Ardını oxu...
Məşhur vokal ifaçısı, müğənni Lətifə Soyuözün yüksək vəzifədə işləyən qardaşı işdən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən general-leytenant Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Səttar Fətəliyev vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Səttar Fətəliyev Dövlət Gömrük Komitəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi olub.

Qeyd edək ki, polkovnik Səttar Fətəliyevin anası da uzun illər Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışıb və hazırda isə təqaüddədir.

 
Ardını oxu...


Ötən gün meyxanaçı Rəşad Dağlının övladının xeyir işi olub.

Məşhur ilk övladı Yusifə kiçik toy edib. Dağlının şad günüdə ailə üzvləri, yaxınları, meyxanaçı dostları və bir sıra tanınmış simalar yer alıblar.

Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutub. Məclisdə sözün əsl mənasında izdiham yaşanıb. Bütün meyxana sevərlər Rəşadın oğlunun toyuna axın edib. Gecə boyunca Dağlı həmkarları ilə meyxana deyib. baku.ws
Xatırladaq ki, Rəşad Dağlının oğlu Yusifin 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.

Ardını oxu...
Rusiya musiqisi və rusiyalı ifaçıların qastrolu oktyabrın 7-dən Ukraynada qadağan olunur.
Bu barədə TASS agentliyinin məlumatında bildirilib.
Qadağa ilk növbədə televiziya, radio və ictimai yerlərdə 1991-ci ildən sonra Rusiya vətəndaşı olmuş və olan ifaçıların rusca mahnılarının səsləndirilməsi qadağan olunur.
İctimai nəqliyyatda və taksidə də rus musiqisini dinləmək qadağan olunub.
Rusiya müğənnilərin isə Ukraynaya qastrol səfərləri qadağan edilib.
Həmçinin yayda Ali Radanın deputatları rus kitablarının ölkəyə gətirilməsinə qadağa qoyub. Bundan başqa, ölkənin bir sıra regionlarında rus dilindən istifadə qadağa olunub.
 
 
 
Ardını oxu...
Bir neçə gün əvvəl müğənni Niyam Salami mərhum müğənni Rəhim Rəhimlinin xəstəliyi ilə bağlı bəzi detalları açıqlayıb.

Sənətçi qonaq olduğu efirdə Rəhimin tam sağalması üçün 150 min manat lazım olduğunu bildirib.

Niyamın Rəhimin sağalması üçün açıqladığı külli miqdarda pul hər kəsi təəccübləndirib. Qısa zaman ərzində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən məsələ Rəhimin pərəstişkarlarını hiddətləndirib. Onlar həmkarlarının R.Rəhimliyə kömək etməməsini sərt tənqid ediblər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış aktyor Allahverdi Yolçuyev bildirib ki, mərhum müğənni kimdənsə yardım istəməyi heç vaxt özünə sığışdırmayıb:

“Rəhim Rəhimlini az-çox tanıyırdım, Allah ona rəhmət eləsin. O da mənim kimi xoşlamazdı ki, gedib nəyəsə görə kiminsə qapısını döysün, imdad diləsin. Mən necə ki, indi heç bir yerə - nə Mədəniyyət Nazirliyinə, nə də Səhiyyə Nazirliyinə getmirəm. Onlar özləri bunu bilməlidirlər.

Rəhim Rəhimlinin də öz dəsti-xətti vardı, həm bəstəkar, həm müğənni, həm də aparıcı idi. O, gözəl insan idi. Həmkarları dedi ki, müalicəsi üçün 150 min pul lazım imiş. Onu özləri öz aralarında toplaya bilərdilər, dövlət də kömək edə bilərdi. Amma təəssüf ki, sənətçilərin dəyəri ölümündən sonra bilinir. Vaxtilə bir-birinə can deyib, can eşidənlər, sənin çörəyinlə yaşayanlar, bu gün sayəndə artıq zirvədə olan sənətçilər sən dara düşəndə heç bir köməklik etmirlər. Rəhim də bu cür sənətçilərdən biri idi, həmişə başqalarına kömək olurdu”.

