Şəkildəkilərdən biri ərəb şeyxinin şahinidir, digəri isə Naxçıvan “şeyxi" Seymurun qırğısı. Ərəb şeyxinin şahini kəklik ovlayır, Seymurun qırğısı isə pul. Təkcə pulmu? Əlbəttə, yox. Naxçıvanın elmi şüurunu, yetişdirdiyi mütəxəssisləri ilə əhalinin sağlamlığını, uşaqların savadını, məmləkətin gələcəyini və s. ovlayır. Məşhur bir aforizmdə deyildiyi kimi, həkimin səhvini torpaq gizlədər, müəllimin səhvi isə bütün məmləlkəti məhv edər. Seymurun qırğısını daha üstün qılan başqa xüsusiyyətləri də var. Məsələn, o, ərəb şahinlərindən fərqli olaraq adam kimi dil bilir. Yəqin buna görə də 2023-cü ildə bəzi jurnalist dostlarımızın keçirdiyi müsabiqənin “ümummilli dahi ziyalı” nominasiyası üzrə qalibi elan olunub. Bu gedişlə bir gün sığıyıb Pəncov İsanın kreslosuna da qonacaq, olacaq AMEA-nin baş akademiki. Heyder Oguz Teref.az