Aktrisa Oksana Rəsulova əri Şəhriyar Əbilovdan ayrıldığını açıqlayıb.Bizim media xəbər verir ki, bir il əvvəl kəbinini pozan Oksana sosial şəbəkə hesabında paylaşdığı qəmgin statusları ilə diqqətləri üzərinə cəmləyib.
"Özünüzü pis hiss etdiyiniz zaman sadəcə boğulmadığınızı təsəvvür edin. Xilas olunmağınızı gözləməyəcəksiniz, elə deyilmi? İndi dəstəyi gözləməyin. Özünüzü qoruyun. Heç kim sizi xilas etməyəcək. Sevdiklərinizdən alınan zərbə başqasınınkındən yüz qat daha ağrılıdır", - deyə O.Rəsulova yazıb.
Qeyd edək ki, O.Rəsulova ilə Ş.Əbilov ötən il verilişlərin birində evli olduqlarını açıqlamışdılar. Cütlüyün dörd yaşlı Osman adlı oğlan övladı var.
Oksana Rəsulova illər əvvəl repçi Elşad Xose ilə də evli olmuşdu. Daha sonra cütlük qalmaqallı şəkildə boşanmışdılar.