Sənətçi özünün də səhhətində ciddi problemlər olduğunu bildirib. Yolçuyev Mədəniyyət Nazirliyinin onunla maraqlanmadığını deyərək gileylənib:

“Mənim də vəziyyətim pisdir. Xəstəliyim daha da irəliləyib. Mədəniyyət Nazirliyi bunu bilir, hər şeydən xəbərləri var, səhərdən axşama qədər televiziyada, sosial şəbəkələrdə yazırlar ki, Allahverdi Yolçuyevin vəziyyəti pisdir. Amma heç kəs maraqlanmır. Mən də ona görə heç nə demirəm, öz həyatımla, nəvələrimlə başımı qatıram, harada qırılar, qırılar. Amma istəsələr xəstəliyimin qabağını ala bilərlər. 4 ildir nə maaş, nə təqaüd, nə də hər hansı bir yardım alıram. Yaxşı ki, uşaqlarım böyükdür, bir təhər dolanırıq, Allah özü kömək olsun. Artıq dublyaja da çağırmırlar. Keçən sezon Xəzər telekanalında olurdum, amma bu sezon götürdükləri serialda hamısı cavanlardır, ona görə haqlı olaraq məni çağırmayıblar. İnşallah, hər şey yaxşı olar, ümid etməkdən başqa bir yol yoxdur”.

Qeyd edək ki, Allahverdi Yolçuyev uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir. Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Əsmətxanım RZAZADƏ
 

Ardını oxu...
“Bir neçə müğənni var idi ki, bizm dövrümüzdə üzə çıxdılar, amma indi onların heç biri yoxdur. Hamısı ələndi getdi. Tamaşaçının gözü tərəzidir. Kimlərsə reklamına, “raskrutka”-ya külli-miqdarda pul qoya bilər. Amma onlar düşünmürlər ki, pul həmişə olmayacaq. Ya onun sənəti sevilir, ya da ki, sevilmir. 25 ilə yaxındır ki, səhnədəyəm. Vaxtilə açıq-saçıq, göbəyi açıq geyinmişəm, şəkillər də çəkdirmişəm. İndi uşaqlar böyüyür, statusum başqadır. Amma yenə də həmin fotoları götürüb paylaşırlar”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib. O daha sonra əlavə edib.

“Heç kimə sirr deyil ki, mənim əsl sənətim rejissorluqdur. Sadəcə olaraq insanlar məni “Atəş”, “Qırmızı güllər” mahnıları ilə müğənni olaraq tanıyıblar. Əslində isə içimdə olan rejissorluq və televiziya sferasıdır. Hazırda televiziya sahəsini Kanal S də televiziyanın baş prodüsseri olaraq davam etdirirəm. Biz artıq böyük uğurlara imza atırıq. Yeni mövsüm başlayıb, bir-birindən maraqlı verilişlər və aparıcılarla tamaşaçıların zövqünü oxşayırıq. Kanal S-in öz tamaşaçıları, izləyiciləri var. Onu da deyim ki, hələ bu harasıdır ki? Tamaşaçıları böyük sürprizlər gözləyir” deyə sənətçi bildirib.
Roza Zərgərli sosial şəbəkələrdən düzgün istifadə etməyənlərdən də danışıb.

“Normal, sivil, tərbiyə görmüş insan sosial şəbəkələrdən çox gözəl istifadə edir. İnsan hətta sosial mövqedə də öz tərbiyəsini göstərir. Maskadan çox istifadə edə bilərsən, amma bir gün o maska düşür. 25 ilə yaxındır ki, səhnədəyəm, hər şeyi indi də üfürə-üfürə edirəm. İllərlə “Bakı vaxtı ilə” verilişinin müəllifi, aparıcısı olmuşam. Özümə borc bildim ki, bu verilişi açıb, öz incilərimizə həsr edim. O veriliş əslində mənə gəlir də gətirmirdi, çox əziyyətli veriliş idi. Hətta bir neçə tapıntılarımız da oldu, bir neçə sənətkarımızı, musiqiçimizi illər sonra efirə dəvət etdik. Bir adam sosial mediada onları paylaşmadı. Mən o verilişdə yıxılsaydım onu gündəmə qaldıracaqdılar, paylaşacaqdılar” deyə müğənni bildirib.
Ardını oxu...
Müğənni Qədir Qızılsəsin dünyasını dəyişməsi ilə bağlı şayiələr yayılıb.

Publika.az xəbər verir ki, aparıcı-prodüser Tarix Əliyev (Tolik) ifaçı ilə əlaqə saxlayaraq məlumatların əsassız olduğunu aydınlaşdırıb.

Qədir Qızılsəsin sözlərinə görə, bununla artıq neçənci dəfədir ki, ölüm xəbəri yayılır:

“Bunun adı ancaq paxıllıq ola bilər. Şəhidlərimizə, Məhərrəm ayına görə efirlərə çıxmırdım. Hər şey yaxşıdır”.
 
Ardını oxu...
Oktyabrın 4-də “Depeche Mode” qrupu “Memento Mori” adlı konsert turunun təqvimini açıqlayıb.

Müvafiq paylaşım qrupun “Instagram” səhifəsində dərc olunub.

Konsert turu kollektivin son beş ildəki ilk canlı çıxışı olacaq.

Tur 2023-cü il martın 23-də ABŞ-ın Sakramento şəhərində başlayacaq. Mayın ortalarından etibarən musiqiçilər Avropaya gələcək və qitənin böyük şəhərlərində konsert verəcəklər.

Sənətçilərin çıxış edəcəyi Avropa şəhərləri arasında Stokholm, Berlin, Budapeşt, Praqa, Varşava, Tallinn, Helsinki və Oslo da var.

Qeyd edək ki, Rusiya şəhərləri son 25 ildə ilk dəfə olaraq “Depeche Mode”un konsert proqramına daxil edilməyib.

Xatıraldaq ki, qrupun son turnesi 2017-2018-ci illərdə baş tutub. Avropa və Şimali Amerikada 130 konsert verən kollektiv 3 milyondan çox izləyicini ətrafına toplaya bilib.
Ardını oxu...
Müğənni Aynur Dadaşovanın avtomobil qəzası keçirib.

DİA.AZ-ın məlumatına görə, ifaçının bacısı İlhamə Dadaşova Teleqraf.com-a açıqlamasında Aynur Dadaşovanın səhhətinin yaxşı olduğunu deyib: "Şükür Allaha, Aynur yaxşıdır. Ötən gün tədbirə gedəndə Bəkir Çobanzadə küçəsində avtomobil qəzası keçirdi. Aynur elə qorxub ki, qəzanın necə baş verdiyini xatırlamır. Danışa bilmir, hadisə qəflətən baş verib. Özünə heç nə olmayıb, bir az qorxu var, hadisə yadına düşəndə əsir. Bacımın hüquq-mühafizə orqanlarına şikayət edib-etməməsi haqda məlumatlı deyiləm. Avtomobil yararsız vəziyyətdədir, əsas odur ki, özü sağ-salamatdır".
Ardını oxu...
Türkiyəli tanınmış musiqiçi Onur Şener səhnə aldığı gecə klubunda mahnıya görə öldürülüb.

Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ankaranın Çankaya rayonundakı gecə klublarından birində üç nəfər Onur Şenerdən adını verdikləri mahnını ifa etməsini istəyib. Musiqiçi həmin mahnını bilmədiyini dediyi üçün mübahisə başlanıb, onlar butulkaları qıraraq səhnəyə atıblar. Şüşə qırıqları sənətçinin boynuna batıb və onun şah damarı kəsilib.
Xəstəxanaya aparılan ifaçının həyatını xilas etmək mümkün olmayıb.Faktla əlaqədar 5 nəfər nəzarətə götürülüb. Daha sonra onlardan 2-si sərbəst buraxılsa da, 3-ü həbs edilib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Tanınmış kardioloq Üzeyir Rəhimov dünən dünyasını dəyişmiş müğənni Rəhim Rəhimli ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Ü.Rəhimov Rəhim Rəhimlinin 3-4 il əvvəl pasiyenti olduğunu və ağır ürək çatışmazlığından əziyyət çəkdiyini deyib:

"3-4 il əvvəl pasiyentim olmuşdu, hospitalizə etmişdik. Ağır ürək çatışmazlığında gəlmişdi. Bir az düzələn kimi qaçdı, yəni çox mədəni şəkildə getməli olduğunu söyləyib xəstəxanadan ayrıldı. Digər pasiyentlərlə bir palatada qalırdı, bir dəfə də mənim palatamı dəyişdirin demədi.


Səhnədə şən görünməsinə baxmayın, çox danışmazdı. Daxilində isə durmadan danışdığını, amma sitəmlərini dilə gətirmədiyini anlayırdım. Yanına gələn heç kimsə yox idi, bir neçə nəfərdən başqa, baxmayın bu gün sosial mediaya. Özünün maddi vəziyyəti yəqin ki bərbad idi. Xəstəxana xərclərini də kimsə ödəmək istəmirdi. Hər şeyin fərqində idi. Ona dəstək olanları daha da xərcə salmamaq üçün vaxtından əvvəl ayrılmışdı xəstəxanadan.

Yaradıcılıq qabiliyyəti olan insanlara həmişə heyran olmuşam, məndə belə xüsusiyyət olmadığından bəlkə də. Ya da tanrıya bizlərdən bir az dahayaxın olduqları üçün. Yaratmaq xüsusiyyətləri onlarda tanrıdan daha böyük parça daşıdıqlarının gösdəricisiydi.

Müalicəsini davam etdirməsi gərəkdiyini söylədiyimdə “mütləq gələcəm” demişdi. Gəlməyəcəyini bilirdim. Hətta bu qədər yaşayacağını da düşünmürdüm. Amma yəqin ki, bir şeylər hiss edirdi, sonun yaxınlaşdığını".
 

Dünyapress TV

Xəbər lenti