Ardını oxu...
"Sədərək ağsaqqalından Vasif "xan" həzrətlərinə mesaj: "Sədərəyə 2013-cü ildə su verilməli idi. 2023-cü ilə yaxınlaşırıq. Bəs hanı bizim suyumuz"". DİA.AZ bildirir ki, bu barədə Əli Qasımov özünün "facebook" səhifəsində paylaşım edib.
Ardını oxu...
Qeyd edək ki, Əli Qasımov Sədərək ağsaqqallarındandır və bir müddət rayon icra başçısının müavini vəzifəsini icra edib. DİA.AZ xəbər verir ki, Əli Qasımovun bu qeydini xüsusi diqqətə alan tanınmış jurnalist Heydər Oğuz aşağıdakı şərhi verib:

"Naxçıvandan dünən aldığım bir məlumat Əli müəllimin bu sualına qismən aydınlıq gətirir.
İddia olunur ki, Naxçıvanın unla təchizatı Azərbaycan büdcəsi ilə ödənilir. Naxçıvan hakimiyyəti isə MR-ə ayrılan vəsait hesabına taxıl ehtiyacını iki yolla əldə edir:
1. Yerli mənbələr hesabına;
2. İdxal taxılla.
Əldə etdiyim məlumata görə, idxal taxıl daha ucuz başa gəlir. Naxçıvan rəhbərliyi də taxılı xaricdən alıb sənədlərdə yerli məhsul kimi göstərir. Odur ki, Naxçıvan kəndlilərinin taxıl əkib-becərməsində maraqlı deyil. Əhaliyə suyu bu səbəbdən verməyə bilərmi?
Bu faktı araşdıracağam. Hələlik, aldığım məlumatı araşdırmanın yekun nəticəsi kimi yox, "xammalı" kimi qəbul edə bilərsiniz".

Məsələ diqqətimizdədir. Əlaqədar qurumları dia.az aolaraq dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Son günlər gündəmi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin işçilərinin hoqqaları zəbt edib.Pis iş görüblər.
Hamı qınayır.Artıq həbs olunan var və təhqiqat başlayıb.Sözüm ondadır ki,bizim camaata da bir hay lazımdır.Dərhal elliklə bir məsələnin ucundan tutub ucuzluğa gedirlər.Amma başqa problemləri dilə gətirmirlər.Məsələn,mənim problemim.
Üçüncü ildir ki,AZTV sədri Rövşən Məmmədovun sayəsində işdən çıxarılmışam.
Mənim ştatımı ixtisar etməyə o qədər tələsdilər ki halal 145 manat qonorarımı da ödəməyib qapını göstərdilər.Bu barədə çox yazıb demişəm,ölkə rəhbərliyinə,bir çox dövlət müəssisəsinə,məhkəmə orqanlarına müraciət etmişəm.İndi iş Ali Məhkəmədədir.
AZTV qarşısında etiraz aksiyam da olmuşdu,o qədər bezmişdim ki üstümə benzin töküb yandırmaq istəyirdim.Lakin polis nəfərləri cəld tərpənib buna imkan verməmişdilər.

Rövşən Məmmədov tək mənə qarşı belə olmayıb.Rəhmətlik Knyaz müəllim,diktor Gülşən Əkbərova,bir neçə sürücü və digər bir neçə əməkdaşla baş vermiş qalmaqalları yəqin xatırlayırsınız.Bundan sonra Hesablama Palatasının səs-küylü audit yoxlaması aparıldı və nəticəsi nəticəsiz qaldı.Yəqin bu maneələrdən keçməsi Rövşən Məmmədova əlavə stimul verib ki,heç nəyə,heç kimə fikir vermədən işçilərinin qonorarlarını kəsib-doğrayır.Amma özünün deyilənlərə görə 7 (yeddi) min manat civarında olan qonorarına əl gəzdirmək istəmir.Bu iddialara aydınlıq gətirmək üçün dəfələrlə aidiyyatı orqanlara müraciət etmişəm ki AZTV-də hərtərəfli yoxlama aparılsın.Çünki Hesablama Palatasının yoxlaması görünür ki kifayət etməyib.Mühasibat ciddi araşdırılmalıdır.
Bildiyimə görə məzuniyyətə çıxanların pulunun,xəstəlik kağızına görə müavinətin hesablanması,ezamiyyə xərcləri ilə bağlı nöqsanlar var.
Rövşən Məmmədovun kadr siyasətinə də baxaq.Nədənsə hazırki AZTV-də əsas vəzifələri bir vaxtlar Rövşən müəllimlə Lider TV-də işləyənlər və ailəsinə yaxınlar,həyat yoldaşı ilə Xəzər TV-də iş yoldaşı olmuş adamlar tutur.Və bir də tarixə qovuşmuş ANS-in bəzi yetirmələri də AZTV sədrinin imtiyazlıları sırasında yer alırlar.Məsələn,İctimai-Siyasi Proqramlar Studiyasının direktoru Tofiq Abbasov Lider TV-də Rövşən Məmmədovun bilavasitə rəhbəri olub.Tofiq müəllimin müavini,”Əsas Məsələ” verilişinin aparıcı Ətayə Ələmdarqızı da Lider TV-də işləyib.Həmin studiyanın əvvəlki rəhbəri Sərvər Bayramov isə Rövşən Məmmədovla İTV-də birlikdə çalışıblar,həm də Hesablama Palatasının yoxlaması aparılanadək dost sayılırdılar.İndi isə simvolik olaraq İnformasiya Proqramları Studiyasının direktor müavinidir.Sərvər müəllimin indiki departamentində sədrin iki tələbə yoldaşı da çalışır- Xarici Xəbərlərin direktoru Xaliq Əli və Region Xəbərlərinin rəhbəri,direktor müavini Elman müəllim.Bu siyahıya sabiq liderçilər-Mədəniyyət Xəbərlərinə baş redaktor təyin etdiyi Təranə Ziyadzadəni,AZTV Xəbərə məsul rejissor qoyduğu Tural Əliyevi,bədii rəhbər müavini Rafael Məmmədovu və transfer etdiyi bir neçə liderçi rejissorları da əlavə etmək olar.Sədrin ştat üzrə köməkçisi Vasif Acalov da Lider TV-də işləyib.Köməkçi demişkən,Vasifi sədrin qəbul otağında görən olmur.Onun işini başqa iki əməkdaş görür.Bu da yəqin Rövşən Məmmədovun idarəçiliyinin sirridir.

