Ardını oxu...
 
 
“Emil Heydərovla bir neçə duet yazdırmışdıq. O da bunları yutub sosial şəbəkəsinə də yerləşdirmişdi. İfa etdiyimiz duetlərdən biri də Rusiyanın xalq artisti Stas Mixaylovun mahnısı idi. Duetimizi görüb, bəyənib, bizi “Privet, Andrey” verilişinə, Stas Mixaylovun yubileyinə dəvət etdilər. Böyük məmnuniyyətlə dəvəti qəbul edib getdik”
 
Ardını oxu...
Bunu Moderator.az-a açıqlamasında sevilən müğənni, əməkdar artist Almaz Ələsgərova deyib. O daha sonra verilişlə bağlı təəssüratlarını bölüşüb.
“Verilişdə bizi çox böyük hörmətlə, izzətlə, sayğıyla qarşıladılar. Çox yüksək səviyyədə çəkiliş etdilər. Stas Mixaylov Azərbaycanı çox sevdiyini bildirdi. Verilişdə dedi ki, atam da, babam da Şamaxındandır. İndiyə qədər mahnı da, verilişdəki çıxışımız da dillərdədir. Çox sevindim. Belə təkliflər çox olsun. Bizim üçün bu böyük bir fəxrdir ki, burdan Moskvaya gedib, orada çıxış etdik. Çıxış edənlər çox idi, amma bununla belə onlar bizim musiqimizlə maraqlanırdılar, buna vaxt edirdilər. Bizdən Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu soruşurdular və onların mahnılarını əzbər bildiklərini söyləyirdilər. Hər kəs onlardan danışırdı. İfamıza heyran oldular. Mən məktəbi rus dilində bitirmişəm, sevirəm rus mahnılarını. Bu çəkiliş Novruz bayramı ərəfəsində baş tutmuşdu. Ona görə də mən Stas Mixaylova milli Novruz şirniyyatlarını hazırlayıb aparmışdım. Bu da bizim milli mətbəximizin təbliğatı idi. Veriliş o qədər marağlı idi, o qədər yaxşı hazırlaşmışdılar ki, vaxtın necə gəlib-getdiyini hiss etmədik. Hər bir qonaq üzərində xüsusi saç və qrim ustası çalışırdı. Hər bir detalı ayrı-ayrı şəxslər edirdi. Veriliş çox xoşuma gəldi. Təəssüratlarım çoxdur” deyə sevilən müğənni bildirib.
Ardını oxu...
PAYLAŞ:
 
Ardını oxu...
AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. TEREF bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.

C.Rəhimova bildirib ki, Aygün ona zəng edərək illər əvvəl Azərbaycan Televiziyasında (AzTV) yayımlanan, aparıcısı olduğu "Sən bir nəğmə" verilişinə Röyanı dəvət etməsini xahiş edib:

"Aygün Bəylər mənə zəng vurub dedi ki, "Röya adlı bir gənc ifaçı var. Mən onunla birgə sənin "Sən bir nəğmə" verilişinə qonaq gəlmək istəyirəm. Həmin veriliş "YouTube"da da var. Orada bir məqam var ki, ifa məqamında Röya söylədi ki, sənətkar Aygün Bəylər mahnısını oxusun, sonra mən də oxuyaram. Yəni müəyyən məqamlar var ki, insanların əziyyətini, zəhmətini, dəstəyini və diqqətini danmaq olmaz".

Qeyd edək ki, illər əvvəl Aygün Bəylər ilə Röya Ayxan arasında qalmaqal yaşanıb. Röya Ayxan illər əvvəl Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Ərizədə A.Bəylərin TV-də Röya Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana görə 50 min manat təzminat ödəməsi tələb edilib. Lakin sonradan təzminat məsələsi unudulub.

 
 
 
Ardını oxu...
Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:

"Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaban ayaqqabıda idi, geyinmək istəyirdim. Beşinci sinifdə oxuyanda anamı məcbur etdim, küsdüm, ağladım ki, mənə hündür tangetka alsın. Dedi ki, "Məktəbdə bunu geyinməyə qoymayacaqlar". Cavab verdim ki, qoysalar da, qoymasala da geyinəcəyəm. Anam bir sandal da aldı ki, məktəbdə qoymasalar bunu geyinərsən. Mən də onları çantamda özümlə aparırdım. Hər gün məktəbdə məni buna görə sıradan çıxarıb evə gönədrirdilər ki, ayaqqabılarımı dəyişim. Çantadan çıxarıb geyinirdim, amma evə gedəndə yenidən dəyişirdim".
 
Ardını oxu...
 

