Bu yaxınlarda "Çirkin" albomunu təqdim edən reper Paster (Pərviz Quluzadə) Bakını "silkələməyə" hazırlaşır.
Publika.az xəbər verir ki, Paster Bakıda yenidən böyük konsert proqramı ilə çıxış edəcək. "Bakı tərpən" adlı konsert proqramı Elektra Events Hallda sentyabrın 9-da baş tutacaq. Konsertdə Paster köhnə və "Çirkin" albomundakı trekləri ilə yanaşı yeni mahnılarını da təqdim etməyi planlaşdırır.
Bu barədə reper sosial mediada məlumat yayıb. Məşqlərin artıq başladığını deyən məşhur "Bakı tərpən, bu dəfə cəhənnəm qapılarına toxunaq" sözlərini qeyd edib.
Reperin konserti üçün hazırlanmış maraqlı poster də diqqət çəkib. Təbiət qoynunda çəkilən fotoda "Mən dağlarla danışıram" sözləri qeyd olunub.
Xatırladaq ki, reperin 1 iyul Elektra Events Hall səhnəsində baş tutan konsertdə inanılmaz bir izdiham yaşanmışdı. O, həm səhnə səhnə obrazları, həm də ifaları ilə böyük səs-küy yaratmışdı.