Ardını oxu...
Hollivudun ən parlaq ulduzlarından bəziləri şənbə gecəsi prezident Co Bayden üçün ianə toplanışına başçılıq edərək, onun yenidən seçilmə kampaniyasına lazım olan 28 milyon dollarlıq məbləği toplamağa yardım edib.

Los-Ancelesdəki 7100 yerlik Peacock Teatrında səhnəyə çıxanlar arasında Corc Kluni, Culiya Roberts və Barbra Streyzand da olub. Gecənin gec saatlarında aparıcı Cimmi Kimmel Bayden və keçmiş prezident Barak Obamadan müsahibə alıb. Onların hər ikisi keçmiş prezident Donald Trampı çox yaxın olacağı gözlənilən yarışda məğlub etməyin vacibliyini vurğulayıb.

Əyləncə dünyasının korifeyləri Baydenin kampaniyasına yardım üçün daha çox sıraya düzülür.

Tədbirdə Cek Blek və Şeril Li Ralfın mahnıları səsləndirilib.

Şənbə günü Detroytda kampaniya aparan Tramp Baydenin iqtisadiyyat və inflyasiya ilə bağlı davranışını tənqid edib. Trampın seçki kampaniyasının sözçüsü Karolin Livitt deyib ki, prezident “reallıqdan uzaq olan elitist Hollivud məşhurları ilə” pul toplayır.

Baydenin kampaniyası hələ də vəsaitin hesablandığını bildirsə də, şənbə gecəsi toplanana 28 milyon dollar tarixdə bir Demokrat namizəd üçün yığılan böyük məbləğdir.

Bayden Trampa qarşı kampaniyada pul yarışının əvvəlində liderlik edirdi. Lakin keçmiş prezident Respublikaçılar Partiyasının namizədliyini rəsmiləşdirdikdən sonra üstünlük qazanıb.

Tramp milyarder investor Con Polsonun Floridadakı evində aprel ayında əsas donorların toplantısında 50,5 milyon dollar qazanaraq Baydenin Nyu-Yorkdakı tədbirini geridə qoyub. Keçmiş prezidentin kampaniyası və Respublikaçıların Milli Komitəsi may ayında Trampın cinayət işi üzrə mühakimə olunduğu məhkəmədə təqsirli bilinməsindən sonra daxil olan on milyonlarla dollar töhfə ilə 141 milyon dollar topladıqlarını açıqlayıb.
 
Ardını oxu...
  

Mahnıları ilə hər zaman gündəmdə olan meqastar ləqəbli Tarkan 7 illik fasilədən sonra "Kvant 51" adlı 11-ci albomunu çıxarıb.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə Tarkan yeni albomu üçün 20 milyon lirə (1038564 AZN) xərcləyib.

Mahnıları və rəqsləri ilə illərə damğasını vuran Tarkan uzun müddətdir üzərində çalışdığı "Kvant 51" adlı 11-ci albomunu ötən gün heyranlarına təqdim edib.//Lent.az


Ardını oxu...
“Verilişə çağıranda xanəndəyə deyirlər,tək özün gəl. İfaçını da pis vəziyyətdəb qoyurlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, xalq artisti Mənsum İbrahimov “GünaydınAzərbaycan” verilişində deyib.

O, xanəndələrin efirdə tar, kamançasız muğam oxumasına qarşı çıxıb:

“Verilişə çağıranda xanəndəyə deyirlər, tək özün gəl. İfaçını da pis vəziyyətdə qoyurlar. Xanəndə durur ayaqüstə oxuyur. Onu tar, kamança müşayiət etməlidir. Yaxşı bəs bu tar, kamançanı harada ifa etsinlər? Söhbət məndən getmir. Mənim söz deməyə haqqım da çatır, sözümü deyirəm də. Bu gənc xanəndələrə də şərait yaratmaq lazımdır axı. Biz bu alətlərlə böyümüşük. Bütün dünyada tar, kamança, saz və muğamımızla tanınmışıq. Bizim milli musiqimiz bunlardır. Milli musiqi olan yerdə tar, kamança mütləq olmalıdır”.
Ardını oxu...
Məşhur türkiyəli müğənni Ajda Pekkan karyerası ilə bağlı bir arzusunu gerçəkləşdirib.

Pekkan karyerasının 60-cı ilində stadionda konsert vermək arzusunu həyata keçirib.

O, Beşiktaş Tüpraş stadionunda azarkeşləri ilə görüşüb.

Aparıcılığını Çağla Şıkelin etdiyi konsertdə Ajda Pekkan nəhəng orkestr ilə çıxış edib. Onu məşhur ifaçılar Selda Bağcan, Nilüfer, Mazhar-Fuat, İşın Karaca, Hande Yener, Cem Adrian, Mabel Matiz, Semicenk, "Motive", "Norm Ender və xoru", həmçinin "Dolapdere Bing Gang" qrupu müşayiət ediblər.

Konsertdə hisslərini dilə gətirən sənətçinin sözlərinə görə, ilk dəfə "Avroviziya" mahnı müsabiqəsinə qatıldığı zaman belə bu qədər həyəcanlı olmayıb.

"60 illik arzum gerçəkləşdi. Çox dəyərli yol yoldaşlarımla birlikdə səhnədə çıxış edəcəyəm. Onlarla birlikdə olmaq mənim arzum idi. Qismət bu axşama imiş", - deyə o bildirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 
 
 

Ardını oxu...
Əli Mirəliyev qatıldığı növbəti verlişə damğa vurub.
 
Sənətçi "Space"in efirində qonaq olduğu verlişdə efirlərdə az-az görünən qadın müğənnilərdən biri ilə mübahisə edib. 
 
Hər şey Ə.Mirəliyevin "Sən oxuyan deyilsən. İfa zamanı düzgün nəfəs ala bilmirsən" sözündən sonra başlayıb. 
 
Qadın ifaçı isə cavabında Mirəliyevə "Sən də hara gedirsən ancaq "Dan ulduzu"ndə oxumuşam, oranın solisti olmuşam" deyirsən", - fikirləri ilə reaksiya verib.
 
Qadın ifaçının sözləri Əli Mirəliyevi özündən çıxarıb: "Mənim kişiliyim, mənliyim var, daha nəyim yoxdur ki?! Mən də başqaları kimi saç əkdirmirəm, üz dartdırmıram, başıma xına qoydurmuram. Sən məni cavanlıqda görsəydin, deyərdin kukladı bu...". (Titul.az)
 
 
Ardını oxu...
PAYLAŞ:
 

Ardını oxu...
 

"Həyatımdan kitab yazılsa vərəq, mürəkkəb yetməz. Film çəkilsə lent çatmaz. Həyatım o qədər keşməkeşli yolları olub ki, ağır, çətin, şərafətli, şərəfli... Bunların hamısı bir-birini üstələyib, tamamlayıb. Hər zaman Allahıma şükür etmişəm. Bu gün mən ayaqdayam. Hətta verilişinizə bir az qaralardan çıxmış libasdayam. Bunlar hamısı sevginin qarşılığıdır. İstəmirəm tamaşaçıların ovqatını kədərə kökləyim. İstəmirəm onları kədərimə şərik edim". 

Musavat.com bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

O bildirib ki, heç bir qadının öz yerində olmasını istəmir.  

"Xarici görünüşüm, səhnədəki gülüşüm demək deyil ki, mən xoşbəxtəm. Mən xanımları xoşbəxt görmək istəyirəm, amma güclü yox. Xanımlarımızın nəvazişini çəksinlər. Xanımlarımızı bir çiçək kimi qoxlayıb, əzizləsinlər. Xanımlar mənim kimi həyat yaşamasınlar". 

Ardını oxu...
Müğənni Dilarə Kazımova Bakıda keçiriləcək “Port Music Fest” beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək.

Dia-az.İnfo xəbər verir ki, pop ulduzun çıxışı EGP arenada iyunun 14-də gerçəkləşəcək.

Sənətçi gecədə ən sevilən və hit mahnılarını ifa edəcək.

Qeyd edək ki, 3 ay boyunca keçiriləcək tədbirlərdə dünyaca məşhur ulduzlar çıxış edəcək.

Ardını oxu...
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycanda yaxın qohumlar arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Axşam.az xəbər verir ki, Xalq artisti Faiq Ağayev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Sənətçi yeni qadağanın vətəndaş nikahlarının sayında artıma səbəb olacağını bildirib:

"Ürəyinizə heyran, necə də safsınız. Yaxın qohumların evliliyinə qadağa qoyulmasına elə də sevinirsiniz ki... Bir fikirləşən olubmu nəticəsi nə olacaq? "Şüvənist"lərin lənətlədiyi vətəndaş nikahlarının (qeydiyyatsız ailələr) sayı artacaq. "Yuxarı baxırsan - bığ, aşağı baxırsan - saqqal" məsələsi...".

Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanlı model Səmra Hüseynova etdiyi hərəkətlə yenidən sosial medianın dilinə düşüb.

Milli.Az xəbər verir ki, "Miss Azerbaijan 2019" yarışmasının qalibi Bakının mərkəzi küçələrinin birində yürüş edərəkən özünü videoya çəkib. Onun hər kəsin gözü önündə ətəyini qaldırması tənqid edilib.

Sosial şəbəkələrdə müzakirələrə çevrilən həmin paylaşımı təqdim edirik:

 

Ardını oxu...
 

Xalq artisti Gülyanaq Məmmədova "Zaurla Günaydın" verlişinin qonağı olub.

Musavat.com Titul.az-a istinadla xəbər verir ki, xanım sənətkar efirə tək gəlməyib. O, bacısı Gülyazın 1 həftə öncə oğluna gəlin etidiyi tələbəsini də özü ilə verlişdə onaq edib.

Yeni gəlinlərinin tələbəsi olduğu və onun da xanəndəlik bacarığını diqqətə çatdıran Xalq artisti aparıcı Zauru təəccübləndirib.

Ətraflı videda:

 
 
 

Dünyapress TV

Xəbər lenti