Naxçıvanda qoçuluq edən polislə bağlı DİN rəhbərinə MÜRACİƏT OLUNDU
Sirr deyil ki, Naxçıvan həqiqətlərini işıqlandırmağa başladığım gündən MR-dən ən müxtəlif formalarda təhdidlər almışam. Amma bu təhdidlərin heç birinə əhəmiyyət verməmiş və onları ictimailəşdirməmişəm. Çünki mən bu yola qədəm qoyanda nə ilə üzləşə biləcəyimin fərqində olmuşam. “Çaqqaldan qorxan meşəyə girməz” məntiqinə əsaslanıb yoluma davam etmişəm. Yeganə istunad nöqtəm isə şeirlərimdən birində yazdığım kimi “Kəfəni əyninə geyməyən xalqın Vətəni əyninə kəfən geyinər” arqumenti olub.

Naxçıvanda qoçuluq edən polislə bağlı DİN rəhbərinə MÜRACİƏT OLUNDU

Mən uzun sürən bu savaşda yalnız bir təhdidi ictimailəşdirmişəm. Səbəbi isə həmin təhdidin mənim şəxsimə qarşı yox, dövlətimizin suverenliyinə qarşı yönəlməsi idi. Söhbət Naxçıvan MR DİN-nin 7-ci şöbəsinin əməkdaşı Asəm Kazımov adlı polis zabitinin paylaşdığım bir statusun altına yazdığı rəydən gedir. Asəm Kazımov sözügedən təhdid rəyində məni oğurlayıb Naxçıvana aparacaqlarını, MR DİN-in zirzəmisində şəxsən nazir Rəşad İsmayılov tərəfindən barmaqlarımın qırılacağını, müraciətlər ünvanladığım rəsmilərin belə, məni xilas edə bilməyəciklərini bildirirdi. Mən isə həmin vaxtlar Naxçıvanda baş verən özbaşınalıqların qarşısını almaq üçün Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətlər edirdim. Dolayısıyla bu təhdid mesajında hədəf təkcə mən deyildim, həm də dövlətimizin ən ali iki vəzifəsini icra edən rəsmilər idi. Məhz bu səbəbdən mən həmin təhdidləri dövlətimizin siyasi iradəsinə qarşı üsyan kimi dəyərləndirib ölkə başçısına açıq məktub yazmışdım.
Maraqlıdır ki, Vasif Talıbov istefa ərizəsi yazıb öz separatçı fəaliyyətini dayandırdıqdan sonra batmaqda olan gəmini ilk tərk edən “siçovul” mənimlə yanaşı dövlət rəhbərlərinə qarşı barmaq silkələyən həmin Asəm Kazımov olub. Əldə etdiyim məlumata görə, Asəm Kazımov dünən Bakı şəhəri Baş Polis İdarəsinə Cinayət axtarış idarəsinə əməliyyat müvəkkili vəzifəsinə gətirilib. Məni bir sual maraqlandırır: Naxçıvan polislərinə illər uzunu qan udduran, MR DİN-də bir çox korrupsiya əməllərinin başında duran bu şəxsin hansı keyfiyyəti və xidmətləri əsas götürülüb sözügedən vəzifəyə təyin olunub?
Ümid edirəm ki, Azərbaycan Daxili İşlər naziri Vilayət Eyvazovun bu təyinatdan xəbəri yoxdur və bu addım ona qarşı təxribatdır. DİN-nin məni narahat edən bu suala aydınlıq gətirəcəyini gözləyirəm.

Heydor Oğuz
ovqat.com-un baş redaktoru - DİA.AZ


Naxçıvanda qoçuluq edən polislə bağlı DİN rəhbərinə MÜRACİƏT OLUNDU
Naxçıvanda qoçuluq edən polislə bağlı DİN rəhbərinə MÜRACİƏT OLUNDU
 

Dünyapress TV

Xəbər lenti