Naxçıvanda qanun məmurlar olublar- ŞİKAYƏT
"Naxçıvandan məktublar" silsiləsindən
Salam, Heydər bəy. Mən Naxçıvanda haqsızlığa uğramış hərbiçilərdən biriyəm. Bu məlumatları işıqlandırmağınızı istərdim. Ancaq xahiş edirəm, hələ ki, adım anonim saxlanılsın, çünki onların nələr edə biləcəyini gözümlə görüb başımla çəkmişəm. Məni şərləyib günahkarların yerinə cinayət işi açdırılanda O DİN naziri Rəşad Ismayılov 2017 ci ildə hələ hərbi prokurorluqda mayor rütbəsiylə istintaq şöbəsinin rəisiydi. FHN naziri Şamı Abdullayevi vəziyətdən çıxarmaq məqsədilə Prokuror Yaşar Həsənovun diktəsi ilə Rəşad Ismayılov və müstəntiqi Valeh Qasımov mənə etmədikləri haqsızlıq qalmadı. Zabitlərimi gizirlərimi maxelərimi əsgərlərimi gözümün qabağında təzyiq göstərərək üzümə yalandan durğuzurdular.
Hər bir ədalətsiz əməl və onu törədən ədalətsiz şəxs, məmur hansı vəzifəni və rütbəni daşımağından asılı olmayaraq bir gün ədalətin mühakiməsi ilə üzləşməlidir. ...Və o gün gəldi, Naxçıvandakı özləri Allahlıq iddiasında olub, peşəkar zabit, gizir, maxeləri onların ədalətsiz əməlləri ilə razılaşmadığı üçün müxtəlif şər böhtanlarla ləkələyib hərbi xidmətdən uzaqlaşdıran lakin dövlətin külli miqdarda vəsaitlərini maxinasiyalar edərək mənimsəyib öz ailələrinə sərvət toplayan Naxçıvan FHN naziri kimi məmurlar da bu ədalət mühakiməsinə çıxarılacaqlar. İnşallah, ardı gəlsin, tezliklə Naxçıvan FHN də və onun struktur qurumları olan Yanğın təhlükəsizliyi idarəsində, Maliyyə iqtisadiyyat şöbəsində və Mülki Müdafiə hərbi hissəsində yoxlamalar aparılsın, nəticədə ordakı yanacaq, əşya, dərman, əsgərin ərzaqında edilən, texnikaların təmirinə və hərbi hissənin təmirinə ayrılan lakin zabit gizir maxelərin aldığı maaşlarla təmir olunaraq ayrılan pulların yeyilməsi maxinasiyaları, əsgər maxelərin xidmətdən yayındırılaraq mən xidmət etdiyim müddətdə Nazirin Hərbi hissə komandiri ilə birlikdə şərik əkdiyləri hektarlarla taxıl sahələrində işləmələri, hərbi hissəyə ayrılan yanacağın şəxsi taxıl sahələrində istifadə olunması halları, hərbi hissədə dura dura guya onlar istifadə etmiş kimi texnikalara “putyovkalar” yazılıb külli miqdarda yanacağın Neft bazayla razılaşdırılaraq silinib yeyilməsi halları üzə çıxarılsın dəyərli və peşəkar DTX mız tərəfindən. Naxçıvan FHN rəhbərliyi, himayə etdiyi və əlbir olduğu şəxslər, inşallah, layiqli cəzalarına çatdırılsınlar. Dediklərimin həqiqət olduğunu yəqin ki mənim kimi orda xidmət edib onların əyri əməlləri ilə razılaşmadığına görə şər böhtanlarla xidmətdən kənarlaşdırılan zabit, gizirlər və orda xidmət edib təxris olan əziz əsgərlərim də təsdiq edərlər. Allah bu dövlətçiliyimizə xidmət edən işlərin aparılmasında Müzəffər Cənab Ali Baş Komandanımız ilham Əliyevə və peşəkar DTX əmakdaşlarımıza yar və yardımçı olsun. Hər zaman sizin əsgərinizik və yanınızdayıq, Cənab Ali Baş Komandanımız!"
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti