Ardını oxu...
Bakıda tanınmış meyxanaçı Arif Məmmədovun (Tənha) sevgilini qətlə yetirməsi ilə bağlı "Tik tok" sosial şəbəkəsində məlumat yayılıb. Yayılan xəbərlə bağlı Manset.az-ın əməkdaşı meyxanaçı Arif Məmmədovla (Tənha) əlaqə saxlayıb. O, bildirib ki, yayılan məlumat yalandır:

"Kimsə mənim adıma səhifə açaraq, bu yalan məlumatı paylaşıb. Mən hər hansısa cinayət törətməmişəm. Hazırlanan saxta videodakı xanımı da tanımıram. Məsələ ilə bağlı artıq hüquq mühafizə orqanlarına müraciət etmişəm. Xahiş edirəm ki, adıma saxta səhifə açan kimdirsə tapılıb cəzalandırılsın".

Fotoları təqdim edirik:
Ardını oxu...
 
 
 

Ardını oxu...
  

Ötən günlərdə Bakıya gələn türkiyəli bloger Danla Biliçin tədbirdə onunla şəkil çəkdirmək istəyənləri "zooparkdakılar" deyə adlandırdığı iddia olunub.

Bu barədə aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında paylaşım edib. O, Danlanı nəzərdə tutaraq bu sözləri deyib:

"Yalandan 6 milyon izləyicisi var. Videolarının 1 milyon izləməsi olur, cəmi 150 şərh gəlir. O, da bizim bəzi influenser xanımlarımız kimi yalandan özlərinə izləyici artırırlar. Onun Bakıda hansısa görüşü olub, bizimkilər də görməmişlik ediblər. Bu influenser də həmin izdihamı "zoopark"a bənzədib. Düz deyir, o, böyük adam deyil. Gəlib, bizim də görməmiş blogerlərimiz cumub üstünə ki, onunla şəkil çəkdirsinlər. Guya o da paylaşaq, bizimkilər də düşəcək onun 6 milyonluq izlənməsinə. Buna görə də o, Azərbaycan xanımlarını bu gözlə görüb. Amma bizim dəyərli xanımlarımız və blogerlərimiz var. Hansı ki, özlərinə və izləyicilərinə hörmət edirlər. Görməmişlik etmək lazım deyil".

Tolik təşkilatçıların Danlanın bu hərəkətinə müdaxilə etməməsini pisləyib:

"Ölkəmizə qardaş ölkədən gələn, feyk izləyicilər, feyk şərhlər və bəyənmələrlə dolu olan Danla adlı influenser izdihamı görüb. Bəzi qızlarımızın, sonradan görənlərin canında olduğuna görə düşünüb ki, bütün Azərbaycan xanımları belədir. Amma bu doğru deyil, ora gələn xanımlar belədir. Danlaya bildirmək istəyirəm ki, o tədbirə gələnlər görməmiş deyil, görməmiş olanlar orada idi. Bütün Azərbaycan xanımları elə deyil. Məsələn, səni küçədə görsək, bəlkə də heç salam vermərik. Bildiyiniz kimi, Türkiyədə instaqram dünəndən qadağan edilib. İnşallah, bir gün Azərbaycanda da bu baş verər və bu görməmiş influenserlər, ərəb feyk profillərlə özlərinə şərhlər yazanlar anlayarlar ki, bunlar influenser deyillər. Küçəyə çıxanda çox adamın tanımadığı bu xanımı gətirən təşkilatçı da bu vəziyyətə dərhal etirazını bildirməliydi. Təəssüf ki, bu baş vermədi. Ona görə də hər kəsin yerindən durub Azərbaycana gəlməsinə və xalqımızı aşağılamağa icazə vermək doğru deyil"./axşam.az

 
 
 
Ardını oxu...
Son vaxtlar paylaşımları ilə sərt tənqidlərə tuş gələn müğənni Xatirə İslamı yenidən “topa tutublar”. Vannada paylaşdığı foto ilə izləyiciləri qıcıqlandıran Xatirə indi də geyimi ilə əsəbləri tarıma çəkib.

Yenicag.az xəbər verir ki, sənətçinin açıq-saçıq geyimi sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Onun fanatları ilə sevməyənləri arasında qarşıdurma yaşanıb.

Yazılan rəylərdə onun müdafəsinə qalxanlar da olub:

“Hamı yıxıb sürüyür, yenə nə vermisiniz Xatirəyə ala bilmirsiniz? Geyinir, zövqsüz, ayağın açır, tərbiyəsiz olur. Bircə Aygünlə Röya edəndə pop-star olurlar”.

Əksinə, onu bu yaşda geyiminə görə sərt tənqid edənlər də:

“Ərim, ərim deyir, bəs bunun əri hara baxır? Bizimkilər 40-dan sonra hamısı soyunmağa başlayıb. Utanmır, hər yeri çöldə qalıb, ayıb olsun…”
 
Ardını oxu...
Blogger Aynişan Quliyeva sosial media hesabında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva İnstaqramda hekayə bölümündə sosial şəbəkə istifadəçisinin "Siz sanki hər şeydən uzaqlaşmısınız" sualına maraqlı cavab verib.

"Elə deyil. Sadəcə zamanımı daha vacib işlərə ayırıram. İstirahətimə, işimə və çox sevdiyim maksimum dörd-beş insanla görüşürəm. Mənim üçün əvvəl vacib olanlar əhəmiyyətini itiriblər", - deyə bildirib.
Ardını oxu...
Xalq artisti, ölkənin əsas ulduzu Aygün Kazımova görünüşü ilə adından yenidən söz etdirib.

Pop divanın "look"u sevənlərinin gözünü oxşayıb. Fit bədən quruluşu ilə seçilən müğəninin görüntüsü məkanların birində səhnə öncəsi qeydə alınıb.

İzləyicilərin əksəriyyəti bu yaşda belə cavan və baxımlı qalan ulduzun gözəllik sirrlərini müzakirəyə çeviriblər.

Açıq-saçıq top tərzi ilə heyran qoyan sənətçinin həmin videosunu təqdim edirik:



milli.az
Ardını oxu...
“Bir həftə olar əməliyyatdan çıxmışam. Allaha şükür, məlum oldu ki, məndə bəd yox, xoşxassəli şiş imiş”.

Bu fikirləri Lent.az-a verdiyi müsahibədə müğənni Ofeliya Şabanova səsləndirib.

“Bu xəstəlik də Allahın bir imtahanı imiş. Dostu-düşməni ayırd eləmək üçün. Əmin oldum ki, məni nə qədər çox insan sevirmiş. Tanımadığım o qədər insanlar, Azərbaycanın qeyrətli oğul və qızları zəng vurdular, ürək - dirək verdilər. Bunu heç öz doğmalarım eləmədilər mənə. Düşmənlərim elə bildilər öləcəm, amma ölmədim, əfsanə geri döndü”,- deyə o bildirib.
 

Ardını oxu...
  

61 yaşlı rusiyalı müğənni Qriqoriy Leps 18 yaşlı Avrora Kiba ilə Türkiyəyə gedib.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, cütlük Bodrumda birgə dincəlir.

Leps sevgilisi ilə fotosuna "Hər şey yaxşıdır! Gəlin istirahət edək! Sizə də eyni şeyi arzulayırıq!" deyə, yazıb.

Ardını oxu...

Ardını oxu...

 
 
 

Ardını oxu...
Artıq bir həftədir ki, cəmiyyətdə Xalq artisti Ağadadaş Ağayevin “balta insidenti” müzakirə olunmaqdadır. Qeyd edək ki, hadisə ilə bağlı artıq cinayət işi açılıb, istintaq davam etdirilir.

Cəmiyyət bu məsələdə iki hissəyə bölünüb. Bir qisim bu hadisədə ilk “daş atan” Ağadadaş Ağayevin, digər qisim isə mühafizəçinin müqəssir olduğunu deyir.

Hadisəyə tanınmış ictimaiyyət nümayəndələrindən də reaksiya gəlib. VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa birmənalı olaraq gözətçini müdafiə edib.

“Mühafizəçinin atası-anası yoxdur? O, Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa, balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda, xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur. Xəstəxana onun postudur, bir sərxoş, bir qatil, bir ruhi xəstə posta yaxınlaşanda qoyub qaçmalıdır ki, gəlib həkimlərə, tibb bacılarına xəsarət yetirsinlər, xəstəxananı dağıtsınlar? Üstəlik, baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz? İnsanın xəstəliyinin şiddətini, təsirini də anlayıram. Mühafizəçinin ekstremal şəraitdə əsəblərini cilovlaya bilməməsini də qınayıram. Ancaq suçu öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş və böyük bir faciənin qarşısını almış mühafizəçi işləyən tanımadığım yoxsul bir Azərbaycan övladının üzərinə yönəltmək nə dərəcədə ədalətli davranışdır?” - F.Mustafa bildirib.

Tanınmış şair Şəmsi Vəfadar da xalq artistini sərt şəkildə tənqid edib.

“Ağadadaş Ağayev xalqın artisti olsaydı, xalqa balta qaldırmazdı. Ən azından etdiyi hərəkətə görə xalqdan üzr istəyərdi. Baxın, Ağadadaşı müdafiə edənlər Manaf kimilərdir. Çünki Ağadadaş Ağayev də dövrünün Manafı olub... İnsanlar arasında dərin hörmət və rəğbət qazanmaq üçün bəzən illər bəs etmir,özünü rüsvay etmək ücün isə bir an, bir gün belə kifayətdir. Ağadadaş Ağayev də məlum hərəkəti ilə özünü gözdən saldı”, - deyə şair Şəmsi Vəfadar bildirib.

Sosial şəbəkələrdə gedən müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi “Xalq artisti” adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.

Cinayət məsuliyyətinə cəlb edilən müğənni Ağadadaş Ağayevlə bağlı istintaq hərəkətləri yekunlaşandan sonra işə məhkəmədə baxılacaq. Hüquqşünaslar bildirir ki, məhkəmə müğənnini fəxri addan məhrum da edə bilər.

Xalq artistinin bəzi yaxın dostları, müğənni həmkarları bu məsələ ilə bağlı susmağa üstünlük versələr də, aralarında müğənniyə dəstək çıxanlar da oldu. Məsələn, müğənni Nadir Qafarzadə Xalq artisti Ağadadaş Ağayevin gözətçi ilə baltalı davasına münasibət bildirərkən deyib:

“Ağadadaş müəllimlə bağlı görüntüləri gördüm, heç istəməzdim belə olsun, xətrini çox istəyirəm, yerini bilən, ədəb-ərkanlı insandır. İxtisasca müəllimdir, illərdir sənətdədir, yaşı 70-ə yaxınlaşıb, səhhətində problemlər var, uzun müddət Türkiyədə müalicə alıb. Hər zaman böyüklüyünü görmüşəm. Onu necə hövsələdən çıxarıblarsa, bu vəziyyətə düşüb.

Günah kimdədir bilmirəm, hətta günah Ağadadaş müəllimdə olsa belə, böyüklərlə incə davranmalıyıq. Hamımız qocalacağıq, insandır, hövsələdən çıxa bilər, xəstəlikdən sonra müəyyən travmalar qala, əsəblər yerində olmaya bilər. Mən şəxsən ağsaqqala əl qaldırmazdım. İndi müasirlikdir, təəssüf ki, deyirlər, basıb ağsaqqalı da döyməlisən, ağbirçəyin də üzünə söyməlisən, niyə avtobusda onlara yer verməliyik, biz də pul verib gedirik, onlar da. Bu nə düşüncədir? Dəyərlərimizə görə böyük-kiçik yeri həmişə olub".

Əməkdar artist, bəstəkar müğənni Elza Seyidcahan məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. Əməkdar artist Ağadadaş Ağayevin balta atması hərəkətini pisləsə də, onun döyülməsi hadisəsinin qəbuledilməz olduğunu deyib: “Həmin hadisədən xəbər tutan kimi dərhal Ağadadaş Ağayevlə telefon əlaqəsi saxladım. Telefonu oğlu götürdü və bildirdi ki, atası həkim nəzarətindədir, həmçinin polis əməkdaşları tərəfindən dindirilir.

