Ardını oxu...
  

Təranə Qumralın qızı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az bildirir ki, Qumral sosial şəbəkə hesabında tiktokun trendinə qoşulub. Belə ki, o, məşhur serialdakı obrazı canlandıraraq əri ilə birlikdə maraqlı video çəkib.

Qumralın videonun şərhlərini bağlaması diqqətdən yayınmayıb.

 
 
 

Ardını oxu...
 

Aparıcı Zümrüd Bədəlova ilə müğənni Pərvin Lətifov arasında gərginlik olub.

Musavat.com olay-a istinadən xəbər verir ki, Pərvin "Gün ortası" verilişində qonaq olarkən əsəbiləşib.

O, Bədəlovaya sözünü kəsdiyi üçün etiraz edib:

"Biz həqiqəti deməliyik. Zümrüd, xahiş edirəm. Niyə mənim sözümü kəsirsən? Danışmağa qoymursan. Mən sənin xətrini çox istəyirəm. Bilirsən ki, mənə nə qədər doğmasan. Bu, başqa məsələdir. Söhbət sizdən getmir. Sadəcə sən dostumsan. Ona görə sənə deyirəm ki, bəzi aparıcılar mənə elə mərhələdə sual verirlər, bilmədən qarşılarındakı insanı təhqir edirlər. Çünki sualın özünü düzgün qoymaq savad tələb edir. Mənə sual verən insan incəsənəti ən az mənim qədər bilməlidir".

Bədəlova isə "Danışırıq-danışırıq heç nə düzəlmir. Bu gündən danışmaq lazımdır. Faktlar göz qabağındadır" , - deyə, bildirib.

 
 
 
Ardını oxu...
  

"Televiziya verlişlərimizin çoxu bayağıdır, indi dəbdə olan mahnılar kimi... Bunların səbəbkarı aparıcılardan çox veriliş redaktorları və prodüserləridir. Layihə rəhbərləri və sponsorlardır günahkar".

Musavat.com axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri aparıcı-prodüser Tarix Əliyevin instaqram hesabında şərh bölümündə yazıb. Sənətçi bildirib ki, sənətkarlar da buna görə verilişlərə çıxmırlar:

"Aparıcılar gələn qonaqlardan daha çox danışırlar, suallar və mövzu heç kəsin marağın cəlb etmir. Bütün kanallarda eynitipli verilişlər (İTV xaric) və eyni qonaqlar... Özünə hörmət edən sənətkarlar artıq efirə çıxmır. Dövlət bu işə diqqət və büdcə ayırmalıdır. Yeni bir qurum yaradılmalıdır: gənc, istedadlı, savadlı insanlar cəlb olunmalıdır, yetişdirilməlidir".


Ardını oxu...
  

Mərhum müğənni Elçin Cəlilovun qardaşı oğlu 27 yaşlı Orxan Cəlilov sərhədçilər önündə çıxış edib.

Özü də sərhədçi olan Orxan keçirilən tədbirdə “Ey həyat, sən nə qəribəsən” mahnısı ifa edib.

Qeyd edək ki, Orxan Cəlilov Bakı Musiqi Akademiyasının tələbəsi olub. (olay)

 
 
 
Ardını oxu...
   

 

"Bəzi şadlıq sarayında işləyənlərə halaldır. Uşalqarıma kiçik toy edəndə vedrə, qazanla gəlmişdim ki, nə qalsa aparacağam. Gördüm ki, nə qalıbsa, ofisiantlar aparıb mətbəxə. Ofisiant evə aparsa, halal xoşu. Amma administratorlar yığır vedrəyə ki, sabah məclisdə qoysunlar masaya".

Bunu aparıcı Aytən Səfərova deyib.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

O, məsləhətini də əsirgəməyib: "İsrafçılıq sözü ilə razı deyiləm. Hər bir qonağın zövqünə uyğun yemək olur. Çox yemək olanda deyirlər, israfçılıqdır. Az oldu, deyirlər, simicdir. Ürəyim necə istəyir, elə də masa açıram.

Yoldaşım toya gedəndə kişmişi, fındığı da yeyir"./axşam.az

 
 
 
Ardını oxu...
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi instaqramın hekayə bölməsində aparıcıları hədələyib:

"Hər hansı bir verilişə dəvət olunub icazəm olmadan mənə şəxsi suallar verilərsə, klarneti həmin aparıcının ağzına soxacağam".
Ardını oxu...
 
 
 
Ardını oxu...
  

Müğənni Sevda Əliqızı açıqlaması ilə diqqət çəkib.

"Tarixin bir günü" verilişində qonaq olan sənətçi oğlunun ona qoyduğu efir qadağasından danışıb.

O buna səbəb kimi efirdə yaşadığı qalmaqalı göstərib. Sevda övladının mərhum Xalq artisti Səməd Səmədovla bağlı olan müzakirələrdə anasının adının hallanması istəmədiyini bildirib.

Milli.Az

Ardını oxu...
Müğənni Aysel Əlizadə bir müddət əvvəl İndoneziyada etdirdiyi fotosessiyanı izləyiciləri ilə bölüşüb.

Balidəki çimərlikdən fotolarını paylaşan Ayselin sinə dekolteli atlas libası diqqət çəkib.

Həmin fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Publika.az
 
Ardını oxu...
Noyabrın 16-da Meksikada keçirilən “Miss Universe 2024” beynəlxalq gözəllik müsabiqəsində qalmaqal baş verib.

Azarkeşlər hesab edirlər ki, başqa bir iştirakçı qalib olmalı idi. Tamaşaçılar yazır ki, tacı qazanan danimarkalı Viktoriya Kjaer taylandlı Suchata Çuanqsridən titul “oğurlayıb”.

“The Daily Mail” yazır ki, azarkeşlər öz qəzəblərini sosial şəbəkələrdə paylaşıblar. Onlar əmindirlər ki, Tayland təmsilçisi gözəllik yarışmasında daha möhtəşəm olub və münsiflər heyətinin suallarına verdiyi cavablar daha dəqiq olub. /Lent.az
 
Ardını oxu...
 
 
 

Müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Rəngarəng" verilişində gərgin anlar yaşayıb.

"Ölkə.az" xəbər verir ki, uzun müddət qalmaqal yaşadığı Vəfa Şərifova ilə barışıq mövzusu onu əməlli başlı özündən çıxarıb. 

Buna səbəb isə onları barışdırmaq üçün bir araya gətirən insanların bu barədə aparıcıya məlumat sızdırması Tovuzlunun xoşuna gəlməyib.

Zaur Nəbioğlunun qarşı tərəf olan Vəfanın bir araya gəlmək istəməməsini deməsi Şəbnəmi daha da əsəbiləşdirib.

Müğənni efir vasitəsilə sənətçiləri barışdırmaq istəyən həmin şəxslərə sərt sözlər deyib. Onun efir vaxtı səsi bir neçə dəfə kəsilib.

Həmin gərgin anları təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti