Ardını oxu...
Göygölün məşhur Kardiorevmotoloji Sanatoriyasının qanunsuz olaraq hərraca çıxarılaraq satıldığını xəbər vermişdik. DİA.AZ xəbər verir ki, sanatoriyanın baş həkimi və rəhbəri Kamil Hüseynovun Bizim.Media-ya müraciəti ilə ictimailəşən məsələ hələ də aktual olaraq qalır. Şikayətçi iddia edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ölkə başçısının 2016-cı ildəki 1003-cü fərmanının 4.2 bəndini ciddi surətdə pozaraq, sanatoriyanı qanunsuz olaraq hərraca çıxarıb.

Qeyd edib ki, sanatoriya Əmlak Məsələləri Dövlət Komitəsinin rəis müavini Elçin Yusubovun tapşırığı ilə 2020-ci il noyabrın 7-də saxta imzalarla Asim Şahpələng oğlu Ağaliyev adlı şəxsə 267 min manata satılıb.

Buna etiraz edən Kamil Hüseynov Göyçay Rayon Məhkəməsində iddia qaldırıb və hərracın ləğv edilməsini tələb edib. Beləliklə Gəncə İnzibati Məhkəməsi iyunun 2-də hərracın ləğv edilməsi ilə bağlı yekun qərar çıxarıb və protokolu etibarsız hesab edib. Amma məhkəmə prosesi yekunlaşmayıb.

Qarşı tərəf bu dəfə apelyasiya şikayəti verib və iş hazırda Gəncə Apelyasiya Məhkəməsinin icraatında baxış mərhələsindədir. Məsələyə təxminən 10 gün sonra baxılacaq.

Bu barədə Bizim.Media-ya danışan Kamil Hüseynovun vəkili Yolçu Abbasovun sözlərinə görə Əmlak Məsələləri Dövlət Komitəsi öz maraqları çərçivəsində qanunsuz addım atıb:

“Prezidentin müvafiq sərəncamındakı siyahıda məhz Göygöl Kardiorevmotoloji Sanatoriyasının hərraca çıxarılması yalnız investisiya yolu ilə mümkündür. İnvestisiya yolu ilə hərrac odur ki, hansısa investor gəlir və plan tərtib edir. Maliyyə qoyub, müəssisənin inkişafını təmin edir.

İnvestisiyanın bir hissəsini dövlətə keçirir, bir hissəsini isə həmin müəssisənin inkişafına xərcləyir. Müəyyən müddətdən sonra müəssisə onun adına keçsə də təyinatı üzrə fəaliyyət göstərir. Hərrac bu qaydada olmalı idi. Amma Əmlak Məsələləri Dövlət Komitəsi investisiya hissəsinə toxunmamaqla özbaşına, qanunsuz və dəyərindən də az məbləğdə sanatoriyanı satıb.

Hərrac yolu ilə satışda bütün sanatoriyanın təyinatı ləğv olunur, işçilər çölə atılır, müəssisəni alan şəxs oranı istədiyi şəkildə idarə edir. Bu qanun pozuntusuna isə Əmlak Məsələləri Dövlət Komitəsi yol verir”.

Vəkilin sözlərinə görə Əmlak Məsələləri Dövlət Komitəsi əsassız yerə çıxışlar edərək guya özəlləşdirmə proqramına uyğun olaraq hərrac həyata keçirdiklərini bildirirlər:

“Guya dövlət büdcəsinə pul keçirirlər. Amma burada əks mövqe, şəxsi maraq və iqtisadi sabotajlıq var. Gəncə İnzibati Məhkəməsi düz olaraq qərar qəbul edib və hərracı ləğv edib. Növbəti prosesdə Gəncə Apelyasiya Məhkəməsi onların şikayətini təmin edib, bizim qərarı ləğv edə bilər. Yaxud şikayətlərini rədd edər, təmin etməz və Gəncə Rayon Məhkəməsinin qərarını qüvvədə saxlaya bilər”.

Vəkil bu məsələdə Səhiyyə Nazirliyinə də irad bildirib. O, deyib ki, əslində Səhiyyə Naziliyi hərracın baş tutması barədə məlumat alan kimi prezidentə müraciət etməli idi və bildirməliydi ki, sözügedən müəssisə əmlaklar üzrə özəlləşdirmə siyahısından çıxarılsın.

Qeyd edək ki, Göygöl Kardiorevmotoloji Sanatoriya Səhiyyə Nazirliyinin balansındadır.

Qanunsuz hərracın keçirilməsi ilə bağlı məsələyə nazirlikdən də mövqe bildirilib:

“Sanatoriyanın hərraca çıxarılması ilə bağlı Səhiyyə Nazirliyinə hər hansı məlumat daxil olmayıb. Məlumat nazirliyə yalnız hərrac keçiridikdən sonra daxil olub və dərhal nazirlik tərəfindən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə hərracın dayandırılması barədə məktub göndərilib”, -deyə Bizim.Media-nın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Məlumat üçün bildirək ki, hazırda sanatoriyada onlarla qazi reablitasiya keçir və müalicə olunur. Belə bir şəraitdə dövlət müəssisənin hansısa işbazların əlinə keçməsi etiraza səbəb olub.
 
Ardını oxu...
15 il əvvəl Xəzər dənizində qazma quyularında onurğa sütunundan xəsarət alan, əməliyyatdan sonra da səhhətindəki problem aradan qalxmayan Nəriman Abdullayev bu səbəbdən ikinci qrup əlil kimi, 13 il pensiya alıb. 2021-ci ilin iyunundan sonra onun əlillik müddətini uzatmaqdan imtina ediblər. Deyiblər ki, hazırkı durumuna görə ona əlillik dərəcəsi düşmür. Bu üzdən pensiyası da kəsilib. TEREF.AZ-ın məlumatına görə, Nəriman Abdullayev Meydan TV-yə bildirib ki, hazırda nə təqaüd ala bilir, nə də səhhətindəki problemlərə görə işə götürülür:

“Bəzən ağrıdan dayana bilmirəm, bəs mən lazım olan dərmanları necə alım? Hardan pul tapım? Səhhətimdəki ciddi problemlər işləməyə imkan vermir, bunlar da pensiya vermirlər ki, “yox, sağalmısan”. Belə biabırçılıq, bu qədər yalan olar? Mən acından ölməliyəm?!”

Nəriman Abdullayev hazırda onurğa sütunu üçün korsetlə gəzir, əl ağacından istifadə edir. Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan 57 yaşlı keçmiş neftçi 1985-ci ildən bu sahədə çalışıb. Öncə Tamponaj İdarəsində Kompleks qazma işləri üzrə trestdə sürücü-motorçu işləyib. Sonradalan başqa vəzifələrdə çalışıb.

1988-ci il noyabrın 2-də ikinci qrup əlilliyə gətirib çıxaran peşə xəstəliyinə tutulub – ayaqları yeriməyib, iki il yataq xəstəsi olub. Müalicə olunandan sonra 1993-cü ildə yenidən işə götürülüb.

2006-cı il dekabrın 31-də gecə Qum adası yatağında (Bahar buruqları quyusu) növbə dəyişikliyi zamanı qazma qurğusundan gəmiyə keçərkən eniş meydançası qırılıb. Nəticədə Nəriman Abdullayev dənizə düşüb. Onun sözlərinə görə, qazma qurğusunun altında onu uzun müddət axtarıblar, xeyli cəhdlərdən sonra xilas ediblər:

“Həmin vaxt kürəyimdən güclü zərbə almışdım. O vaxtdan onurğa sütunumda və belimdə dəhşətli ağrılar var. Onurğa sütunumda xəsarət, peşə xəstəliyi və ikinci qrup əlillik səbəbindən 2008-ci il iyunun 21-də işdən azad edildim…”.

Nəriman Abdullayevin əlilliyi əvvəllər hər il yenidən təsdiqlənirdi və o, pensiya alırdı. 2016-cı ildə dəyişiklik olub və əlillik müddəti 5 illik təsdiqlənib. 2021-ci ilin iyununda müddətin başa çatması əsas gətirilərək, pensiyası dayandırılıb.

“Qaradağdakı 23 saylı xəstəxananın baş həkimi məni 4 dəfə təkrar müayinəyə göndərib. Hər dəfə MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) keçmişəm. Həm MRT-nin, həm də EMQ-nin (Elektromioqrafiya) nəticələrini, epikrizləri əlavə edib göndərmişəm. Keçən il avqustun 25-dən sentyabrın 2-nə qədər də Neftçilər xəstəxanasında müayinələrim aparılıb. Mənə “Bel sütununun sol L4 köklərinin sıxılması (hemilyanin ektomiyasi), L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonrakı vəziyyət, kürək fəqərələrinin osteoxondrozu, uzunmüddətli kəskin ağrılı diskogen radikulopatiya, sağ ayağın parezi, ağır asteno-nevrotik vəziyyət diaqnozu qoyulub. Sonradan Neftçilər xəstəxanasında bir də müayinədən keçdim. L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonra kürək fəqərələrinin diffuz osteoxondrozu diaqnozu da əlavə olundu. Bu il yanvarın 31-də Respublika Kliniki Xəstəxanasında dördüncü dəfə müayinə olundum, orada da diaqnozlar təsdiqləndi. Buna baxmayaraq, əlilliyimi təsdiq eləməkdən imtina elədilər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Nəriman Abdullayev yanvarın 25-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində də müayinə olunub:

“Məlum olub ki, tibb müəssisəsinin onurğa sütununda zədələnmələr haqqında diaqnozu təsdiq edilmir. Ümumilikdə Nəriman Abdullayevin vəziyyəti ona əlil statusunun verilməsi üçün əsas vermir”.

Nazirlik vurğulayıb ki, Azərbaycanda əlilliyin müəyyən edilməsinin yeni meyarları tətbiq edilir. Daha əvvəl sağlamlıq vəziyyətilə əlaqədar müavinət alan bəzi insanlar bu meyarlara uyğun deyil:

“Təkrar attestasiya zamanı vətəndaşın əlil statusu olmadan normal yaşamaq iqtidarında olduğu müəyyən edilsə, onun daha əvvəl aldığı müavinətlər xəzinəyə qaytarılmır. Vətəndaşlar komissiyanın qərarından məhkəməyə şikayət vermək hüququna malikdilər”.

Nəriman Abdullayev də bu ilin aprelində məhkəməyə üz tutub. Onun hüquqlarını məhkəmədə vəkil Rauf Əzimov müdafiə edib. Vəkilin əsas arqumentlərindən biri bu olub ki, qanunvericilik 10 il fasiləsiz əlil kimi təqaüd almış adama münasibətdə belə davranışı qadağan edir. O vurğulayıb ki, 13 il ərzində ciddi xəstəliklərdən əziyyət çəkən, bu müddətdə sağalmayan adamın indi sağalması məntiqli deyil. Vəkil məhkəmədə vurğulayıb ki, bütün bunlar əsas götürülməli, sabiq neftçinin şikayəti təmin olunmalıdır.

Məhkəmədə cavabdeh qismində çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi isə buna etiraz edib, Nəriman Abdullayevin iddiasının təmin olunmamasını istəyib.

Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayeva iyulun 26-da Nəriman abdullayevin xeyrinə qərar verib – onun şikayəti təmin edilib.

“Bu qurum bilə-bilə ki, haqsızdılar, yenə də bu cür məhkəmə qərarlarından yuxarı instansiyalara şikayət verir. Məqsəd insanları süründürməkdir. Adama deyərlər ki, əgər təqaüd vermirsənsə, sağaldığımı iddia edirsənsə, buyur, məni SOCAR-dakı işimə bərpa elə…”, – keçmiş neftçi əlavə edib.
 
Ardını oxu...
Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun həyat yoldaşına məxsus restoran üzə çıxıb.
Bakı şəhəri, Səbail rayonu, Z. Əliyeva küçəsi ev 97 ünvanında yerləşən "D'lite Restaurant & Cafe" icra başçısının xanımına məxsusdur. Sözügedən restoran Niyazi Bayramovun oğlu fiziki şəxs Bəhram Bayramovun adına qeydiyyatdan keçirilib.
 //32gun.az//

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
TEREF.AZ xəbər verir ki, “Yeni Müsavat” qəzetinə Azərbaycan əsilli rusiyalı sahibkar Mətləb İsmayılov müraciət edib. Sahibkar Azərbaycanda iki şirkət - “Ulduz” firmasını və “Baker Energy Services” QSC-ni təsis edib. Onun iri kontragentlərindən biri “Socar-AQŞ” MMC olub. Yox, onun Dövlət Neft Şirkətinə heç bir aidiyyəti yoxdur. Lakin “Socar-AQŞ” MMC-nin rəhbərliyi dolayı yollarla bundan faydalanmağa çalışır. O cümlədən ədalət mühakiməsinə təzyiq göstərmək üçün də bundan məharətlə istifadə edir.

“Socar-AQŞ” MMC kimi özəl bir şirkət Azərbaycan ədalət mühakiməsini Ali Məhkəmənin Plenumu simasında gülünc vəziyyətə saldı. Beləliklə, 2015-ci ildə “Socar-AQŞ” MMC “Ulduz” və “Baker Energy Services” QSC ilə icarə, alqı-satqı və daşınma xidmətlərinin göstərilməsi müqaviləsini imzalamışdır: birinci şirkətlə torpaq sahəsinin icarəsi, ikinci şirkətlə isə avadanlığın icarəsi, fərdi mühafizə vasitələrinin alqı-satqısı və daşıma xidmətlərinin göstərilməsi. Prinsipcə, bir neçə il “Socar-AQŞ” MMC icarə haqqını, alınmış malların və göstərilən xidmətlərin dəyərini vaxtında ödəyib. Amma sonra birdən-birə ödənişlərdə problemlər başladı. Bununla yanaşı, “Socar-AQŞ” MMC “Ulduz” və “Baker Energy Services” QSC tərəfindən təqdim olunan hesab-fakturaların düzgünlüyünü daim təsdiq edib. Heç bir etiraz olmayıb. Buna baxmayaraq, ödənişlər də olmayıb. Məhz bu səbəbdən də sonda “Ulduz” firması və “Baker Energy Services” QSC məhkəməyə müraciət etməyə məcbur olublar.

Sahibkar məhkəməyə üz tutdu, qalib gəldi, hətta iş icraya yönəldi!

Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2021-ci il və 9 iyul 2021-ci il tarixli qərarları ilə “Socar-AQŞ” MMC-dən “Ulduz” firmasının xeyrinə 1,3 milyon dollar, “Baker Energy Services” QSC-nin isə xeyrinə 1,3 milyon dollar və 0,98 milyon manat məbləğində vəsaitin tutulması qət edilib. “Socar-AQŞ” MMC hər 2 qərardan əvvəlcə Bakı Apelyasiya Məhkəməsinə, sonra isə Ali Məhkəməyə şikayət verib. Bütün məhkəmə instansiyaları 2022-ci ilin əvvəlində qüvvəyə minmiş və icra edilməli olan birinci instansiya məhkəməsinin qərarlarının düzgünlüyünü təsdiq ediblər. Və burada, sadə görünən bir məsələ gözlənilməz hal alıb. Əvvəlcə icraçılar fərqləniblər. Onlar 10-dan artıq bankda “Socar-AQŞ” MMC-nin hesablarına həbs qoymaqla məhkəmələrin qərarını icra etməyə başlayıblar. Az sonra isə vəziyyət gözlənilməz şəkildə dəyişib və məhkəmə icraçıları “Socar-AQŞ”nin hesablarını açıb. Ardından “Socar-AQŞ” MMC-nin müraciəti üzrə məhkəmə qüvvəyə minmiş məhkəmə aktlarının icrası üçün ona möhlət verib.

Ali Məhkəmə Plenumu işə qoşuldu...

