qruplaşmalar idarə edirlər: “Həmin qruplaşmalar isə nazirlikdə formalaşıb. Belə bir məqamda məktəb direktorlarının heç nəyə etiraz etməyə cürəti yoxdur. Onları dərhal vəzifəsindən azad edərlər. Məktəbləri feodal təfəkkürlə idarə etmək olmaz. Bu cür məktəblərdə hansı keyfiyyətdən, şəffalıqdan danışmaq olar?!”.

Etibar Əliyev bildirir ki, bu gün abituriyentlər yüksək nəticələr göstərirsə, bu, ilk növbədə abituriyentin öz istedadı, ikinci növbədə, repetitorların hesabınadır: “Çünki məktəblərdə 10-11-ci sinifdə dərs olmadığından biliklə zənginləşmə də yoxdur. Məktəblərdə maliyyə müstəqilliyi olmalıdır. Məktəb laborant, süpürgəçi işə götürə bilmir”, deyə təhsil eksperti qeyd edib.

Millət vəkili hesab edir ki, məktəbin büdcəsi olsa, məktəblərə müəyyən sərbəstlik verilsə, özü özünün bəzi kiçik təminatlarını da həll edə bilər: “Bəzi şeylər kənardan 10 qat baha qiymətinə verilir və akta qol çəkməyə məcbur edilirlər. Bu proses ildırım sürəti ilə baş verir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblər üzərində “Damokl qılıncı”dır. Bundan başqa, xeyli sayda məktəb direktorunu nazirlik və idarədə əyləşən vəzifəlilərin himayə etmələri məktəbi çökdürüb. Qruplaşmaya aid olmayan məktəb direktorlarına ən sərt qaydalar tətbiq edilir. Qruplaşmaya aid olanlara isə “gözün üstdə qaşın var” deyən yoxdur. Qruplaşmaların himayə etdiyi məktəblərdə özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir. Məktəbin belə duruma düşməsini istəməzdim”.

Ardını oxu...
Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu təqdim edirik:
Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən cənab Prezidentə

ŞİKAYƏT ƏRİZƏSİ

"Hörmətli cənab Prezident! Bildirmək istəyirəm ki, bir müddət öncə Göyçay Rayon Mərkəzi Xəstəxanasının bəzi həkimlərinin məsuliyyətsizliyi üçbatından qardaşımın həyat vəfat etmişdir. Mən də xəstənin yaxın qohumu olaraq mərhumun ölüm səbəblərinin obyektiv araşdırılması və xəstəxanada yaranmış özbaşınalıqların qarşısının alınması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Göyçay Rayon Prokurorluğuna yazılı ərizə ilə çoxsaylı müraciətlər ünvanlayırdım. Lakin, xəstəxananın direktoru Yaşar Əhmədov prokurorluq tərəfindən aparılan istintaqın normal gedişinə mane olmaq məqsədilə əsas və tərkib olmadan, qondarma ittihamla məni Göyçay Rayon Məhkəməsinə şikayət edib.

Belə ki o, facebook sosial şəbəkəsində mənim xəbərim olmadan "Səbuhi Quluzadə" adlı profildən paylaşılan paylaşımların mənimlə əlaqəsi olduğunu iddia edir. Halbuki həmin paylaşımlarda yer alan təhqir və şərəf və layəti alçaldacaq sözlərlə mənim heç bir əlaqəm yoxdur. Yuxarıda qeyd etdiyim "Səbuhi Quluzadə" profili uydurma profildir. Hətta 1 il yarım öncə həmin profilin oğurlandığı haqqında hüquq mühafizə orqanlarına yzılı ərizə ilə müraciət etmişdim. Buna baxmayaraq "facebook" sosial şəbəkəsinin baş ofisi (baş server) ölkəmizin hüdudların kənarda yerləşdiyi üçün araşdırma aparmaq mümkün olmamışdır. Həmin vaxtdan etibarən mənim adımdan istifadə edilərək paylaşılan paylaşımlarla mənim heç bir əlaqəm yoxdur.

Hörmətli cənab Prezident! Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır". Məhz ona görə də Sizdən çox xahiş edirəm, barəmdə Göyçay Rayon Məhkəməsinə verilən əsassız ittihamın ləğv edilməsi və hüquqlarımın bərpa olunması üçün köməklik göstərəsiniz. Sizə öz dərin təşəkkürümü bildirirəm".
 
 
 

Dünyapress TV

Xəbər lenti