İdman TV-nin direktor əvəzi Rövşən Binnətli,Aydın adlı baş rejissoru da liderçidir.Hələ Baş Proqram direktoru Emin Hüseynov da var.

İndi isə Rövşən Məmmədovun ailəsinə yaxın olan əməkdaşlar barədə.Həyat yoldaşının rəfiqələrindən biri Kadrlar və Xüsusi İşlər Departamentinin rəisi İlhamə Hüseynovadır.
Digəri isə Həmkarlar Komitəsinin sədri,aparıcı Natəvan Osmanlıdır.”Səhər”in baş redaktoru Turan Babayev,Texniki direktor Elnur Əlizadə də Rövşən Məmmədova yaxın adamlar sayılırlar.Bu iki adam Xəzər TV Əli Həsənovun oğlunun ixtiyarından çıxdıqdan sonra AZTV-yə pənah gətiriblər.Həmin müddət Rövşən müəllimin həyat yoldaşı da Xəzər TV əməkdaşı olub.

Siyahını bir az da uzada bilərəm.Məsələn,Maliyyədəki Niyaməddin Quliyevi,Anarı,Təsərrüfatdakı Vüqar Bəşirovu,Ümumi şöbənin rəisi Tünzalə Nuriyevanı,məsul teleoperator Elşadı,Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyevanı da qeyd etmək olar.

Deməli Rövşən Məmmədov vaxtilə Lider TV-də,həyat yoldaşı Ramilə Məmmədli isə Xəzər TV-də işlədikləri üçün bu üç il ərzində oradan özlərinə yaxın bildikləri adamları AZTV-də yüksək vəzifələrə gətirib,yüksək qonorarla təmin ediblər.AZTV-nin peşəkar,təcrübəli işçilərinin bir qismi müxtəlif bəhanələrlə işdən çıxarılıb,ixtisara salınıb,bir qism bezərək çıxıb,bir qismi isə işindən uzaqlaşdırılıb.

İş o yerə çatıb ki Rövşən Məmmədovun özünə doğma saydığı,vaxtilə direktoru olduğu İctimai-Siyasi Proqramlar Studiyasında da vəziyyət ürəkaçan deyil.AZTV rəhbərinın aparıcısı olduğu “Həftə” proqramında titrlərlə əlaqədar bir yanlışlıq efirə getdikdən sonra sədr az qala hər kəsi təxribatçı kimi görür.Çox güman elə ona görə siyasi veriliş olan,AZTV-nin 1 nömrəli verilişi sayılan,Prezidentin,
dövlətin fəaliyyətinin həftəlik yekununu əks etdirən Həftə proqramını orta təhsillilərdən ibarət olan,siyasi cəhətdən təcrübəsiz rejissor qrupuna etibar edib.Redaksiyanın baş redaktoru və baş rejissorunu Həftə proqramından uzaqlaşdırıb.

Deyəsən Rövşən Məmmədov hələ də özünə yığcam,lakonik ssenari yazan tapmayıb.Əks halda verilişin həcmi təxminən 2 saat çıxmaz.Daha bir gülünc hal odur ki Rövşən Məmmədov verilişdə öz ətrafına aparıcıları toplayıb.Beləki süjetlərin əvvəlində,ortasında,
sonunda aparıcların “stand up”larını görürük.Halbuki həmin aparıcılar mətnin müəllifi deyillər.Sadəcə görüntü üçün Rövşən müəllimə lazımdırlar.Maraqlısı odur ki AZTV sədrinin hazırki və keçmiş köməkçilərinin əksəri aparıcılardır.Bu nə qayda,üslubdur,başa düşmək olmur.

Adətən daxilən zəif,özünə,savadına əmin olmayanlar savadlı insanlardan uzaq qaçırlar,
çalışırlar ki tabeliyindəkilər özündən biliyinə,təcrübəsinə görə aşağı olsunlar,asanlıqla baş üstə desinlər.Yəqin Rövşən Məmmədovda da bu təlaş var.Ona görə də həftəbecər kadr siyasəti yürüdür.
Ümid edirəm ki bir gün AZTV-yə də haqq-ədalət ayaq basacaq.Onda bütün suallara cavab tapılacaq.

Saidə Vəliyeva AzTimes.az
 
Ardını oxu...
“Putinin filosofu” adlandırılan Aleksandr Duqinin qızı Darya Duqinanın dəfn mərasimi Kremlin növbəti təbliğat şousuna çevrilib və bu acınacaqlı mənzərənin iştirakçıları sırasında Duqinin özü də olub...

“AzPolitika.info” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, iki gün öncə Moskva ətrafında avtomobili partladılaraq qətlə yetirilən D.Duqinanın dəfn mərasimində Kremlə yaxın siyasətçilər, partiya rəhbərləri, təbliğatçılar çıxış ediblər. Çıxışlarda Putinə və “xüsusi əməliyyata” dəstək, “Ukrayna rejiminə lənət” şüarları səsləndirilib.

