Samir Talıbovun itinin "villa"-sının görüntüləri yayıldı - FOTO
Seymurun it damı
Şəkildə gördüyünüz bu villa Vasif xanın oğlu Seymur Talıbova aiddir. Naxçıvan şəhərinin Hacıniyyət kəndində yerləşir.
"Seymur bu mütəvazi villada yaşamaz" deyib sözlərimə şəkk etməyin. Xanzadə həqiqətən də bu villada yaşamır. Villa ona yox, onun itinə məxsusdur. Bəli, qulağınızın içini təmizləməyin, düz eşitdiniz. Seymur müəllimin itinə. Hər gün bu villaya xüsusi yeməklər aparılır və it dünyanın ən ləziz heyvan qidalarından nuş edə-edə kef çəkir. Seyid Əzim Şirvani demişkən:
"İt deyil, ol dəxi bizim birimiz,
Belə ölənlərə fəda dirimiz".
Teref.az yazır ki, bunu jurnalist Heydəır Oğuz deyir. Jurnaliast daha sonra fikrini davam etdirərək deyir:
Seymur xanzadənin itinə xüsusi baxan da var. Deyilənlərə görə, Suriyadan gətirilib. Ən maraqlısı isə budur ki, Suriyadan gətirilən bu itəbaxan Miqrasiya Xidmətində də qeydə düşməyib. Niyə də düşsün? Naxçıvanda insandan qiymətli olan itə baxan adam adi vətəndaşdır ki, başqaları kimi hardasa qeydiyyata düşsün? O, da baxdığı it kimi qeyri-bəşər birisidir və Naxçıvanda "qurbanolduqlarım" statusu daşıyan qeyri-bəşər varlıqlar adi bəşər övladları ilə eyni yerdə qeydiyyata düşməzlər. Onun yeri bütün sənədlərdən üstün olan Seymurun könlüdür.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670328860_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670328862_1.jpg
Teref.az yazır ki, Heydər bəy iddiasını davam etdirərək Seymur Talıbovun itinə məxsus olduğu evin peyk görüntülərini yayaraq deyir:
Seymurun it damının peykdən görüntüsü
Çinlilər fəxr edirlər ki, onların əcdadlarının Türk axınlarına qarşı yüzillər boyu ərsəyə gətirdikləri Çin səddi kosmosdan görünür.
Naxçıvanlıların da eynilə Çin əhli kimi qürur duya biləcəkləri brendləri var: Xanzadə Seymur əfəndinin it damı da kosmosdan görünür. Təbii ki, kosmosdakı peykdən.
"Qara Pişik" Seymurun it damının peyk görüntüsünü təqdim edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670329190_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670329193_2.jpg
Məsələ ilə bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Heydəır Oğuz
Teref.az
 
 


 

Dünyapress TV

Xəbər lenti