Ardını oxu...
Xalq artisti Könül Xasıyeva sənət dostlarına yardım üçün müraciət etdiyi paylaşımını şəxsi İnstaqram hesabından silib.

DİA.AZ xəbər verir ki, onların sırasında olan müğənni Nadir Qafarzadə Teleqraf.com-a açıqlamasında Könül Xasıyevaya kömək etməməsinin səbəbini açıqlayıb: "Allah Könül Xasıyevaya şəfa versin. İndi hər kəs güc-bəla ilə dolanır, əvvəlki qazancımız da yoxdur. Yaxın günlərdə bacım rəhmətə getdi, yas mərasimindən çıxan adamam. Bacım çox kasıb idi, övladları, nəvələri işləmirlər. Hər şey mənim üzərinə düşür, 40 mərasimini verməliyəm, məzar daşını düzəltdirməliyəm. İmkanım çox yoxdur, artıq əvvəlki vəziyyət deyil. Hər şey bahalaşıb. Kömək edə biləcəyim doğmalarım var ki, onlar məndən dəstək gözləyirlər. Ona görə də imkanı olanlar, biznesmenlər sənətkarımıza kömək etməlidirlər. Allah kömək olsun, sağlamlığına qovuşsun. Biz ancaq dua edə bilərik".

Könül Xasıyevanın heç bir həmkarının kömək etmədiyinə dair açıqlamasına Nadir Qafarzadə belə reaksiya verib: "Heç kim düşünməsin ki, müğənninin qazancı çoxdur. Hər kəsin öz problemi var. Bəlkə də müğənni, ifaçı tamaşaçıya pozitiv ötürdüyünə görə xoşbəxt görünür. Amma onun öz problemi, qayğıları var. Müğənni problemini demirsə, bu demək deyil ki, onun dərdi yoxdur. Hər halda kimin kömək etməyə pulu varsa, o, edəcək, ad çəsək də, çəkməsək də. Dövlətimiz hər zaman sənət adamlarına qayğı göstərib, həmçinin də Könül xanıma. Əgər yenidən ehtiyac olarsa, dövlətimiz xalq artistimizə dəstək olar".

Qeyd edək ki, Könül Xasıyevanın boğazında bədxassəli şiş var. Onun müalicəsi üçün 254 min manat lazımdır. Xalq artisti sosial şəbəkədə həmkarı xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, əməkdar artist Elton Hüseynəliyev, müğənnilər Nadir Qafarzadə, Namiq Qaraçuxurlu, Roza Zərgərli, Rüfət Axundov, Rəqsanə İsmayılova və bir çox məşhurların adını işarələyərək onun bank hesabına pul köçürməklərini xahiş etmişdi.
Ardını oxu...
 
 

 
Xalq artisti Nazpəri Dostəliyeva uzun fasilədən sonra yenidən toy məclislərinə qatılıb.

 

Oğlu Əlini itirdikdən sonra müğənni heç bir tədbir və el şənliyinə qatılmırdı.

Dostəliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşımlar edib. O, "Hər zaman xalqımızın gözəl günlərində görüşək" qısa şərhini yazıb.

Qeyd edək ki, Nazpərinin oğlu 2021-ci ilin martında ürək çatışmazlığından vəfat edib.Axşam.az
Ardını oxu...

 

XalqXeber.Az
Ardını oxu...
“Elə adama fəxri ad veriblər ki... Məsələn, Aygün Kazımovaya. Deyir ki Prezidentin verdiyi evi qarderob etmişəm. Aygün Kazımova, bu cür hərəkət etmək olar? Deməkdən ki, Prezidentin verdiyi evi tarixi muzey edirəm, nəyi də satsam da o evi satmaram, deyir, qarderob etmişəm. Şəxsən mən olsaydım, Aygünün evini əlindən alıb ya şəhid ailəsinə, ya da qaziyə verərdim, deyərdim ki, sənə düşmür o ev. Eləcə də fəxri adı da ondan alardım”.

DİA.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov Musavat.com-a açıqlamasında deyib. Əməkdar artist uzun illərdir ki, Xalq artisti fəxri adını ala bilməməsindən şikayətlənib:

“Firuzə İbadova və mən 50 ildir ki, səhnədəyik, lakin nə fəxri ad, nə ev, nə də təqaüd ala bilirik. Mənim indi 70 yaşım var, bəs nə vaxt fəxri ad verəcəklər? Axı mən də xidmət etmişəm. Bəyəm toya getmək xidmət etmək demək deyil? Toya özün getmirsən ki, səni dəvət edirlər. Yaxşı sənətçi olmasan, səni kim toya dəvət edər? Elə adam da var ki, 2-3 dəfə ev alıb. Bəs onda Firuzə İbadovaya, Cavanşir Məmmədova niyə ev verilməməlidir? 17 il adam Əməkdar artist kimi qala bilər?”

Cavanşir Məmmədova dolanışığından da gileylənib:

“Əməkdar artist kimi ayda 100 manat pul alıram. Üstəlik toylar da yoxdur. Bəs mən nə ilə dolanım?”
 
Ardını oxu...
Son illər boşanmaların sayı kifayət qədər artıb və artmaqda da davam edir. Bəzən gənc ailələrin dağılmasında şou-biznes əhli günahkar kimi göstərilir.

Bəs görəsən, sənətçilər özlərini həqiqətənmi ailə yıxan, gənclərə pis örnək kimi görürlər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aşıq Zülfiyyə İbadova bu yanaşmanı doğru hesab etməyib:

“Niyə boşanmalarda sənətçiləri günahlandırılır? Sənətçilər bunumu təbliğ edir? Hər peşənin pisi də, yaxşısı da var. Digər peşələrdə o qədər pis insanlar var ki, sadəcə onlar efirdə, sosial şəbəkələrdə göstərilmir. İncəsənət sahəsi elə bir sahədir ki, onun nümayəndələri adicə asqıranda da söz-söhbətə səbəb olur”.

Sənətçi boşanmaların artmasına səbəbin bir çox hallarda maddi problemlər olduğunu deyib:

“O ki, qaldı boşanmaların səbəbinə, düşünürəm ki, ailələrin dağılması 99 faiz maddi imkanın olmamasından qaynaqlanır. Çünki indiki dövrdə camaat çox pis vəziyyətdədir. Mən özüm elə ailələr tanıyıram ki, onların evi aylarla ət üzü görmür. Bir tərəfim rayondandır, rayona bağlı adamam, hər gedəndə bunun özüm şahidi oluram. Hər rayona gedəndə ürəyim dərd bağlayır. Baxıram ki, hamı kreditin içində batır. Ətrafımda 10 nəfər varsa, söhbət edəndə məlum olur ki, 9-nun banka borcu var. Bu kimi hallar ailələrə də təsirsiz ötüşmür, maddi problemlər ailədə aqressiyaya səbəb olur. İstər-istəməz bu cütlüklərə təsir edir, problemlər çox olanda qarşı tərəf sənə “can” deyəndə də onu “çor” kimi eşidirsən. Bunu qəbul etmək istəmirsən”.

Aşıq insanların son vaxtlar aqressiv olduğunu, bunun da maddiyyatla əlaqəli olduğunu qeyd edib:

“Son vaxtlar insanlar çox aqressiv olublar. Adicə bir misal çəkəcəyəm, bir müddət əvvəl verilişlərin birində qonaq idim. Ad çəkmək istəmirəm, aparıcı xanım dedi ki, vallah, artıq nə edim bilmirəm, gülürəm, deyirlər ki, ay arsız, nəyə gülürsən, ağlayıram, deyirlər ki, özünü nə artistliyə qoymusan?! Bilmirəm, camaat məndən nə istəyir. Ona dedim ki, bu saat camaat özü də nə istəyir bilmir, maddi, mənəvi o qədər problemləri var ki, hər xırda şey onların aqressiyasına səbəb olur.

Verilişlərin birində məndən xahiş etdilər ki, nəvəmi də gətirim. Verilişdə sponsorlardan biri nəvəmə çanta, qələm-filan hədiyyə etdi. Bu sosial şəbəkədə paylaşıldı, rəylərdə xoş sözlər yazanlar çoxluq təşkil etsə də, bəziləri yazmışdı ki, nə olardı o hədiyyəni şəhid ailələrinə edərdilər. Birincisi, nə bilirsən ki, o şirkət bunu şəhid, qazı ailələrinə etmir? İkincisi, bu hədiyyənin mahiyyəti nədir ki, onu da söz edirsiniz? Baxın, camaat adi mövzularda da kin qusur, adi şeylərdə belə mütləq bir söz tapır. Nə etsən də söz-söhbət yaradırlar. Bunun da səbəbi məhz maddi problemlərdir” .
Ardını oxu...
Xalq artisti Röya Ayxan aylıq xərcindən danışıb.

Axşam.az xəbər verir ki, bu haqda müğənni "Fəlidən doğru xəbər" proqramında danışıb.

Röya proqramın aparıcısı Elşən Orucovun "Aylıq xərcin nə qədərdir? 20-30 min var" sualına "30 min var. Aylıq xərcim çoxdur" cavabını verib.
Ardını oxu...
Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Astar” verilişində uzun illərdir küsülü olduğu Xalq artisti Faiq Ağayevdən danışıb.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, verilişin aparıcısı Ülvira Qarayeva ad çəkmədən onlar arasında bu qalmaqalın nə vaxtsa bitib-bitməyəcəyi ilə bağlı sual ünvanlayıb.

Dadaşovanın cavabı isə son dərəcə sərt olub: “Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim”.

Ardını oxu...


Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada doğulmuş, lakin Rusiyada işləyən müğənnilər Taisiya Povaliy, Ani Lorak və Anna Sedokova, həmçinin teleaparıcı Regina Todorenkoya qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Müvafiq sənəd dövlət başçısının saytında dərc olunub.

Qeyd olunur ki, sanksiyalar beş il müddətinə tətbiq edilib və aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, ticarətə qadağa və kapitalın Ukraynadan çıxarılması, Ukraynada özəlləşdirmə və icarə işlərində, torpaq alınmasında iştirak qadağası daxil olmaqla, 15 məhdudiyyət bəndini əhatə edir.

Bundan başqa, adları çəkilən şou-biznes nümayəndələri Ukrayna dövlət mükafatlarından da məhrum ediləcəklər.
Ardını oxu...
"Qızım Günelə evlilik təklifi anidən oldu. Onlar bir-birini uzun zamandır sevirlər. Yaxında elçilik, nişan və toy olacaq. Bu iki-üç ay ərzində hamısı baş tutacaq".

Teref.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.
19 yaşlı qızı Günelə evlilik təklifindən söz açan sənətçi, cütlüyün ailə qurduqdan sonra ABŞ-a köçəcəyini bildirib:

Qeyd edək ki, Ş. Tovuzlunun qızı Günel ilk evliliyindəndir. Müğənninin iş adamı "Həci" ilə nikahından isə Əli adlı oğlu var.

 
Ardını oxu...

İmam Hatip tərəfdarlarının ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün 3 ilə qədər həbs cəzası alan Gülşənin məhkəməsi sabah İstanbul 11-ci Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, məşhur müğənni aprelin 30-da İstanbul Ataşehirdə verdiyi konsertdə "Daha əvvəl İmam Hatipdə oxumuşdu, azğınlığı oradan gəlir" kimi ifadələr işlədib. Gülşənin bu sözlərindən sonra İstanbul Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb və o, istintaq çərçivəsində əvvəlcə tutularaq həbsxanaya göndərilib. Daha sonra isə "iqamətgahı tərk etməmək" şərti ilə sərbəst buraxılıb.

 

 
Ardını oxu...
40 yaşlı müğənni Britni Spirs 13 il himayəsində olduğu Ceymi Spirsin atasına qarşı yenidən ittihamlar səsləndirib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" ulduzun sosial şəbəkələrinə istinadən xəbər verir.

İfaçı bildirib ki, tam sağlam olmasına baxmayaraq, valideyni onu məcburi müalicəyə məcbur edib.

"Mənim üçün bütün bunların mənası yox idi - təcrid, tibb bacıları, qan boruları, daimi ünsiyyət. Bütün bunlar doğru deyildi - mən yaxşı idim", - deyə sənətçi yazıb.

Müğənni qəyyumluğunun 13 ilini "gizli və manipulyasiya zorakılığı" adlandırıb, həmçinin Ceymi Spirsi qətlə cəhddə ittiham edib: "Və nəticə: ən çətini onların (Spirsin valideynləri) qəddar olduğunu dərk etməkdir. Atamın məni öldürməyə çalışdığını hiss etdim. Ümid edirəm ki, cəhənnəmdə yanacaq".
 

Dünyapress TV

Xəbər lenti