Ardını oxu...
Türkiyədə “TikTok” sosial media platformasında fırıldaqçılıq yolu ilə 1,2 milyard Türkiyə lirəsi dəyərində gəlir əldə etdikləri ittihamı ilə 163 nəfər saxlanılıb.

Saxlanılanlardan 10-u həbs edilib.

42 fenomenə məxsus 1700 bank hesabı, bütün virtual pul aktivləri, 32 mənzil, 1 villa, 9 torpaq sahəsi, 6 iş yeri, 38 lüks avtomobil, 14 şirkətə məxsus ortaqlıq payları məhkəmənin qərarı ilə müsadirə edilib.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən fırıldaqçı dəstəyə qarşı aparılan istintaq zamanı Türkiyənin məşhur “Emret komutanım”, “Lise kitabı”, “Sakarya Fırat” kimi seriallarında və “Komutanım Şah Mat”, “Uzun hikaye” və “Kolpaçino 3 devre” filmlərində rol alan aktyor Ferdi Kurtuldu da açıqlama verib.

Ferdi Kurtuldunun şübhəli qismində ifadə verdiyi məlum olub.

Kurtuldu açıqlamasında 20 ilə yaxındır kino və teatrda aktyorluq etdiyini, ayda təxmini 20-30 min pul qazandığını, yaşadığı evin ailəsinə məxsus olduğunu, heç bir kirayə haqqı vermədiyini, başqa gəlir mənbəyinin də olmadığını bildirib.

Aktyor 3-4 ay əvvəl bir xarici nömrədən ona zəng gəldiyini və zəng edənin ona link göndərdiyini, linkin isə “Facebook” səhifəsinə yönləndiyini deyib. O qeyd edib ki, zəng edən şəxs “Telegram” hesabı açacağını deyərək ona mavi işarəsinin lazım olduğunu bildirib. Ferdi Kurtuldu isə həmin şəxsi hər yerdən bloklayıb.
Prokurorluq ifadəsindən sonra aktyoru sərbəst buraxıb.

Həmçinin “Adana sıfır bir” serialında oynayan Furkan Selahattin Konuş adlı şəxsin də “TikTok”da istifadəçi olmamasına baxmayaraq hesabında 1 milyon 142 min lirə olduğu və pulun bir hissəsinin 116 əməliyyat vasitəsilə bəzi şəxslərə köçürüldüyü məlum olub.

Qeyd edək ki, “TikTok” sosial media platformasındakı yayımları araşdıran İstanbul Kibercinayətlərlə Mübarizə Şöbəsinin qrupları aparılan söhbətlərdən şübhələnərək hərəkətə keçib. Müəyyən edilib ki, bəzi istifadəçilər “TikTok”da “Jeton” adlı virtual pul ala bilirlər və sonra bu birdəfəlik jetonu müqavilə bağladıqları fenomenlərə göndərirlər, fenomenlər isə pulu əvvəlcədən müəyyən edilmiş hesablara köçürürlər.

Həmçinin pul göndərmək üçün istifadə edilən kredit kartlarının da oğurlandığı və ya kopyalandığı aşkar edilib. Yayım edənlərin və pul göndərənlərin 4000-dən çox bank hesabı əməliyyatları ilə bağlı da araşdırılıb. Araşdırmalar zamanı bu hesablara 1,2 milyard lirəlik bir pul axının olduğu müəyyən edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 
Ardını oxu...
Bir neçə gün əvvəl İtaliyaya istirahətə gedən Əməkdar artist Xəyyam Nisanov indi də Fransaya üz tutub.

Diqqət çəkən məqam isə sənətçinin Kann şəhərinə özünə məxsus "Bentley" markalı avtomobili ilə getməsi olub.

İnstaqram hesabında maşınıyla fotosunu izləyiciləri ilə bölüşən ifaçı paylaşımına "Biz Azərbaycandanıq!" sözlərini yazıb. (Axşam.az)
Ardını oxu...
 
Ardını oxu...
Qarşıma məktəbli geyimlərinin qiyməti ilə bağlı bir status çıxdı. Bir neçə övladı olan valideyn bu formanı necə alsın? Dövlət məktəbləri pulsuzdursa, forma da pulsuz olsun heç olmasa.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. Sənətçi məktəb geyimlərinin bahalığından gileylənib:

"Məktəb ləvazimatları da baha, geyim də. Ümumiyyətlə, 300-500 azn maaş alan ailələr necə dolansın? Marketlərdə qiymətlər hər gün qalxır. Ərzaq baha, geyim baha, maaş az. Kommunaldan heç danışmıram. Pensiya ilə dolananlar nə yeyir, kommunalı necə ödəyir? Bir əlacı var bu problemin? Millət vəkillərinə ünvanlayıram bu sualı. Dostluğumda olanlar cavablandırsın heç olmasa…"
 
Ardını oxu...
İmperator ləqəbli müğənni İbrahim Tatlısəs 6-cı dəfə evlənmək niyyətindədir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə 71 yaşlı sənətçi sosial mediada məlumat yayıb. Ulduz X hesabından yazdığı paylaşımında təklikdən bezdiyini dilə gətirib:

"Hər an sürpriz evlilik edə bilərəm, çox uzaqda deyil. Təklik yalnız Allaha məxsusdur, tək yaşamağı sevmirəm. Təbii ki, ətrafımda insan çoxdur, ancaq mən özümü dinləmək istəyirəm".

Qeyd edək ki, 5 dəfə evli olan İbrahim Tatlısəsin əvvəlki nikahlarından 5 qızı, 2 oğlu var.
          
Ardını oxu...
“Kızılcık şerbeti”nin aktrisası Evrim Alasya təhqir edilib.

AJMEDİA.İNFO xəbər verir ki, aktrisaya sosial media hesabında izləyicisi təhqiredici şərh yazıb.

“Dayanmadan dodaq-dodağa sevişdin, öpüşdün. Rədd olub get” – deyə yazılan şərhə Evim Alasyanın cavabı gecikməyib.

O, “Bu müəllim, təbiət qoruyucusu, evli və uşaqları olan xanımdır. Hesabında bunları qeyd edib. Çox rahat imiş. Amma mən onu rahatlığını bir müddət pozacağam”.

Aktrisa bununla bağlı məhkəməyə müraciət edəcəyini vurğulayıb.
 
Ardını oxu...
Bu yaxınlarda "Çirkin" albomunu təqdim edən reper Paster (Pərviz Quluzadə) Bakını "silkələməyə" hazırlaşır.

Publika.az xəbər verir ki, Paster Bakıda yenidən böyük konsert proqramı ilə çıxış edəcək. "Bakı tərpən" adlı konsert proqramı Elektra Events Hallda sentyabrın 9-da baş tutacaq. Konsertdə Paster köhnə və "Çirkin" albomundakı trekləri ilə yanaşı yeni mahnılarını da təqdim etməyi planlaşdırır.

Bu barədə reper sosial mediada məlumat yayıb. Məşqlərin artıq başladığını deyən məşhur "Bakı tərpən, bu dəfə cəhənnəm qapılarına toxunaq" sözlərini qeyd edib.

Reperin konserti üçün hazırlanmış maraqlı poster də diqqət çəkib. Təbiət qoynunda çəkilən fotoda "Mən dağlarla danışıram" sözləri qeyd olunub.

Xatırladaq ki, reperin 1 iyul Elektra Events Hall səhnəsində baş tutan konsertdə inanılmaz bir izdiham yaşanmışdı. O, həm səhnə səhnə obrazları, həm də ifaları ilə böyük səs-küy yaratmışdı.
Ardını oxu...
 
Ardını oxu...
“Mənim bəziləri kimi əlim bərk olsaydı, indi daha çox evim olardı”.

DİA.AZ Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Həmin Zaur” verilişində deyib.

O, evlərinin sayını açıqlayıb:

“4 evim var. Amma mənim kimi qazanan insana bu say azdır. Bəziləri kimi əlim bərk olsaydı, o rəqəm ik idəfə qədər yüksələrdi. Çoxdan oxuyuram, onda tanınmırdım, amma altı ildir ki, peşəkar səhnədəyəm. Bu altı ildə mən daha çox evim olardı. Allah deyir, mən sənə verirəmsə, bölüşməyi bacar. Mən hər zaman bödüşməyi bacarıram”.

Ardını oxu...
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli ötən həftə sosial şəbəkə hesabında açdığı canlı yayımda “German Hospital”dan şikayət edib. O bildirib ki, həkim səhvi nəticəsində səhhətində ciddi problemlər yaranıb.

İfaçı vurğulayıb ki, məsələni belə qoymayacaq və münasibətləri hüquqi müstəvidə aydınlaşdıracaq.

Qeyd edək ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur.

Sözügedən iddialarla bağlı İlham Əliyevin də mövqeyini öyrəndik.

DİA.AZ bildirir ki, sabiq deputat Bizim.Media-ya açıqlamasında Roza Zərgərlinin iddialarını qəbul etməyib.

O, “Deyilənlərin hamısı yanlışdır. Sağ olun”- deyərək telefonun dəstəyini asıb.
 
Ardını oxu...
Türk musiqisinin tanınmış siması Yıldız Tilbe son paylaşımı ilə hər kəsi təəccübləndirib.

O, bu dəfə aynanın qarşısına keçərək fotolarını çəkib.

Məşhur ifaçı şəkillərini sosail şəbəkə hesabında paylaşıb. O, paylaşımını şərh etməyə ehtiyac görməyib.

Bununla yanaşı, sosial şəbəkələrdə Tilbenin son konsertindən görüntülər yayılıb. Müğənni avqustun 7-də Bodrumdakı Antik Teatrda pərəstişkarlarının qarşısına çıxıb.

cebhe.info
 
 
 
Ardını oxu...
Bir neçə gün öncə əməliyyat olunan aktyor Elcan Rəsulovun son görüntüsü yayılıb.
Aktyor “İnstagram” hesabında fotosunu paylaşaraq bu sözləri yazıb:
“Bütün “necəsən?” suallarına bu şəkillə cavab vermək istəyirəm”.//Sfera.az
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti