Ardını oxu...
 

"Telli haqqında danışdığım nədir? Onun şəxsiyyətinə toxunmuşam, kiminəsə söymüşəm? Axı mənim danışdıqlarım da nə var ki, deyir ki, Zülfiyyə haqqımda danışıb. Telli sənin nəyindən danışım?"

Milli.Az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova qonaq olduğu "Rəngarəng" verilişində deyib.

Həmkarı Telli Borçalı ilə aralarında yaşanan qalmaqaldan söz açan sənətçi qarşı tərəfi daha da qəzəbləndirəcək açıqlama verib.

Zülfiyyə bildirib ki, onun restoranında Telli elə bir hərəkət edib ki, bundan sonra o qarşı tərəflə münasibətini kəsməli imiş:

"Bizim restoranda Telli ilə bağlı problem yaranmışdı. O zaman mən ona deməli idim ki, dur çıx buradan və bir daha ayağın bura dəyməsin. Bəli, onda mən səhv elədim. Gərək mən o zaman Telli ilə haqqı, salamı kəsəydim. Mən dava adamı deyiləm. Nə də həyatımda yalan danışmışam. Əgər mən o mövzuda yalan danışmışamsa Allah mənim bəlamı verin. Kim məni yalan danışmaqda ittiham edirsə Allah onun bəlasını versin. Artıq lalı belə dilləndirirsiniz. Restoranımda problemlər yaranmışdı. Orada Tellinin mənimlə deyil, başqa xanımlarla yaranmışdı problemi. Şükürlər olsun ki, onların hamısı sağ, salamatdır. Hansına da istəsəniz zəng vurub bu məsələ haqqında soruşa bilərsiniz. Mən orada sakitləşdirən tərəf olmuşam. Hər zaman mən ara sakitləşdirən olmuşam indi isə gəlib qalmaqalın içinə düşmüşəm. Bu nə dərəcədə düzgündür? Mən onda deməli idim ki, dur məkanımı tərk elə".

Aşıq deyib ki, qarşı tərəf bu məsələni özü şişirdir:

"Qurana and olsun ki, abırımı qoruyan insanam. Amma məni elə bir həddə gətirib çıxarırlar ki, artıq danışmağa məcbur oluram. Bəlkə də çoxları məni qınayır ki, Zülfiyyə niyə danışır. Burada amma heç bir şye yoxdur. Mənə zarafatlar "Ay dınqılar filan şey filan oldu" deyə bilirsən amma mən "Mən sazımı Telliyə həvalə etmərəm" deyə bilmərəm? Bu bir zarafat idi. Mən verilişdə də vurğuladım ki, bu söhbətlərdən sonra mən Tellini görməmişəm". /olay

Ardını oxu...
  

Şirvan şəhərində Bayraq meydanı adlanan ərazidə "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq, avtomobildən qoşulmuş yüksək səslə musiqiyə qulaq asan 6 nəfər şəxs saxlanılıb.

"Qaynarinfo"nun məlumatına görə, saxlanılan şəxslər 2003 və 2008-ci illərdə dünyaya gəlmiş Taleh, Şamil, Tərlan, Tural və Elşad adlı dostlar olub.

Onlar Rəvan adlı tanışlarının toyundan çıxaraq, Bayraq meydanı adlanan əraziyə gediblər. Dostlar avtomobildə musiqiyə yüksək səs verərək, oynamağa başlayıblar. Bu zaman "TikTok"da canlı yayım da açıblar.

Saxlanılanlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib.

Onlardan bir neçəsi məhkəmənin qərarı ilə 8-16 sutkalıq həbs edilib, qalanları isə 200 manat cərimə olunub.

 
 
 
Ardını oxu...
  

Tanınmış rusiyalı model və teleaparıcı Svetlana Savitskaya Parisdə avtomobil qəzasında dünyasını dəyişib.

Musavat.com “StarHit” nəşrinə istinadən xəbər verir ki, iki avtomobilin toqquşmaq təhlükəsi olduğu bir anda sürücülərdən biri idarəetməni itirərək piyadaya çırpılıb. Qəza nəticəsində həyatını itirən şəxsin 34 yaşlı Svetlana Savitskaya olduğu müəyyən edilib.

Modelin ailəsi və yaxınları sosial şəbəkələrdə verdikləri açıqlamada vida mərasiminin dekabrın 23-də saat 12:00-da Troekurovski qəbiristanlığında keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, Svetlana Savitskaya RU TV, “Friday!”, Europa Plus TV və ZHARA TV kimi məşhur kanallarda aparıcılıq fəaliyyəti ilə tanınıb.

Musavat.com

Ardını oxu...
 
 

 

Ardını oxu...
 

Türkiyəli məşhur müğənni Ajda Pekkana bahalı hədiyyə verilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər ki, hədiyyəni Ajdanın gizli pərəstişkarları ona verib.

Sənətçiyə "Rolex"in "Datejust" modeli bağışlanıb.

1, 5 milyon lirə (təxmini 73 min manat) dəyərində olan aksesuar Pekkana pərəstişkarının yaxın dostu vasitəsilə çatdırılıb. 

Ardını oxu...

 
 
 

Ardını oxu...
  

Çağatay Ulusoy hazırda rejissor Uluç Bayraktar tərəfindən idarə ediləcək yeni serialı "Eşref Rüya" üçün hazırlıqlara davam edir.

Milli.Az xəbər verir ki, Kanal D-də yayımlanacaq bu serialda bu gün Demet Özdemirlə baş rol oynayacağı dəqiqləşən Ulusoyun şəxsi həyatında da hərəkətli günlər yaşanır.

Məşhur aktyorun ürəyini "Kübra" serialındakı tərəf müqabili Aslıhan Malboraya verdiyi məlum olub. Çox yeni başlayan bu münasibəti tərəflər hələlik ictimaiyyətin gözündən uzaq saxlayır. Həm Çağatay Ulusoy, həm də Aslıhan Malbora uzun müddətdir davam edən əvvəlki münasibətlərini bitirmişdilər.

Ardını oxu...
  

Sibel Canın 12 il köməkçisi olmuş Cengizhan Sabuncu bir müddət əvvəl qaraciyər xərçəngindən dünyasını dəyişib.

Milli.Az türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni dünyasını dəyişən dostunun ailəsinə 8 milyon TL bağışlayıb.

Mövzu ilə bağlı açıqlama verən jurnalist Müge Dağıstanlı "Sibel Can bunun çox danışılmasını istəmir. Cengizhan onun 30 illik dostu idi... Müğənninin geyim, buna bənzər şeylər kimi xərcləri çoxdur. O, xərclərinin bir hissəsini öz seyfi kimi güvəndiyi Cengizhana əmanət edirdi, Cengizhan vəfat etdikdən sonra ailəsi Sibel Canla əlaqə saxlayıb və ödənişlərdən 8 milyon tl qaldığını bildirib. Sibel Can isə həmin pulu geri götürməyib" sözlərini deyib.

Ardını oxu...
 

Elza Seyidcahan "Hacılar"ı ilə gündəmə gəlib.

Əməkdar artist Elza Seyidcahan sosial media paylaşımı ilə izləyicilərinin diqqətini çəkib. Tanınmış sənətçi aparıcı Hacı Nuran Hüseynov və iş adamı Hacı Quliyev ilə birlikdə çəkilmiş fotolarını yayımlayıb.

Seyidcahan paylaşımına maraqlı bir şərh əlavə edərək yazıb: "Mənim Həcılarım məni qoruyur".

Qeyd edək ki, Elza Seyidcahan həm sənəti, həm də şəxsi üslubu ilə ölkə mədəniyyətində fərqliliyi ilə seçilən sənətkarlardandır.



Ardını oxu...
BAKU.WS 
Ardını oxu...
REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu verilişin növbəti buraxılışında azərbaycanlı iş adamı İlqar Hacıyevdən söhbət açıb.

“Qafqazinfo” xəbər verir ki, telejurnalist “Akkord”un keçmiş rəhbərini “vətən xaini” adlandırıb.

Mirşahin Ağayev bunun üçün əsaslarını sözügedən verilişdə təqdim edib.

Qeyd edək ki, bir müddət əvvəl “Akkord”un keçmiş rəhbəri İlqar Hacıyevin ABŞ-yə köçməsi və orada xristianlığı qəbul etməsi ilə bağlı məlumatlar yayılıb. İ. Hacıyev 2005-2009-cu illərdə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbəri olub, bir müddət Moskvada yaşadıqdan sonra Amerikaya köçüb.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu toyda qarşılaşdığı vəziyyəti izləyiciləri ilə bölüşüb.

Lent.az xəbər verir ki, o, musiqiçilər üçün açdığı stola görə toy sahibini tənqid edib.

Həmin görüntüləri yayımlayan Hüseyn yazıb: "Bu qədər pulun, imkanın ola və sən musiqiçilərin yeməyini belə qısasan. Ayıbdır...

Şükür Allaha, evdə yeməyim var, çöldə istədiyimi ala bilirəm. Biz toy sahibinin qonaqlarıyıq, şadlıq evinin yox. Vaxtın olanda toyun diskinə baxarsan. Verdiyin yemək kimi də ifa etmişəm. Əgər kasıb olsaydı, bir stəkan çaya da təşəkkür bildirərədim".
 
Ardını oxu...
Aşıq Zülfiyyə İbadova qalmaqal yaşadığı həmkarı Telli Borçalıdan danışıb.

Axşam.az xəbər verir ki, bu haqda aşıq "Bir gün" verilişində deyib. O bildirib ki, həmin qalmaqaldan sonra Telli ilə münasibəti kəsib:

"Həmin hadisədən sonra münasibətə son qoydum. Nə görüşmədik, nə qarşılaşmadıq. Mənim günahım olarsa, balaca uşaqdan da üzr istəyərəm. Ətrafındakı adamlar onu başa salmalı idi. Amma kimlərinsə xoşuna gəlib onu qızışdırmağa. Mən də bir söz eşitdim, ona zəng vurub soruşdum ki, belə şey demisən? Qayıtdı ki, yox. Amma indi düşünürəm ki, bəlkə də elə deyib".

Qeyd edək ki, Zülfiyyə daha əvvəl açıqlamasında sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" deyə, bildirib. Bu söz Tellinin xoşuna gəlməmiş və onlar arasında mübahisə düşmüşdü.
 
 
 

Dünyapress TV

Xəbər lenti