Ardını oxu...
“Artıq bir aya yaxındır bu məsələ ilə bağlı mübarizə aparıram. Hamı tikilinin qanunsuz olduğunu bildirsə də, heç kim tikintiyə mane ola bilmir”.

TEREF xəbər verir ki, bu sözləri Xəzər Rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıq edən aparıcı Seva Camalova Yenicag.az-a ünvanladığı şikayətində deyib.

Aparıcının sözlərinə görə, bağ qonşusunun onun torpaq sahəsinin yaxınlığında qanunsuz ev tikməsini müvafiq qurumlar təsdiqləsələr də, problemin həllinə heç kim kömək etmir, xüsusən də Xəzər Rayon İcra Hakimiyyəti laqeyd münasibət göstərir:

“Xəzər rayonu, Şüvəlan qəsəbəsində bağ payım var. Qonşuluqda yaşayan tanımadığım şəxs özü üçün ev tikir. Lakin tikdiyi ev həm mənim həyətimin hasarına çox yaxındır, həm də hasarı bütünlüklə tutub. Çünki çox uzun və hündür evdir. Bununla bağlı bütün aidiyyəti qurumlara şikayət eləmişəm. Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumlardan gələn hər kəs bildirir ki, tikinti düzgün şəkildə aparılmır. Hasar ilə ev arasında məsafə qoyulmalı idi, amma bu məsafə yoxdur. Qurumlar tikintinin dayandırılmasını bildirsə də, buna əməl olunmur və tikinti davam edir. Heç kim bu tikintini dayandıra bilmir. Artıq bir aya yaxındır bu məsələ ilə bağlı mübarizə aparıram. Hamı tikilinin qanunsuz olduğunu bildirsə də, heç kim tikintiyə mane ola bilmir.

Evi tikən şəxslə danışmışam və etirazımı bildirmişəm. Mənə dedi ki, tikintini dayandırmayacaq. Yəni çox kobud bir insandır. Kimliyini və nə işlə məşğul olduğunu bilmirəm. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək fikrim var. Sadəcə bunun üçün yazdığım məktublara Şəhərsalma və Arxitektura Komitəsindən cavab məktubu gəlməlidir. Hələ ki heç kim mənə cavab məktubu göndərməyib.

Mən ən çox Xəzər Rayon İcra Hakimiyyətindən şikayətçiyəm. Bu gün səhər saatlarından buradayam ki, qəbula düşüm. Deyirlər ki, icra başçısının müavini buradadır, gözləyin. Xeyli müddət gözləyəndən sonra deyirlər ki, müavin burada yoxdur. 20 gündən artıqdır Xəzər Rayon İcra Hakimiyyətində bir nəfərin qəbuluna düşə bilmirəm. Qapıda qalıram, sonra çıxarırlar ki, heç kim yoxdur”.
Ardını oxu...
"Şikayətim Azercell-dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Yusif Məmmədov adlı istifadəçi giley edir.

Ardını oxu...
Daha sonra narazı vətəndaş yazır: "Sərbəst 15 tarifində ola ola 1 günlük 40 qəpiklik danışıq götürmüşəm.

400 dəqiqə danışığı, 3 gb interneti heç bir xəbərdarlıq etmədən siliblər.

Mən bilmrəm, xəbərdarlıq etmək sizin borcunuzdur! Belə anormallıq heç yerdə görülməyib".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 

Ardını oxu...
Türkiyədə idmana, xüsusən də futbola sponsorluğu ilə tanınan, idmanın inkişafında xüsusi rol oynayan “Dəmir Qrup” və “Misli.com” Azərbaycanda küçə qumarının inkişafı ilə məşğul olur.
Türkiyədə futbol oyunlarında canlı mərcləri həyata keçirən “Dəmir Qrup” və “Misli.com” qazandığı pulların böyük hissəsini futbola sərmayə olaraq geri verir. Hazırda “Misli.com” Türkiyədə demək olar ki, bütün klublara sponsorluq edir, eyni zamanda Türkiyədə futbolun inkişafında xüsusi rol alır.

Bəs ölkəmizdə bütün loterya və mərc oyunları üzərində inhisara sahib olan “Dəmir Qrup” Azərbaycanda nə işlə məşğul olur? “Misli.az”ın bu günə qədər Azərbaycan futbolunun inkişafına sərf etdiyi vəsait nə qədərdir və bu vəsait son bir ildə “Dəmir Qrup”un Azərbaycandan əldə etdiyi gəlilərin neçə faizidir?

