Ardını oxu...
Jurnalist Məhəmmədəli Qəribli ölkədə lisenziyasız fəaliyyət göstərən: Mosbet, 1win, 1xbet və başqaları ilə bağlı həyəcan təbli çalıb. O, bildirib ki, əlaqədar dövlət qurumları nədənsə bu qanunsuz fəaliyyətin qarşısını almır.

TEREF azinforum.az-a istinadla jurnalistin sözügedən məzmundakı videoçıxışını təqdim edir:

 
 
 
Ardını oxu...
Sabiq deputat İlham Əliyev və şəriki Şabranda yerli sahibkarın gilas bağlarını dələduzluqla əlindən alıblar

Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev barəsində məhkəmə iddiası qaldırılıb. Yerli medianın məlumatına görə, İlham Əliyevə qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı avqustun 16-da Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Növbəti məhkəmə iclası sentyabrın 1-nə təyin olunub.

Məhkəmə iddiası müqavilənin ləğv olunması ilə bağlıdır. Ramiz Mehdiyevin kürəkəninə qarşı iddia Mənsur Nəmətulla oğlu İbrahimov tərəfindən qaldırılıb. Məhkəmə prosesində maraqlı şəxs kimi “Dostluq-MK” MMC adlı şirkət də iştirak edir. Məlumat üçün bildirək ki, İlham Əliyev Azərbaycan Milli Məclisinin IV və V çağırış (2010-2020-ci illər) deputatı olub. Mehdiyevin kürəkəni həm 2010, həm də 2015-ci illərdə 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat olub. 2 il əvvəl - 18 avqust 2020-ci il tarixində ölkədə sərt karantin rejiminin olmasına baxmayaraq İlham Əliyev qızına toy mərasimi keçirib. Ramiz Mehdiyevin və tanınmış şəxslərin iştirak etdiyi toy mərasimi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub. İlham Əliyev isə karantin qaydalarını pozduğu üçün Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb.

İlham Əliyevin cavabdeh olduğu məhkəmədə maraqlı tərəf kimi iştirak edən “Dostluq-MK” MMC o, deputat olduqdan qısa müddət (4 ay) sonra - 18 mart 2011-ci ildə Şabran rayonu, Gəndob kəndində qeydiyyata alınıb. Mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, İlham Əliyev “Dostluq-MK” MMC vasitəsilə Gəndob kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub. Kənd sakinləri ilə İlham Əliyev arasında dəfələrlə torpaq mübahisələri yaşanıb. Şabran rayonunun Gəndob kənd sakini, yerli sahibkar Mənsur İbrahimov məhkəmələrdə haqqını tələb etdiyi bir vaxtda ona qarşı cinayətlərdən xəbərdar olanlar bu prosesin nə ilə yekunlaşacağını diqqətlə izləyirlər. İllərlə Azərbaycanın şimal zonasında at oynadan İlham Əliyevlə şəriklərinin yerli iş adamlarının başına açdıqları müsibətlər barədə “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev də maraqlı açıqlama ilə çıxış edib. O, yerli iş adamı Mənsur İbrahimovun İlham Əliyevə qarşı iddiası ilə bağlı bunları yazır:

“Şabran rayonunun Gəndob kənd sakini, yerli sahibkar Mənsur İbrahimov özünü vaxtında çatdıra bilmədi. Artıq gilas bağlarının ələyi ələnib, xəlbiri göydə fırlanır... Mənsur ümid edirdi ki, iyunun 10-da iddiaçı olduğu halal bağından meyvə dərə biləcək. Mən də getdim. Baxmayaraq ki, müxtəlif xəbərdarlıqlar gəlirdi ki, oralara girmək üçün ”ağ atlı oğlan" olmaq lazımdır. Heç də belə deyil. 2-3 nəfər yolkəsənlik etməyə və çəkilişi dayandırmağa çalışsalar da, bunun mənasız olduğunu görüb geri çəkildilər. Yəqin ki, ərazinin mübahisəli olmasının fərqində idilər. Həm də Mənsur İbrahimovun gilas yığımı ilə bağlı yüksək dövlət instansiyalarına aprelin 28-də etdiyi müraciətdən duyuq düşüb və həm də qorxub vaxtında işlərini görmüşdülər. Olsun... Amma mən bu problemin sonadək çözülməsində israrlıyam. Videonu izləyəndə görəcəksiniz ki, Ramiz Mehdiyevin kölgəsi, kürəkəni və keçmiş deputat İlham Əliyev nələr “yaradıb”.

Söhbət 500-700 min vəsaitdən getmir. Ortalıqda milyonlar oynayır. Şübhəli əməliyyatlar var. “TURaz” MMC-ni müxtəlif yollarla ələ keçirən İlham Əliyev-Kərim cütlüyü çox arxayın olublar. Hesab ediblər ki, qarşılarına heç kəs çıxa bilməz. Amma Mənsur İbrahimov hər şeyi-özünün yazdığına görə, hətta ölümünü belə göz önünə alaraq üsyan edir. Dövlətin birinci şəxsindən tutmuş, nazirlərədək, Şabran icra hakimiyyəti başçısına da, ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə də qalaq-qalaq məktublar ünvanlayıb. Məhkəmələrə üz tutub. Hər dəfə qarşısında Ramiz Mehdiyev peyda olub. Bunlar haqqında sonra yazacağam. Hələlik isə İlham-Kərim cütlüyünün Gəndob varidatını sizlərə təqdim edirəm. Möhtəşəm üzümlüklər, alma, nar, heyva, nektarin bağları, tikintisi müəmmalı soyuducu anbar, müxtəlif texnikalar... Özü də statistik hesabatlarda bir cür, şirkətin sənədlərində başqa cür qeyd edilir. Saxta yolla milyonlar qazanmaq üçün. Hə, yadımdan çıxmamış, yerli camaatın dediyinə görə, bunlar ərazidəki - videoda görəcəyiniz gölün suyunu da mənimsəyiblər. Vaxtilə bu göldən yerli əhali öz təsərrüfatları üçün istifadə edib. Təmiz Samur suyudur. Mən heç kəsin haqqına girmək istəmirəm. Başa düşürəm, qarşı tərəfin də burada hansısa payı ola bilər. Bəs Mənsurun və ailə üzvlərinin payı necə olsun? Amma halal pullardırmı? Dövlətin vergi borcunu doğru-düzgün ödəyiblərmi? Bəzi sənədlər göstərir ki, ciddi şübhələrə kifayət qədər əsaslar var. Mütləq yoxlanılmalıdır! Yoxlanılmalı “TURAZ” , “Dostluq-MK”, “Hikmət-Aqro” MMC-lərdir. Deyilənə görə, Türkiyəyədək gedib çıxır... Görəsən, dövlətdə bu məsələləri araşdırmağa cəsarət edən qurum tapılacaqmı?"

Müqəddəs Mehdiyev yerli sahibkarın əlindən alınan gilas bağına da baş çəkib, orada video çəkərək paylaşıb.

“İlham Əliyev Ramiz Mehdiyevin səlahiyyətlərindən istifadə edib yerli iş adamı Kərimlə əlbir olmaqla Mənsur İbrahimova məxsus gilas bağlarını dələduzluqla, aldatma yolu ilə əlindən alıblar. Bu bir rüsvayçılıqdır, özbaşınalıqdır. Hesab edirəm ki, bu özbaşınalığa son qoyulmalıdır”, - deyə paylaşdığı videoda Müqəddəs Mehdiyev bildirib.
Ardını oxu...
Ardını oxu...
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
 
 

Ardını oxu...
"İlham Məmmədov və Riyad Əliyev həmin torpaq sahəsini mənimsəmək üçün bu cür saxtakarlıq edərək ASC-nin təsisçisi kimi mənə məxsus əmlakı mənimsəyərək cinayət törədiblər”.

Prezidentin əmisi oğlu İlqar Əliyevin 1 milyondan artıq dəyəri olan torpağı 40 min manata sənədləşdirilib. İlqar Əliyev bu əməli törədən keçmiş şəriki İlham Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Sənədləşmə işində İlqar Əliyevin imzasının saxtalaşdırılması ehtimal olunur.

Musavat.com xəbər verir ki, İlqar Əliyev hüquq-mühafizə orqanlarına müraciətində qeyd edib ki, barəsində şikayət etdiyi Məmmədov İlham Almas oğlu ilə uzun illərdir iş ortağı kimi işgüzar və şəxsi münasibətləri olub. Amma sonradan onun qanunsuz əməllərinin qurbanı olub.

İlqar Əliyev daxili işlər nazirinə müraciətində yazır: “2022-ci ildə ortaq olduğumuz işlərdə İlham Məmmədovun pulları mənimsədiyi və digər ortağımız Şahbaz Şahbazova qarşı çoxsaylı cinayətlər törətməsi barədə həqiqətlər üzə çıxdı. Bundan sonra tərəfimdən ona həm öz adımdan, həm də təsisçisi olduğum və idarəçiliyini həyata keçirdiyim şirkətlərin idarəetməsində istifadə edilməsi üçün verilmiş etibarnamələri ləğv etdim. Bu zaman məlum oldu ki, İlham Məmmədov və yalan vədlər verərək aldatdığı oğlum Riyad Əliyev cinayət əməlləri törədiblər.

Belə ki, birgə əldə etdiyimiz və təsisçi olduğumuz “Azərrabitəİnşaat” ASC-nin təsisçisi olan MMC-lərin xərcləri guya mən və İlham Məmmədov tərəfindən çəkilməlidir. Mənim payıma düşən xərclərin ödənilməsini təmin etmək üçün Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən torpaq sahəsinin qiymətini qəsdən və qanunsuz şəkildə az göstəriblər. İlham Məmmədovun özü və Riyad Əliyevin adına rəsmiləşdirilməsi üçün həmin torpaq sahəsini 40000 manata satılmasını sənədləşdirərək ələ keçiriblər. Həmin torpaq sahəsinin təxmini bazar qiyməti 1 milyon manatdan artıqdır. İlham Məmmədov və Riyad Əliyev həmin torpaq sahəsini mənimsəmək üçün bu cür saxtakarlıq edərək ASC-nin təsisçisi kimi mənə məxsus əmlakı mənimsəyərək cinayət törədiblər”.

İlqar Əliyev tələb edir ki, həmin əmlakın ələ keçirilməsi prosesində iştirak edən digər şəxslər də məsuliyyətə cəlb olunsun.

Məlum olur ki, qeyd edilən torpaq sahəsinin “Azərrabitəİnşaat” ASC-nin yaranmış borcları qarşılığında qiymətləndirilməsi üçün ASC-də iclas keçirilib. Protokolda əvvəlcə qeyd edilir ki, iclasda İlqar Əliyevin nümayəndəsi iştirak edir. Amma protokolun sonunda İlqar Əliyevin özünün də iclasda iştirak etdiyi qeyd edilir.

Qeyd edək ki, bu mövzu ilə bağlı, məhkəmə çəkişmələri barədə mətbuatda yazılar dərc edilib
 
 
 
Ardını oxu...
Bakı Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyevanın portfelsiz məmura çevrildikdən sonra indi də kənarlaşdırılması prosesinə hazırlıq gedir. TİA.Az-a verilən məlumata görə, M.Vəliyevanın vəzifəsindən uzaqlaşdırılması təhsil naziri Emin Əmirullayevin mühüm hədəflərindən biridir. Artıq Bakı Təhsil İdarəsinin əsas gəlir mənbəyi olan bir sıra səlahiyyətlər də ondan alınaraq nazirliyə verilib. Bura məktəbəhazırlığa qəbul, bağçalara qəbul, 1-ci siniflərə qəbul, direktor və direktor müavinlərinin yerdəyişmələri, məktəblərin təmiri və digər qərarverici işlər daxildir. Belə görünür ki, M. Vəliyevanın kənarlaşdırılması üçün zəruri bütün addımlar atılıb və yaxın günlərdə yola salınacaq. Xəbərlərə görə, onun yerinə Xəyalə Əhmədzadə təyin oluna bilər. X. Əhmədzadə ötən ilin martından nazirin əmri ilə M.Vəliyevanın müavini vəzifəsini daşıyır. Onun qardaşının nazirin müşaviri olduğu deyilir və bu haqda media yazıb. Qeyd edək ki, Əhmədzadə Xəyalə Fərhad qızı 1980-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.
1999-cu ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 272 nömrəli tam orta məktəbdə və Bakı Atatürk liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 2014-2020-ci illərdə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində çalışıb. Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibidir.
Təhsil nazirinin 2021-ci il 2 mart tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib. Bir müddət əvvəl deputat Etibar Əliyev Vəliyevanı və Əhmədzadəni ittiham etmişdi. Buna BTİ rəhbəri münasibət bildirmişdi. Deputatın sözlərinə görə, Mehriban Vəliyeva “5-ci kolon” tərəfindən idarə olunur.

“Təəssüf edirəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etikadan kənar ifadələr işlədən bir şəxs rəhbərlik edir. Halbuki, həmin şəxs yalan danışır. O, kimlər tərəfindən idarə edildiyini etiraf etməlidir. Mehriban Vəliyeva çox yaxşı bilir ki, liseylərə və şəhərin mərkəzində olan məktəblərə hansı əsaslarla şagird qəbulu aparılır. O, həmin işlərin mərkəzində duran adam olduğu üçün, rəhbərlik etdiyi idarədə baş verən ikitirəlik, qarşıdurmalar barədə çox yaxşı bilir. O qadın kənardan, “5-ci kolon”un nümayəndəsi, vaxtilə Təhsil nazirinin müavini olan Məhəbbət Vəliyeva tərəfindən idarə edilir, amma bu ona icazə vermir ki, etikadan kənar ifadələr istifadə etsin”.

Deputat qeyd edib ki, Bakı məktəblərinin təchizatı ilə bağlı korrupsiya faktları mövcuddur:

“Xəyalə Əhmədzadə havadarlarının sayəsində bu sahələrə- ibtidai təhsil, bütün Bakı şəhərində yerləşən bağçalar və təhsilin idarə edilməsinə kuratorluq edir. Təhsildə hansı hadisələr baş verir, hansı qruplaşmalar var, layihələrə ayrılan vəsaitlərin necə mənimsənildiyini bütün ölkə bilir. Faktlar əlimdə olmasa, bəyanatlarla çıxış edə bilmərəm. O qadın bu cür neqativ halların çiçəklənməsində mərkəzi fiqurdur və Bakı məktəblərinin təchizatı ilə bağlı dəhşətli maxinasiyalardan, deyəsən, xəbəri yoxdur”.
 
Ardını oxu...
Abşeron rayonu Xırdalan qəsəbəsində antisanitar vəziyyət hökm sürür.

Bunu əks etdirən video izləyicilərdən biri tərəfindən Oxu.Az-ın redaksiyasına göndərilib.

Videoda qalaq-qalaq zibilin, Rövşən Əliyev küçəsində yol kənarında yığılıb qalması müşahidə olunur.

Sözügedən görüntünü təqdim edirik:
Ardını oxu...

 
 
 
Ardını oxu...
Şəkildə gördüyünüz bu adamın adı Əlvan Ağayevdir. Əslən Şərurdandır. Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın dostu və kirvəsidir. Vaxtilə Əli Həsənovun dəstəyi ilə “Azərkitab” kimi mühüm sahəyə təhbərlik edib.
Bu adam Bakının ən mərkəzi yerlərində olan kitab mağazalarını özü yaxınlarının adına özəlləşdirərək satıb və qısa müddətdə milyonçuya çevrilib.
Hökümət Evi ilə üzbəüz binada yerləşən keçmiş Beynəlxalq Mətbuat Mərkəzini də ələ keçirərək, oranı özü və Əli Həsənova mənzil edib. Əlvan Ağayev hazırda da həmin mənzildə yaşayır.
Satmağa mağaza qalmayandan sonra, Əli Həsənovun təqdimatı əsasında Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Halbuki bu adamın mətbuat və televiziya sahəsinə heç bir aidiyyəti olmayıb.
Hamı bilir ki, Əlvan Ağayev Şərurda yaşayanda mebel mağazasında işləyib. Ləqəbi də “mebel Əlvan” olub.
Qeyd edim ki, Əlvan Ağayev və Əli Həsənovun vəzifədə olduğu zamanda mən kitab mağazalarının necə və kimlərlətin ələ keçirməsi ilə bağlı silsilə araşdırma yazıları dərc etmişəm. Həmin yazılar 2000-ci illərin əvvəllərində qəzetlərdə dərc edilib və mənim arxivimdə qalır.
Hazırda Əlvan mövzusuna müraciət etməyimin səbəbi var. Bir nəfər mənim şəkilimi paylaşaraq, yazdığım məqaləyə görə məni öz səhifəsində təhqir edib. Həmin skrini şərh bölümündə paylaşacam.
Bu Əlvan Ağayev də məni tanıya-tanıya həmin paylaşımın altında müxalifət partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışından bir videofraqment paylaşıb.
Həmin paylaşımda Sərdar Cəlaloğlu ləyaqətsizlikdən danışır. Buradan bir nəticə çıxır, Əlvan Ağayev mənim barəmdə olan paylaşıma bu videonu əlavə edibsə, deməli mənim ləyaqətsiz olduğumu iddia etmək istəyib. Çünki,həmin paylaşımda məndən başqa kimdənsə söhbət getmirdi.
Bunu görən kimi, Əlvan Ağayevin şərhinə cavab yazdım. Əlvan öz şərhini sildi. Amma buna baxmayaraq, Əlvana bəzi şeyləri xatırlatmaq istəyirəm. Ləyaqətsizlik dövlətin malını talayıb, milyonları oğurlayıb milyonçuya çevrilməkdir.
Ləyaqətsizlik ömrü boyu bu hakimiyyətdən yararlanıb, işdən çıxandan sonra isə radikal müxalif liderlərdən sitat gətirib, onlara simpatiya bəsləməkdir.
Əlvan Ağayevin etdiyi cinayətlərin üstünü zamanında Əli Həsənov pərdələdiyi üçün, onun dövlət əmlakını vəhşicəsinə talamasına lazımi hüquqi qiymət verilməyib.
Bu adam həm də ölkədə kitab satışına öz əməli ilə ağır zərbə vurub. Onun kitab mağazalarını necə və hansı yaxın qohumlarının adına sənədləşərək sonra satdığı ilə bağlı ətraflı məlumat verəcəm.
Əlvan Ağayev 23 il əvvəl “Torqovı”dakı Kitab Pasajını ələ keçirəndə yaxın qohumları ilə hansı “razborkalardan” keçib? Əli Həsənovun əli ilə hansı yaxın qohumunu həbs etdirdiyindən də ətraflı bəhs edəcəm.
Məhəmmədəli Qəribli
 
Ardını oxu...
"Mənim şikayətim SAZZ 4G -dəndir". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Vadim Rzayev adlı istifadəçi giley edir.

Ardını oxu...
Daha sonra narazı vətəndaş davam edir: "Deməli, 2011-ci ildən "SAZZ"dan istifadə edirem, heç vaxt problem olmayıb. Sürət zəifleyəndən sonra wimax-dan keçdim LTE-yə.

Ardını oxu...
Sürət yenə normallaşdı, lakin 8 ay keçəndən sonra sürət başladı düşhməyə... Hal-hazırda siqnal yaxşı olsa da, sürət deyilən şey yoxdur. Heç 1 mb/s vermir.

Ardını oxu...
Zəng vuranda deyirlər ki texniki dəstək gələcək. 2 gün keçir, zəng vurub deyirlər ki, sizin tərəfdə problem var, gözləyin düzələcək. 2 həftə keçir vəziyyət düzəlmir.

Yenidən zəng vururam yenə hər şey təkrarlanır və ortada nəticə yoxdur. Sizdən xahiş edirəm ki, nəsə edəsiniz və sürət yenə normallaşsıin!!! 25 azn belə sürətü vermək olmaz, hətta ən pis işləyən adsl bundan yaxşi işləyir..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
 
 

 

Ardını oxu...
 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Heydər Əliyev Fondu tərəfindən uşaqlar üçün təşkil olunan şənliklərdən fotolar paylaşıb.

Birinci vitse-prezident paylaşımında qeyd edib: “Hər birinizi çox sevirəm!”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...



 

XalqXeber.Az
Ardını oxu...
Azərbaycan respublikasının Prezidenti c. İ. Əliyeva
SÜRƏTİ : İqtisadiyyat Nazirliyi
Verqilər nazirliyi
Respublika Prokurorluqu
Bakı şəh. Sabuncu rayonu, Bakixanov qəs.
S.Qocayev 27 yaşayan sakinlər tərəfindən
ƏRİZƏ

Sabunçu rayonu, Bakıxanov, Şamil Kamilov küç. 7 yerləşən “ARAZ” marketin işciləri çeklərin verilməsini tələb edən alıcılarla kobudluğa danışırlar, kobudluğa məruz qalır və az qala bazardan qovulur.
Dəfələrlə ,qonşu evlərin sakinləriyik, Tərlan adlı administratora bildirdik ki, onun işçiləri alınan mallara çek vermədiyi üçün biz alıcılar , bu marketda məhsul almırıq. Müdüriyyət bizi əmin edirdi ki məsələ həllin tapacaq, lakin bu qünə qədər həllini tapmayıb. Dəfələrlə-- həmin marketdə aldıqımız mallar keyfiyatsız və köhnə ( vahtı kecmış ) olduqunu,. malların vitrindəki qiymətlə, kassadaki qiymətlə eyni olmadıqını ivşa olunub ...............
Buna qörədə --BİLƏRƏKDƏN , AQLICILARA CEK VERMİRLƏR Kİ, alıcının əlində SUBUT OLMASIN Kİ , --- V A H T I K E C M İ Ş ərzaqı HƏMİN MARKETDƏN ALIB.......................................
25/08/22 il tarixtə --Mən bu marketdən - lavaş, koka-kola və bonaqua aldım - kassanın arxasında duran gənc kassir çek verə bilmədi və çek verməyə təcrübəsi olan kassiri dəvət etdi. Dəvət olunan kassir,
açıq şəkildə narazı idi və çox aqressiv, kobud, kobud idi və alıcını açıq şəkildə qalmaqala təhrik etdi.-- o, açıq-aydın çek vermək istəmirdi və yalnız alıcı rəhbərlik tələb etdikdən və İqtisadi İnkişaf Nazirliyi ilə əlaqə saxlayacağını bildirdikdən sonra o, çek verdi, az qala alıcının üzünə çek atdı. Kassirin alıcı ilə belə davranışı və rəftarı təkcə alıcının deyil, markettə olanların da hiddətinə səbəb olub. Dəfələrlə bu marketin rəhbərliyinə onların kassirlərinin müştərilərə ƏDV çek vermədiyini bildirməyimizə baxmayaraq, kassirlər respublika qanunlarına məhəl qoymayaraq müştəriləri ələ salmaqda davam edirlər. Eyni zamanda, bu bazarın işçiləri özlərinin cəzasız qalacağına əmindirlər.
Zəhmət olmasa bu marketin fəaliyyətini yoxlayın, müraciətimizi hərtərəfli yoxlayın və müraciətimizə yazılı cavab verin.
Ərizəyə marketin ceki ( MÜHARİBƏ QÜCÜYLƏ ALINAN )əlavə olunur
Ardını oxu...
Sakinlərin imzası :
Dədəverdiyev İ m 99- t
2-Aqayev Aqamusa
3—Mustafayev Rafael—(mallar vitrindəki qiymətlə, kassadaki qiymətlə eyni olmamaqı )
4-Əskerov Eldar
5—Ramazanov Movlüd
6-Həsənov Aqa ( vahtı kecmiş, kif atmış ,satılan mallar )
25/08/22 il
 
 
 

Dünyapress TV

Xəbər lenti