Ardını oxu...
Redaksiyamıza "Sumqayıt-Sərnişin" ASC-nin səhmdarları Bədəlov Naib ƏLİ oğlu və Aslanov Yaqub Sahibiyə oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla bir neçə yüksək instansiyalara ünvanladıqları məktubun surəti daxil olub. Müəlliflər müraciətdə 24 ildir ki, "Sumqayıt-Sərnişin" ASC-nin səhmdarları olmalarına baxmayaraq məlum haqq və hüquqlarından məhrum olmalarından bəhs edirlər. Bu problemin həllində-haqqlarının bərpa olunmasında dövlət başçısından kömək istəyirlər.

Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı "Sumqayıt-Sərnişin" ASC-dən açıqlama almaq istəsək də olmadı... Bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi dərc edirik:

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin (maddə 106-1) ” Səhmdar Cəmiyyətinin səhmdarları hüquqları “ Qanunvericiliyə əsaslanaraq bildirirəm ki , 15.06.1998 -ci ildə “Sumqayıt Sərnişin “ ASC yaradılmışdır. 24 il keçməsinə baxmayaraq bu müəssisənin səhmdarları kimi qanunvericilikdə nəzərdə tutulmuş “səhmdarların hüquqların”dan istifadə etməmişik.

Bu illər ərzində Cəmiyyətin fəaliyyət göstərməsinə baxmayaraq (Qeyd:bütün obyektlər icarəyə verilir) 24 il ərzində (1998) bir dəfə də olsun səhmdarların yığıncağına dəvət edilməmişik və ötən illərə görə cəmiyyətin gəlirindən divident verilməyib.

İlk dəfə olaraq 14 avqust 2020-ci il tarixində səhmdarların yığıncağı barədə poçt vasitəsi ilə dəvət almağımız barədə məlumat aldıq.

14.08.2020-ci il tarixdə “Sumqayıt-Sərnişin” ASC-yə səhmdarların yığıncağına getdik. Səhmdarların yığıncağı heç bir qanun səviyyəsində aparılmadı. Pandemiyanı əsas gətirərək balaca bir otaqda səhmdarları tək-tək dəvət etdilər. Yeganə məsələ sahib olduğumuz səhmləri daha yüksək faizlə səhm əldə etmiş şəxsə verilməsi idi. Cəmiyyətə sahib olan sahibkarların özü və yaxud səlahiyyətli nümayəndəsinin kim olduğu məlum olmadı. Belə məlum oldu ki, 24 il müddətində sahib olduğumuz səhmlərin yeganə “Dividenti” səhmlərimizin bu gün kiməsə pay verməyimizdir.

Mülki məcəllənin “106-1.3.6 maddəsinə əsasən səhmdarların cəmiyyətin fəaliyyətini təftiş komissiyası və ya auditor tərəfindən yoxlanmasını tələb etmək” “106-1.3.7 cəmiyyətin xalis mənfəətindən divident almaq” hüququndan istifadə edərək , və Azərbaycan Respubluikası Konustitusiyasının 57-ci maddəsinə (vətəndaşların müraciət etmək hüququ) əsaslanaraq Sziə müraciət etməklə, Azərbaycan Respublikası Qanunları çərcivəsində hüquqlarımızın qorunmasını Sizdən xahiş edirik".

Mövzunun davamı olacaq.