Bildiyimiz qədəri ilə “misli.az” son zamanlar “Goal+ Summer Festival”ına sponsorluq edib. Daha sonra isə “CBC Sport”da canlı yayımlanan “Barselona - A.Bilbao” matçına sponsorluğunu üzərinə alıb edib və mərc operatörü olaraq bu sponsorluqdan heç də qazancsız çıxmayıb. Çünki telekanalda davamlı olaarq “misli.az”ın canlı mərc oyunu reklam olunub. Buna sponsorluq demək mümkünsə, olsun sponsorluq... Hər halda bu sponsorluq futbolun inkişafına deyil, futbol üzərindən qumarın inkişafına xidmət göstərib.

Avqustun 10-da isə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu Azərbaycan Peşəkar Futbol Liqası ilə sponsorluq müqaviləsi imzalayıb. Və bu müqavilə futbolun inkişafından daha çox, “Misli.az”ın reklamına xidmət edir. Yəni bu müqavilə əslində canlı futbol oyunlarının yayımına yönlədirilib və “Dəmir Qrup” bu müqavilədən daha çox qazanan tərəf olacaq. Çünki bütün canlı yayımlarda və futbol meydançalarında “misli” mərc operorluğnu reklam edərək daha böyük kütləyə çatacaq. Amma bu müqavilənin Azərbaycanda futbolun inkişafına nə qədər xeyri olacaq, ümumiyyətlə olacaqmı, bilinmir...

Bu məsələnin bir tərəfidir. Mərc oyunlarının bundan əvvəl də Azərbaycanda nə qədər faciələrə yol açdığını bir tərəfə qoysaq belə, mərc operatörü olaraq “Dəmir Qrup”un futboldan qazanmaq istəyi başa düşüləndir. Amma “Azərlotereya” ASC-nin faktiki və tək sahibi olan “Dəmir Qrup”un Azərbaycan xalqını qumara alışdırması və eyni zamanda “soğan qabığı kimi soyması” heç də anlaşılan deyil.

Azərbaycanda qumar biznesinin monopoilst sahibi olan Zafer Reisoğlu hər dalanda, hər küçədə, kiçik bir qumar masası qoyaraq nəyə nail olmağa çalışır? Daha çox qazanmağamı? Axı küçələrə səpilən bu kiçik qumar masaları narkotik qədər təhlükəlidir. Və hansı səbəbdən Zafer Reisoğlu və Yıldırım Demirören mərc operatorluğundan qazandığı milyonlarla doyub-dolanmaq istəmir və hər küçəyə bir qumar masası qoyaraq bizim insanlarımızı kütləvi şəkildə qumarbaza çevirir? Burda bir qəsd varmı?

Bu sualın cavabını təbii ki, dövlət qurumları verməlidir. O dövlət qurumları ki, Demirörenin və Reisoğlunun Azərbaycanda qumar bisnesinin monopolistinə çevrilməsini rəsmi və qanuni şəkildə icazə veriblər. Ancaq küçə qumarı nə qədər qanunidir? Bu da mübahisə mövzusudur və araştırılmasına ehtiyac var...

P. S. Təbii ki bəzi məmurlar Yıldırım Demirören və Reisoğlunlə gizli şərikləri olmasaydı, indiki vəziyyətlə də üzləşməzdik…

pia.az
Ardını oxu...
 
 

Abşeron rayonunda yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. 

 

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan silsilə tədbirlər çərçivəsində növbəti yaşıllaşdırma aksiyası Bakı-Şamaxı avtomagistralının rayon ərazisindən keçən hissəsində və Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında təşkil edilib.

Keçirilən yaşıllaşdırma aksiyasında Bakı-Şamaxı avtomagistralının rayon ərazisindən keçən hissəsində 400 aliandr əkilib, 1000 kvadratmetr qazon vurulub və ərazidə təmizlik-abadlıq işləri aparılıb. Eyni zamanda, əvvəl əkilən ağac və gül kollarına da aqrotexniki quluq göstərilib.

Abşeron rayon sakinlərinin sevimli istirahət guşələrindən olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkında da yaşıllaşdırma işləri aparılıb.
İstirahət mövsümü ərəfəsində parkın ərazisində qazon örtüyü yenilənib və yeni yaşıllıq zolaqları salınıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az
Ardını oxu...
"Sabirabadda hansı problemi deyirsən de, min bir bahənə tapır rəsmi qurumlar..." DİA.AZ bildirir ki, bu barədə Cavid Əliyev adlı istifadəçi sosial şəbəkələrdə giley edir.
Ardını oxu...
Daha sonr narazı Sabirabad sakini yazır: "Bu gedişlə bu rayonun inkşafı necə olar görəsən? 2030 ci-illərdə inkişaf edəcəyik? İllərin problemini yazıram:

- Kənd yoları bərbad gündədir
- Köhnə məktəblər...
- Qaz xətləri yoxdur
- 64 ərazidə olan kəndlər yadan çıxıb...
- park yox
- bankomat yox
- ödəmə termnal yox
- işszlik baş alıb gedir
- Su problemi yaşanır...

Hansını sadalayım? Sabirabadda illərdir niyə problemlər öz həllini tapa bilmir?"

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurumları dinləməyə hazırıq...
 
Ardını oxu...
Avqustun 22-də dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə keçirilən test imtahanından narazılıq var.

Teref.az xəbər verir ki, bəzi iştirakçılar Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan zamanı bir neçə sualda səhv olduğunu bildirib. Onlar bununla bağlı DİM-ə şikayət ediblər.

DİM-dən isə bildirilib ki, imtahan nəticələri ilə bağlı həmişə olduğu kimi, apellyasiya komissiyası yaradılıb:

“Avqustun 25-dək müraciətlər qəbul olunur. İmtahanın məzmunu ilə bağlı müraciətlərə komissiyada baxılır. İmtahan iştirakçıları qeyd olunan vaxtadək komissiyaya müraciət edə bilərlər. Hər hansı bir qərar komissiya üzvlərinin araşdırmalarının nəticəsinə əsasən qəbul olunur. Komissiya işini yekunlaşdırdıqdan sonra nəticələr barədə məlumat verilir” (oxu.az).
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yolboyu zibil qutuları yerləşdirilməyib. Nəticədə sakinlər zibili yol kənarına atırlar. Bu isə ərazinin zibillənməsinə və ətrafı üfunət qoxusunun bürüməsinə səbəb olur.

Bu barədə Oxu.Az-a həmin küçənin sakinləri tərəfindən şikayət daxil olub.

Qeyd olunub ki, məsələ ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticə olmayıb: “Zibil maşını səhər saat 9-10 arası gəlib zibilləri yol kənarından yığır. Hər gün bu qoxuya dözmək məcburiyyətindəyik”.

Bizimxeber.az bildirir ki, ümumiyyətlə, Xəzər rayonu ərazisi tamimlə baxımsız vəziyyətdədir. Tək Binə qəsəbəsində deyil, rayonun Şağan qəsəbəsində daha biabırçı vəziyyət hökm sürür. Bu barədə Xəzər Rayon İcra Hakimiyyətinə edilən çoxsaylı müraciətlərə ümumiyyətlə cavab verilmir.

Həmçinin Şağan qəsəbəsinin məhəllə yolları tamamilə baxımsız vəziyyətdədir. Bu barədə dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə, Şağan Bələdiyyəsinə müraciət olunsa da heç bir nəticə yoxdur.

 
Ardını oxu...
AZAL rəhbərliyi Azərbaycan ərazisində hesabatlılıq tələblərinə əməl etmir…

AZAL aviaşirkətinin maliyyə hesabatları Azərbaycanda açıqlanmır. Amma Böyük Britaniyada nümayəndəliyi olan şirkət bunu həmin ölkədə etməyə məcburdur. Britaniyanın şirkətlər reyestrində açıqlanmış son maliyyə hesabatına görə, dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aktivləri 2015-ci il ərzində 2 milyard dollar “əriyib” və 1,5 milyard dollara düşüb.

Bu barədə “Azadlıq” radiosunun araşdırmasında yazılır.

Müstəqil auditorun müsbət rəy verdiyi maliyyə hesabatında suallar doğuran təkcə bu məqam deyil.

AZAL-ın 2009-cu ildə Britaniyada açılan nümayəndəliyinin ortaya qoyduğu hesabatdan görünür ki, 2015-ci ildə aviaşirkətin əsas vəsaitləri 2 milyard 328,7 milyon dollardan 1 milyard 191,9 milyon dollara düşüb. 2009-2014-cü illərdə şirkət maliyyə hesabatını Azərbaycan manatı ilə tərtib etdiyi halda, 2015-ci ilin hesabatındakı göstəricilər ABŞ dolları ilə ifadə olunur. Bir çox ekspertlər hesab edir ki, əsas vəsaitlərin dəyərindəki titrəyiş heç də maliyyə göstəricilərinin valyutasının dəyişməsi ilə bağlı deyil.

Əmlak həmənkidir, qiyməti başqa

Öncəki maliyyə hesabatında 2014-cü ilin sonuna AZAL-ın əsas vəsaitlərinin dəyərinin 41 faiz artaraq, 1 milyard 826,6 milyon manata çatdığı göstərilirdi. Pul vəsaitlərinin hərəkəti hesabatında həmin il sərmayə qoyuluşunun 569 milyon manat olduğu bildirilirdi. Dörd səhifəlik hesabatda yazılmasa da, söhbət çox güman ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin istifadəyə verilməsindən, “Boeing 787”, “Dreamliner”, “Embraer-190” və “Embraer-170” təyyarələrinin alınmasından gedir.

Hesabatın tərtib olunması standartlarına görə, o, əvvəlki illə müqayisədə əks olunmalıdır. Bu səbəbdən 2015-ci ilin maliyyə hesabatında əvvəlki ilin balans və maliyyə göstəriciləri ABŞ dolları ilə ifadə olunub. 2014-cü ildə manat dollardan daha «güclü» olduğundan, həmin ilin sonuna əsas vəsaitlərin dəyəri dolların məzənnəsinə (1 manat = 0,78 dollar) bölünməklə 2 milyard 328,7 milyon dollar təyin edilib. Növbəti il Azərbaycanda milli valyuta kəskin şəkildə, təxminən 2 dəfə dəyərdən düşdü. Maliyyə hesabatında bu, əsas vəsaitlərin birdən-birə 1 milyard 136,8 milyon dollar dəyər itirməsi ilə nəticələnib. Amma səbəb doğurdan da budurmu? Manatın dəyərsizləşməsi AZAL-ın aktivlərinin də dəyər itirməsi ilə sonuclanmalı idimi? Axı, əmlak elə həminkidir…

AZAL-ı yoxlayan suallardan qaçır

AZAL-ın maliyyə hesabatlarına, ən azı, 2009-cu ildən fasiləsiz olaraq auditor rəyi verən “M & J Accuracy Consulting” MMC-nin direktoru və auditoru Elçin Cəfərov AzadlıqRadiosu-nun bu barədə suallarına cavab verməyib. İzahı isə bu olub ki, auditi şirkətin başqa bir auditoru aparıb. Halbuki, 2016-cı ilin iyunun 6-da imzalanmış rəydə auditi onun apardığı qeyd olunub.

E.Cəfərov deyib ki, AZAL maliyyə hesabatının müstəqil auditini təkcə onun şirkətinə deyil, həm də “böyük dördlüyə” daxil olan auditor şirkətlərinə tapşırır. O, bu hesabatların surətinin “M & J Accuracy Consulting” MMC-də də olduğunu bildirib.

Auditor: “Manat dəyər itirib, əmlak yox”

“Azaudit” MMC-nin auditoru Afiq İsrafilov deyir ki, maliyyə hesabatının qeydlər hissəsi ilə tanış olmadan əsas vəsaitlərin iki dəfəlik azalmasını birmənalı izah etmək olmaz. Çünki bu, əmlakın satılması, balansdan çıxarılmaqla uzunmüddətli icarəyə verilməsi, silinməsi, köhnəlmə hesablanması nəticəsində də baş verə bilər: “Əgər hesabat valyutası dollardan manata keçmiş olsaydı, məhz bu aspektdən əsas vəsaitlərin manat ifadəsilə dəyər artımını qəbul etmək olardı. Amma dollarla ifadə olunmuş əsas vəsaitləri manatın dəyər itirməsi amilini nəzərə almaqla dollarla iki dəfə «ucuzlaşdırmaq» praktik addım deyil”.

Başqa bir maliyyəçi – Davud Məmmədov da deyir ki, kapital aktivləri yenidən qiymətləndirilmir. Belə olduğu halda AZAL-ın balans hesabatında real göstəricilərdən azı 1 milyard dollarlıq kənarlaşmanın olduğunu söyləmək olar.

AZAL “itirə-itirə uçur”

2016-cı ilin əvvəlinə AZAL-ın 120,6 milyon dollar debitor borcu vardı. Aviaşirkətin həmin dövrə qısamüddətli və uzunmüddətli öhdəlikləri 815,4 milyon dollar idi.

Manatın ucuzlaşması 2015-ci ildə AZAL-a 9 milyon 356 min dollar gəlir qazandırıb. Elə bu səbəbdən də şirkət 8 milyon dollarlıq əməliyyat zərərindən qurtula bilib. Şirkətin 2014-cü ildə 1,6 milyon manat, 2015-ci ildə isə 1 milyon 237 min dollar xalis mənfəət götürüb. Maraqlıdır ki, 2011-2015-ci illərdə AZAL təsərrüfat fəaliyyətini daim zərərlə başa vurub və mənbəyi açıqlanmayan “digər gəlirlər” (2011-ci il – 14,5 milyon, 2012 – 16,2 milyon, 2013 – 20,1 milyon, 2014 – 6 milyon manat və 2015 – 250 min dollar) sayəsində ili mənfəətlə başa vura bilib.

AZAL beynəlxalq istiqamətlərə bileti baza valyutası Avro olmaqla hesablayaraq manatla satır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-2015-ci illərdə AZAL-ın ölkə xaricinə sərnişin daşımaları sərnişin dövriyyəsinin 70 faizini təşkil edib. Sərnişin daşımalarından gəlirlərini 118 milyondan (2010-cu il) 267 milyon manata – o vaxtkı məzənnə ilə 341 milyon dollara (2014-cü il) çatdıran aviaşirkətin devalvasiyanın baş verdiyi 2015-ci il üzrə müvafiq göstəricisi 187,1 milyon dollara, yaxud təxminən 318,1 milyon manata düşüb. Başqa sözlə, manat hesabı ilə bilet satışından gəlir 51 milyon manat (19 faiz) artıb, amma dollar ifadəsində bunu demək olmur: gəlir 154 milyon dollar – 45 faiz azalıb. Bununla belə, AZAL təyyarələrin istismarına və saxlanmasına çəkilən xərclər nəzərə alınmaqla 2014-cü ildə sərnişin daşınmasından 55,5 milyon dollar, 2015-ci ildə isə 24,3 milyon dollar mənfəət götürə bilib.

“Azərbaycan Hava Yolları” QSC hava limanlarında yanacaq satan inhisarçıdır. Amma hesabatdan görünür ki, AZAL bu fəaliyyətdən 2014-cü ildə 29,2 milyon manat, 2015-ci ildə isə 20,3 milyon dollar zərərə uğrayıb.

AZAL-ın hesabatı haradadır?

Maliyyə hesabatını Azərbaycandan çox-çox uzaqda ingiliscə təqdim edən AZAL rəhbərliyi Azərbaycan ərazisində hesabatlılıq tələblərinə əməl etməyi, deyəsən, heç ağlına belə gətirmir. Həm nizamnaməsinə (5.3-cü bənd), həm də ictimai əhəmiyyətli qurum kimi statusuna uyğun olaraq, aviaşirkət illik konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatını auditor rəyi ilə birlikdə “Şəffaflığın təmin edilməsi üçün» mediada dərc etdirməli, korporativ saytında yerləşdirməlidir. Amma o qanunvericiliyin tələbini pozan yeganə qurum deyil. Onun kimi digər dövlət və özəl şirkətlər (“Azərbaycan Dəmir Yolları” QSC, “Azenco” ASC, “Baku Steel Company” MMC, “Silk Way Aviaşirkəti” MMC, “Bakcell” MMC və s.) də illik hesabatlarını ictimaiyyətdən gizli saxlayırlar.

AzadlıqRadiosu AZAL-a sorğu ilə müraciət edərək 2016-cı ilin maliyyə hesabatı ilə tanış olmağa şərait yaratmağı xahiş edib. Sorğu qəbul edilsə də, ona cavab verilməyib.

Cahangir Əsgərov həyat yoldaşı ilə müqavilə bağlayırsa, nəyi etməyə borcludur?

Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən “Silk Way Holding” şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın payçılarıdır. “Azərbaycan Hava Yolları” QSC-nin nizamnaməsində (5.4-1) deyilir ki, cəmiyyətin İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər. Söhbət həmin vəzifəli şəxslərin ailə üzvlərindən, onların iştirakçısı olduğu şirkətlərdən gedir.

Digər diqqət çəkən məqamlardan biri də budur ki, başqa dövlət şirkətlərindən fərqli olaraq, nə “Azərbaycan Hava Yolları” QSC-nin yaradılması haqqında 2008-ci ilin aprelində imzalanmış prezident sərəncamında, nə də şirkətin nizamnaməsində səhmdar kimi dövləti hansı qurumun təmsil etdiyi qeyd olunub. Şirkətin Müşahidə Şurası da yoxdur.

Nizamnaməyə əsəsən, aidiyyəti şəxslə dəyəri səhmdar cəmiyyətinin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarı AZAL-ın 7 nəfərdən ibarət İdarə Heyəti qəbul edir. Aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən bu cür müqavilənin (müstəqil auditorun rəyi alınmaqla) bağlanılması haqqında qərarı isə Dövlət Mülki Aviasiya Administrasiyası qəbul edir.

Dövlət Mülki Aviasiya Administrasiyasından da sorğumuza tutarlı cavab almaq mümkün olmayıb. “AZAL prezidenti Cahangir Əsgərovun tutduğu vəzifənin icrası və öz ailə üzvlərinin biznes fəaliyyətinin kəsişməsi ilə bağlı məsələ nə vaxtsa DMAA-da müzakirə olunubmu?” AzadlıqRadiosu-nun bu sualına Administrasiyadan gələn cavabda deyilir ki, sorğu cavablandırmaq üçün “Azərbaycan Hava Yolları” QSC-yə göndərilib.
 
 
 

Ardını oxu...
AZAL aviaşirkətinin maliyyə hesabatları Azərbaycanda açıqlanmır. Amma Böyük Britaniyada nümayəndəliyi olan şirkət bunu həmin ölkədə etməyə məcburdur. Britaniyanın şirkətlər reyestrində açıqlanmış son maliyyə hesabatına görə, dövlətə məxsus «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) aktivləri 2015-ci il ərzində 2 milyard dollar «əriyib» və 1,5 milyard dollara düşüb.

Bu barədə “Azadlıq” radiosunun araşdırmasında yazılır.

Müstəqil auditorun müsbət rəy verdiyi maliyyə hesabatında suallar doğuran təkcə bu məqam deyil.

AZAL-ın 2009-cu ildə Britaniyada açılan nümayəndəliyinin ortaya qoyduğu hesabatdan görünür ki, 2015-ci ildə aviaşirkətin əsas vəsaitləri 2 milyard 328,7 milyon dollardan 1 milyard 191,9 milyon dollara düşüb. 2009-2014-cü illərdə şirkət maliyyə hesabatını Azərbaycan manatı ilə tərtib etdiyi halda, 2015-ci ilin hesabatındakı göstəricilər ABŞ dolları ilə ifadə olunur. Bir çox ekspertlər hesab edir ki, əsas vəsaitlərin dəyərindəki titrəyiş heç də maliyyə göstəricilərinin valyutasının dəyişməsi ilə bağlı deyil.

Əmlak həmənkidir, qiyməti başqa

Öncəki maliyyə hesabatında 2014-cü ilin sonuna AZAL-ın əsas vəsaitlərinin dəyərinin 41 faiz artaraq, 1 milyard 826,6 milyon manata çatdığı göstərilirdi. Pul vəsaitlərinin hərəkəti hesabatında həmin il sərmayə qoyuluşunun 569 milyon manat olduğu bildirilirdi. Dörd səhifəlik hesabatda yazılmasa da, söhbət çox güman ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin istifadəyə verilməsindən, “Boeing 787”, “Dreamliner”, “Embraer-190” və “Embraer-170” təyyarələrinin alınmasından gedir.

Hesabatın tərtib olunması standartlarına görə, o, əvvəlki illə müqayisədə əks olunmalıdır. Bu səbəbdən 2015-ci ilin maliyyə hesabatında əvvəlki ilin balans və maliyyə göstəriciləri ABŞ dolları ilə ifadə olunub. 2014-cü ildə manat dollardan daha «güclü» olduğundan, həmin ilin sonuna əsas vəsaitlərin dəyəri dolların məzənnəsinə (1 manat = 0,78 dollar) bölünməklə 2 milyard 328,7 milyon dollar təyin edilib. Növbəti il Azərbaycanda milli valyuta kəskin şəkildə, təxminən 2 dəfə dəyərdən düşdü. Maliyyə hesabatında bu, əsas vəsaitlərin birdən-birə 1 milyard 136,8 milyon dollar dəyər itirməsi ilə nəticələnib. Amma səbəb doğurdan da budurmu? Manatın dəyərsizləşməsi AZAL-ın aktivlərinin də dəyər itirməsi ilə sonuclanmalı idimi? Axı, əmlak elə həminkidir…

AZAL-ı yoxlayan suallardan qaçır

AZAL-ın maliyyə hesabatlarına, ən azı, 2009-cu ildən fasiləsiz olaraq auditor rəyi verən «M & J Accuracy Consulting» MMC-nin direktoru və auditoru Elçin Cəfərov AzadlıqRadiosu-nun bu barədə suallarına cavab verməyib. İzahı isə bu olub ki, auditi şirkətin başqa bir auditoru aparıb. Halbuki, 2016-cı ilin iyunun 6-da imzalanmış rəydə auditi onun apardığı qeyd olunub.

E.Cəfərov deyib ki, AZAL maliyyə hesabatının müstəqil auditini təkcə onun şirkətinə deyil, həm də «böyük dördlüyə» daxil olan auditor şirkətlərinə tapşırır. O, bu hesabatların surətinin «M & J Accuracy Consulting» MMC-də də olduğunu bildirib.

Auditor: «Manat dəyər itirib, əmlak yox»

«Azaudit» MMC-nin auditoru Afiq İsrafilov deyir ki, maliyyə hesabatının qeydlər hissəsi ilə tanış olmadan əsas vəsaitlərin iki dəfəlik azalmasını birmənalı izah etmək olmaz. Çünki bu, əmlakın satılması, balansdan çıxarılmaqla uzunmüddətli icarəyə verilməsi, silinməsi, köhnəlmə hesablanması nəticəsində də baş verə bilər: «Əgər hesabat valyutası dollardan manata keçmiş olsaydı, məhz bu aspektdən əsas vəsaitlərin manat ifadəsilə dəyər artımını qəbul etmək olardı. Amma dollarla ifadə olunmuş əsas vəsaitləri manatın dəyər itirməsi amilini nəzərə almaqla dollarla iki dəfə «ucuzlaşdırmaq» praktik addım deyil».

Başqa bir maliyyəçi – Davud Məmmədov da deyir ki, kapital aktivləri yenidən qiymətləndirilmir. Belə olduğu halda AZAL-ın balans hesabatında real göstəricilərdən azı 1 milyard dollarlıq kənarlaşmanın olduğunu söyləmək olar.

AZAL «itirə-itirə uçur»

2016-cı ilin əvvəlinə AZAL-ın 120,6 milyon dollar debitor borcu vardı. Aviaşirkətin həmin dövrə qısamüddətli və uzunmüddətli öhdəlikləri 815,4 milyon dollar idi.

Manatın ucuzlaşması 2015-ci ildə AZAL-a 9 milyon 356 min dollar gəlir qazandırıb. Elə bu səbəbdən də şirkət 8 milyon dollarlıq əməliyyat zərərindən qurtula bilib. Şirkətin 2014-cü ildə 1,6 milyon manat, 2015-ci ildə isə 1 milyon 237 min dollar xalis mənfəət götürüb. Maraqlıdır ki, 2011-2015-ci illərdə AZAL təsərrüfat fəaliyyətini daim zərərlə başa vurub və mənbəyi açıqlanmayan «digər gəlirlər» (2011-ci il – 14,5 milyon, 2012 – 16,2 milyon, 2013 – 20,1 milyon, 2014 – 6 milyon manat və 2015 – 250 min dollar) sayəsində ili mənfəətlə başa vura bilib.

AZAL beynəlxalq istiqamətlərə bileti baza valyutası Avro olmaqla hesablayaraq manatla satır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-2015-ci illərdə AZAL-ın ölkə xaricinə sərnişin daşımaları sərnişin dövriyyəsinin 70 faizini təşkil edib. Sərnişin daşımalarından gəlirlərini 118 milyondan (2010-cu il) 267 milyon manata – o vaxtkı məzənnə ilə 341 milyon dollara (2014-cü il) çatdıran aviaşirkətin devalvasiyanın baş verdiyi 2015-ci il üzrə müvafiq göstəricisi 187,1 milyon dollara, yaxud təxminən 318,1 milyon manata düşüb. Başqa sözlə, manat hesabı ilə bilet satışından gəlir 51 milyon manat (19 faiz) artıb, amma dollar ifadəsində bunu demək olmur: gəlir 154 milyon dollar – 45 faiz azalıb. Bununla belə, AZAL təyyarələrin istismarına və saxlanmasına çəkilən xərclər nəzərə alınmaqla 2014-cü ildə sərnişin daşınmasından 55,5 milyon dollar, 2015-ci ildə isə 24,3 milyon dollar mənfəət götürə bilib.

«Azərbaycan Hava Yolları» QSC hava limanlarında yanacaq satan inhisarçıdır. Amma hesabatdan görünür ki, AZAL bu fəaliyyətdən 2014-cü ildə 29,2 milyon manat, 2015-ci ildə isə 20,3 milyon dollar zərərə uğrayıb.

AZAL-ın hesabatı haradadır?

Maliyyə hesabatını Azərbaycandan çox-çox uzaqda ingiliscə təqdim edən AZAL rəhbərliyi Azərbaycan ərazisində hesabatlılıq tələblərinə əməl etməyi, deyəsən, heç ağlına belə gətirmir. Həm nizamnaməsinə (5.3-cü bənd), həm də ictimai əhəmiyyətli qurum kimi statusuna uyğun olaraq, aviaşirkət illik konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatını auditor rəyi ilə birlikdə «Şəffaflığın təmin edilməsi üçün» mediada dərc etdirməli, korporativ saytında yerləşdirməlidir. Amma o qanunvericiliyin tələbini pozan yeganə qurum deyil. Onun kimi digər dövlət və özəl şirkətlər («Azərbaycan Dəmir Yolları» QSC, «Azenco» ASC, «Baku Steel Company» MMC, «Silk Way Aviaşirkəti» MMC, «Bakcell» MMC və s.) də illik hesabatlarını ictimaiyyətdən gizli saxlayırlar.

AzadlıqRadiosu AZAL-a sorğu ilə müraciət edərək 2016-cı ilin maliyyə hesabatı ilə tanış olmağa şərait yaratmağı xahiş edib. Sorğu qəbul edilsə də, ona cavab verilməyib.

Cahangir Əsgərov həyat yoldaşı ilə müqavilə bağlayırsa, nəyi etməyə borcludur?

Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın payçılarıdır. «Azərbaycan Hava Yolları» QSC-nin nizamnaməsində (5.4-1) deyilir ki, cəmiyyətin İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər. Söhbət həmin vəzifəli şəxslərin ailə üzvlərindən, onların iştirakçısı olduğu şirkətlərdən gedir.

Digər diqqət çəkən məqamlardan biri də budur ki, başqa dövlət şirkətlərindən fərqli olaraq, nə «Azərbaycan Hava Yolları» QSC-nin yaradılması haqqında 2008-ci ilin aprelində imzalanmış prezident sərəncamında, nə də şirkətin nizamnaməsində səhmdar kimi dövləti hansı qurumun təmsil etdiyi qeyd olunub. Şirkətin Müşahidə Şurası da yoxdur.

Nizamnaməyə əsəsən, aidiyyəti şəxslə dəyəri səhmdar cəmiyyətinin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarı AZAL-ın 7 nəfərdən ibarət İdarə Heyəti qəbul edir. Aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən bu cür müqavilənin (müstəqil auditorun rəyi alınmaqla) bağlanılması haqqında qərarı isə Dövlət Mülki Aviasiya Administrasiyası qəbul edir.

Dövlət Mülki Aviasiya Administrasiyasından da sorğumuza tutarlı cavab almaq mümkün olmayıb. “AZAL prezidenti Cahangir Əsgərovun tutduğu vəzifənin icrası və öz ailə üzvlərinin biznes fəaliyyətinin kəsişməsi ilə bağlı məsələ nə vaxtsa DMAA-da müzakirə olunubmu?” AzadlıqRadiosu-nun bu sualına Administrasiyadan gələn cavabda deyilir ki, sorğu cavablandırmaq üçün “Azərbaycan Hava Yolları” QSC-yə göndərilib.
 //AzadlıqRadiosu//
 

Dünyapress TV

Xəbər lenti