Azərbaycan məhkəmələri bir qayda olaraq kreditorların razılığı olmadan borcluya, o cümlədən borclarını ödəmək qabiliyyəti olmayan vətəndaşlara bir neçə yüz manat məbləği ödəmək üçün belə möhlət vermir. Bu iş üzrə isə qarşı tərəfin razılığı olmadan “Socar-AQŞ”-yə möhlət verilib! Nəhayət, Ali Məhkəmə Plenumu da işə qoşulub. “Socar-AQŞ” MMC guya yeni açılmış hallar əsasında qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edib. Bəli, bu, həqiqətən mümkündür, əgər məhkəmə aktı çıxarıldıqdan sonra işə baxılarkən işin düzgün həlli üçün həlledici əhəmiyyət kəsb edən naməlum materiallar (hallar) aşkar edilərsə. Maraqlıdır, “Socar-AQŞ” MMC hansı materialları aşkar edib? Guya hələ il yarım bundan əvvəl işdən çıxarılmış “Socar-AQŞ” MMC-nin keçmiş direktorunun seyfindən (sonra dəqiqləşdirdilər - gizli seyfdə!) yuxarıda adları keçən şirkətlərin, yəni “Ulduz” firmasının və “Baker Energy Services” QSC-nin möhürləri aşkarlanıb. Hansısa xüsusi ekspert natamam rəy verib ki, mübahisəli müqavilələrin bağlanmasında məhz bu möhürlərdən istifadə olunub. Bu isə o deməkdir ki, keçmiş direktor həmin şirkətlərlə sövdələşmədə olub, ona görə də onlarla bağlanmış müqavilələrdə yüksək icarə haqqı müəyyənləşdirilib və bununla da “Socar-AQŞ” MMC-yə ziyan vurub. Belə olduğu halda da, bağlanmış müqavilələr guya etibarsızdır və məhz bu səbəbdən də işlərə yenidən baxmaq lazımdır. Hüquqi nüansları kənara qoyaq.

Bu mövqenin absurdluğunu başa düşmək üçün hüquqşünas olmaq lazım deyil. Necə oldu ki, seyf möhürlərlə birgə yalnız keçmiş direktorun gedişindən 1 il yarım sonra aşkar edildi? Tutaq ki, tapıblar. “Ulduz” firması ilə “Baker Energy Services” QSC-nin möhürlərinin müəyyən nüsxələrinin tapılması faktı, həqiqətən də, araşdırma üçün əsasdır. Amma “Socar-AQŞ” MMC-nin xeyrinə deyil. “Ulduz” firması və “Baker Energy Services” QSC-nin xeyrinə olan məsələdir. Axı belə çıxır ki, kimsə onların möhürünü saxtalaşdırıb. Hər iki şirkət təəccüb içindədir: onların möhürləri özlərindədir, bunlar haradan əmələ gəldi?

Sahibkar deyir ki, bütün bu möhür hekayəsi yalnız “Socar-AQŞ” MMC-nin xeyri üçün düşünülüb! Məhkəmələrin qüvvəyə minmiş qərarlarına etiraz etmək naminə möhür məsələsi ortaya atılıb. Daha ağıllı bir şey düşünə bilməyiblər! Məgər “Socar-AQŞ” MMC-nin özü bu möhürləri saxtalaşdıra bilməzdimi? İndi möhür hazırlamaq bir neçə dəqiqə məsələsidir!

Möhürlər, həqiqətən, keçmiş rəhbərin seyfində olub yoxsa sadəcə, “Socar-AQŞ” MMC-nin özü onları ora atıb? Bu suala aydınlıq gətirilmədən qanuni qüvvəsini almış məhkəmə qərarlarına yenidən baxılmasına necə əsas ola bilər? Məgər möhürlərin aşkar edilməsi faktının özü guya yüksək qiymətlərlə qanunsuz müqavilənin bağlanmasını və s. sübut edirmi? Axı bütün bu arqumentlər “Socar-AQŞ” MMC tərəfindən əvvəlki məhkəmə araşdırmaları zamanı məhkəmə çıxışlarında səsləndirilib! Və sübut olunmayıb! Məgər hansısa mifik möhür bunun əksini sübut edir? Əlbəttə ki, yox! Yoxsa “Socar-AQŞ” MMC ötən il yarım ərzində keçmiş direktora sonuncu müqavilələrdə guya yüksək qiymətlərlə əlaqədar vurulan zərərə görə iddia irəli sürüb? Xeyr! Bütün bu illər ərzində “Socar-AQŞ” MMC hər şeyi vaxtında ödədi, hətta sonra da ödəmədikdə, borcları tanıyırdı, şirkətin sahibləri heç nə ilə narazılıqlarını bildirmirdilər, sonra direktor istefa verdi və yalnız il yarımdan sonra ona qarşı “iddialar” yarandı! Bütün bunlara hətta bir məktəbli inanmaz!

Təəssüf doğuran odur ki, Ali Məhkəmənin Plenumu bu nağılvari mifik möhür məsələsinə inanmağa xüsusi meyllənib! Amma bütün plenum deyil, onun rəhbəri və Ali Məhkəmə kollegiyalarından birinin sədri şübhə doğuran inam sərgiləyiblər! Hər halda, plenum işi baxışa qəbul edib. Halbuki bu çox nadir hallarda baş verir! Belə müraciətlərin böyük əksəriyyəti kəndardan rədd edilir.

Ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağı...

