Ardını oxu...
“Bir sıra müğənnilərin dillərində qüsurlar var. Onlar qüsurlu sözü oxuduqları mahnının nəqarət hissəsinə salırlar. Mən bu ifaçılara baxmıram, qulaqlarımı da tuturam. Heyvanlarım da, qohumlarım da, qonşularım da onlara qulaq asmırlar. Amma kanallar bu kimi ifaçıları səhər verilişlərinə dəvət edirlər. Səhərin öz musiqisi var. Bu, böyük faciədir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

Həmkarlarını hədəf alan sənətçi onların ədəbsiz şəkildə səhər efirlərinə geyindiyi açıq-saçıq geyimlərini tənqid edib:

“Səhər verilişinin öz geyimi var. Bir də görürsən ki, müğənni gecə saat 12-də restorana geyindiyi paltarı səhər verilişinə geyinib. Səhər müğənnini ətəyi qısa, sinəsi açıq geyimdə görürlərsə, o insan gedib işdə necə işləyəcək? Həcmli saç düzümü, paltarının yarığı nə uzunluğunda... Onlar alt paltarı belə geyinməyib, səhər verilişinə çıxırlar”.
 

Ardını oxu...
Əməkdar artist Elza Seyidcahan müğənnilər Sevil və Sevinc Səfərovaların onun haqda söylədiyi ifadələrə cavab verib.
 
Sənətçi bu barədə “Söz-baz” verilişinin “Xəbər10 var” bölümündə aparıcı Zümrüd Bədəlova ilə telefon zəngi zamanı danışıb:
 
“Mənə dedilər, mən də cavab vermirəm. Verə bilərəm, istəmirəm. Zarafat deyəndə ki, adam öz tayı ilə zarafat edər. Mən onların tayı deyiləm axı. Əlbəttə, Elza Seyidcahan stollara da baxanda yada düşür, təbiətə də baxanda yada düşür. Bu mənə xoşdur.
 
Mən onlara heç bir zaman aqressiv söz deyə bilmərəm. Həmişə də bir yerdə olanda böyük hörmətlə mənim qarşıma gəliblər. Ehtiramla mənə salam veriblər. Hörmətsizlik görməmişəm. Mən şou-biznes aləmində olsam da, mənim sənətim tamam başqadır, onlar da tamam başqa yoldadırlar. Söhbət ifadan gedir. Mən heç bir zaman qalmaqal etməmişəm. Əksinə, mən uzanan, illərlə gedən bir qalmaqalın bir kəlmə sözlə qarşısını alışam”.
 
Qeyd edək ki, əkizlərdən biri məclislərdən birində sonda oxumaqlarına etiraz edərək, aparıcı Zümrüd Bədəlovaya “Məni niyə sona salmısınız, Elzaya Seyidcahanam stollara oxuyum?” sözlərini söyləmişdi.
 

Ardını oxu...
Müğənni Vəfa Şərifova paylaşımı ilə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, instaqramında video yayımlayan sənətçi özü də bilmədən yol hərəkət qaydalarını pozduğunu etiraf edib.

Videoda Rusiyada olan Vəfanın maşınla getdiyi və kəmər taxdığı əks olunub.

O, yanındakı xanımın təkidi ilə kəmər taxdığını deyib:

"Mənə kəmər taxdırıb. Bilirsən, Bakıda kəmər taxmıram. Qayda-qanuna əməl edirsən? Söz verirəm, bir dənə "Geländewagen" alım, mən də kəmər taxacağam".

VİDEO - https://t.me/axsamaz1/8984
 
Ardını oxu...
Azərbaycanın “Avroviziya” təmsilçiləri açılış mərasimindən sonra təəssüratlarını bölüşüblər.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb.

“Avroviziya-2024” təmsilçimiz Fahree bildirib ki, bu il yarışmada gözəl mahnılar çoxdur, bir çox ifaçı ilə duet oxumaq istəyərəm.

Digər təmsilçimiz İlkin Dövlətov isə dəstəyi üçün xalqımıza təşəkkürünü bildirib.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, finalı isə 11 mayda olacaq.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

Ətraflı süjetdə:


 
Ardını oxu...
Müğənni Elçin Cəfərovun sosial media paylaşımı diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçının həyat yoldaşı Aydanın qardaşı Cəmil Rüstəmxanlı ilə fotosunu yayımlaması sual doğurub. Fotodan sonra Elçinlə Aydanın barışdığı iddia edilib.

Qeyd edək ki, Elçin bu günlərdə həyat yoldaşı Aydanla boşanma xəbəri ilə gündəmə gəlib. Aydan Xalq şairi Sabir Rüstəmxanlının qızıdır. Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan bir oğlan övladları var.

İddialar arasında Cəmil Rüstəmxanlının həyat yoldaşı Günel Rüstəmxanlıdan boşanmaq üçün məhkəməyə müraciət etdiyi də yer alıb.

Ardını oxu...
 
Ardını oxu...
Əməkdar artist Lalə Məmmədova mərhum türkiyəli müğənni Kayahanın arvadı İpek Acarın TRT-də yayımlanan proqramında qonaq olub.

Müğənninin veriliş üçün hazırlanan libası narazıçılıq yaradıb. Bu haqda müğənni Elnarə Xəlilova sosial şəbəkədə paylaşım edərək, Laləyə və onunla çalışan stilist Elnur Həsənova söz atıb.

Elnur məsələyə aydınlıq gətirib. O, "Deməsəm olmaz" verilişində bu haqda danışaraq bunları əlavə edib:

"Geyimin eskizini özüm hazırladım. Bütün mahnılar seçildi və göndərildi. Bizə deyilməyib ki, TRT-də açıq geyimə qadağa var. Dövlət kanalıdır, bu, normaldır. Paltar hazırlandı, saç, makiyaj düşünüldü və biz Türkiyəyə getdik. Çəkiliş günü studiyada hamı deyir paltar gözəldi, amma bu geyimdə efirə çıxmaq olmaz. Dedilər ki, get nəsə al. TRT Taksimə yaxın idi, qaçıb gedib bir top aldıq və Lalə xanım paltarın altından geyinib efirə çıxdı". / Kanal.az
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Britni Spirs Sem Asgaridən ayrıldığını elan etdikdən doqquz ay sonra keçmiş əri ilə boşanmasını rəsmən həll edib. Asgari nikah müqaviləsinə etiraz etməmək qərarına gəlib. Beləliklə, 60 milyon dollarlıq sərvət Britninin öz ixtiyarındadır.

Ancaq pərəstişkarları Spirsin vəziyyətinə görə narahatlıqlarını bildiriblər. Belə ki, ifaçı ayrıldıqdan sonra müxtəlif kişilərin əhatəsində diqqət çəkməyə və çılpaq rəqs etdiyi videolar yayımlamağa başlamışdı. Boşanma həll olunduqdan sonra isə ulduz “Instagram” hesabını yenidən silib.

Britninin özü pərəstişkarlarının onun necə olduğunu öyrənmək cəhdlərinə yaxşı baxmır və şəxsi həyatına qarışmamağı tələb edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Spletnik.ru
 
Ardını oxu...
Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb.

TEREF xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan “Günaylı Gün” verilişində deyib.

Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:

“Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu”.//Oxu.az

Ətraflı videoda:

 
 
 
Ardını oxu...
Müğənni Anna Sedokova “Qığılcımlar uçur” verilişində onu aldadan dayəyə həftədə təxminən 40 min rubl ödədiyini deyib.

Sedokova qeyd edib ki, dayə qonaq olub və ailənin evində gecələməyib.

Sənətçi qızın həqiqətən onun etibarını qazandığını və tezliklə pul istəməyə başladığını etiraf edib. Müğənninin sözlərinə görə, köməkçisi qohumlarının əməliyyatı və müalicəsi üçün pulunun olmamasından şikayətlənib.

“Bir həftənin səkkizinci qohumunda nəyinsə səhv olduğunu başa düşdüm. Bu, sadəcə bir kabus idi”, - deyə sənətçi bildiri .

2023-cü ilin sentyabrında Sedokova əri, basketbolçu Janis Timma ilə ayrılma şayiələrinə səbəb olub . Ulduz oğlu ilə birlikdə kirayə mənzil axtardıqlarını bildirib. O, oğlanla bir neçə foto yayımlayıb və sosial şəbəkələrdə artıq 20-dən çox mənzilə baxdıqlarını bildirib. Bir neçə saat sonra Sedokova hekayələri şəxsi bloqundan silib.
 
Ardını oxu...
Xalq artisti Nəzakət Teymurovanın qızı nişanını qaytarıb.

Məşhur Xalq artistinin qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb.

Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib.

O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib.

Qeyd edək ki, Xalq artisti qızı NigarTeymurovanın nişan mərasimindən görüntüləri öz sosial şəbəkə hesabında paylaşmışdı (olay

Dünyapress TV

Xəbər lenti