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birindən paylaşdığı video ilə diqqət çəkib. 

Axşam.az xəbər verir ki, görüntüdə sənətçinin ifa zamanı ovcuna 100-lük dollarların verilməsi əks olunub. 

Onun bu görüntüsü sosial şəbəkədə tənqid hədəfinə çevrilib. 

Ardını oxu...
Sosial şəbəkələrdə Əməkdar artist Elnarə Abdullayevanın iştirak etdiyi toya görə guya 14 min manat pul alması ilə bağlı iddialar yayılıb.

Oxu.Az-ın məlumatına görə, iddialara əsasən, o, Şəmkirin Sabirkənd kəndindəki sünnət toyunda dörd saatlıq iştirakı qarşılığında 14 min manat qazanıb.

İddialarla bağlı Oxu.Az Əməkdar artist Elnarə Abdullayeva ilə əlaqə saxlayıb.

Səsləndirilən iddialarla bağlı Əməkdar artist bildirib ki, xəbərlər yalandır:
“Mən bu barədə heç kimə məlumat verməmişəm. Yalan məlumatdır”.
 
Ardını oxu...
Müğənni Ayaz Babayev “Mələk kimi” mahnısını kimə həsr etdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ifaçı “Sabahın xeyir, Azərbaycan” verilişində danışıb.

O qeyd edib ki, sevgi ilə bağlı mahnıları özünə aid deyil:

“Bir tək “Mələk kimi” mahnısını keçmiş sevgilimə yazmışdım”.
O, türkiyəli məşhurlara bənzədilməyindən də danışıb.

“Məsələn, müğənni Mərt Demir var. Son bir ildə populyarlaşıb. Bığ modasını məşhur edib. Sənin Mərt Demirdən qabaq İzzət Bağırov kimi sənətkarın var ki, adam çıxanda bığla çıxıb səhnəyə. Mənə yazırlar Mert Demir, yazıram yox, Ağadadaş Ağayev”, - deyə o söyləyib.

Ətraflı İTV-nin süjetində:

 
Ardını oxu...
Əməkdar artist Yusif Mustafayev borc verdiyi şəxslərdən pulunu ala bilmir.

Müğənni bu barədə televiziya verilişlərindən birinin efirində danışıb.

Y.Mustafayevin sözlərinə görə, bir tanışına 60 min manat, digərinə isə 51 min manat borca pul verib:
“Birindən 3000, digərindən 3500 ala bilmişəm. Mən də bunu hökumətə, dövlətə demirəm, şikayət etmirəm. Deyərəm də, sübut da edərəm. Amma pisliklə istəmirəm. 14 ilə yaxındır qaytarmırlar. Zəng edirəm, açmırlar. Hər ikisinin imkanı da var. Sadəcə mənim sadəliyimdən istifadə edirlər. Elə bilirlər ki, ölüb gedəcəyəm, pul batacaq. Balalarım var, nəvələrim var. O pulu onsuz da onlardan alacaqlar. Adlarınızı demirəm. Allahınız olsun. Lazım olsa, dövlət qurumuna da şikayət edəcəyəm. Xahiş edirəm, pulumu gətirib verin”.

 
Ardını oxu...
“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.

Robotla bağlı hələ ki dəqiq məlumat olmasa da, görünür, Bakcell 25 aprel, 18:00-da Bakı Bulvarında baş tutacaq konserti ilə bütün Azərbaycana innovasiyalarla dolu bir təcrübə yaşadacaq.

Bundan əlavə, ötən günlərdə 100 000 GB hədiyyə veriləcəyini bildirən Bakcell, Tünzalə Ağayeva, Natiq Ritm Qrupu, Murad Arif kimi məşhur simalarını açıqlamışdı. Maraqlıdır, Bakcell hansı yenilikləri ictimaiyyətə bölüşəcək? Detalları 25 aprel 18:00-da Bulvarda biləcəyik.
Ardını oxu...
Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib.

Dia-az.info xəbər verir ki, bu barədə sənətçinin köməkçisi Jabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.

Jabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçün konsert bitən müddətə kimi Xalq artisti toy məclislərində yalnız yarımsaatlıq çıxışlarla iştirak edəcək.

Qeyd edək ki, Faiq Ağayev özəl məclislərdə və toylarda yarımsaatlıq çıxış üçün yeni, xüsusi şou hazırlayıb.

Xalq artisti 12 nəfərlik heyyətlə - rəqs qrupları və musiqiçilərlə birlikdə məclisi əsl konsert səhnəsinə çevirir.

Dünyapress TV

Xəbər lenti