“Vado Korovinə verilişimin halallığını vermirəm, mənə böyük haqsızlıq etdilər”
“İki ildir ki, “Speys” televiziyasında çalışıram. 1 ildir ki, tam ştatdayam. Müşfiq Hətəmovun vaxtından “Speys maqazin” verilişinin aparıcısı olmuşam. Bildiyiniz kimi sonradan telekanala Vado Korovin rəhbərlik etməyə başladı. Bu vaxtı da verilişim davam edirdi. Həm layihə rəhbəri idim, həm də aparıcı. Komandamız o qədər də böyük deyildi, 3 nəfərdən ibarət idik. Amma maqazin verilişini elə səviyyəli və gözəl şəkildə təqdim edirdik ki. Bir mən, bir redaktor, bir də müxbir vasitəsilə... Veriliş həftədə bir dəfə, hər şənbə günü 22:00-da efirə gedirdi. Reytinqi də çox gözəl idi. Yeni komanda gələn kimi bir neçə aparıcını kanaldan uzaqlaşdırsalar da, mənə dəyib toxunan olmadı. Mənə etimad göstərdilər, mən də onlara etimad göstərdim. Buna görə dəfələrlə rəhbərliyə təşəkkürümü də bildirmişəm. Bir gün gördüm ki, verilişimin vaxtını dəyişdiriblər. Artıq yeni rəhbərliyin mənimlə müharibəsi başladı”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Aytən Leylaqızı deyib. O bildirib ki, yeni rəhbərlik verilişin vaxtını hər dəfə dəyişdirib, tamaşaçıları televiziyadan uzaq salırdı.

“Verilişim hər şənbə saat 22:00-da efirə gedirdi. Gah atdılar saat 21-00-a, gah atdılar bazar gününə. Elə vaxtlara salırdılar ki.. Verilişin bir vaxtı olmalıdır ki, izləyicilər oturub həmin verilişi, aparıcını gözləsinlər. Öz vaxtımda, yəni saat 22:00-da mən 4-5 reytinq verirdim. Tamaşaçı əgər verilişin vaxtına görə çaş-baş qalıbsa burada hansı reytinqdən danışmaq olar?! Bunu məqsədli şəkildə edirdilər ki, veriliş reytinq verməsin və məni bu səbəblə asanlıqla işdən çıxarsınlar. Yenə də heç nə demədim, sakitcə dayandım. Amma incikliyimi bildirdim və söylədim ki, verilişin vaxtını dəyişmək düzgün deyil. Onlar məni verilişlərə çıxarır, hər şey çox gözəl şəkildə davam edirdi. Vaxt gəlib çatdı mənim məzuniyyətimə. Avqustun 1-dən 14-nə qədər mənim məzuniyyət vaxtım idi. Orada bir baş redaktor var, adı Elnurədir. Ondan soruşdum ki, məzuniyyətə gedib qayıdandan sonra mən nə edəcəyəm?! Nə vaxt başlayırıq? Necə edirik?! Mənə dedi ki, bu haqda sizə bir söz deyə bilmərəm, gedin Vado müəllimin qəbuluna. Vado Korovin mənə dedi ki, Aytən xanım, veriliş reytinq vermir. Ona dedim ki, sonuncu verilişimdə 1.7 reytinq vermişəm. Ona verilişin vaxtının dəyişdirilməsi ilə bağlı haqlı iradlarımı da bildirdim. Bunun özümə qarşı haqsız və hörmətsiz hərəkət olduğunu dedim. İstehza ilə gülərək dedi ki, ola bilər ki, bir dəfə reytinq verəsiz. Son sözü bu oldu ki, veriliş bağlanır və sən də “Speys” tv ilə sağollaşırsan. Mənim üsyanım odur ki, səbəb gətirsinlər ki, mən niyə görə “Speys” dən uzaqlaşdırıldım?! Buna səbəb gətirsinlər! Bu reytinq söhbəti də deyil. Elə də böyük bir məvacib almıram. Ay Vado Korovin, sən ora öz komandanla gəlmisən, qızını, yeznəni, digər qohumlarını ora gətirmisən. Onlara yüksək maaş verirsən və çox az məvacib verən işçini televiziyadan uzaqlaşdırırsan?! Özü də səbəbsiz yerə! “Speys maqazin” davam edir. Əgər veriliş bağlansaydı deyərdim ki, ixtisara düşdüm, normal hal kimi qəbul edərdim. 13 ildir ki, televiziyadayam, bütün bu nömrələri çox gözəl bilirəm. Veriliş aparıcısız davam edir. Ehtimal var ki, özü ilə “Atv”-dən “Speys”-ə gətirdiyi aparıcı Raksana İmiri “Speys səhər” verilişindən çıxarıb, mənim reytinq verən verilişimə aparıcı qoyacaq. Bir sözlə “Speys” kanalında at oynadırlar. Vado Korovinə min bir əziyyətlə ərsəyə gətirdiyim verilişimin halallığını vermirəm! Bəs mənim əziyyətim, yuxusuz gecələrim, həyəcanlarım?! Heçmi vicdanınız sızlamadı?! Heçmi haqsızlıq etdiyiniz üçün narahat olmadınız?! Sizin vasitənizlə “Speys” kanalının sahibi, ulu öndərimiz Heydər Əliyevin qızı, çox hörmətli Sevil xanım Əliyevaya səslənirəm ki, bu haqsızlığı görsün. Məni və bir çox insanları xilas etsin! Mən “Speys maqazin” verilişinə görə 8 nüfuzlu mükafat almışam” deyə aparıcı bildirib.

Tanınmış aparıcı “Speys” kanalının həyətinə çəkdiyi xərclərdən də danışıb.

“Bir gün rəhbərlik məndən xahiş etdi ki, Aytən xanım, sizin dostunuz var, olarmı ki, “Speys”-in həyətini düzətdirəsiz?! “Speys” tv-nin həyətinə 6 min manat civarında vəsait qoydurdum. 300 dənə gül göndərtdirdim. İşıqlandırma işlərini gördülər. Bisetkalar, oturacaqlar gətirdilər. “Speys”-in həyətində bir işıq yox idi, oranı mən işıqlandırdım. Vado müəllim də mənə buna görə təşəkkürünü bildirmişdi. Mən heç vaxt etdiyimi deyən biri deyiləm. Bütün bunları deməyə məni məcbur etdilər” deyə o bildirib.

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Türk müğənnisi bilirik, əslində ermənidirlər — VİDEO
19 Aprel 2025  "Toyda iki mahnı oxudu, 10 min dollar verdilər"
18 Aprel 2025 "Həkimim dedi ki, yaşamaq istəyirsənsə…" - Əməkdar artist
18 Aprel 2025 “Özümü təhqir olunmuş kimi hiss edirəm”
18 Aprel 2025 Nəfəs kirayədə qalırmış - VİDEO
18 Aprel 2025 Sevgilisindən ayrılan kimi tətilə çıxdı - FOTO
18 Aprel 2025  "Meyxanaçılar və aşıqlar çərçivədən çıxıblar" - ETİRAZ
18 Aprel 2025 Nura Suri-dən tərs "şapalaq": "Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir? "
17 Aprel 2025 “Elə bilirlər, Azərbaycanda pulu küçəyə səpiblər” – VİDEO
16 Aprel 2025 Xuraman içki məclislərinə getdiyini açıqladı
16 Aprel 2025 Nanənin verilişdəki hərəkəti olay oldu: Biədəb yeri göründü - Foto/VİDEO
16 Aprel 2025 Ülviyyədən ŞOK ETİRAF: “Övladımın atası ailəlidir, hamiləlik dövründə...” - VİDEO
16 Aprel 2025 "Siz adama pulsuz heç nə verməzsiniz" - Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ
16 Aprel 2025  “ Həmin o Əlisən ki, mən oxuyanda sən...” - Əməkdar artist GİLEYLƏNDİ
16 Aprel 2025 Əməkdar artist efirdə ÖZÜNDƏN ÇIXDI: - "2 qızını biabır etməyə gəlmisən?"
15 Aprel 2025 “Əlikram mənə 100 min ziyan vurub, halallıq vermirəm!” - VİDEO
14 Aprel 2025 Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər.
13 Aprel 2025 Məşhur reper Kanye Uest mumiyalanacaq?
13 Aprel 2025 "Allah şahiddir ki, ona demişdim, get, həyatını qur"
12 Aprel 2025 Serialdan qovulan aktyorların yerinə onları seçdilər - FOTO

Dünyapress TV

Xəbər lenti