O görüntüləri görəndə şoka düşmüşdüm. İndi də xatırlayanda çox pis olur, həyəcanlanıram.

Əlbəttə ki, mən balta məsələsinə görə Ağadadaş Ağayevə haqq qazandırmıram, bu onun səhvi idi. Hamımız bilirik ki, Ağadadaş Ağayev uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Bu vaxta qədər el şənliklərində, tədbirlərində onunla dəfələrlə qarşılamışıq və hər zaman mədəniyyət, ədəb-ərkan görmüşük. Ondan özümüzə qarşı heç zaman kobud davranış olmayıb. Yəqin ki, çoxları bilir, Ağadadaş Ağayev bir müddət rus dili müəllimi kimi fəaliyyət göstərib, ixtisasca müəllimdir.

Bir daha qeyd edirəm, Ağadadaş Ağayev xəstədir, ola bilər ki, xəstəlik onu bu vəziyyətə gətirib çıxarıb. Ağadadaş Ağayev müqəssir ola bilər, amma həmin hadisəyə, onun mühafizəçi tərəfindən döyülməsinə seyrçi qalan şəxslər on qat artıq müqəssirdir. Ağadadaş Ağayev bu sənətdəki zəhmətinə görə dövlətimiz tərəfindən fəxri adlar, mükafatlar alıb. Yəni bütün bunlar “bir salama dəymədi?” İnsanlar xalq artistinin döyülməsini necə qəbul edib, seyirçi qala bilirlər? Bəli, Ağadadaş Ağayev mühafizəçiyə balta atıb və balta düşdüyü yerdən sıçrayıb bir qadının ayağına dəyib və onu yaralayıb. Buna görə onu zərərsizləşdirib, polis orqanlarına təhvil verə bilərdilər. Hər kəs qanun qarşısında eynidir və cavab verməlidir. Amma ətrafdakı insanlar sadəcə xalq artistinin döyülməsini soyuqqanlı şəkildə seyr edirdilər. Bu, əslində dəhşətli faktdır. Bu, onsuz da yıxılıb yerə, sonradan ona təpikləyib, dəmir vurmağın nə yeri var idi? Bəlkə xalq artisti dəli olub, onu sadəcə zərərsizləşdirib, aidiyyəti orqanlara təhvil vermək lazım idi. Bu cür davranış həm də ölkəmizə başucalığı gətirmir. Ölkəmizi istəməyənlər dərhal hadisəni yaydılar ki, Azərbaycanda xalq artistini bu cür döydülər. Bu heç də yaxşı hal deyil.

İnsan bu cür hadisələri görəndə sənətdən uzaqlaşıb, evində “qınına” çəkilmək istəyir. Zamanında mərhum xalq artisti İlhamə Quliyeva, eləcə də bir müddət əvvəl Flora Kərimova mənə kəskin sözlər bildirmişdilər, amma onların sənətkarlığına hörmət edərək, qeyri-etik sözlərə, davranışlara yol verməmişdim. Sənətkarlara hər zaman hörmətlə yanaşmaq lazımdır. Bir daha qeyd edirəm, Ağadadaş Ağayevin davranışını doğru hesab etmirəm, amma onun o cür döyülməsi heç cür qəbuledilməzdir".

“Yeni Müsavat”
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa dava edib, A.Ağayevin atdığı balta başqa bir şəxsi - xəstəxanada çalışan qadını yaralaması olayı səngimək bilmir.

Musavat.com xəbər verir ki, dava olayından sonra Xalq artisti ilk məclisinə qatılıb deyə sosial şəbəkələrdə görüntülər yayılıb.

Paylaşımda qeyd edilib ki, müğənni insidentdən sonra ilk toy məclisinə qatılıb. Lakin qeyd edək ki, Məhərrəm ayında Azərbaycanda toy məclisləri keçirilmir. Bu da Ağadadaş Ağayevin həmin görüntülərinin köhnə olduğunu deməyə əsas verir.

Dünyapress TV

Xəbər lenti