“Səlahiyyətim olsaydı, TikToku ləğv edərdim, bilirsiniz, nə qədər ziyandır?! Sosial şəbəkədə oxuyursan ki, 3 uşağın anası ailəsini atıb, kimləsə qaçıb. Bu, internetin xidmətləridir.

Mentalitetimiz, adət-ənənələrimiz var, belə şey olar? Biabırçılıqdır!”

Bunu sabiq deputat Hüseynbala Mirələmov APA TV-yə müsahibəsində bildirib.

H.Mirələmov qeyd edib ki, islahatları insanların beynində həyata keçirmək lazımdır.

O, bildirib ki, qadını duya bilməyən kişilər var: “Həmin kişilər qadını sıxırlar. Amma boşanmaların səbəbi bu deyil. Boşanma başqa temadır. Ana qızını elə formalaşdırmalıdır ki… Bilməlidir ki, öldürsələr də dönüklük olmaz.

Qız dərk etməlidir ki, əri onun bütüdür, məbədidir. Nə ər, nə də qadın “qırmızı xətti” keçməlidir. Sevgidə, məhəbbətdə sədaqətli olmaq lazımdır. Heç bir şey onları çaşdırmamalıdır”.

 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Qeyd edək ki, 2021-ci ilin aprelin 21-də H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkilib. H.Mirələmov ADNSU-da kafedra müdiri, YAP-ın Xətai rayon təşkilatının sədri vəzifələrindən azad edilib, partiyanın Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.

 

 

Ardını oxu...
“Həmişə deyirdim ki, televiziyalarda bədii şuralar olsun. Bu gün televiziyalarda bədii şuralar da var. Bədii şuradan keçməyən mahnılar efirdə səslənmirdi, indi bədii şuradan keçməsə də efirdə səslənir. Efirdə belə səslənməsə yutubda səslənəcək. Bunun artıq qarşısını almaq müşkül məsələdir. Bütün dünya musiqisi bu səviyyədədir. İnternet, sosial şəbəkələr musiqi səviyyəsinin göstəricisinə çevrilib”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Brilliant Dadaşova deyib. O, daha sonra əlavə edib.

“Cavanşir Quliyev, Eldar Mansurov kimi bəstəkarlar klassik musiqi yazırlar, bu musiqi harada səslənir? Tək efirdə səslənməklə olmur. Onlar yəqin ki, dərsliklərə salınmalıdır.. Mən klassik bəstəkarların əsərlərini çalışıram ki, yaşadım. Öz tələbələrimə də bunu tövsiyyə edirəm” deyə sənətkar bildirib.

“Bir mahnıya və klipə nə qədər pul xərcləyirsiniz?” sualına isə müğənni belə cavab verib.

“Bir mahnıya 2-3 min pulumuz gedir. Təbii ki, klip çəkmiriksə. Klip çəkəndə 10-15 min gedir. İki klip çəkirsən 30 min edir” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, böyük musiqi layihələrinin rəhbərləri təcrübəsizdir.

“Bu gün böyük musiqi layihələri uşaqlara verilir, onları çox gənc insanlar təşkil edir. Ciddi musiqi uşaq-muşağın əlində qalıb. O gəncdə necə təcrübə ola bilər? Sonra bu kimi halların qarşısını almaq çox çətin olacaq. Mən bunlarla tək mübarizə apara bilmərəm. Mən səlahiyyət sahibi də deyiləm, sadəcə xalqın sevdiyi, dinlədiyi bir insanam” deyə o bildirib.

Ardını oxu...
 
 

 
“Sənətdən sui-istifadə etmək olmaz. Sənəti olan qalmaqala da qaçmaz. Bu da bir müqəddəs sənətdir. Biz bu peşə ilə kimliyimizi ortaya çıxarırıq, tanınırıq, çörək qazanırıq. Ona görə bir az ehtiyyatlı davranmaq, sənəti qorumaq lazımdır. İndi artıq qalmaqal insanlara o qədər də maraqlı deyil. İnsanlar hamını görüb, hər kəsi tanıyırlar ki, filankəs necədir? Ola bilər ki, kimlərsə qalmaqal edib gündəmə gəlir, amma bu tamaşaçılara maraqlı deyil”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı deyib. O daha sonra əlavə edib.

“Mən ya göründüyüm kimi olmalıyam, ya da olduğum kimi görünməliyəm. Tamaşaçılar məni belə tanıyıb, başqa bir obraza girəndə deyirlər ki, “sən elə özün idin də, niyə belə etdin?”. Səhnədə obraz oynaya bilərəm, amma xarakterimi içəridən dəyişdirə bilmərəm” deyə aşıq deyib.

Telli Borçalı inanclardan da danışıb.

“İnanclara bir o qədər də inanmıram. Bir Allaha inanıram, çünki alnıma yazını o yazıb. Demək ki, mən o günü yaşamalıyam, bu mənim həyatımda olmalıdır. Nə vaxt dünyadan köçəcəyimizi yalnız o bilir” deyə o bildirib.

Aşıq geyim seçimlərindən də danışıb.

“Bəzən mağazada gördüyüm geyim mənə balaca olur. Amma onu bəyənmişəm axı. Deyirəm ki, bu paltarı bir az genişləndirmək olar?! Paltar alanda, geyim seçəndə bəzən açıq-saçıq olur. Satıcı deyir ki, Telli xanım, belə geyinə bilərsiz. Deyirəm ki, mən aşığam, açıq-saçıq geyinə bilmərəm, heç mənə yaraşmaz da. Hərənin öz zövqü, seçimi var. Müğənnilər var ki, geyinir, onlara yaraşır da. Mənə açıq-saçıq geyimlər yaraşmır” deyə aşıq bildirib.

Telli Borçalı bildirib ki, əsl aşıq bir neçə dastan bilməlidir.

“Aşıq sinəsində saz gəzdirirsə mütləq söz deməlidir. Əsl aşıq saz çalıb, dastan deməli, bir sözlə baqajı olmalıdır. İndiki zəmanədə gənclərimiz bir o qədər də dastanlar bilmir. Amma öyrənmək lazımdır, öyrənirlər də. Bəzən ola bilər ki, hansısa toya gedəsən, səndən elə mahnı istəyərlər ki, onu ifa edə bilməyəsən. Ona görə də mütləq ustad yanına gedib, bir çox şeyləri ondan öyrənmək lazımdır” deyə o bildirib.

 

XalqXeber.Az
Ardını oxu...
Rusiyalı müğənni Yuliya Saviçeva konsert zamanı gitaraçının başını ayaqqabısı ilə yaralayıb.

Sənətçinin havaya atdığı ayaqqabısı musiqiçinin alnına tuş gəlib.

İnsidnet nəticəsində növbəti üç mahnı ərzində onun alnından qan axıb.

Saviçevanın özü musiqiçinin ifa zamanı xəsarət aldığını anlamayıb.

Mənbə: lenta.ru
 

Ardını oxu...
Xalq artisti Könül Xasıyeva sənət dostlarına yardım üçün müraciət etdiyi paylaşımını şəxsi İnstaqram hesabından silib.

DİA.AZ xəbər verir ki, onların sırasında olan müğənni Nadir Qafarzadə Teleqraf.com-a açıqlamasında Könül Xasıyevaya kömək etməməsinin səbəbini açıqlayıb: "Allah Könül Xasıyevaya şəfa versin. İndi hər kəs güc-bəla ilə dolanır, əvvəlki qazancımız da yoxdur. Yaxın günlərdə bacım rəhmətə getdi, yas mərasimindən çıxan adamam. Bacım çox kasıb idi, övladları, nəvələri işləmirlər. Hər şey mənim üzərinə düşür, 40 mərasimini verməliyəm, məzar daşını düzəltdirməliyəm. İmkanım çox yoxdur, artıq əvvəlki vəziyyət deyil. Hər şey bahalaşıb. Kömək edə biləcəyim doğmalarım var ki, onlar məndən dəstək gözləyirlər. Ona görə də imkanı olanlar, biznesmenlər sənətkarımıza kömək etməlidirlər. Allah kömək olsun, sağlamlığına qovuşsun. Biz ancaq dua edə bilərik".

Könül Xasıyevanın heç bir həmkarının kömək etmədiyinə dair açıqlamasına Nadir Qafarzadə belə reaksiya verib: "Heç kim düşünməsin ki, müğənninin qazancı çoxdur. Hər kəsin öz problemi var. Bəlkə də müğənni, ifaçı tamaşaçıya pozitiv ötürdüyünə görə xoşbəxt görünür. Amma onun öz problemi, qayğıları var. Müğənni problemini demirsə, bu demək deyil ki, onun dərdi yoxdur. Hər halda kimin kömək etməyə pulu varsa, o, edəcək, ad çəsək də, çəkməsək də. Dövlətimiz hər zaman sənət adamlarına qayğı göstərib, həmçinin də Könül xanıma. Əgər yenidən ehtiyac olarsa, dövlətimiz xalq artistimizə dəstək olar".

Qeyd edək ki, Könül Xasıyevanın boğazında bədxassəli şiş var. Onun müalicəsi üçün 254 min manat lazımdır. Xalq artisti sosial şəbəkədə həmkarı xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, əməkdar artist Elton Hüseynəliyev, müğənnilər Nadir Qafarzadə, Namiq Qaraçuxurlu, Roza Zərgərli, Rüfət Axundov, Rəqsanə İsmayılova və bir çox məşhurların adını işarələyərək onun bank hesabına pul köçürməklərini xahiş etmişdi.
Ardını oxu...
 
 

 
Xalq artisti Nazpəri Dostəliyeva uzun fasilədən sonra yenidən toy məclislərinə qatılıb.

 

Oğlu Əlini itirdikdən sonra müğənni heç bir tədbir və el şənliyinə qatılmırdı.

Dostəliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşımlar edib. O, "Hər zaman xalqımızın gözəl günlərində görüşək" qısa şərhini yazıb.

Qeyd edək ki, Nazpərinin oğlu 2021-ci ilin martında ürək çatışmazlığından vəfat edib.Axşam.az
Ardını oxu...

 

XalqXeber.Az
Ardını oxu...
“Elə adama fəxri ad veriblər ki... Məsələn, Aygün Kazımovaya. Deyir ki Prezidentin verdiyi evi qarderob etmişəm. Aygün Kazımova, bu cür hərəkət etmək olar? Deməkdən ki, Prezidentin verdiyi evi tarixi muzey edirəm, nəyi də satsam da o evi satmaram, deyir, qarderob etmişəm. Şəxsən mən olsaydım, Aygünün evini əlindən alıb ya şəhid ailəsinə, ya da qaziyə verərdim, deyərdim ki, sənə düşmür o ev. Eləcə də fəxri adı da ondan alardım”.

DİA.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov Musavat.com-a açıqlamasında deyib. Əməkdar artist uzun illərdir ki, Xalq artisti fəxri adını ala bilməməsindən şikayətlənib:

“Firuzə İbadova və mən 50 ildir ki, səhnədəyik, lakin nə fəxri ad, nə ev, nə də təqaüd ala bilirik. Mənim indi 70 yaşım var, bəs nə vaxt fəxri ad verəcəklər? Axı mən də xidmət etmişəm. Bəyəm toya getmək xidmət etmək demək deyil? Toya özün getmirsən ki, səni dəvət edirlər. Yaxşı sənətçi olmasan, səni kim toya dəvət edər? Elə adam da var ki, 2-3 dəfə ev alıb. Bəs onda Firuzə İbadovaya, Cavanşir Məmmədova niyə ev verilməməlidir? 17 il adam Əməkdar artist kimi qala bilər?”

Cavanşir Məmmədova dolanışığından da gileylənib:

“Əməkdar artist kimi ayda 100 manat pul alıram. Üstəlik toylar da yoxdur. Bəs mən nə ilə dolanım?”
 
Ardını oxu...
Son illər boşanmaların sayı kifayət qədər artıb və artmaqda da davam edir. Bəzən gənc ailələrin dağılmasında şou-biznes əhli günahkar kimi göstərilir.

Bəs görəsən, sənətçilər özlərini həqiqətənmi ailə yıxan, gənclərə pis örnək kimi görürlər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aşıq Zülfiyyə İbadova bu yanaşmanı doğru hesab etməyib:

“Niyə boşanmalarda sənətçiləri günahlandırılır? Sənətçilər bunumu təbliğ edir? Hər peşənin pisi də, yaxşısı da var. Digər peşələrdə o qədər pis insanlar var ki, sadəcə onlar efirdə, sosial şəbəkələrdə göstərilmir. İncəsənət sahəsi elə bir sahədir ki, onun nümayəndələri adicə asqıranda da söz-söhbətə səbəb olur”.

Sənətçi boşanmaların artmasına səbəbin bir çox hallarda maddi problemlər olduğunu deyib:

“O ki, qaldı boşanmaların səbəbinə, düşünürəm ki, ailələrin dağılması 99 faiz maddi imkanın olmamasından qaynaqlanır. Çünki indiki dövrdə camaat çox pis vəziyyətdədir. Mən özüm elə ailələr tanıyıram ki, onların evi aylarla ət üzü görmür. Bir tərəfim rayondandır, rayona bağlı adamam, hər gedəndə bunun özüm şahidi oluram. Hər rayona gedəndə ürəyim dərd bağlayır. Baxıram ki, hamı kreditin içində batır. Ətrafımda 10 nəfər varsa, söhbət edəndə məlum olur ki, 9-nun banka borcu var. Bu kimi hallar ailələrə də təsirsiz ötüşmür, maddi problemlər ailədə aqressiyaya səbəb olur. İstər-istəməz bu cütlüklərə təsir edir, problemlər çox olanda qarşı tərəf sənə “can” deyəndə də onu “çor” kimi eşidirsən. Bunu qəbul etmək istəmirsən”.

Aşıq insanların son vaxtlar aqressiv olduğunu, bunun da maddiyyatla əlaqəli olduğunu qeyd edib:

“Son vaxtlar insanlar çox aqressiv olublar. Adicə bir misal çəkəcəyəm, bir müddət əvvəl verilişlərin birində qonaq idim. Ad çəkmək istəmirəm, aparıcı xanım dedi ki, vallah, artıq nə edim bilmirəm, gülürəm, deyirlər ki, ay arsız, nəyə gülürsən, ağlayıram, deyirlər ki, özünü nə artistliyə qoymusan?! Bilmirəm, camaat məndən nə istəyir. Ona dedim ki, bu saat camaat özü də nə istəyir bilmir, maddi, mənəvi o qədər problemləri var ki, hər xırda şey onların aqressiyasına səbəb olur.

Verilişlərin birində məndən xahiş etdilər ki, nəvəmi də gətirim. Verilişdə sponsorlardan biri nəvəmə çanta, qələm-filan hədiyyə etdi. Bu sosial şəbəkədə paylaşıldı, rəylərdə xoş sözlər yazanlar çoxluq təşkil etsə də, bəziləri yazmışdı ki, nə olardı o hədiyyəni şəhid ailələrinə edərdilər. Birincisi, nə bilirsən ki, o şirkət bunu şəhid, qazı ailələrinə etmir? İkincisi, bu hədiyyənin mahiyyəti nədir ki, onu da söz edirsiniz? Baxın, camaat adi mövzularda da kin qusur, adi şeylərdə belə mütləq bir söz tapır. Nə etsən də söz-söhbət yaradırlar. Bunun da səbəbi məhz maddi problemlərdir” .
Ardını oxu...
Xalq artisti Röya Ayxan aylıq xərcindən danışıb.

Axşam.az xəbər verir ki, bu haqda müğənni "Fəlidən doğru xəbər" proqramında danışıb.

Röya proqramın aparıcısı Elşən Orucovun "Aylıq xərcin nə qədərdir? 20-30 min var" sualına "30 min var. Aylıq xərcim çoxdur" cavabını verib.
Ardını oxu...
Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Astar” verilişində uzun illərdir küsülü olduğu Xalq artisti Faiq Ağayevdən danışıb.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, verilişin aparıcısı Ülvira Qarayeva ad çəkmədən onlar arasında bu qalmaqalın nə vaxtsa bitib-bitməyəcəyi ilə bağlı sual ünvanlayıb.

Dadaşovanın cavabı isə son dərəcə sərt olub: “Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim”.

Dünyapress TV

Xəbər lenti