Ardını oxu...
“Bu şəhərdə”nin iki simasından biri - əməkdar artist Rafael İsgəndərovun Tiktok ölüm xəbərini yayıb – təbii ki, feyk olduğunu bilə-bilə: Rafael buna çox acıqlı reaksiya verib və media da bunu fürsətə çevirib, müəmmalı bir başlıqla yayıb.
Rafael İsgəndərovun əsəbi, hikkəsi və verdiyi reaksiya anlaşılandır – o yayılan xəbəri görən dost, tanış, qohum hansı hisslər keçirər, kimlər hansı vəziyyətə düşər? Bəlkə də bu xəbərin özü Rafaelin ailəsində faciəyə çevrilə bilərdi.
Maraqlı olan həm də bu xəbərin Rafaelin kanallarımızla bağlı iradlarından sonra yayılmasıdır. Daha doğrusu, paralel ortaya çıxmasıdır – bir tərəfdə Rafael TV-ləri tənqid edir, baxmayaraq ki, bu tənqidində belə sərhəd gözləyir, məlum Zaurlar-Lalə-Elgiz-Xoşqədəm beşliyini və bu beşliyin təsirində olan verilişləri tənqid etməklə bərabər, onların baxımlı olmasına, “reytinq qırmasına” da toxunur, “balansı qoruyur”, digər tərəfdə Rafaelin “ölüm” xəbəri yayılır.
İlahi mizandır sanki, necə də üst-üstə düşür: Rafaelin adını çəkdiyi və üstünə getmədən, böyründən keçərək, cəsarətsizcəsinə, Trampın “qulağını yalayan” gülləsayağı “şou”ya bir “güllə” atır, əvəzində eynilə Trampın qatili kimi anında, yerindəcə “qətlə” yetirilir!
Bu, müqayisə deyil, zatən müqayisəyə də gəlmir – sadəcə, paralel olaylardır, eyni gündə yaşadıqlarımızdır.
Amma Tiktokun Rafaeli məhz insanların əxlaqını dağıdan rüsvayçılıqlara doğru cəsarətsizcəsinə çıxış etdiyi bir vaxtda “öldürməsi” təsadüf deyil. Mahiyyət etibarilə Tiktokdan qətiyyən fərqlənməyən həmin verilişlərə qarşı illərdir çıxışlar, sözlər, ziyalı etirazları kimsəyə təsir etmir – nə kanal rəhbərlərinə, nə də o verilişlərin müəlliflərinə. Bilə-bilə ki bu verilişlər insanların əxlaqını dağıdır, milli mədəniyyətə təcavüzdür, hər gün onlarla ailəni məhv edir, öldürür, dağıdır – yenə eyni templə davam edirlər.
Tiktok da eləcədir: yalan, feyk, düşüklük, əttökən çığır-bağırlar... Amma tiraj var, baxılma var, populyarlaşma var deyə, orda da heç bir məhdudiyyət, ölçü-mizana riayət edilmir!
Faktiki olaraq TV-lərin əlindən sağ çıxmağa çalışanları Tiktok öldürməklə məşğuldur, yaxud əksinə. Rafaelin “ölümü” əslində bir nümunədir – gündə onlarla insanı mənən öldürən, şir-fil-bayquş-qaşqaldağa görə hər şeyini qurban verən Tiktok və ya tv-şouların qətliamlarının qarşısında bir Rafaelin “ölümü” nədir ki?
Rafael bu gün “ölməyibsə” də, nəyinsə hesabına, hansı fövqəlzəhmətin sayəsində ayaqda qalıbsa da, sabah sənət baxımından, peşəkarlıq nöqteyi-nəzərindən “öləcəyi” ehtimalı çox yüksəkdir. Çünki tv-şoular və Tiktok videoları qarşısına çıxan hər şeyi dağıdır, məhv edir, qətlə yetirir. Və onların atdığı güllə heç vaxt yan keçmir – başını qaçırmağa yer də yoxdur. Trampı xilas edən başını qaçırıb monitora baxmasıydımı? Sən hara qaçıracaqsan başını? Monitora? Monitorda daha eybəcər şoulardır...
Rafaelin simasında (yəni “Bu şəhərdə”nin) istedadlı kəsim “manevr” edə bilir, ona görə ayaqdadır: heç bir satirası, hədəfi olmayan “səhnəcik” qurur, ən azı 5-6 blokundan yarısını auditoriyanı toplamağa sərf edir ki, heç olmasa, digər 2-3 blokunda o mənasız, düşük səhnələrlə cəlb etdiklərinə nəsə təqdim edə bilsin!
Bacarırlar, hələ ki! - Həm auditoriyanı, həm də sənəti qoruya bilirlər. Nə vaxta qədər? Sabah bunu saxlaya biləcəklərmi? Bu boyda aşınmanın qarşısında dayanmağa gücləri çatacaqmı? Həm də artıq gənc də deyillər, o enerji də qalmayıb; həm də artıq püxtələşmiş yaşdadırlar, daha fərqli sənət ortaya qoymağa meyilləniblər. Bu statusla davam edə biləcəklərmi?
Problem küll halda həll olunmalıdır, böyük proses başlamalıdır: həm Tiktokda, həm TV-lərdə, həm digər sosial şəbəkələrdə...
Amma heç kəsdən hərəkət yoxdur, heç bir müqavimət mövcud deyil, heç kim başlaya bilmir – çünki başlayacağı halda dəstək qazanacağına inanmır.
Ona görə Rafaellər mütləq öləcək, Baboşlar yaşayacaq, böyüyəcək, artacaq!
Ona görə artıq Rafael yox, Baboşlardan avtoqraf alırlar; artıq Rafael yox, Baboşlar küçədə-bacada barmaqla göstərilir!
Bizdə mədəniyyətin və mənəviyyatın soyqırımı aparılır Tiktok - TT ilə; bizdə maviləşmiş artilleriya ilə hər gün uşaq bağçalarına, məktəblərə, yeniyetmələrə, gənclərə ağır zərbələr endirilir; bu ölkənin mədəniyyətinin və mənəviyyatının kürəyinə “Xəncər” saplanır - bircə ədəd “Patriot”umuz da yoxdur ki, istedadlı insanlar, ziyalılar onun arxasında birləşib, hipersəs, hipervizual raketləri zərərsizləşdirsin...

Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, məşhur insanların ölüm, evlilik, xəstəlik kimi xəbərlərinə baxış çox olduğuna görə bəzi sahifələr və dırnaq arası saytlar bu ucuz oyuna əl atırlar:

“Lakin həmin insanlar 5 oxucu qazanırlarsa, 15 nəfər oxucunu itirirlər. Ancaq bunun fərqində olmurlar. Bu işə tiktok və instagram səhifələri alət olub. Feyk xəbər yolu ilə öz reytinqlərini qaldırmaq istəyirlər. Qarşı tərəfdə əsəb yaradan məsələdir. İnsanların psixologiyası olduqca gərgindir. Dövrümüzdə çox insan gərgin psixoloji vəziyyət ilə yaşayır. Rafael bəyin də reaksiyasını normal qəbul edirəm. Çünki bir insanın ölüm xəbəri onun özündən çox, doğmalarını narahat edir. Tanınmış sima olduğuna görə onun izləyiciləri və digər narahat olan insanlar da çoxdur. Ümumiyyətlə məhşurluq həmişə fayda ola bilmir. Bəzən həmin məşhurluq insana zərər də verə bilir. Məhşur bir insan bu cür vəziyyətlərə hazır olmalıdır”.
 

Ardını oxu...
Aparıcı İlkin Həsəni ilə bloger həyat yoldaşı Ayselin maraqlı videosu yayılıb. Axşam.az xəbər verir ki, görüntüləri Aysel instaqram hesabında paylaşıb.

"Geyimimi o qədər çox soruşublar ki... Təəssüf ki, bitib" sözlərinə "Səndən onu soruşan olubsa, adımı dəyişərəm. Aç göstər. Ölürsən yalan danışmaq üçün. Yoxdur, soruşmayın" deyə reaksiya verib.

"Hekayələrimi xarab etmək üçün ölürsən" deyə, Aysel ona reaksiya verib.

Aysel daha sonra İlkinin ona əsəbiləşdiyi anların görüntüsünü yayımlaybı. Belə ki, çəkilişə gedən zaman o, məhsulu evdə unutduğunu bildirib.

Əsəbiləşən İlkin "Bütün günü evdə bunun haqqında danışmısan. Harasa gedirik, deyirsən, unutmuşam. Hansısa dövlət işində çalışsaydın bir həftəyə səni atardılar bayıra. Deyərdilər, bizə belə məsuliyyətsiz adam lazım deyil. Bəxtin onda gətirib ki, işin əyləncədir. Sən əylənə-əylənə pul qazanırsan" sözlərini söyləyib.
 
Ardını oxu...
Sevilən duet ortaqları Pərviz Bülbülə ilə Türkan Vəlizadənin səhnədən görüntüləri yayılıb.

Məkanların birində konsert izləyicilərinin qarşısına cütlük mahnılarını səsləndiriblər.

Müğənninin ifasından daha çox geyimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik:

milli.az
 
Ardını oxu...
Xalq artisti Emin Ağalarov oğlu Əli ilə birlikdə konsertə qatılıb.

Müğənni özünün sahibi olduğu məkanda çıxış edən Türkiyənin məşhur diceyi Mahmut Orhanın konsertində yer alıb.

Emin, oğlu və Mahmutun yer aldığı fotonu Əli instaqram hesabında paylaşıb.
Ardını oxu...
 
Ardını oxu...
Bakıda məşhur türk dicey Mahmut Orhanın konserti başlayıb.
Bakupost.az Olay-a istinadən xəbər verir ki, bir neçə gün öncədən biletləri tükənən tədbirə gedənlər yolda tıxac yaradıb.
Konsert keçirilən əraziyə gedən magistral yoldakı tıxac 7 km-ə qədər uzanıb.
 

Ardını oxu...
Aparıcı Vüsalə Əlizadənin bu gün 39 yaşı tamam olur.

Axşam.az xəbər verir ki, aparıcı bununla bağlı sosial media hesabında paylaşım edib. İzləyiciləri ilə videosunu bölüşən Vüsalə özəl günü ilə bağlı bu sözləri yazıb:

"Var, yaşanmış hekayələr, var, yazılmış hekayələr… Hekayəmin ən gözəl səhifəsindəyəm. Sevgilərlə sizin Vüsalə Əlizadə. Yeni yaşım xoş gəldi. Sağlıq, sevgi, hüzur, bol şans, uğur, dürüst dostluqlar getir mənə.

Hər il olduğu kimi yenə də heç nə etmək istəmirəm deyən mən və 12 iyul tarixinə saatlar qala bütün proqramımı qurub, randevularıma qədər alıb məni tam hazır vəziyyətdə çəkiliş meydanına getirən dostlarım doğmalarım. Allahın çox xoşbəxt bəndəsiyəm ki, varımsınız, mənim olanlarım".
 
Ardını oxu...
Müğənni Elza Seyidcahan və Ülviyyə Namazova arasında qalmaqal yaşanıb.

Lent.az-ın xəbərinə görə, qatıldıqları teleproqramda onlar arasında gərginlik yaşanıb.

Proqramda yer alan Ülviyyə Namazova Seyidcahanın şeirlərini ələ salmağa başlayıb. O, "Tikim sizin ağzınızı" şerinə lağ edib.

Elza Seyidcahan buna cavab olaraq "Sən ora hələ çatmamısan, çatarsan, bəyənərsən. Sən "t"nı başqa cür görürsən, mən nə edim? Bədənin başdan ayağa tikilib" deyib.

Elza Seyidcahanın həddən artıq dəyişməsi diqqət çəkib.
 
Ardını oxu...
Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə və Avroviziya üçüncümüz Aysel Teymurzadə (Adıgözəlzadə) boşanma xəbərlərini yalanlasa da, məsələnin doğru olduğu üzə çıxıb.

Teleqraf.com "Olay"a istinadən xəbər verir ki, iddia olunduğu kimi ayrılmaq istəyən Aysel yox, Murad Adıgözəlzadədir.

Onun da bunun üçün səbəbi var. İddia olunur ki, Adıgözəlzadənin bu günlərdə başı işdə eşq macərasına qarışıb. O, filarmoniyada fəaliyyət göstərən skripkaçı N.A adlı xanımla sevgi münasibəti yaşayır. Hətta Murad onunla evlənmək niyyətindədir. Bu səbəblə də Teymurzadə ilə olan izdivacını pozmaq qərarına gəlib.

Aysel isə uğruna karyerasından xətt çəkdiyi həyat yoldaşının xəyanətindən xəbərdar olsa da, ondan boşanmaq istəmir.

Sənətçinin ayrıldığını göstərmək istəməməsi də bu səbəbdəndir.

Qeyd edək ki, cütlüyün 3 övladı var.

Müəllif: Teleqraf.com
 
 
 
Ardını oxu...
Bir neçə gün öncə komaya düşən tanınmış meyxanaçı Elnur Valeh vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, meyxanaçı 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alırdı.

Onun bir neçə gün öncə toydan çıxarkən halı pisləşib və komaya düşüb.
 

Dünyapress TV

Xəbər lenti