Vasif Talıbovun köməkçisi Azər Zeynalovun həyat yoldaşı Texniki Yaradıcılıq Mərkəzində nə qədər maaş alır?
Azər Zeynalovun Qara Pişiyi təəccübləndirən acgözlüyü
"Vasif Talıbovun müavini Azərin həyat yoldaşı İmanova (Zeynalova) Sevda rəsmi sənədlərə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İstedad kursları, evinin altındakı və digər obyektlər onun VÖEN-inə bağlıdır. Buna baxmayaraq xanımın adına Təhsil Nazirliyinin tərkibində Texniki Yaradıcılıq Mərkəzində tam dərs yükü iş yazılıb, guya bütün günü dərs deyir. Faktiki olaraq işə gəlmir, lakin hər ay müftə əmək haqqı kartına köçürülür", - deyən Qara Pişik Naxçıvanın "Boz kardinalı" Azər Zeynalovun bu acgözlüyünə elə heyrətlənib ki, gözü bərələ-bərələ qalıb.
Teref.az yazır ki, bu jurnalist Heydər Oğuzun araşdlırmasıdır.Daha sonra jurnalist fikrini davam etdirərək yazır:
Onun fikrincə, Azər Zeynalov bu qədər mal-mülkün qarşılığında bir də həyat yoldaşına müftə əmək haqqı yazdırmaqla lap ağını çıxarıb.
"Nə qədər acgöz adam olasan ki, "qırılan qoşundandır" deyir, dövlət büdcəsini dağıdasan", - deyə-deyə var-gəl edən Qara Pişik təəccübünü gizlədə bilmir.
Teref.az
 

Dünyapress TV

Xəbər lenti