DİA.AZ: - Daxili Qoşunların Xüsusi Təyinatlısı olmuş, Şuşanın azad olunması zamanı ağır yaralanmış Müsüzadə Sirus Araz oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Mən, 14 yanvar 1998-ci ildə anadan olmuşam. Hərbi xidmətdən sonra 2020-ci ilin noyabrın 6--na qədər MAXE vəzifəsidə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Təyinatlı Qüvvələrdə çalışmış və Vətən Müharibəsində sonadək iştirak etmişəm. Vətən Müharibəsində iştirak etdiyim qızğın Şuşa uğrundakı döyüşlərdə bədənimin və başımın müxtəlif yerlərindən ağır yaralanışam. Mühariədən sonra hal-hazırkı günə qədər ciddi xəstəliklərdən əzyyət çəkr və müalicələr alıram. Budur 2 ilə yaxındır ki, müxtəlif xəsətəxanalara etdiyim müraciətlərdən və müalicələr almağıma baxmayaraq DİN-in DQ hərbi həkim Komssiyasının qoyduğu diaqnoz üzrə “ Partlayış travması nəticəsində qapalı kəllə - beyin ( bədənin müxtəlif yerlərində) döş qəfəsinin sağ yarısının sağ bazu, sol sağrı nahiyyəsinin odlu silah ( qəlpə) yarası, yumşaq toxumaların yad cismi, kəllə-beyin kontuziyası almış emossional -lovil şəxsiyyət pozğunluğu, yaddaşın enməsi, davamlı qıcolma " diaqnozu əsasında F.07.0, F 61.8, F06 .0 F 07.8 ) tapdığım xəstəliklərdən çox əziyyət çəkirəm. İş qabiliyyətimi tam itirmişəm. Çünki normal hərəkət edə bilmirəm, güclü baş ağrıları və təzyiqdən əziyyət çəkirəm.Qulağımın eşitmə dərəcəsi biri 2-ci, dəgəri isə 3-cü dərəcədir. Nəticədə DİN-nin DQ-ın hərbi həkim komissiyası özlərini də qeyd etdiyi kimi çoxsaylı diaqnozlar qoysalar da nevroloji. vəziyyətimi, hərəkət pozğunluğumu və fatiki sağlamlığımın itirilməsni nəzərə alaraq 2022-ci ilin martında Xəstəlik haqqında Şəhadətnamə əsasında forma 88 göndərişi versələr də onların mənim xəstəliklərim üzrə verdikləri FORMA -88 göndərişinə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi komissiyası tərəfindən əsassız olaraq imtina verilmişdir. Beyin pozğunluğu və davamlı şəkildə aqressiyaya meyliliyimi nəzərə alaraq hazırda da Maştağa Psixi Xəstəxanasında müalicəni davam etdirməyə məcbur olmuşam. Çünki özümdən asılı olmayaraq hər gün iş yoldaşlarımla ( avtoyuma məntəqəsində) dava dalaş salırdım, evdə də qab qacağı sındırmaqla əsəblərimi bir az soyuduram. Bəli, mənə aydın olamayan formada əlilliyimin təyin edilməsinə ƏƏSMN komissiyası qəsdən imkan verməmişlər. Belə ki, komissya mənə qoyulan diaqnozu əlillik meyarına hələlik uyğun hesab etmir. Yəni, bu rəsmi süründürməçilkdən belə nəticə çıxarıram ki, mən qazinin konkret olaraq 4000 manat pulum olmadığına görə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiysı əlillik təyin etməyiblər.Vəssəlam. Hesab edirəm ki, həkim komissiysının mənim ağır xəstəliyimə əlaqədər gəldiyi nəticə və əsassız imtinası bir bəhanədir. Belə olmasaydı ağır xəstəliyim ola ola əlilliyin təyin edilməsi üçün mənə "forma 88" göndərişi verməzdilər. Hazırda 2 saylı npsixatriya xəstəxanasında müəlicəmi davam etdiriəm. Xatırladım ki, bir neçə ay əvvəl Bakının Nizami rayonun "Neftçilər" metrostansiası yaxınlığında işlədiyim "Avtoyuma" məntəqəsində yığılan həftəlik gəliri - 4250 manatı yığıb portmanatın içinə qoyub "moyka"nın içindəki masya qoymuşdum. Digər iş yoldaşım Yengibar bunu görüb və xəlvəti olaraq gəlib pulu götürüb və sexdən qaçıb. Həm pulun götürülməsi zamanı, həm də küçədə dayanmadan qaşması videokameraya düşüb.( videolar əlavə olunur) Amma bu əclaf etdiyi oğurluğu etiraf etmir. Nizami Polis Bölməsi təhqiqatı yekunlaşdırıb materialı Nizami rayon Prokurorluğuna göndərsə də prokurorluqda müstəntiq oğru Yengibara qarşı cinayət işi açmaq istəmir. Deyir ki, bu oğrunun ilk işidir buna görə onu tutmaq olmaz. 2 ay vaxt verək. Budur 2 aydan çox vaxt keçib amma Nizami Prokuroluğu nədənsə sübuta yetirilən oğurluq hadisəsinə cinayət işi açmaq istəmir. Avtoyumanın sahibi də oğurlanan pulu məndən tələb edir. İndi mən bu ağır vəziyyətimlə həm iki gündən bir avtoyumada, gecələr isə daş karxanasında KAMAZlara daş atıb pul qazanıb oğrunun əvəzinə pul ödəyirəm. Doğrudur, mən Xüsusi Təyinatlı döyüşçü olmuşam və gücüm-qüvvəm var. Amma başım özümü çox vaxt idarə edə bilmir. Allaha yalvarıram ki, oğurlanmış 4250 manat pulu ödəyənə qədər əlimdən kiməsə qarşı xəta-bəla çıxmasın. Əsəbləşsəm kimisə öldürə bilərəm. Bu məndən asılı deyil. Vicdansız həkimlər də real vəziyyətimi qiymətləndirmir. Cənab Ali Baş Komandan hesab edirəm ki, mənim kimi XTQ təmsilçisi müharibədə aldığım ağır yaralardan sonra sağlamlığımı və iş qailiyyətimi itirib kasıb vəziyyətə düşdüyümə görə çox əziyyət çəkirəm, Bir tərəfdən də borc ödəməyə məcburam. Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin təyin edilməsinə və ƏƏSMN-də yerləşdirilmiş antitürk kadrlarının təcili olaraq təmizlənməsinə göstəriş verəsiniz ki, mənim kimi qazilərin canı bu süründürməçilərdən birdəfəlik qurtarsın".
Məsələ ilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...