|
Xəbər verdiyimiz kimi, türkiyəli bloger Danla Biliçin Bakda tədbirlərin birində onunla şəkil çəkdirmək istəyənləri "zooparkdakılar" deyə adlandırdığı iddia olunub.
Musavat.com bildirir ki, axşam.az-ın məlumatına görə, o, ilk dəfə bununla bağlı paylaşım edib.
"Azərbaycanı da, insanlarını da həmişə çox sevdim. Buna görə də tədbirlərin birində model kimi iştirak etmək üçün qaçaraq oraya getdim. Səhnədə şəxsiyyətimə edilən yersiz aşağılamaları və zarafatları sizi çox sevdiyim, tədbirin problemsiz keçməsi üçün görməməzlikdən gəldim. Orada olanlar məni başa düşəcəklər.
Sonrasında mənim adıma həyatımda görmədiyim və tanımadığım insanlara, markalara, sponsorlara paylaşım sözü verildiyini öyrəndim. O da az deyilmiş kimi, azərbaycanlılar üçün "zooparkdakılar" dediyimi iddia etdilər. Ümid edirəm, bir gün bunu sizin üçün həqiqətən kimin dediyini açıqlaya biləcəklər. Digər eşitdiklərim mənə qalsın və təcrübə olsun. Hələlik susuram. Sizi sevirəm".
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edəcək.
Musavat.com xəbər verir ki, səhnə əsəri 5-6 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq.
İkipərdəli monotamaşada gündəlik həyatın cansıxıcılığında itib-batan Şerli Valentinin hekayəsi diqqət mərkəzinə çəkilir. O özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır...
Tamaşanın rejissoru teatr sahəsi üzrə bir sıra mükafatların laureatı olan Sumru Yavrucukun özüdür. O həm də tamaşadakı bütün obrazları canlandırır.
Qeyd edək ki, S.Yavrucuk “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb. Daha sonra “Fatmagülün suçu nə?”, “Şahanə həyatım”, “Evlilik haqqında hər şey” kimi seriallarda da unudulmaz obrazlar canlandırıb.
Müğənni Afət Fərmanqızı maraqlı açıqlama verib.
Lent.az-a açqılama verən müğənni bu dəfə özünü çox gəncləşdirən müğənnilərin bostanına daş atıb. “Özündən gənc sevgilisi olan xanımlar daha çox üz gəncləşdirmə prosedurları etdirirlər” deyib.
“Üzə nə qədər prosedur etdirib gəncləşdirsən də, boğaz, sinə yaşı ələ verir. Ona görə, kənardan çox pis görünür. Bəlkə gələcəkdə buna da uyğun prosedurlar olacaq. 45 yaşım var, yaşıma uyğun gözəl görünürəm. Üzünü dartdırıb, kəsdirib, şişirdib hamı bir- birinə oxşayır. Xarici aktrisalar, müğənnilər bunu etmirlər, təbii qocalmaq yolunu seçiblər”, - deyə o bildirib.
Qeyd edək ki, müğənninin həyat yoldaşı ondan 5 yaş böyükdür.