Məsələn, Vladimir Jirinovskinin varisi, LDPR-in hazırkı sədri, Duma deputatı Leonid Slutski bu hadisənin törədilməsində Ukraynanı günahlandıraraq, Duqinanın adının “nasizmdən azad ediləcək Kiyev”in küçələrindən birinə verilməsini təklif edib.

Ancaq bununla bərabər, Putinə dəstək çıxışı edən Slutski özü alman nasistlərinin şüarlarına bənzər şüar da söyləyib: “Bir ölkə. Bir prezident. Bir qələbə”.

Xatırladaq ki, alman faşistlərinin şüarı “bir xalq, bir reyx, bir fürer” idi..
 

Ardını oxu...
AMEA Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Surəti Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, elm və təhsil naziri Emin Əmrullayevə, Mlli Məclisin elmimizin inkişafını istəyən deputatlarına ünvanlanmış müraciətdə qeyd olunur ki, Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Müzəffər Ordumuz işğal altındakı ərazilərimizi həm də elmli ölkələrin texniki üstünlüklərinin köməyi ilə azad edib. Bu məsələdə Türkiyə və İsrailin elmi-texniki nailiyyətləri də önəmli rol oynayıb.

Professor yazır ki, elmi yüksək səviyyədə inkişaf etmiş Avropa ölkələri və ABŞ müharibənin əvvəlində Azərbaycanın haqq işinə qarşı çıxsalar da müharibənin sonunda elmin hesabına qalib gələn ölkəmizi dəstəkləyiblər.

Hətta elmi orta səviyyədən aşağı olan İran müharibənin əvvəlində Azərbaycana qarşı olsa da, vaxtlı-vaxtında Ermənistana silah-sursat çatdırsa da, müharibənin sonunda elmin hesabına qalib gələn Azərbaycanı alqışlamağa məcbur olub.

Elmimizin inkişafını və intihabını necə yaradaq?

Qüdrət İsaqov müraciətində daha sonra yazır:

AMEA Azərbaycan təhsilinə və dünya elminə nə verib?

Bu sual həm Sovet imperiyası dönəmi üçün, həm də bu gün aktuallığını saxlayır. AMEA 1945-ci ildə Sovet imperiyası dönəmində yaradılıb. O dövrə qədər də Azərbaycanda elmi-tədqiqat müəssisələri vardı və bu müəssisələr SSRİ Elmlər Akademiyasının tərkibində idilər. O zaman geoloqlarımız Xəzər dənizində böyük neft yataqları kəşf etdilər. Akademik Yusif Məmmədəliyev yüksək oktanlı benzini kəşf etdi. AMEA Fizika İnstitutu akademik Həsən Abdullayevin rəhbərliyi dövründə Sovet İttifaqında Se (Selen) və Te (Tellur) elementləri sahəsində baş müəssisə titulunu qazandı. Fizika İnstitutunun bir çox nəticələri Sovet elminin mühüm nailiyyətləri sırasına daxil edilmişdi. Mənim yarımkeçirici-ifratkeçirici kompozitində tapdığım Cozefson effekti də Sovet elminin mühüm nailiyyətləri siyahısına daxildir. Azərbaycan fiziklərinin elmi işləri həm Sovet imperiyası dönəmində, həm də bu gün dünyanın yüksək impakt faktorlu jurnallarında dərc olunub və olunur.

AMEA həm Sovet imperiyası dönəmində, həm də bu gün Azərbaycan universitetləri üçün yüksək titullu professor-müəllim heyətini yetişdirən bir nəhəng elm ocağıdır.

AMEA cihazlarla yüksək səviyyədə təmin olunurdu

Sovet imperiyası dövründə Fizika, Kimya, Biologiya Astrofizika və s. institutlar istədikləri cihazların hamısını SSRİ büdcəsinin hesabına alırdı. Hər 15-30 gündən bir Fizika İnstitutunun həyətində cihazlarla dolu olan böyük yük maşını dayanırdı. Bu cihazlar verdiyimiz sifarişlər əsasında Moskvadan göndərilirdi. O zamanlar yarımkeçirici materialların hamısını sintez etmək üçün verilən sifarişlər əsasında yüksək təmizlikli metallar, yarımmetallar, yarımkeçiricilər və s. Moskvadan göndərilirdi. AMEA-nın Astrofizika Rəsədxanası Almaniya istehsalı olan və dünyadakı böyük teleskoplardan biri ilə təmin edilmişdi. Yəni Sovet imperiyası dövründə Azərbaycan Elmlər Akademiyasının cihazlarla və kimyəvi elementlərlə təchizatı ən yüksək səviyyədə idi.

Səhv və zərərli ideya

Akademiyalar, universitetlər müxtəlif elm və təhsil sistemlərinin birgə fəaliyyəti əsasında yaradılıb. Akademiyalar dünyada mövcud olan elmlərin bütün institutlarının birgə fəaliyyətini təmin etmək üçün, universitetlər fizika, kimya, biologiya, ədəbiyyat, iqtisadiyyat, geologiya və s. kimi ixtisasların birgə fəaliyyətlərini birləşdirən təhsil sistemlərinin cəmindən əmələ gəlib. Yəni dünyadakı bütün elm və təhsil sistemləri birgə fəaliyyətin nəticələri üzərində qurulub. Ona görə də “Azərbaycan yalnız özünə lazım olan elm sahələri ilə məşğul olmalıdır”,- ideyası səhv və zərərlidir.

Müstəqilliyimiz dövründə Azərbaycan elmi cihazlarla dolu bir dənə də yük maşını görməyib. Yəni institutların cihazlarla təminatı Azərbaycan müstəqil olan gündən indiyədək həm AMEA Fizika İnstitutunda, həm də digər institutlarda sıfır səviyyəsindədir. Azərbaycanda Fizika elminin səviyyəsini yüksəldən kriogen korpusunda olan maye heliumun alınması üçün lazım olan cihaz, istifadə olunmuş heliumun yığılması üçün lazım olan tutum-yəni qazqolder də tamamilə aşılanıb, əvəzində isə müasir cihazlar almaq mümkün olmayıb.

Elmi alimlərlə birgə hökmdarlar yaradıblar

Marağa rəsədxanası dünya elminin korifeylərindən Məhəmməd Nəsirəddin Tusinin xahişi ilə Çingiz xanın nəvələrindən biri - Hulaku xanın verdiyi icazələrlə, kisələrlə qızılın hesabına yarandı.

Rus elmini - yəni Rusiya Elmlər Akademiyasını 1-ci Pyotr Avropa(Almaniya) alilməri ilə birlikdə yaratdı.

Uluqbəy Rəsədxanasını Teymurləngin nəvəsi Uluqbəy xan yaratdı.

Pakistan elmini (Pakistanın atom silahını) Nobel mükafatı laureatı Abdussalamla Pakistan prezidenti yaratdı.

Sovet imperiyasının böyük elmini və sənayesini İosif Stalin yaratdı.

Türkiyənin yeni elmini Rəcəp Tayyib Ərdoğan və Bayraqdar yaradır.

Hörmətli prezidentimiz İlham Əliyev!

Yuxarıda deyilənləri nəzərə alaraq, bu gün mən Sizdən Azərbaycan Elminin Xilaskarı olmağınızı, yəni elmimizi yenidən yaratmağı xahiş edirəm!

Bu gün bu quyudan və cəngəllikdən çıxmaq üçün yeganə silahımız Sizin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanınızdır. Fərmanınız olduqca əhatəli və istiqamətvericidir. Fərmanın yaxın gələcəkdə səmərəli şəkildə yerinə yetirilməsi üçün ilk növbədə bu gün dünya miqyasında müxtəlif ölkələrin elmə ayırdıqları pulların miqdarını müəyyən edərək, Azərbaycanda elmin inkişafına nə qədər büdcə vəsaitləri ayrıldığına baxmalıyıq.

Sadə hesablamalar göstərir ki, bu gün Azərbaycan elminə bütövlükdə ümumi daxili məhsulun (ÜDM) 0,2 faizi miqdarında vəsait ayrılır. Ümumdaxili məhsulun miqdarı 54,62 milyard dollar olub.

ÜDM-dən elmin inkişafına Azərbaycan qədər (0,2%) pul ayıranlar, Azərbaycandan az pul ayıranlar və pul ayırmayan ölkələr:

Albaniya, ABŞ Virgin Adaları, Anqola, Ermənistan, Banqladeş, Bəhreyn, Benin, Bermud adaları, Boliviya, Bosniya və Herseqovina, Burundi, Qabon, Qambiya, Qana, Qvatemala, Qvineya, Honduras, Qrenlandiya, Zambiya, Zimbabve, İndoneziya, İordaniya, İraq, Qazaxıstan, Kamboca, Kamerun, Keniya, Konqo, Fil Dişi Sahili, Küveyt, Qırğızıstan, Laos, Lesoto, Liviya, Mavritaniya, Madaqaskar, Makao, Malavi, Mərakeş, Monako, Monqolustan, Myanma, Nauru, Nepal, Niger, Nigeriya, Nikaraqua, Oman, Panama, Papua Yeni Qvineya, Paraqvay, Peru, Salvador, Seyşel adaları, Suriya, Sudan, Tacikistan, Trinidad və Tobaqo, Uqanda, Özbəkistan, Filippin, Mərkəzi Afrika Respublikası, Şri Lanka və Yamayka.

ÜDM-dən elmə ayrılan pulların miqdarına görə Azərbaycan keçmiş Sovet respublikaları arasında haradadır?

Azərbaycan(0,2% )

Ermənistandan(0,2%,)

Qazaxıstandan(0,12%)

Özbəkistandan(0,13%)

Qırğızıstandan(0,11%)

Tacikistandan(0,10%) qabaqda

Moldovadan(0,25%)

Gürcüstandan(0,30%)

Ukraynadan(0,47%)

Belarusdan(0,61%)

Latviyadan(0,63%)

Litvadan(0,94%)

Estoniyadan(1,43%)

Rusiyadan(1%) sonrakı yerdədir.

ÜDM-dən elmin inkişafına Azərbaycandan çox pul ayıran ölkələr:

Azərbaycan(0,2%)

Avstraliya(1,87%)

Avstriya(3,17%)

Argentina(0,54%)

Belarusiya(0,61%)

Belçika(2,82%)

Bolqarıstan(0,77%)

Braziliya(1,26)

Böyük Britaniya(1,72%)

Macarıstan(1,55%)

Vyetnam(0,58%)

Almaniya(3,09%)

Honq Konq(0,86%)

Yunanıstan(1,8%)

Gürcüstan(0,30%)

Danimarka(3,06%)

Misir(0,72%)

İsrail(4,95%)

Hindistan(0,65%)

İran(0,95%)

İslandiya(1,15%)

İspaniya(2,03%)

İtaliya(1,40%)

Kanada(1,57%)

Kipr(0,56%)

Çin(2,19%)

Kolumbiya(0,24%)

Kosta Rika(0,43%)

Kuba(0,44%)

Latviya(0,63%)

Litva(0,94%)

Lüksemburq(1,24%)

Makedoniya(0,36%)

Malayziya(1,44%)

Malta(0,57%)

Meksika(0,31%)

Moldova(0,25%)

Hollandiya(2,16%)

Yeni Zelandiya(1,4%)

Norveç(2,07%)

Birləşmiş Ərəb Əmirlikləri(1,30%)

Oman(0,22%)

Pakistan(0,24%)

Polşa(1,21%)

Portuqaliya(1,37%)

Rusiya(1%)

Rumıniya(0,51%)

Serbiya(0,92%)

Sinqapur(1,94%

Slovakiya(0,83%)

Sloveniya(1,94%)

Amerika Birləşmiş Ştatları(2,84%)

Tayland(1,2%)

Türkiyə(1%)

Ukrayna(0,47%)

Uruqvay(0,50%)

Finlandiya(2,77%)

Fransa(2,20%)

Xorvatiya(0,97%)

Monteneqro(0,37%)

Çexiya(1,93%)

Çili(0,37%)

İsveç(3,34%)

Estoniya(1,43%)

Cənubi Afrika(0,85%)

Cənubi Koreya(4,81%)

Yaponiya(3,26%).

Yuxarıdakı ölkələr toplusundan və rəqəmlərdən aşağıdakı nəticələri deyə bilərik:

- Elmin inkişafı üçün ÜDM-dən pul ayırmalarına görə biz özümüzü bundan sonra Azərbaycandan az pul ayıranlarla və ya heç pul ayırmayanlarla müqayisə etməməliyik

- Elmin inkişafına ÜDM-dən pul ayırmalarına görə biz keçmiş Sovet məkanında 1-ci yerdə olmalıyıq

- Elmin inkişafına görə bizdən qat-qat irəlidə olan ölkələrin səviyyəsinə yüksəlmək uğrunda çalışmalıyıq.

ABŞ və Çinin elmdəki gücü

ABŞ-da ÜDM 22 trilyon 996 milyard dollardır. Elmə ayrılan pulun miqdarı ÜDM-in 2,84 faizi qədər, yəni 653 milyard 86 milyon 400000 min dollardır.

Çində ÜDM 17 trilyon 734 milyard dollardır. Elmə ayrılan pulun miqdarı ÜDM-in 2,19 faizi qədər, yəni 388 374 600 000 (388 milyard 374 milyon) dollardır.

Rusiyada ÜDM-in miqdarı 1 trilyon 776 milyarddır. Elmə ayrılan pulun miqdarı ÜDM-in 0,99 faizi qədər, yəni 17 582 400 000 (17 milyard 582 milyon 400 min) dollardır.

Bu rəqəmlərdən görürük ki, ABŞ elmə Çindən 1,68 dəfə, Rusiyadan isə 37 dəfə çox pul ayırır. Çin elmə Rusiyadan 22 dəfə çox pul ayırır.

Böyük Britaniyada ÜDM 3 milyard 187 milyon dollardır. ÜDM-in 1,72 faizi elmə ayrılır. Yəni elmə ayrılan pulun miqdarı 18 529 069 767 (18 milyard 529 milyon 69 min 767) dollardır. ABŞ-ın elmə ayırdığı pul Böyük Britaniyanın elmə ayırdığı puldan 37 dəfə çoxdur.

Almaniyada ÜDM 4 trilyon 223 milyard dollardır. ÜDM-in 3,9 faizi elmə ayrılır. Yəni elmə ayrılan pulun miqdarı 42 230 000 000 dollardır. ABŞ-ın elmə ayırdığı pul Almaniyanın elmə ayırdığı puldan 15,5 dəfə çoxdur.

Cənubi Koreya möcüzəsi

Əhalisi 52 milyon, ÜDM 1 trilyon 799 milyard, elmə ayrılan pulun miqdarı ÜDM-ə görə faizlə bütün dünya ölkələrindən çox olan (4,81%) Cənubi Koreya 86 milyard 531 milyon 900 000 min dollar elmə pul ayırır.

Rusiyanın ərazisi 17 125 191, yəni 17 milyon 125 min 191 km2-dır. Əhalisi 150 milyon nəfər. ÜDM 1 trilyon 776 milyarddır. Elmə ayrılan pul 0,99 faizdir. Yəni 17 milyard 582 milyon 400000 dollardır.

Bu rəqəmlərə görə Cənubi Koreyanın elmə ayırdığı pul Rusiyanın elmə ayırdığı puldan (86milyard 531 milyon 900 000 min dollar)/(17milyard 582milyon 400000 dollar)= 4,9=5 dəfə çoxdur. Ərazisi 100 210 кm² olmaqla Rusiyadan 170 dəfə kiçik, əhalisi 51 744 647 nəfər olmaqla Rusiyadan 3 dəfə azdır. Yeraltı və yerüstü sərvətləri Rusiya ilə müqayisədə sıfıra bərabərdir. Elmin inkişafı üçün ÜDM-dən ayrılan pulun miqdarı 4,81 faiz olmaqla dünyada birinci yerdədir.

Azərbaycanda elmin inkişafına ayrılan pul ÜDM-in 1-1,5 faizi qədər ola bilər. O zaman qüdrətli Azərbaycan yaranacaq!

Azərbaycanda ÜDM 92 milyard 857 milyon manatdır = 54 622 176 470 dollardır, elmə ayrılan pulun miqdarı 0,2 faiz olmaqla 109 244 352 dollar edir.

Estoniyada ÜDM=36.26 milyard dollardır. ÜDM-dən elmə ayrılan pul 1,43 faizdir.

Latviyada ÜDM=38.87 milyard dollardır. ÜDM-dən elmə ayrılan pul 0,63 faizdir.

Litvada ÜDM= 65.5 milyard manatdır. ÜDM-dən elmə ayrılan pul 0,94 faizdir.

Azərbaycandan sonra Estoniya, Latviya, Litvanı ona görə göstərirəm ki, bu 3 respublikanın Azərbaycan qədər nə yeraltı, nə də yerüstü sərvətləri yoxdur. Azərbaycanda ÜDM Estoniyadakı ÜDM-dən 1,5 dəfə, Latviyadakı ÜDM-dən 1,4 dəfə çoxdur. Litvada isə ÜDM Azərbaycandakı ÜDM-dən vur-tut 1,19 dəfə çoxdur.

