Naxçıvandan gələn bir şikayət məktubu Nəqşicahan Holdinqə məxsus " Koton" geyim magazası haçandan dövlət ehtiyaclı bina olub ? Mən Novruzov Əli Əsgər oğlu yazaraq sizə bildirirəm ki, məni,Naxçıvan şəhər 1 saylı Dövlət notariat kontorunun 31 may 2004-cü il tarixli 4Ə-324 nömrəli qeydiyyatı ilə satın aldığım Naxçıvan şəhəri Atatürk küçəsi 12 ünvanda ümumi sahəsi 19.6 kv.m olan qeyri yaşayış sahəsini məndən hədə-qorxu ilə əlimdən alınana kimi bərbərxana kimi istifadə etmişəm.Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 09 iyun 2004-cü ildə 161 nömrəli sərəncamla mənə “mülkiyyət hüququ haqqında” şəhadətnamə verilib(qoşmada əlavə olunub).Həmçinin 26.08.2004-cü ildə Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən Bərbərxana obyekti ( Kodu-0200023092-02001 VöEN -0200023092) qeydiyyata alınmışam.Amma 2013-cü ildə mənə məxsus bərbərxananın sökülməsi zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri mənə bildirdilər ki sökülən binanın yerində inşa ediləcək binanın birinci mərtəbəsində sizə məxsus eyni ölçüdə bərbərxananız veriləcəkdir.Lakin bir müddət keçdikdən sonra mənə məxsus obyektin yerində “KOTON” geyim mağazası (həmin mağazanın bir hissəsi mənim bərbərxanamın tam sahəsinə düşür) açılmışdır. “KOTON” geyim mağazasının açılışı zamanı məni səhər Naxçıvan şəhər polis bölməsinə ac və susuz qalaraq şəkərli diabet xəstəsi kimi mənəvi işgəncə verərək axşam ötürdülər. 11 mart 2014-cü il və 30 aprel 2014-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimyyətinə , 18 fevral 2015-ci ildə ərizə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə şikayət ərizəmə baxılmayıb.Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və müavini Sərdar Salahov dəfələrlə şikayətlərimə görə məni qorxu hədələmişdilər. İnzibati-iqtisad məhkəməsində müraciətlərimdən (17 oktyabr 2016-ci il və 07 dekabr 2016 –ci il (qoşmalarda əlavə olunub)) sonra məhkəmələr keçirilmiş və Vüqar Səfərov tərəfindən təhdid edildiyimə məhkəməyə təhdid-qorxu içində getmişəm. 10 yanvar 2017-ci ildə məhkəmə keçirilmişdir. Məhkəmələr nəticəsiz qalıb.Daha sonra Vüqar Səfərov tərəfindən guya dövlət ehtiyacı üçün sökülmüş (halbuki Koton magazsı tikilmiş) bərbərxananın yerində mənə 06 oktyabr 2017-ci il tarixli İcra Hakimiyyətinin sərəncamına uyğun zirzəmi qatında yararsız obyekt verilməsi bildirilmişdir.İstiqlal küçəsi bina 79-da yerləşən zirzəmi qatında bərbərxana kimi fəaliyyət göstərə bilməyəcək istifadəyə yararsız yer mənə zorla qol çəkdirilərək verildi.Vüqar Səfərovun sərəncamda dövlət ehtiyacı üçün bildirilməsi Azərbaycan qanunvericiliyə ziddir.Hal hazırda müqayisə üçün bildirim ki mənə verilən obyektin qiyməti 40 000 manat, məndən zorla alınan obyektin normal bazar qiyməti 130 000 min manata bərabərdir. Həyat yoldaşım Qərbi Azərbaycandan didərgin salınmış II qrup əlildir.Mülkiyyətimdə olan bərbərxananın gəliri ilə həyat yoldaşımın müalicəsinə xərcləyirdim.5 il müddətində məndən alınan obyektin əvəzində 1 qəpikdə təzminat ödənilməmiş dəfələrlə əvəzində Vüqar Səfərov tərəfindən çağrılaraq ölümlə təhdid edilmişəm. Hal-hazırda “Koton” mağazası Nəqşicahan Holdinqin internet səhifəsində onun məxsus olduğu bildirir. Sizdən xahiş edirəm ki , mənə məxsus Atatürk 12-də yerləşən bərbərxana kimi fəaliyyət göstərən obyektimin mənə geri qaytarılmasına köməklik göstərəsiniz. Mənə 10 il yaxın müddət üçün təzminatın verilməsinə köməklik edəsiniz.Allah köməyiniz olsun. Novruzov Əli Əsgər oğlu