İsrayıl İsmayılov oğlu Rüfət İsmayılovun fəhlə kimi taxta daşımaqla, taxta təmir etməklə məşğul olduğunu deyir. Rüfət İsmayılov 2021-ci il ildə bir müştərinin evinə taxta daşıdıqdan sonra müdürü ilə bərabər yük maşınında evə qayıdarkən qəza keçirib.
İ.İsmayılovun sözlərinə görə, İmdad İbişov qəzadan sonra Rüfət İsmayılovun müalicə xərclərini ödəyəcəyini desə də, vədinə əməml etmir. Şikayətçi bu barədə danışarkən göz yaşlarını saxlaya bilmir.
İ.İsmayılov bildirir ki, dörd aydan sonra İ.İbişov onlara deyir ki, müalicə üçün daha ödəniş etməyəcəyəm, istədiyiniz quruma şikayət edə bilərsiniz. İ.İbişov isə, iddiaları qəbul etmir.
İ.İbişov zərərçəkənin müalicə xərclərini də ödədiyini deyir.
Ayağı elə oldu, müalicə xərcini çəkdim mən. Üç min əməliyyatına xərc çəkdik, altı dənə qan aldım ona. Bütün nə xərci vardı, yola saldım, getdi.
Oradan qayıdandan sonra, gedib haradasa ayağına zərər yetirib özü.
İ.İsmayılovun sözlərinə görə, oğlu Rüfət İsmayılov əməliyyatdan sonra sağlamlığına qovuşmayıb. Binəqədi rayon məhkəməsində verilən qərar da leyhinə olan şikayətçi, oğlu üçün hüquqi heç bir kömək yolunun qalmadığını deyir.