Azərbaycan, Estoniya, Latviya və Litvanın müqayisəsinə görə inamla deyə bilərik: Azərbaycanda ÜDM-in elmə ayrılan hissəsini gələn ilin büdcəsində 1-1,5 faiz yüksəltmək olar!

Əlavə olaraq Azərbaycandan 2 dəfə az ÜDM (25 milyard) istehsal edən və elmin inkişafına 2,03 faiz ayıran İslandiyanı, Azərbaycandakı ÜDM-ə yaxın, yəni 63 milyard 0.92 faiz pul ayıran Serbiya, Azərbaycandakı ÜDM-ə yaxın məhsul istehsal edən Xorvatiyanın (ÜDM=68 milyard) elmə ayırdığı pulu 0,97 faizi, Azərbaycandakı ÜDM-ə yaxın məhsul istehsal edən Sloveniyanın(61 milyard) elmə ayırdığı 1,94 faiz pulu göstərə bilərik.

Bu rəqəmlərin hamısı bir daha sübut edir ki, ÜDM-dən elmə ayrılan pulun miqdarını Azərbaycanda 1-1,5 faizə yüksəltmək olar.

Alimlərimizin əməkhaqqı ən azı 3 dəfə artırılmalıdır

Bu gün məmurların çoxu alimləri az əməkhaqqı aldıqlarına görə saymırlar. Azərbaycanda AMEA sistemində işləyən elmlər doktorları, professorlar, elmlər namizədləri, dosentlər universitetlərdə işləyən eyni elmi dərəcəni, eyni elmi adı, eyni vəzifələri daşıyan alimlərdən 1,5-2 dəfə aşağı əməkhaqqı alırlar.

ÜDM-in elmə ayrılan hissəsini 1-1,5 faizə yüksəltməklə AMEA sistemindən Elm və Təhsil Nazirliyinin tərkibinə keçən və AMEA-nın tərkibində qalan institutlarda işləyən insanların əməkhaqqlarını 3 dəfədən çox artırmaqla elmimizin 30 ildən çox müddətdə aşınmış elmi texniki-cihaz bazasını da tamamilə bərpa edə bilərik.

Hədəfimiz isə ÜDM-dən (482 milyard) elmin inkişafına 4,95 faiz pul ayıran İsrail və ÜDM-dən (1 trilyon 799 milyard) elmin inkişafına 4,81 faiz pul ayıran Cənubi Koreya olmalıdır.

İsrail və Cənubi Koreya ilə daha yaxın olmalıyıq

Biz ərazisi 20770 km2 - yəni Azərbaycandan 4 dəfə kiçik, əhalisi 9 milyon, təxminən Azərbaycanın əhalisi qədər olan və dünya elminin yönləndirilməsində əsas söz sahibi olan yaxın dostumuz İsraillə daha yaxın dost olmalıyıq və öyrənməliyik ki, İsrail ÜDM-in 4,95 faizini necə elmə ayıra bilir.

Biz ərazisi 100200 km2 - yəni Azərbaycan ərazisinə yaxın olan, əhalisi 52 milyon, Azərbaycandan 5 dəfə çox olan Cənubi Koreya ilə çox yaxın dost olmalıyıq və öyrənməliyik ki, Cənubi Koreya ÜDM-in 4,81 faizini elmə necə ayıra bilir.

İsraildə ÜDM 482 milyard dollardır. ÜDM-dən elmə ayrılan pulun faizlə miqdarı 4,95 faizdir.

Yəni İsrailin ÜDM-dən elmə ayırdığı pulun miqdarı 23 859 000 000 dollardır. Buradan deyə bilərik ki, İsrailin elmə ayırdığı pulun miqdarı Azərbaycanın elmə ayırdığı pulun miqdarından 23859000000/109244352=218 dəfə çoxdur.

Cənubi Koreyanın elmə ayırdığı pulun miqdarı 86 milyard 531 milyon 900 000 min dollardır. Azərbaycanın eımə ayırdığı pulun miqdarı 109 244 352 dollardır. Buradan görə bilərik ki, Cənubi Koreyanın elmə ayırdığı pulun miqdarı Azərbaycanın elmə ayırdığı pulun miqdarından 86531900000/109244352=792 dəfə çoxdur.

Cənab prezident!

1. Sizdən xahiş edirəm ki, Azərbaycan elminin xilaskarı olasınız.

2. Sizdən xahiş edirəm ki, ÜDM-in 1-1,5 faizinin Azərbaycan elminin inkişafına yönəldilməsi üçün göstəriş verəsiniz.

3. Sizdən xahiş edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində alimlərin bütün məmurlardan daha çox əməkhaqqı aldıqlarını nəzərə alaraq alimlərin əməkhaqlarının 3-4 dəfə yüksəldilməsi haqqında Fərman verəsiniz.

4. Sizdən xahiş edirəm ki, elmi-tədqiqat institutlarının hamısının müasir cihazlarla təmin olunması haqqında Sərəncam verəsiniz.

5. Sizdən xahiş edirəm ki, alimlərin mənzil şraitinin yaxşılaşdırılması üçün Sərəncam verəsiniz.

6. 44 günlük qələbələr dövründə bütün dünya gördü ki, Siz böyük sərkərdə və böyük dövlət başçısı olmaqla yanaşı həm də siyasətin böyük alimisiniz. Ona görə Azərbaycanda elmə və alimə hörmət mühiti bərqərar olmalıdır”.

