İqtisadiyyat Nazirliyinin Demirören Holding`lə ikinci "lotereyası", deyəsən, baş tutmadı. Ötən ilin dekabr ayında Mikayıl Cabbarov və Türkiyə holdinqinin rəhbəri Yıldırım Demirören Pirallahı Sənaye Parkında dərman istehsalının birgə təşkilinə dair memorandum imzaladılar. Teref.az yazır ki, bunu jurnalist Hafiz Babalı deyir. Daha sonra dediklərini şərh edən jurnalist yazır: Layihə İN-in "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə birgə icra olunacaqdı və Demirören bu işə 40 milyon dollar sərməyə yatıracağına söz vermişdi. Teref.az yazır ki, 500 nəfərin işlə təmin olacağı bir fabrik qurulmalı idi. Və bu dərman fabriki Azərbaycanın dərman təchizatında böyük rol oynamalı idi. Amma o söz elə söz olaraq qaldı... Əvəzində Azərbaycanda çoxlarının baş ağrısına çevrilən lotereya biznesində Demirören Holding`in işi pis getmir. Teref.az