“Marvel” Kainatında “Tor” rolu ilə məşhurlaşan avstraliyalı aktyor Kris Hemsvort 39 yaşını qeyd edib. Ulduzun həyat yoldaşı Elza Pataki onu qeyri-adi şəkildə təbrik edib və sosial şəbəkə hesabından məzəli fotolarını paylaşıb.
Yayımlanan kadrlardan birində aktyor hamamda başında tutuquşu ilə, ikincidə - uşaqlarının əhatəsində, üçüncüdə - həyat yoldaşı ilə birlikdə “Tor: Məhəbbət və İldırım” (“Thor: Love and Thunder”) filminin çəkiliş meydançasında əks olunub.
“Ad günün mübarək, mənim sevimli tutuquşu əhliləşdiricim, uşaq təlimçim və xanımları ram edənim. Edə bilməyəcəyin heç nə yoxdur. Səni Aya qədər və geriyə olan məsafə qədər sevirik”, - deyə ispan aktrisa təbrik edib.
Xatırladaq ki, Elza Pataki və Kris Hemsvort 10 ildən çoxdur ki, birlikdədirlər. Onların İndiya Rouz adlı qızları və Tristan, Saşa adlı əkiz oğulları var. Mənbə: Gazeta.ru
Müğənni Nura Suri Dənizkənarı Milli Park ərazisində skuter icarəyə verən şirkətdən şikayətlənib.
Bizim.Media xəbər verir ki, sənətçi nəqliyyat vasitəni icarəyə verən şəxslərlə etiraz dolu söhbətinin görüntülərini çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Nura skuterlərin enerjisinin dolu olanını deyil, məhz az olanını sakinlərə təklif etdiyini iddia edərək, etiraz səsini ucaldıb.
““WingZ” şirkətinin işçiləri belə işləyirlər. Yəqin ki, rəhbərliyin xəbəri var. Bu qədər pul qazanırlar, bu qədər də hörmətsiz yanaşırlar. Hər gün də olmasa, günaşırı David (ən kiçik oğlu – red.) bulvarda skuter götürüb sürür. Bir neçə dəfə bu halla rastlaşmışıq deyə, paylaşmaq qərarına gəldim” – deyə, N.Suri bildirib.
Xalq artisti Aygün Kazımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
KONKRET.az xəbər verir ki, sənətçi “Instagram” hesabında arxiv görüntülərini paylaşıb.
Video 21 il əvvəl – 2001-ci ildə lentə alınıb. Görüntülərdə Kazımovanın “Ulduzlar bağı” adlı verilişdə sevilən ifalarından birini səsləndirməsi əks olunub.
Sənətçinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanaraq müzakirə olunub.
İzləyicilərin bir qismi Xalq artistini tərif yağışına tutub. Sənətçinin qızılı rəngli parlaq libası da diqqətlərdən yayınmayıb. İstifadəçilərin bəziləri Aygünün geyimini məşhur ulduz Beyonsun libası ilə müqayisə ediblər.
Onlar “Beyonsun indi geyindiyini Aygün 30 il əvvəl geyinib” deyərək Kazımovanın hər zaman zövqlü tərzi ilə seçildiyini vurğulayıblar.
İfaçının müzakirələrə səbəb olan həmin görüntülərini təqdim edirik:
Uzun müddətdir Xalq artisti Flora Kərimova ilə məhkəməlik olan müğənni Afət Fərmanqızından xəbər var.
Yenisabah.az xəbər verir ki, müğənni bu dəfə ad çəkmədən həmkarına söz atıb.
Sosial şəbəkə hesabında görüntülərini paylaşan ifaçı hovuz kənarında uzanaraq “Özünə bax, mənə bax, qəlbini yandırıb yax, görmürsənmi, ay axmaq, mənim vecimə deyil”, – deyə mahnı ifa edib.
O görüntülərə “Ay nənə, 60 yaşlı əyriayaq, atası falçı olan, dincəl!” – şərhini yazıb.
İfaçı ad çəkməsə də, sosial şəbəkə istifadəçiləri onun bu sözləri həmkarı Nazənin Salayevaya ünvanladığını yazıblar.
Aparıcı Mətanət Əliverdiyeva “Xəzər TV”də yayımlanan “Gəzək, bişirək” verilişindən ayrılıb.
Onu rəqqasə Fatimə Fətəliyeva əvəzləyəcək.
Bu haqda M.Əliverdiyeva Axşam.az-a açıqlamasında danışıb:
“Bu, prodakşn verilişi idi. Başqa işlərim olduğu üçün layihədən ayrıldım. Həm də düşünürəm ki, bütün rayonlarımızı, kəndlərimizi gəzdim, məncə artıq yetər. Fatiməyə də uğurlar arzulayıram”.
Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalından ayrıldıqdan sonra “Space”də işə başlamışdı. Orada cəmi bir ay çalışan aparıcı sonradan MTV-nin efirində yayımlanan “6/8 axşam şousu” adlı verilişə aparıcılıq edirdi.
Məşhur aktrisa Merve Boluğur keçmiş həyat yoldaşı Murat Dalkılıçın “Merve istəsə ayrılığımızın səbəbini açıqlayar” sözlərinə reaksiya verib. Türkiyə mediası xəbər verir ki, Merve Murata "Bu çıxardığın neçənci şoudur?" deyərək cavab verib. Ardınca isə sosial media hesabında sevgilisi ilə fotosunu paylaşan Boluğur "Həyat yoldaşım" yazıb.
Türkiyəli aktrisa Şafak Pekdemirin yeni layihəsi bəlli olub. Aktrisa "Senden daha güzel" serialında rol alacaq. O, 10-cu bölümdən etibarən izləyicilərin qarşısına çıxacaq. Şafak layihədə "Sevda" obrazına həyat verəcək. Qeyd edək ki, Şafak son olaraq "Yasak elma", "Yalancılar ve mumları" kimi ekran işlərində rol alıb.
“Müğənnilik xərcləri çox olan sənətdir. Sənətdə ilk addımlayanda bu xərclər daha çox olur. Allah mənə güc verib, onların öhdəsindən gəlmişəm. Mənim heç kimə ehtiyacım olmayıb ki, kimsə mənə nəsə alsın. Mən belə olmuşam. Nə var min şükür. Allah mənə hər şeyi nəsib edib. 15 yaşımdan toylara getmişəm, heç bilməmişəm illəri necə gəlib keçib”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra ailə həyatı ilə bağlı sualı cavablayıb.
“Mənə çox sual verirlər ki, “Niyə ailə həyatı qurmursuz?”. Ailəni bir dəfə qurarlar. Bir dəfə gətirdi, gətirdi, gətirmədisə o da Allahın işidir. Allah bu tərəfdən verir, ordan alır. Qismətə, alın yazısına inanıram” deyə sənətçi bildirib.
Mənzurə Musayeva həmçinin plastik əməliyyatlara da münasibət bildirib.
“Bəzən instaqramda yazırlar ki, üzünüzdə əməliyyat etdirmisiz? Mən hələ bu yaşıma qədər üzümdə heç bir əməliyyat etdirməmişəm. Kosmetoloq dostlarım var, bəzən çağırırlar, üzümün bəzi nahiyələrində prosedurlar həyata keçirirlər. Üzümdə əməliyyat keçirməkdən qorxuram. Edərəm, edərəm pis günə düşərəm. Bu mənə lazımdır? Mənim sadəcə burnum bir neçə dəfə əməliyyat olunub, əslində burnum böyük deyildi, sadəcə olaraq nəfəs almaqda çətinlik çəkirdim. Mən məcbur olub burun əməliyyatı etdirmişəm. Oxuyuram axı! İndi yaxşı nəfəs ala bilirəm” deyə müğənni bildirib.