 
Ardını oxu...
Milli Məclisin deputatı Cavid Qurbanov Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən getməsi ilə özü ilə bir çox sirləri də apardı. Bu müəmmalardan biri barədə söz açmaq istəyirik.
Əvvəlcə o qədər də uzaq olmayan tarixə nəzər salaq: 02 oktyabr 2017-ci il. Şamaxı–Çöl Göylər–Padar avtomobil yolunun açılışında Prezident İlham Əliyev də iştirak edir. Yerli əhali dövlətimizin başçısı ilə görüş zamanı Şirvan iqtisadi rayonunda kənd təsərrüfatının inkişafı üçün əhəmiyyət kəsb edən, ötən əsrin 70-ci illərində salınmış Padar–Çöl Göylər dəmiryol xəttinin bərpasını da xahiş etmişlər.
Prezidentin tapşırığından 5 ilə yaxın vaxt keçməsinə vaxmayaraq, dəmiryol xəttinin bərpası ilə bağlı heç bir iş görülməmişdir. Bu azmış kimi,Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə bərpasına ehtiyac olan həmin xəttə aid təxminən 43 km-ə yaxın dəmiryol relsləri və şpalları sökülmüş və 1200 tona yaxın dəmir materialı mədaxil edilmədən metal qəbulu məntəqələrinə qanunsuz olaraq satılmışdır.
Saytımız adından məsələ ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin 1-ci müavini cənab Əlirza Süleymanova 20 iyun 2022-ci il tarixli, 10/229 nömrəli məktub ünvanlayaraq, araşdırma aparmaq istədiyimizi bildirdik və bu yöndə fəaliyyətimizə şərait yaradılmasını, zəruri məlumatların verilməsini xahiş etdik. Lakin QSC rəhbərliyi “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” Azərbvaycan Respublikası qanunlarına məhəl qoymayaraq ay yarımdır ki, müraciətimizə cavab vermir. Halbuki, araşdırdığımız məsələdə söhbət sözün hərfi və həqiqi mənasında cinayət işindən, külli miqdarda dövlət əmlakının oğurlanaraq mənimsənilməsindən gedir. Hətta, dəmiryol xəttinin bərpası təyinatı ilə vəsait ayrılmamışsa belə, mövcud köhnə xəttin sökülərək satılmasına da icazə verilməyib.
Araşdırmalarımız davam edir. (Mediatv.az)
 
Ardını oxu...
Tural Abbaslı: “25 manata heç, bəlkə də, İngiltərədə çay yoxdur”

Könül İmamverdiya: “Həmin kafelər fiziki şəxslər tərəfindən idarə olunur. Bu səbəbdən Dənizkənarı Bulvar İdarəsi onların işinə heç bir halda müdaxilə edə bilməz”

Rəşad Həsənov: “Dövlət çalışmalıdır ki, təklif çoxalsın. Çünki təklif artıqda bazarda qiymətlər də optimal səviyyəyə düşür”


Ağ Partiya sədri Tural Abbaslı “Prime tv ” də yayımlanan “Qırmızı masa” verilişində Dənizkənarı Bulvardakı kafelərdə insanlara təqdim olunan çayın qiymətinin baha olması ilə bağlı fikirlər səsləndirib: ““Mənim heç nəsil - köküm bulvarda 25 manata çay içməyib . 25 manata da çay olar ?

Bu Xəzər kimindir ? Bu Bakı kimindir ? Biz öz Bakımızda qonaq kimiyik . Bulvarın kafeləri ərəbə,fransıza , ingilisə işləyir . 25 manata heç, bəlkə də, İngiltərədə çay yoxdur . Biz bulvarda çay içə bilmərik?”.

“Sherg.az” Ağ Partiya sədrinin fikirlərini əsas tutaraq Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva məsələyə münasibət bildirərək qeyd edib ki, həmin kafelər fiziki şəxslər tərəfindən idarə olunur. Bu səbəbdən Dənizkənarı Bulvar İdarəsi onların işinə heç bir halda müdaxilə edə bilməz:

“Qiymətləri tənzimləmək onların öz səlahiyyətlərindədir. O ki qaldı sözügedən ərazidə ucuz qiymətə çayın olmamasına bu həqiqiəti əks etdirmir. Bulvar ərazisində elə kafelər var ki, orda sahibkarlar qiymətləri bütün insanlar üçün münasib ediblər. Biz sözügedən kafelərə qiymətlərlə bağlı ancaq tövsiyə edə bilərik”.


Məsələnin iqtisadi tərəfindən danışan iqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki,bazarda sadəcə olaraq inhisar, icazə ilə daxil olma var. Böyük ehtimalla qiymətlərin bahalılığı məhz bu inhisar fondu ilə təmin edilir:

“Sərbəstlik olsa, hər kəs burda rahat şəkildə öz istədiyi fəaliyyətlə məşğul olsa, sözügedən bahalıq aradan qalxar. Biznesmen düşünür mövcud vəziyyətə uyğun qərarlar qəbul edir. Yaranmış vəziyyəti biznesin üzərinə atmaq olmaz. Burda tənzimləyici funksiyanı dövlət yerinə yetirir. Dövlət çalışmalıdır ki, təklif çoxalsın. Çünki təklif artıqda bazarda qiymətlər də optimal səviyyəyə düşür. Bunun üçün şərait yaradılmalıdır”.
 
Ardını oxu...
Quba rayonunun 2 - ci Nügədi kəndində 5 hektar sahəni əhatə edən “MACARA” istirahət mərkəzinin həmin ərazidə olan digər sahibkarlara ciddi problemlər yaratdığı, ətrafda olan “Bulaqdərə” su anbarına ciddi ziyan vurduğu haqda məlumatı yerində araşdırmaq üçün bir qrup jurnalist ərazidə olub.

"DogruXeber.az" "Azərbaycan Reallığı"na istinadən xəbər verir ki, “Macara” adlı istirahət kompleksinin Dövlət Neft Şirkətində çalışan Eldar Orucova məxsus olduğu bildirilir. Tikintisinə 2016-cı ildə başlanılan kompleks artıq tam gücü ilə fəaliyyət göstərir. İstirahət Mərkəzinin qanunsuz əməlləri bununla bitmir. Belə ki, dövlətə məxsus olan meşəlik ərazi istirahət mərkəzinin rəhbəri tərəfindən qanunsuz hasarlanıb və insanların üzünə qapadılıb.

Bu gün həmin meşəni ailəsi ilə gəzmək istəyən xarici turistlər və yerli sakinlər istirahət mərkəzinin qanunsuz əməllərinə görə istirahət edə bilmir və meşə ərazisində rahat gəzə bilmir. Həmçinin istirahət mərkəzinin işçiləri meşənin kənarında yerdə əyləşərək, evlərindən özləri ilə gətirdikləri azuqəni yemək istəyən ailələrə maneə olur və ərazidən kənarlaşdırılır.


Ardını oxu...
Almaniyadan readmissiya ilə Azərbaycana göndəriləndən sonra həbs olunan Mütəllim Orucov 3 saylı təcridxanada saxlanma şəraitindən narazıdır.

DİA.AZ xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, Mütəlllim Orucovun saxlandığı otaq səkkiz nəfərlik olsa da, orada on dörd nəfərlə saxlanılır:

“Məhbuslar məcburiyyətdən növbə ilə yatırlar. Otaqda dustaqlar siqaret çəkir deyə çox tüstülü olur. Mütəllim bəyin isə sağlamlığında, konkret olaraq tənəffüs orqanlarında problem var deyə, vəziyyəti getdikcə pisləşir”.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Mütəllim Orucov ötən ilin iyunun 1-də Almaniyadan readmissiya edilib.

Oktyabrda onun barəsində həbs qətimkan tədbiri seçilib.

Orucova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb.

Bu ittihamla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər. O, ittihami qəbul etmir.

Ardını oxu...

Xatırlatma

Azərbaycanla “Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2014-cü ildə imzalanıb.

Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisində qeyri-qanuni yaşadığı aşkarlanan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) ötürülməsi və mənşə dövlət tərəfindən qəbulu nəzərdə tutulur.

Son illər Almaniyadan readmissiya olunan şəxslərdən Azərbaycanda 5 nəfər həbs edilib.Onlardan bir neçəsinə məhz narkotik ittihamı verilib.

Həbs edilənlərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi həbslər sayırlar.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması fikrini qəbul etmirlər.

AzadlıqRadiosu
 
Ardını oxu...
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilib.

Qaydalara əsasən, yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkən müqavilə bağladığı sığortaçıya birbaşa müraciət edəcək. Eləcə də risk amilləri üzrə yeni əmsallar müəyyən edilib, bonus-malus sisteminə dəyişikliklər edilib. Qeyd edək ki, yol-nəqliyyat hadisələri ilə bağlı sürücülər adətən sığota şirkətlərinin zəif fəaliyyətindən şikayətlənirlər.