Maraq doğuran digər məsələ odur ki, bu il iyulun 8-də plenumda hakim adını qazanan 39 nəfərin andiçmə mərasimi keçirilib. Yeni təyin olunan 39 nəfər hakim “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib. Ali Məhkəmə divarları arasında andiçmənin əks-sədası çəkilməmiş, dərhal kollegiyalardan birinin sədri kürsüyə qalxıb və möhür nağılını məruzə şəklində iştirak edənlərin diqqətinə çatdırıb. Bu zaman qurulmuş ssenaridən kənar bir hal baş verib. Məlum olub ki, yuxarıda adıçəkilən 2 hakimdən başqa, heç kim işlə tanış deyil. Yumşaq desək, 2 hakimdən başqa digər hakimlər bu işin onların icraatında olmasına təəccüblərini etirazları ilə bildiriblər. Qanuna görə, plenumdan əvvəl, Ali Məhkəmənin 5 üzvündən ibarət olan tərkibi işi ilk olaraq nəzərdən keçirməli idi. Aydın olur ki, belə bir baxış olmayıb! Qanuna görə, proses iştirakçılarına etirazların verilməsi üçün 20 gün vaxt vermək lazımdır.

Bu da olmayıb. Müddət məsələsi isə sadəcə, nonsensdir! Qarşı tərəfin müraciəti hələ aprel ayında verilib. Avqust ayına qədər müddət 5 dəfə ötüb! Nəyi qoyub nəyi danışırıq: nə olsun ki, qanun orada hər hansı bir müddət müəyyənləşdirib!

Hakimlər qanunsuzluğa təpki göstərdi, ara qarışdı!!!

Nəticədə, sədrlik edən məruzəçi hakimi danlayıb, Plenumda yaşanan böyük qanunsuzluqdan dolayı yaranmış qarışıqlığı aradan qaldırmaq üçün avqustun sonuna qədər fasilə elan olunub. Mətləb İsmayılov deyir ki, avqustun sonuna qədər nə olacaq, hər şey necə dəyişəcək, ona aydın deyil. Lakin görünür ki, aşkar edilmiş möhürlər barəsində daha mötəbər arqumentlər vermək üçün hansısa hərəkətlər həyata keçiriləcək.

Və sonda: Ali Məhkəmə Plenumu bir işə 2 dəfə necə baxır?

Onun sözlərinə görə, Plenumda bir işə iki dəfə baxılması. ümumiyyətlə, təəccüblüdür: - plenumunun təcrübəsində işə iki dəfəyə baxılması hələ ki yox idi. Üstəlik, qanunla nəzərdə tutulmuş bütün müddətlər də ötüb. Biz doğma Azərbaycan məhkəmələrində nələr görmədik. Məsələ təkcə azərbaycanlı əsilli rusiyalı sahibkar Mətləb İsmayılovun hüquqlarının müdafiəsində deyil. Əlbəttə ki, bu da vacibdir! Axı bazar iqtisadiyyatının əsasları mülkiyyətin qorunmasından, müqavilələrin icrasından və sağlam rəqabətdən keçir. Bunların heç biri olmasa, sərmayəçilər də olmayacaq, o cümlədən mənim kimi sərmayəçi soydaşlarımız da olmayacaq. Digər vacib məsələ odur ki, Ali Məhkəmənin Plenumu tərəfindən belə bir müraciətin baxılmağa qəbul edilməsi, hələ onun potensial təmin olunması ehtimalını qeyd etməsək belə, ölkədə ədalət mühakiməsinin əsaslarını sarsıdır. Məhkəmə qərarlarının sabitliyi ədalət mühakiməsinin ən vacib aspektidir. Qüvvəyə minmiş məhkəmə qərarlarına müstəsna hallarda yenidən baxıla bilər. Təsəvvür edin, avqustun sonuna qədər “Socar-AQŞ” MMC aşkar edilmiş möhürlər üzrə hər hansı uydurma və əsassız prosessual icraatın başlanmasına nail olur. Bundan sonra bu, rahat təcrübəyə çevrilir və bütün borcalanlar, kredit götürən borclu ordusu da daxil olmaqla, müxtəlif yerlərdə möhürlər aşkarlamağa başlayır, bunun üzərindən fantastik nəzəriyyələr qurmaqla qüvvəyə minmiş məhkəmə qərarlarına yenidən baxılmasını tələb etməyə başlayacaqlar. Üstəlik, bu imkanı da Ali Məhkəmənin Plenumunun ötürməsi ilə əldə edəcəklər! Halbuki Ali Məhkəmənin vəzifəsi eyni zamanda vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Şübhəsiz ki, aşkar edilmiş möhürlərlə bağlı iş sadəcə fürsətçilər üçün əla hədiyyə olacaq. Və ədalət mühakiməsi üçün böyük bir nüfuz itkisidir...
 
Ardını oxu...
Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Alışanovun milyonluq mülkləri üzə çıxıb.

Bununla bağlı mətbuatda məlumat yayılıb.

32gun.az A.Alişanova və ailəsinə məxsus mülklərin siyahısını yerli mətbuat orqanlarına istinadən təqdim edir:

* A.Alışanovun qızı Nigar Əlişanovanın (qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 10644 A, mən 57) adına 8 ədəd daşınmaz əmlak mövcuddur. Bu barədə yazan sayt iddia edir ki,

llərində bununl bağlı dövlət reyestrindən çıxarış var.

