Qəbələ rayonu Xırxatala kənd sakinləri qəzalı elektrik xəttinə görə əziyyət çəkirlər
Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik:
Qəbələ rayonu Xırxatala kənd sakinləri tərəfindən

ŞİKAYƏT

Biz Qəbələ rayonu Xırxatala kənd sakinləri qazsızlığa və elektrik xəttlərinin qəzalı vəziyyətdə olmasına görə çox əziyyət çəkirik.Həmçinin elektrik dirəklərinin olmamasına görə həyatımız ciddi təhlükə altında olsada aidiyyatı orqanlar buna diqqət yetirmirlər.
Xırxatala kəndinin 1500 təsərüfatı var.Kənd rayon mərkəzindən təxminən 4 km aralıda yerləşsədə indiyə qədər qaz xətti çəkilməyib.Buna görə elektrik enerjisindən çox istifadə edilir.Evlərimizi elektrik cihazları ilə qızdırır.Elektrik enerjisi çox zəif gecdə verilir lampalar sanki közərir.
Kəndin elektirik dirəkləri yoxdur buna görə ağaclardan elektrik dirəkləri düzəltmişik.Bunlar isə tez-tez aşır ki, həyatımız təhlükə altında qalıb.Həttda dirəklər aşıb mal-qaramızı tok vurub öldürmüşdü. Bu mənzərəni təqdim etdiyimz videoda baxıb görəndə təcüblənməyin.Sanki Xırxatala kəndi dövlətin yadından çıxıb.
Problemin aradan qaldırlması üçün kənd sakinləri dəfələrlə Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin və Qəbələ Elektrik Şəbəkəsinin rəhbərinin qəbulunda olsaqda heç bir tədbir görməyiblər.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən kömək istəyirik.Cənab Prezident xahiş edirik Xırxatala kəndinə qaz xəttinin çəkilməsinə, elektrik dirəklərinin tətbiq edilməsinə köməklik göstərəsiniz.

Qəbələ rayonu Xırxatala kənd sakinləri
İbrahimov Ramil Amil oğlu
Gözəlov Vahab Nasir oğlu
Mehdiyev Əfqan Əli oğlu
Kazımov Faiq Nemət oğlu

 

Dünyapress TV

Xəbər lenti