İşıqsız qalan Xaçmaz -
Yanvarın 12-dən başlayan külək, media və sosial şəbəkələrdən hamının bildiyi kimi Xaçmaz rayonunun onsuz da qənaətbəxş olmayan işıq sisteminə xeyli zərbə vurub. Beləki, güclü küləyin nəticəsi olaraq bu sahədə ard-arda, zəncirvari formada baş verən qəzalar rayonun böyük bir hissəsini, 100-dən artıq yaşayış məntəqəsini işıqsız qoyub.
İnsafən desək, Azərişığın yerli qurumunun əməkdaşları durmadan çalışsalar da, təbii ki, həm fiziki baxımdan, həm də zaman baxımından bu problemləri yoluna qoymağı çatdıra bilməyiblər və bizdə olan məlumata görə, hələ də rayonda işıqsız qalan kəndlər var, hətta Xaçmaz şəhərinin özündə də bəzi küçələr elektrik enerjisindən məhrum olduğunu söyləyirlər.
Dövrümüzdə bütün sosial həyatın bir növ əsasını təşkil edən elektrik enerjisinin verilməsində yaranan məhdudiyyətlər isə camaata olduqca ağır başa gəlib.
Çünki, işığın sönməsi bir çox yerlərdə istiliyin və suyun da olmamasına gətirib çıxarıb.
Bu gün Xaçmazda baş verən qəzaların birini, qeyd etdiyim kimi, Xaçmaz şəhəri, Atatürk küçəsindəki transformatorunda baş verən yanğını müzakirə edəcəyik.
Təbii ki, yanğından sonra Azərişığın əməkdaşları da olay yerinə gəlib, gecə ilə hadisənin nəticələrini aradan qaldırmağa çalışıblar.
İnsafən onu da qeyd etmək vacibdir ki, 3-4 gün silsilə qəzalarla 24 saat işləyən bu azsaylı qrupun belə davranışları təqdirəlayiqdir.
Amma...
Bu məsələnin amması ondan ibarətdir ki, Atatürk küçəsindəki transformator, həm də Nazim Qəniyevinn həyətində, bəli, evinin 5 metrliyində yerləşir.
Transformator digər evlərə də olduqca yaxın məsafədədir, ancaq Qəniyevlər ailəsi isə demək olar ki, birbaşa odun-alovun, təhlükənin içində yaşayırlar.
Ailə uzun illərdir ki, bir çox səlahiyyətli orqanlara müraciət etsə də, aldıqları ən son və qəti cavab bu olub ki, transformatorun yerini yalnız öz hesabına dəyişə bilərsən.
Xaçmazda Azərişığın yerli idarəsinin əməkdaşları bütün günü qəzalarla məşğul olduqlarından, həm də biz onlara mane olmamaq üçün suallarımıza qeyri-rəsmi cavablar almağa çalışdıq.
Maraqlı bir situasiya yaranıb. Hökümət, yəni Azərişıq iddia edir ki, bu ərazidə əvvəl transformator olub, sonra isə ev tikilib. Qəniyevlər ailəsi isə deyir ki, hələ uzun illər bundan öncə, o dövrün şəhər sovetinin təkidi ilə, özlərinə məxsus həyətdə transformator qoyulub.
Burda kimin haqlı olub olmamasını birbaşa deyə bilmirik.
Əlbəttə ki, məntiqlə Azərişıq yəqin ki, bir yerə transformator qurarşdırırsa, əlbəttə ki, bu quraşdırmanın özünəməxsus, təlimata uyğun qaydaları və şərtləri olmamış deyil.
Ancaq sakinlərin şikayəti də əsasıs və ya boşuna deyil.
Adi bir yanğın hadisəsində bütün ətrafdakı qonşuların hansı əsəb və stressi yaşadıqlarını təsəvvür etmək çətin deyil.
Yəqin ki, obyektiv şəkildə işıqlandırdığımız bu geniş reportaj Azərişığın əmədaşlarının çəkdikləri əziyyətə kölgə salmamaqla həm də bu qurumun rəhbərliyinin məsələyə həssas yanaşmasına çağırış kimi nəticəsiz qalmayacaq.
Necə deyərlər, daha gözəl nəticələr üçün, daha dürüst addımlar atmağa, məsələn biri elə bu transformatoru burdan başqa yerə köçürməklə həm küçənin sakinlərinin, həm də özlərinin qayğı və stressindən qurtula bilərlər.
Nəticəni DÖVLƏTin yanaşması göstərəcək, biz də bu yanaşmanı çəkib göstərəcəyik...
C'mil Məmmədli
Teref.az

 
 
 

Dünyapress TV

Xəbər lenti