Qüdrət İSAQOV

Fizika-riyaziyyat elmləri doktoru, professor,
AMEA Fizika İnstitutunda Laboratoriya rəhbəri,
Müstəqil Ekspert Qrupunun rəhbəri

P.S-1: Prezident Administrasiyasından və şəxsən Samir Nuriyevdən xahiş edirəm ki, elmimizin xilası və inkişafı naminə yazdığım açıq məktubumu Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya şəxsən təqdim edib, məruzə etsin!

P.S-2: Təhsil naziri Emin Əmrullayevdən xahiş edirəm ki, elmimizin xilası və inkişafı naminə yazdığım məktubumu diqqətlə oxuyub burada qaldırdığım məsələlərin həllinə yardımçı olmaqla, Azərbaycan prezidenti İlham Əliyevə məruzə etsin.

P.S-3: Parlamentin spikeri Sahibə Qafarovadan, parlamentin vitse-spikerlərindən, tanıdığım 10-larla deputatlardan, şəxsən tanımadığım, lakin Azərbaycan elminin inkişafını istəyən bütün deputatlardan xahiş edirəm ki, məktubumu diqqətlə oxuyub, büdcə müzakirləri aparılan zaman elmimizin büdcəsinin ÜDM-dən elmə ayrılan pulun 1-1,5 faizə yüksəldilməsi ideyasını müdafiə etməklə Azərbaycan elminin inkişafına, Azərbaycanın qüdrətli dövlət olmasına xidmət etsinlər.
 //Reyting.az//
Ardını oxu...
Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderlərin qalibi "Afira Corp” MMC (VÖEN – 1007661191) olub.
Tender müsabiqəsinin şərtlərinə görə "Afira Corp” MMC Yevlax şəhər İcra Hakimiyyətinin sifarişilə şəhərdə təmir işlərini həyata keçirəcək və qarşılığında 106 min 678 manat 21 qəpik alacaq.

Tender müsabiqəsinin qalibi olan "Afira Corp” MMC 29.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, 28 may Ə/V, 20 yanvar, ev 1, m. 25-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Ağamirova Xalidə Ağamir qızıdır.
Qeyd edək ki, Yevlax şəhər İcra Hakimiyyəti tender müsabiqəsini MMC-nin dövlət qeydiyyatına alındığı gündən 4 gün əvvəl – 25.06.2022-ci il tarixində elan edib. 107 min manatlıq açıq tender elan olunan zaman qalib şirkət mövcud olmayıb.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.

Tender elan olunduğu gündən 4 gün sonra yaranan şirkətin hansı təcrübəsinin olacağı aydın deyil.

Onu da qeyd edək ki, "Afira Corp” MMC Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində "Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi olub.

"Afira Corp” MMC "Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinə 14 min 892 manat 48 qəpik dəyərində təmir işləri görəcək.

Məlumat üçün onu da qeyd edək ki, tender keçirən qurumun - Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Aqil oğlu Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.

Anar Tağıyev 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010-2011-ci illərdə isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-2019-cu illərdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. 2019-cu ilin oktyabr ayından Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir.
 
Ardını oxu...
Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı neqativ məlumatların intensivləşməsi bu qurumdakı vəziyyətin sadəcə islahatlarla düzələcəyinə dərin şübhə yaradır.
AMEA-da artıq 5 aydır Ramiz Mehdiyev erası başa çatsa da, Akademiyanın adını yalnız neqativlərlə assosiasiya etdirən iş prinsipindən imtina olunmaması bu təşkilata yönəlik narazılıqları xeyli artırıb.
Mediada yayılan materiallara əsasən, demək olar ki, sabiq prezidentin dövründə haqlı tənqidlərə tuş gələn bütün mənfi cəhətlər AMEA prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun sayəsində yeni forma taparaq israrla davam etdirilməkdədir.
Bunun nəticəsində AMEA-da yarıtmaz kadrların yenidən irəli çəkilməsi, vəzifələrə təyinatlarda şəxsi və qohumluq münasibətlərinin əsas götürülməsi, elmi yeniliklərə imza atılmaması, Akademiyanın “durğunluq məkanı”na çevrilməsi kimi ciddi nöqsanların aradan qaldırılması əvəzinə, onların stimullaşdırılması müşahidə edilməkdədir.
Akademiya ilə bağlı diqqəti cəlb edən başqa bir məqam AMEA-nın yeni rəhbərinin öz sələfinə inanılmaz “bağlılığı”dır. Hər halda, belə olmasaydı, Akademiyanın binasında Ramiz Mehdiyevin yaradıcılığına həsr edilmiş xüsusi stend yaradılmaz, onun müəllifliyi şübhə ilə qarşılanan kitabları orada sərgilənməzdi.
Arif Həşimovun bu diqqəttinə, bəlkə də, hər hansı formada izahat tapmaq mümkün ola bilərdi… Amma iş ondadır ki, AMEA-nın rəhbəri Ramiz Mehdiyevə bu cür diqqətli yanaşdığı halda, eyni sayğını Ümummilli Lider Heydər Əliyevdən və Prezident İlham Əliyevdən, nədənsə, “əsirgəyib”. Bunu sadəcə, unutqanlıq və ya diqqətsizlik olaraq qiymətləndirmək isə razılaşın ki, asan deyil.
Buradan gəlinən nəticə belədir ki, Akademiyanın yeni rəhbərliyi, konkret desək, Arif Həşimov AMEA-da Ramiz Mehdiyev “kult”unu yaşatmaqda təkid edir. Yəni o da tabeliyindəki bir çoxları kimi, “Mehdiyev kultu”na “sədaqət”indən əl çəkmək niyyətində deyil. Belə olan təqdirdə, AMEA rəhbərindən Mehdiyevin qurduğu sistemi demontaj etməyi və iş üslubunu dəyişməyi gözləmək sadəlövhlük olardı. Görünən budur ki, Arif Həşimov öz sələfini “böyük ustad”, hətta daha irəli getsək, “Piri-Mürşid”i kimi görməkdədir. Amma Həşimov öz sələfinə göstərdiyi diqqəti bir az da elmə yönəltsəydi, yəqin ki, indi bu qədər tənqid olunmazdı…

www.yenicag.az
 
 
 
Ardını oxu...
Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
TEREF-in məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 47 min 835 manat 9 qəpik olan tender müsabiqəsinin qalibi “Lima MM” MMC (VÖEN- 1307795921) olub.
“Lima MM” MMC Polis Akademiyasına camaşırların yuyulması xidməti göstərəcək.
Nizamnamə kapitalı 10 manat olan “Lima MM” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, H.Q. Mustafayev, ev 11-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şahverdiyev Hikmət Qalib oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Lima MM” MMC tender müsabiqəsinin başlamasından təxminən bir ay əvvəl dövlət qeydiyyatına alınıb.
Polis Akademiyası tender müsabiqəsini (Kotirovka sorğusu) avqust ayının 8-də elan edib. Tender müsabiqəsinin qalibi olan “Lima MM” MMC isə bu ilin iyun ayının 26-də dövlət qeydiyyatına alınıb.
Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Bir ay əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Onu da qeyd edək ki, son bir il ərzində “Lima MM” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.
Cəmi 8 ay ərzində “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11” ünvanda qeydə alınan şirkətlər bunlar olub:
 
Ardını oxu...
Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin xaricdə daha bir biznesi aşkarlanıb.

Qlobal.az xəbər verir ki, deputatın oğluna məxsus olan dörd mərtəbəli, dörd ulduzlu otel Türkiyənin İstanbul şəhərinin Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşir.

Otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.

Qeyd edək ki, Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.

Məlumatı araşdırmçı jurnalist Cavanşir Həsənli yayıb.

Xatırladaq ki, deputat Ağalar Vəliyev "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.

Ağalar Vəliyev eyni zamanda Bakı, Sumqayıt və Abşeronda yaşayış binalarının tikintisi ilə məşğul olan "Kristal Abşeron" MTK-nın da sahibidir.

Deputat yayılan xəbərə mövqe bildirməyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Avqustun 15-də Şabran rayonunun Xəlfələr kəndində əkin sahəsində başladığı deyilən yanğın Dağ Bilici, Mumlu, Zöhramlı kəndlərinə də yayılıb.

Yeniavaz.com xəbər verir ki, meşə yanğınlarında əmlakını, təsərrüfatını, heyvanlarını itirən Zöhramlı kənd sakini Söbə İsmayılova “AbzasMedia”ya əllə tutulacaq bir şeyinin qalmadığını deyib:

“20 qoyunumuz, 4 danamız yanaraq tələf olub. Taxıl otağındakı 5 ton taxılımız da yanıb. Nəyimiz vardısa, kənd həyətində olan şeylər, hamısı yanıb. Bir dənə də olsun əşyamız qalmayıb”.

S. İsmayılovanın sözlərinə görə onların evini söndürmək üçün gələn Fövqəladə Hallar Nazirliyi əməkdaşları deyiblər ki, “su yoxdur”:

“Heç bir köməksiz, əl ilə söndürmüşük. Yanğınsöndürən gəlir, deyir suyumuz yoxdur, işıq yoxdur. Yanğınsöndürənə yalvarırıq, çağırırıq, deyir su yoxdu, bizə su vermirlər”.

 

 

 

Ardını oxu...
Araşdırmaçı jurnalist Cavanşir Həsənli keçmiş broker Əbülfəz Məlikovun həbsi ilə bağlı bəzi məqamları açıqlayıb.

O, bununla bağlı "facebook" səhifəsində paylaşım edib:

"Keçək keçmiş gömrük brokeri Əbülfəz Məlikovun həbsi ilə bağlı məsələyə. Broker Əbülfəzin həbsinin güman ki, səbəblərindən biri "Marşall işi" ilə əlaqədardır. Söhbət Əbülfəz Məlikovun oğlu Murad Məlikovun Marşall adalarında qeydiyyatdan keçmiş offşor şirkətlər üzərindən Londonda biznes qurmasında gedir.

WISEBOROUGH ESTATE LLP əmlak şirkəti hələ 2011-ci il noyabrında Britaniya Şirkətlər Evində qeydiyyatdan keçib. Təsis sənədlərində ilk olaraq şirkəti Marşall adalarında qeydiyyatdan keçmiş BETACITY INVESTMENT LTD, GRIFOLA TRADING LTD, MS-PROXY SERVICES LTD, PINTOX SYSTEMS LIMITED, S&P IMPEX SOLUTIONS LTD, SYTEN GROUP LIMITED, Panamada qeydiyyatdan keçmiş PAFOS BUSINESS S.A təmsil edib.

2018-ci ilin yanvarından isə Əbülfəz Məlikovun oğlu Murad Məlikov və "Karqo Şamil" kimi tanınan Şamil Heydərovun oğlu Kamal Heydərov şirkətdə rəsmi olaraq imza sahibi kimi tanınırlar.

Hər iki şəxsin adı Marşall, Seyşell və Belize adalarında fəaliyyətdə olan offşor şirkətlər (TALLBERG LTD, UNIWELL, INC., INTRAHOLD A.G., IRELAND & OVERSEAS ACQUISITIONS LTD., MILLTOWN CORPORATE SERVICES LTD., MONOHOLD A.G.) üzərindən Londonda qeydiyyatdan keçmiş daha bir şirkətdə - CTR UNIVERSAL LLP-də imza sahibidirlər".
 //arqument.az//

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti