Sumqayıtda polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşlar çətinliklə üzləşiblər. Bu barədə 6 yanvar tarixində Sumqayıt24-ə izləyicilərdən xəbər daxil olub.
Məlumata əsasən, ötən ilin yay aylarından etibarən polis idarəsinin qeydiyyatında olan sakinlər kütləvi şəkildə qeydiyyatdan çıxarılıblar.
“Mən və valideynlərimin faktiki ünvanı olmadığı üçün polisdə qeydiyyata düşmüşdük. 6-7 ay olar ki, hamımızı qeydiyyatdan çıxarıblar. Tək biz deyilik, 7 min əhalinin qeydiyyatı ləğv edilib. Uşaqlarımız sənədsiz qalıblar. Onları nə xəstəxanaya, nə də ki məktəbə qəbul etmirlər. Bir Azərbaycan vətəndaşı olaraq havada qalmışıq. Qurumdan cavab olaraq bildirilib ki, ya gedin mülk alın, ya da ki kiminsə evinə qeydiyyata düşün”, – deyə sakinlər bildiriblər. Teref.az olaraq qeyd etmək istəyirik ki, bu həmdə Bakı şəhərində polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşlar üçün böyük çətinliklər yaradıb. Ən qəribəsi isə polis idarələrində müvəqqəti qeydiyyatda olan və yeni qərarla qeydiyyatdan çıxarılan qazilərin başına gələnlərdir. Onlar Prezidentin qərarı ilə ev alsalarda bu evlərə qeydiyyata düşə bilmirlər. Çünki onlara Prezident tərəfindən verilən evlərin heç bir sənədi yoxdur. Beləliklə bu qazilər polis qeydiyyatından çıxıblar, lakin öz halal evləri olsada ora qeydiyyata düşə bilmirlər. Və belə olan halda onlar havada qalıblar və heç nədən istiifadə edə bilmirlər. Xəstəxanalar, poliklinikalar, banklar və sairə idarələr onların üzünə bağlıdır.Qeydiyyatdan çıxan şəxs avtomatik olaraq şəxsiyyət vəsiqəsi etibarsızlaşır və hara gedirsənsə sənə qulluq etməkdən imtina edirlər. Bu çətinliklərlə üzləşən qazilər ƏƏSMN tabeliyində olan Sosuial Xidmətlər Agentliyinə müraciət etsələrdə orda deyirlər ki, hələ hansısa məktubun üstündə işləyirlər, hazır olanda xəbər verəcəklər. Ancaq artıq 1 il keçsədə heç bir xəbər yoxdur. Teref.az