Yeni qaydalar xidmət keyfiyyətinin yüksəldilməsinə necə təsir edəcək? Teref.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya bildirdi ki, yeni qaydalar icbari sığorta ilə bağlı bu bir yenilikdir, ancaq sürücü buna nə dərəcədə sevinəcək, nə qədər faydası olacağı ikinci, üçüncü dərəcəli məsələdir:

“Sürücünü maraqlandıran sığorta ödənişini hansı şirkətin verməsi deyil, vaxtında və rahat şəkildə ödənişi təmin etməkdir. Sığortanı haradan almaqla sürücü üçün heç nə dəyişmir. Sadəcə yenilik kimi ediblər, görək nə dəyişəcək. Onsuzda sığorta şirkətləri bu gün sürücüyə, zərərçəkənə mümkün qədər az ödəniş eləmək üçün hər varianta əl atırlar. Belə olan halda sığorta haqqında yaxşı nəsə deməyə adamın dili gəlmir. Azərbaycanda sığorta sistemi bizim arzuladığımız səviyyədə deyil.

İnsanları incitməkdən başqa heç bir iş görmürlər. Bu gün nümunə üçün xoş heç nə yoxdur ki, onu sığorta şirkətlərinin etdiyini deyək. Azərbaycan qanunvericiliyində “İcbari sığortalar haqqında” Qanunda xüsusi bir müddəa var ki, sığorta şirkətləri illik gəlirlərinin bir faizini təbliğat-təşviqat işinə həsr etməlidirlər. Burada söhbət ondan getmir ki, sırf yol-hərəkəti qaydaları təbliğ olunmalıdır. Yanğın təhlükəsizliyi, təbii fəlakət kimi mövzularda da sığorta hadisəsi varsa, təbliğat vasitəsilə vətəndaşlara başa salmalıdırlar ki, gələcəkdə sığorta hadisəsi azalsın. Ancaq bunlar təbliğat işinə pul xərcləmək əvəzinə yalnız zərərçəkənin “boğazından kəsməklə” məşğuldurlar. Bizim hesablamamıza görə, həmin məbləğ 1milyon manat həcmindədir. Həmin məbləğ əsasında hansısa sığorta şirkəti tərəfindən bir sosial çarx təqdim olunubmu?

Mən hələ rast gəlməmişəm. Yol polisinin nümayəndəsi də dedi ki, “şəxsən bizə də müraciət etməyiblər”. Özləri dəftər, qələm, bukleti bir çantaya qoyurlar və orta, ali məktəblərdə, yaxud hansısa bir tədbirdə paylaşırlar, adını da qoyurlar təbliğat apardıq. Yaxud da sosial şəbəkə hesablarında nəsə bir şəkil paylaşırlar, hesab edirlər ki, bu təbliğatdır”.

Dünya səviyyəsində sığorta şirkətlərinin təbliğatının təsiri nədir?

Ekspert deyir ki, məsələn, mütəmadi olaraq nəqliyyat hadisəsi baş verirsə, sığorta şirkətləri aidiyyəti qurumlar qarşısında məsələ qaldırırlar:

“Dirəniş göstərirlər ki, həmin problem həll edilsin. Deyirlər ki, məsələn, hansısa qüsura görə, qəza baş verir, biz ödəniş edirik, onu aradan qaldırmaq lazımdır. Qanunvericilik səviyyəsinə təsir göstərəcək gücdədirlər. Ancaq bizdə sığorta şirkətləri bu gün qəpik-quruş dalınca qaçmaqla, konkret olaraq dilənçiliklə məşğuldurlar. Avtomobilin ön fənərinin qiyməti 230 manatdır, deyrlər “gəlin bunu 170 manat yazaq, ölüxanada 170 manata var”.

Sənə kim ixtiyar verib ki, “ölüxanadan”, işlənmiş ehtiyat hissəsləri satılan yerdən nəsə alıb verəsən? Qaydalarda belə hal yoxdur. Yəni bu dərəcədə özbaşınalıq edirlər. Mərkəzi Bank bunun qarşısını ala bilmir. Ümid edirik ki, nə vaxtsa buna diqqət yetirəcəklər və sığorta şirkətlərinə “dur” deyən olacaq.