Qeydiyyat tarixi 2009-cu il fevralın 26-na təsadüf edən 4 ayrı-ayrı torpaq sahəsinə dair çıxarışla Şamaxı rayonu Qızmeydan kəndində kənd təsərrüfatı təyinatlı, əkin üçün nəzərdə tutulan torpaqlardan birinin sahəsi 1.1124 ha, digəri 1.1346 ha, üçüncüsü 1.4466 ha, dördüncüsü 4.394109 ha təşkil edir. Kimdən və hansı qiymətə alındığı bilinmir. Ondan cəmi bir gün sonra – fevralın 27-də qeydiyyata alınan, yenə Qızmeydan kəndində ümumi sahəsi 5 ha olan torpaq sahəsi Nigar xanımın adına rəsmiləşdirilib.

Daha bir çıxarış Şamaxı rayonu Əhmədli kəndində 3.0374 ha torpaq sahəsinin sənədləri 2009-cu ilin may ayının 8-də tərtib olunub. Y

Yenə eyni ildə, eyni gündə Qızmeydan kəndində 3.9467 ha torpaq N.Əlişanovanın adına alınıb. Sonuncu çıxarış isə bu ilin fevral ayının 8-də tərtib olunub. Daşınmaz əmlakın satıcısı Şıxıyeva Aysel Fazil qızıdır. Əmlak Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Nizami Gəncəvi küçəsi 26 ünvanında 0.22 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 271.1 kv/m. olan fərdi yaşayış evidir. Sənədləşməyə görə də guya satıcı o boyda evi 25-cə min manata təklif edib, alıcı 20-cə minə alıb. Evin altındakı 22 sot torpağın isə cəmi 5 min manata satıldığı rəsmiyyətə salınıb. Bunlardan da yalnız 2033.25 + 550 manat vergi tutulub. Əməliyyatları Şamaxı rayon notariat kontorunun xüsusi notariusu Yaşar Eyyubov aparıb. Beləliklə, Şamaxı rayonunun iki kənd və bir qəsəbəsində N.Əlişanovanın ümumilikdə 20.2918 ha torpaq sahəsi və 271.1 kv/m. olan fərdi yaşayış evi var.

İddiaya görə, Alışanovun digər qızı Aynur Aşurbəyova da 2009-cu ilin fevral ayında 12 daşınmaz əmlak satın alıb. Bunlardan 8-i Şamaxı rayonunun Əhmədli (0.5506 ha; 0.525 ha; 1.149969 ha; 1.3545 ha; 1.806 ha; 3.0001 ha; 4.14 ha; 7.7125 ha; ), 3-ü rayonun Qızmeydan (1.3828 ha; 3.9468 ha; 4.5216 ha), 1-i də Nağaraxana kəndində (4.7202 ha) yerləşir. Nigarın da adına rayonun üç kəndində üst-üstə 34.81 ha torpaq sahəsinin olduğu rəsmən təsdiqlənir.

* Hətta mətbuatda gedən məlumatlara görə, ikinci həyat yolaşı, müğənni Ayşən Məstanova ilə sevgili olduğu dövrdə ona 2018-ci ildə qara rəngdə "Mercedes-Benz" markalı bahalı avtomobil alıb. Avtomobilin qiymətinin 100 min manat dəyərində olduğu deyilir. Hətta, Ayşən Məstanova AzTV-yə işə də həmin avtomobillə gəlib-gedirmiş.

* Arif Alışanov hələ vəzifədə olarkən birinci evliliyindən olan qızı Aynur Alışanovanın adına bir neçə şirkət təsis edilib. Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətlər (“TPDN”, “Oyuncaq Dünyası”, “H2A Studio” və “The Toy Story”) eyni ünvanda və eyni şəxs adına qeydiyyata alınıb.

* Digət mətbuat orqanının yaydığı məlumata görə, keçmiş sərin Ukraynanın Dnepropetrovsk bölgəsində “Bakinskiy Dvorik” adlı restoran və “Şəkər-bura” adlı çay evi fəaliyyət göstərir. İddiya görə, Hazırda həmin restoranlara AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə keçmiş müxbiri Möhsün Qədiroğlu nəzarət edir. Məlumatda o da qeyd edilib ki, keçmiş AzTV sədrinin Ukraynadakı obyekti təkcə bunlar deyil. Onun Kiyev, Xarkov və digər əyalətlərdə də restoranları, ticarət obyektəri var. A.Alışanov həmin obyektlərə də nəzarəti M.Qədiroğluna tapşırıb.

Ardını oxu...

Bir başqa məlumatda qeyd edilir ki, A.Alışanovun bundan başqa, Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var . Həmin sahələrin qiyməti də təxminən 10 milyon manatlarladır. O daqeyd edilib ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Bu biznesdən də onun illik 10 milyon manata yaxın gəliri olub.

 
 

Ardını oxu...
Redaksiyamıza "Sumqayıt-Sərnişin" ASC-nin səhmdarları Bədəlov Naib ƏLİ oğlu və Aslanov Yaqub Sahibiyə oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla bir neçə yüksək instansiyalara ünvanladıqları məktubun surəti daxil olub. Müəlliflər müraciətdə 24 ildir ki, "Sumqayıt-Sərnişin" ASC-nin səhmdarları olmalarına baxmayaraq məlum haqq və hüquqlarından məhrum olmalarından bəhs edirlər. Bu problemin həllində-haqqlarının bərpa olunmasında dövlət başçısından kömək istəyirlər.

Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı "Sumqayıt-Sərnişin" ASC-dən açıqlama almaq istəsək də olmadı... Bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi dərc edirik:

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin (maddə 106-1) ” Səhmdar Cəmiyyətinin səhmdarları hüquqları “ Qanunvericiliyə əsaslanaraq bildirirəm ki , 15.06.1998 -ci ildə “Sumqayıt Sərnişin “ ASC yaradılmışdır. 24 il keçməsinə baxmayaraq bu müəssisənin səhmdarları kimi qanunvericilikdə nəzərdə tutulmuş “səhmdarların hüquqların”dan istifadə etməmişik.

Bu illər ərzində Cəmiyyətin fəaliyyət göstərməsinə baxmayaraq (Qeyd:bütün obyektlər icarəyə verilir) 24 il ərzində (1998) bir dəfə də olsun səhmdarların yığıncağına dəvət edilməmişik və ötən illərə görə cəmiyyətin gəlirindən divident verilməyib.

İlk dəfə olaraq 14 avqust 2020-ci il tarixində səhmdarların yığıncağı barədə poçt vasitəsi ilə dəvət almağımız barədə məlumat aldıq.

14.08.2020-ci il tarixdə “Sumqayıt-Sərnişin” ASC-yə səhmdarların yığıncağına getdik. Səhmdarların yığıncağı heç bir qanun səviyyəsində aparılmadı. Pandemiyanı əsas gətirərək balaca bir otaqda səhmdarları tək-tək dəvət etdilər. Yeganə məsələ sahib olduğumuz səhmləri daha yüksək faizlə səhm əldə etmiş şəxsə verilməsi idi. Cəmiyyətə sahib olan sahibkarların özü və yaxud səlahiyyətli nümayəndəsinin kim olduğu məlum olmadı. Belə məlum oldu ki, 24 il müddətində sahib olduğumuz səhmlərin yeganə “Dividenti” səhmlərimizin bu gün kiməsə pay verməyimizdir.

Mülki məcəllənin “106-1.3.6 maddəsinə əsasən səhmdarların cəmiyyətin fəaliyyətini təftiş komissiyası və ya auditor tərəfindən yoxlanmasını tələb etmək” “106-1.3.7 cəmiyyətin xalis mənfəətindən divident almaq” hüququndan istifadə edərək , və Azərbaycan Respubluikası Konustitusiyasının 57-ci maddəsinə (vətəndaşların müraciət etmək hüququ) əsaslanaraq Sziə müraciət etməklə, Azərbaycan Respublikası Qanunları çərcivəsində hüquqlarımızın qorunmasını Sizdən xahiş edirik".

Mövzunun davamı olacaq.

 
Ardını oxu...
Milli Məclisin deputatı Cavid Qurbanov Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən getməsi ilə özü ilə bir çox sirləri də apardı. Bu müəmmalardan biri barədə söz açmaq istəyirik.
Əvvəlcə o qədər də uzaq olmayan tarixə nəzər salaq: 02 oktyabr 2017-ci il. Şamaxı–Çöl Göylər–Padar avtomobil yolunun açılışında Prezident İlham Əliyev də iştirak edir. Yerli əhali dövlətimizin başçısı ilə görüş zamanı Şirvan iqtisadi rayonunda kənd təsərrüfatının inkişafı üçün əhəmiyyət kəsb edən, ötən əsrin 70-ci illərində salınmış Padar–Çöl Göylər dəmiryol xəttinin bərpasını da xahiş etmişlər.
Prezidentin tapşırığından 5 ilə yaxın vaxt keçməsinə vaxmayaraq, dəmiryol xəttinin bərpası ilə bağlı heç bir iş görülməmişdir. Bu azmış kimi,Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə bərpasına ehtiyac olan həmin xəttə aid təxminən 43 km-ə yaxın dəmiryol relsləri və şpalları sökülmüş və 1200 tona yaxın dəmir materialı mədaxil edilmədən metal qəbulu məntəqələrinə qanunsuz olaraq satılmışdır.
Saytımız adından məsələ ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin 1-ci müavini cənab Əlirza Süleymanova 20 iyun 2022-ci il tarixli, 10/229 nömrəli məktub ünvanlayaraq, araşdırma aparmaq istədiyimizi bildirdik və bu yöndə fəaliyyətimizə şərait yaradılmasını, zəruri məlumatların verilməsini xahiş etdik. Lakin QSC rəhbərliyi “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” Azərbvaycan Respublikası qanunlarına məhəl qoymayaraq ay yarımdır ki, müraciətimizə cavab vermir. Halbuki, araşdırdığımız məsələdə söhbət sözün hərfi və həqiqi mənasında cinayət işindən, külli miqdarda dövlət əmlakının oğurlanaraq mənimsənilməsindən gedir. Hətta, dəmiryol xəttinin bərpası təyinatı ilə vəsait ayrılmamışsa belə, mövcud köhnə xəttin sökülərək satılmasına da icazə verilməyib.
Araşdırmalarımız davam edir. (Mediatv.az)
 
Ardını oxu...
Tural Abbaslı: “25 manata heç, bəlkə də, İngiltərədə çay yoxdur”

Könül İmamverdiya: “Həmin kafelər fiziki şəxslər tərəfindən idarə olunur. Bu səbəbdən Dənizkənarı Bulvar İdarəsi onların işinə heç bir halda müdaxilə edə bilməz”

Rəşad Həsənov: “Dövlət çalışmalıdır ki, təklif çoxalsın. Çünki təklif artıqda bazarda qiymətlər də optimal səviyyəyə düşür”


Ağ Partiya sədri Tural Abbaslı “Prime tv ” də yayımlanan “Qırmızı masa” verilişində Dənizkənarı Bulvardakı kafelərdə insanlara təqdim olunan çayın qiymətinin baha olması ilə bağlı fikirlər səsləndirib: ““Mənim heç nəsil - köküm bulvarda 25 manata çay içməyib . 25 manata da çay olar ?

Bu Xəzər kimindir ? Bu Bakı kimindir ? Biz öz Bakımızda qonaq kimiyik . Bulvarın kafeləri ərəbə,fransıza , ingilisə işləyir . 25 manata heç, bəlkə də, İngiltərədə çay yoxdur . Biz bulvarda çay içə bilmərik?”.

“Sherg.az” Ağ Partiya sədrinin fikirlərini əsas tutaraq Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva məsələyə münasibət bildirərək qeyd edib ki, həmin kafelər fiziki şəxslər tərəfindən idarə olunur. Bu səbəbdən Dənizkənarı Bulvar İdarəsi onların işinə heç bir halda müdaxilə edə bilməz:

“Qiymətləri tənzimləmək onların öz səlahiyyətlərindədir. O ki qaldı sözügedən ərazidə ucuz qiymətə çayın olmamasına bu həqiqiəti əks etdirmir. Bulvar ərazisində elə kafelər var ki, orda sahibkarlar qiymətləri bütün insanlar üçün münasib ediblər. Biz sözügedən kafelərə qiymətlərlə bağlı ancaq tövsiyə edə bilərik”.


Məsələnin iqtisadi tərəfindən danışan iqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki,bazarda sadəcə olaraq inhisar, icazə ilə daxil olma var. Böyük ehtimalla qiymətlərin bahalılığı məhz bu inhisar fondu ilə təmin edilir:

“Sərbəstlik olsa, hər kəs burda rahat şəkildə öz istədiyi fəaliyyətlə məşğul olsa, sözügedən bahalıq aradan qalxar. Biznesmen düşünür mövcud vəziyyətə uyğun qərarlar qəbul edir. Yaranmış vəziyyəti biznesin üzərinə atmaq olmaz. Burda tənzimləyici funksiyanı dövlət yerinə yetirir. Dövlət çalışmalıdır ki, təklif çoxalsın. Çünki təklif artıqda bazarda qiymətlər də optimal səviyyəyə düşür. Bunun üçün şərait yaradılmalıdır”.
 
Ardını oxu...
Quba rayonunun 2 - ci Nügədi kəndində 5 hektar sahəni əhatə edən “MACARA” istirahət mərkəzinin həmin ərazidə olan digər sahibkarlara ciddi problemlər yaratdığı, ətrafda olan “Bulaqdərə” su anbarına ciddi ziyan vurduğu haqda məlumatı yerində araşdırmaq üçün bir qrup jurnalist ərazidə olub.

"DogruXeber.az" "Azərbaycan Reallığı"na istinadən xəbər verir ki, “Macara” adlı istirahət kompleksinin Dövlət Neft Şirkətində çalışan Eldar Orucova məxsus olduğu bildirilir. Tikintisinə 2016-cı ildə başlanılan kompleks artıq tam gücü ilə fəaliyyət göstərir. İstirahət Mərkəzinin qanunsuz əməlləri bununla bitmir. Belə ki, dövlətə məxsus olan meşəlik ərazi istirahət mərkəzinin rəhbəri tərəfindən qanunsuz hasarlanıb və insanların üzünə qapadılıb.

Bu gün həmin meşəni ailəsi ilə gəzmək istəyən xarici turistlər və yerli sakinlər istirahət mərkəzinin qanunsuz əməllərinə görə istirahət edə bilmir və meşə ərazisində rahat gəzə bilmir. Həmçinin istirahət mərkəzinin işçiləri meşənin kənarında yerdə əyləşərək, evlərindən özləri ilə gətirdikləri azuqəni yemək istəyən ailələrə maneə olur və ərazidən kənarlaşdırılır.


Ardını oxu...
Almaniyadan readmissiya ilə Azərbaycana göndəriləndən sonra həbs olunan Mütəllim Orucov 3 saylı təcridxanada saxlanma şəraitindən narazıdır.

DİA.AZ xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, Mütəlllim Orucovun saxlandığı otaq səkkiz nəfərlik olsa da, orada on dörd nəfərlə saxlanılır:

“Məhbuslar məcburiyyətdən növbə ilə yatırlar. Otaqda dustaqlar siqaret çəkir deyə çox tüstülü olur. Mütəllim bəyin isə sağlamlığında, konkret olaraq tənəffüs orqanlarında problem var deyə, vəziyyəti getdikcə pisləşir”.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Mütəllim Orucov ötən ilin iyunun 1-də Almaniyadan readmissiya edilib.

Oktyabrda onun barəsində həbs qətimkan tədbiri seçilib.

Orucova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb.

Bu ittihamla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər. O, ittihami qəbul etmir.

Ardını oxu...

Xatırlatma

Azərbaycanla “Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2014-cü ildə imzalanıb.

Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisində qeyri-qanuni yaşadığı aşkarlanan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) ötürülməsi və mənşə dövlət tərəfindən qəbulu nəzərdə tutulur.

Son illər Almaniyadan readmissiya olunan şəxslərdən Azərbaycanda 5 nəfər həbs edilib.Onlardan bir neçəsinə məhz narkotik ittihamı verilib.

Həbs edilənlərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi həbslər sayırlar.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması fikrini qəbul etmirlər.

AzadlıqRadiosu
 

Dünyapress TV

Xəbər lenti