|
Əməkdar artist Lalə Məmmədova izləyicilərinin suallarını cavablandırıb.
Müğənni retro mahnıları səsləndirməsindən danışıb.
O bildirib ki, bu tip mahnıları oxuyarkən narahat olur:
“Əsl sənətin, musiqinin yaşı olmur. “Köhnə” yox, retro desəniz, yerinə düşər. Sevə-sevə oxuyuram. Bununla yanaşı nə gizlədim, həm də qorxuram. Ya ilk ifaçının yaratdığı təəssüratı korlayaram deyə”.
Fanatlarından şikayətlənən Məmmədova “Getdiyiniz yerləri paylaşın sizi gəlib görək” sözlərinə “Mümkünsüz… Çox vaxt rahatsızlıq gətirdiyinə görə konsertlərdən başqa heç bir gedəcəyim yeri bildirmirəm. Kaş ki, bütün fanatlar adekvat olsa” reaksiyasını verib. (Axşam.az)
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib. Məhkəmədə tərəflər arasında barışığın əldə olunması ilə bağlı məlumat yayılıb.
Musavat.com bildirir ki, axşam.az-ın məlumatına görə, F.Kərimova məsələyə münasibət bildirib. O, çıxan xəbərləri təkzib edib.
"Bu xəbərin mənbəyi kimdir? Bağışlayan tərəf mənəmsə, mən bağışlamamışam", - deyə, sənətçi paylaşımında yazıb.
Xatırladaq ki, tərəflərinin barışıq əldə etməsi ilə bağlı xəbəri APA yayıb.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.
Avropa prodüseri kimi tanınan Sultan Mustafayev türkiyəli aktrisadan evlilik təklifi alıb.
Bu barədə baku.ws-ə prodüser özü məlumat verib.
Son illər İstanbulda yaşayan və fəaliyyət göstərən Sultan bəy Tuanna Ahmedlə yaxın dost olduqlarını və bir müddət öncə ondan evlilik təklifini aldığını deyir.
"Evlilik təklifi gözlənilməz olduğundan ciddi qəbul etmədim. Əvvəlcə zarafat etdiyini düşündüm, amma sonra fikrinin ciddi olduğunu gördüm. Tuannanı çox sevirəm. Gözəl insandır, lakin məni qane etməyən bir məqam var; evində it saxlayır və onu hər kəsdən çox sevir. Mən isə itlə bir evdə yaşaya bilmərəm. İt olan yerdə yata bilmirəm, yemək yemirəm. Tuannaya ya it, ya mən dedim. İtini "oğlum" deyə əzizləyir, "oğlumu atamam" söylədi.
Buna baxmayaraq, dostluğumuz davam edir. Tuanna məni anladı, mən də onun itə olan sevgisini, bağlılığını anlayıram".