Mən elə bir insan görməmişəm desin ki, sığorta şirkəti mənim maşınımı normal şəkildə qiymətləndirdi, təmir etdi, razıyam. Deyirlər ki, 3 min manat xərci vardı, 2000-1500 manat verdilər. Hər dəfə bir problem olur. Süründürməçilik, bürokratik əngəllər aradan qalxmalıdır. Yeni qaydaların tətbiqinin müsbət bir tərəfi yoxdur. Əsas odur ki, yol-nəqliyyat hadisəsi baş verəndə sizin sığorta şirkətiniz gəldi pulu ödədi və sonra da digər şirkətdən də həmin pulu aldı. Siz öz pulunuzu normal ala bilirsiz? Problem burdadır və qiymətləndirmə ilə bağlı problemləri həll etmək lazımdır”.
Ardını oxu...
Adı dəfələrlə neqativlərdə hallandırılan və bu səbəbdən yerli KİV-in intensiv hədəfində olan “Azərlotereya” ASC-nin Bakı küçələrini qumarxanalara çevirməsi bir faktdır. Bir daha bildirək ki, bu fakt neçə müddətdir ictimaiyyət tərəfindən həyəcanla ifadə olunmaqdadır, amma maləsəf, rəsmi dairələr nədənsə bu RƏSMİ QUMARXANAYA müdaxilə zərurəti hiss etməyiblər.

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, vəziyyət kifayət qədər dəyişib və “Azərlotereya” ASC ilə bağlı rəsmi təftiş qərarı verilib.

Mənbənin dia.az-a söylədikləri: "Qurumda total yoxlamaların aparılması gözlənilir. Eyni zamanda “Azərlotereya” ASC-ya aid bütün satış nöqtələrində də araşdırmalar həyata keçiriləcək. Belə bir şəraitdə həbslərin olacağı istisna deyil".

Onu da qeyd edək ki, redaksiyamız tərəfindən “Azərlotereya” ətrafında hansı işlərin çevrildiyi barədə geniş material hazırlanır. Diqqətiniz bizdə olsun.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Buzovna Bakının ən qədim qəsəbələrindən hesab edilir. Burada qəsəbənin böyük tarixə malik olduğunu sübut edən çox sayda tarixi abidələr, pirlər, məscidlər, hamamlar var. Bu tarixi abidələrdən biri də əsl adı “Nəsrani”, “Tərsa piri” olan, el arasında “butulka piri” kimi tanınan qədim alban məbədidir. Abidə haqqında müxtəlif məlumatlar mövcuddur. Kimi deyir ki, abidə III əsrə aiddir. Bəziləri isə iddia edir ki, abidə X əsrdən qalıb.
Uzun illər diqqətdən kənarda qalan qədim alban məbədi bu gün də qəsəbə sakinlərinin, qəsəbəyə üz tutan və belə abidələrə inanan insanların inanc yerinə çevrilib.

Bir neçə il öncə pirə getdiyimiz zaman orada yalnız butulka sındırıldığının şahidi olmuşduq. Deyilənə görə, butulka sındırmaq insanın qorxuluğunu alırmış. Bəzən qorxan, uşağı olmayan, arzularına nail ola bilməyən insanlar son ümid yeri kimi üzünü Nəsrani pirinə çevirirmiş. Və o da iddia edilir ki, pir ona üz tutanları heç bir zaman əliboş geri qaytarmazmış. Buna görə də, hər kəs gəlir, dilək tutur, butulka sındırıb gedirmiş. Kimin ki, arzusu tez yerinə yetəcək, butulka ilk həmlədə sınır, kimin ki, diləyi bir az gecikir, bu zaman bir neçə dəfə cəhd etməli olur.

Kənd sakinlərinin Nəsrani piri haqqında müxtəlif düşüncələri var. Bəziləri bu abidənin alban abidəsi olduğunu düşünür. Bəziləri isə, deyir ki, elə bura pir olub. Tikilinin hamam, məkəb və s. olduğunu düşünənlər də var.

Bir reallıq var ki, Buzovnada yer alan, məhv olmaq üzrə olan bir abidə var. Və o abidənin diqqətə ehtiyacı var. Çünki inanclı insanlar bu gün də ora baş çəkir. Müxtəlif parmalar bağlayaraq, dilək tuturlar.

Deyirlər ki, pirə inanmaya bilərik, amma gərək şəkk də gətirməyək. Biz də öz növbəmizdə dağılmaqda olan pirin xarabalıqlarını çəkib sizə göstəririk. Çünki belə baxımsızlıqla bir neçə ildən sonra orada bu abidə qalmayacaq. Belə ki, ötən illərlə müqayisədə, abidənin ərazisi xeyli kiçildilib. Yaxınlığında avtomobil üçün qaraj tikilib. Görünən odur ki, heç kimin birbaşa onu sökməyə gücü çatmır. Və bu pir yavaş-yavaş məhv edilir.

Bizimyol.info
 
Ardını oxu...
"Ermənistan tərəfinin bu təxribatlarının Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında bəyanatların kobud şəkildə pozulmasıdır və vasitəçilik səylərinə xələl gətirir".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı zamanı bildirib.
Nazir, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Ermənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsinin bölgədə yaşanan gərginliyin əsas səbəbi olduğu diqqətə çatdırılıb.
 
Ardını oxu...
Ölkədə taxıl biçini, demək olar ki, yekunlaşıb. İyunun 26-dək ölkə üzrə 456.556 hektar sahədə növbəti mövsüm üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 50,6 faizində yay şumu aparılıb. Ancaq bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə təqribən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Real TV-yə müsahibəsində bildirib. O qeyd edib ki, eyni hal 2020-ci ildə də yaşanıb və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir. İqtisadçılara görə, ölkədə 1 milyon hektar sahədə dənli bitkilər, 600 min hektarda buğda, 400 min hektarda isə arpa əkilib. Açıqlanan rəsmi məlumata əsasən, artıq 100 min hektarda əkilən məhsul məhv olubsa, deməli, bu il son məhsulun həcmi xeyli azalacaq. Maraqlıdır, 100 min hektarda əkilən məhsul məhv olubsa, bu hal məhsuldarlığa necə təsir edəcək?

Yeri gəlmişkən, hazırda dünyanın qarşılaşdığı böyük problemlərdən biri də ərzaq təhlükəsizliyi ilə bağlıdır. Bunun səbəbi əhalinin sürətlə çoxalması, ərzağa olan tələbatın artması, ərzaq məhsulları istehsalının isə azalmasıdır. Mütəxəssislər ərzaq istehsalının azalmasını həmçinin dünyada baş verən iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Belə ki, bir yandan leysan yağışlar əkin sahələrini sıradan çıxarır, digər tərəfdən quraqlıq üzündən münbit torpaqlar səhralaşmağa başlayır. Bu problemlə bağlı vəziyyəti koronavirus pandemiyasının yaratdığı çətinliklər daha da ağırlaşdırdı. Üç ilə yaxın davam etmiş pandemiya təchizat zəncirinin qırılmasına səbəb oldu. Dünya bu xəstəliyin fəsadlarını aradan qaldırmağa macal tapmamış digər problemlə üzləşdi. Rusiya-Ukrayna münaqişəsi çətin olan vəziyyəti daha da gərginləşdirdi. BMT mütəxəssislərinin hesablamalarına görə, dünyada 40 milyon insanın çörəklə təminatı risk altına düşüb. Teref.az-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Ən son statistikaya görə, Azərbaycan ərazisində 1 milyon 900 min hektar taxıl əkilib, bundan 677 mindən bir qədər artıq buğda, 331 mindən bir qədər çox isə arpa əkinidir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkə miqyasında iyun ayı üzrə taxıl biçini statistikası verilib və qeyd olunur ki, 2021-ci illə müqayisədə 100 min hektar daha çox taxıl biçini aparılıb. Ümumi taxıl biçini aparıldığı ərazi 305 min hektardır. 305 min hektarda 923 min ton taxıl yığılıb. Görünür, burada hər hektardan orta məhsuldarlıq 30.2 sentner olub. Burada rayonlar üzrə məhsuldarlığa toxunmaq istəyirəm. Göstərilir ki, arpanın ən aşağı məhsuldarlığı Abşeronda olub. Arpa üzrə ən yuxarı məhsuldarlıq isə Sabirabadda olub. Abşerona 12.5 sentner, Sabirabadda 37.7 sentner. Amma buğda üzrə yenə də Abşeron və Hacıqabulda aşağı məhsuldarlıq göstərilib, hər ikisində 19 sentnerdir. Amma Bərdədə məhsuldarlıq ən yüksək olub, hər hektardan 44.3 sentner məhsuldarlıq əldə olunub. Qeyd etdiyim kimi, ən aşağı 19, ən yüksək 44, 3 sentnerdir, amma ortalama hesablasaq, 30.2 sentner düşür. Bu statistik məlumatı verməkdə məqsədim ”əgər quraqlıq səbəbindən taxıl məhv olmasaydı, məhsuldarlıq necə dəyişərdi" sualına cavab verməkdir. Sadə bir riyazi hesablama aparsaq görərik ki, ortalama Azərbaycanda 1 milyon hektar ərazidə taxıl əkilibsə və bunun yüz min hektarı məhv olubsa, bu, təqribən 10 faizli məhv olma statistikasıdır. Yəni torpaq əkin sahələrinin 10 faizi quraqlıqdan məhv olub. O zaman həmin statistikaya baxaq. Əgər orta məhsuldarlıq 30.2 sentnerdisə və 10 faiz məhv olmasaydı, 10 faizdən də 30.2 məhsuldarlıq götürərdiksə, o zaman bizim orta məhsuldarlıq 33.3 olacaqdı. Yəni əgər 100 min hektar əkin sahəsi məhv olmasaydı, orta məhsuldarlıq 10 faiz artmış olardı. Çünki məhv olmuş ərazinin həcmi ümumi ərazinin 10 faizini əhatə edir. Nəticədə məhsuldarlıq (arpa, buğda) 30.2 yox, 33.3 sentnerə qədər arta bilərdi".

Ekspert məhv olmuş həmin ərazilərlə bağlı nə kimi qabaqlayıcı tədbirlərin görülməsindən də danışdı: “Nəzərə alsaq ki, Cənubi Qafqazda Azərbaycan su ehtiyatının cəmi 10 faizinə sahibdir. Gürcüstan 62, Ermənistan 28 faizinə sahiblənib. Azərbaycanın da sahib olduğu 10 faiz su ehtiyatının 70 faizi transsərhəd çayların hesabına ödənilir. Su ehtiyatlarımız çox aşağı səviyyədədir. Kənd təsərrüfatı məhsullarının, əkin sahələrinin planlaşdırılması zamanı həm su ehtiyatlarını, həm də illik iqlim normalarını, o cümlədən digər riskləri elə hesablamaq, planlamaq lazımdır ki, gözümüzü dikdiyimiz 600 hektarlıq taxıl sahəsindən və digər arpa sahələrindən məhvolma xəbərlərini almayaq. Təbii olaraq hər il bu cür hadisələr baş verir, bu da iqlim normalarında olan dəyişkənlikdən irəli gəlir. Amma düşünürəm ki, daha dəqiq planlaşdırma və daha fərqli yanaşma tətbiq etməklə bu itkini biz azalda bilərik. Biz elə texniki bitkilər əkirik ki, bitkilər ciddi strateji əhəmiyyətə malik olmasalar da, Azərbaycanda böyük su, torpaq ehtiyatlarını mənimsəyir. Sonra da torpaqları şoranlaşdırır, şoran torpaqlar isə sıradan çıxır. Ona görə də düşünürəm ki, bu tip torpaq və su ehtiyatlarının hesabına daha strateji məhsulları, o cümlədən də taxıl məhsullarının əkinini həyata keçirə bilərik”.
 
 
 

Dünyapress TV

Xəbər lenti