![]() |
![]() ![]() ![]() |
|
Xəbər verdiyimiz kimi, “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Burada ən çox müzakirə olunan məsələlərdən biri də belə bayağı yarışlara sponsorluq edən şirkətlərdir.
Düzdür, bunların çoxu xırda şirkətlərdir, amma aralarında kifayət qədər tanınan markalar da var. Buna misal olaraq Bakıda fəaliyyət göstərən “İstanbul NS” klinikasını və “Halva” restoranlar şəbəkəsinin adını çəkmək olar. Tərbiyəsizliyə görə saxlanılan yarış iştirakçılarına isə avtomobil hədiyyə edən “Legend Motors”dur.
Görünür, bu adlar üçün təkcə sadəcə, özlərinin reklamları və bu reklamdan əldə edəcək müştərilər maraqlıdır. Yoxsa, bilə-bilə niyə tərbiyəsizliyə sponsorluq etsinlər ki?
Onu da qeyd edək ki, istər televiziya məkanında, istərsə də, sosial şəbəkələrdə bayalığa sponsorluq edən şirkətlər kifayət qədərdir. Hansı ki, bu şirkətlər məqamı gələndə ciddi, ictimai yükü olan layihələrə sponsorluq etməkdən boyun qaçırırlar.
Qeyd edək ki, bu gün DİN tərəfindən keçirilən əməliyyat nəticəsində “TikTok”da tərbiyəsizliyi təbliğ edən bu tip yarışların iştirakçıları və bu “layihə”lərdən birinin rəhbəri Azər Zahid saxlanılıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.//Qafqazinfo
"Pul qazanmaq istəmirəm. Hər zaman gündəmdəyəm. Gözütoxam. Heç vaxt pul hərisi olmamışam".
Bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "Elgizlə izlə" verilişində deyib. Müğənni Elit Star Cəmilə ilə yaşadığı qalmaqalla bağlı suallara əsəbiləşib.
"Ruhəngiz Musəvi olan yerdə başqa müğənni adı çəkməyin. Kimisə gündəmə gətirmək üçün məndən söz almayın. Hamı deyir illərin sənətkarısınız, bu, nə söhbətdir" deyə, Musəvi söyləyib.
Qeyd edək ki, R.Musəvi "Cəmiləni reklam etdim. Hər yerdə var. Mənim hesabıma pul qazanır. Amma artıq onu reklam etməyəcəyəm" açıqlamasını vermişdi. /Axşam.az
Amerikaya köçən müğənni Elariz Salmanov ad gününü qeyd edib.
60 yaşına qədəm qoyan sənətçi həyat yoldaşını və dostları ilə bir araya gələrək restoranların birində məclis keçirib.
Özəl günü üçün hazırlanan və şamlarla bəzədilmiş tortun önündə dayanan Elariz xanımını yanına dəvət edərək mikrofonla nitq söyləyib.
"Mənim dostlarım, birinci, sevimli və axırıncı həyat yoldaşım yanımdadır. Bu gözəl və özəl günümü sizinlər keçirirəm. Bundan isə çox xoşbəxt və məmnunam. Ürəyimdə arzu tutub bu şamları üfürürəm", - deyə E.Məmmədoğlu vurğulayıb.
Həmin anları Elariz instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. /olay.az
Bir müddət əvvəl anasını itirən müğənni Şəbnəm Tovuzlu atası Ələddinin ikinci dəfə evləndiyini açıqlayıb.
Sənətçi bu haqda "Qonaqcanlı" verilişində danışıb.
O bildirib ki, atasını özü evləndirib:
"Ölüncəyə qədər onun qulluğundayam. Yaxşı ki varsan. Anam 5 ildir, rəhmətə gedib. Atama nə qədər gözəl baxılsa da, təkliyini hiss etdim. Onu Günəş xanımla evləndirdim. Atama gözəl baxır".
Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib. (axşam.az)
Xalq artisti Röya Ayxan villasını Yeni il ab-havasına uyğun olaraq bəzədib.
Pop ulduz bu il bayram sevincini yalnız özü üçün deyil, ailəsi və yaxın dostları üçün də xüsusi etməyə çalışır. Onun bu addımı pərəstişkarları tərəfindən maraqla izlənilir. Sosial şəbəkələrdə paylaşılan görüntülər isə izləyicilərdən böyük maraq görüb.
Estrada ulduzunun malikanəsinə çox sayda biri-birindən fərqli və rəngarəng oyuncaqlar və ən əsası böyük küknar ağacı gətirilib. Parlaq işıqlar, şam ağacları, dekorativ elementlər və gözoxşayan detallarla bəzədilmiş məkan sanki qış nağılına çevrilib. /Olay.az