"Şikayətim Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda qeyri-rəsmi çalışan rezident Ağa Mirməhəmməd Mirhaşım oğlundandır. 16.12.2022-ci il, 21:30 radələrində yoldaşım Ceyhun Heydərov avtomobil qəzası keçirmiş elə həmin gün Travmatologiya İnstitutuna müraciət etmişdir. İlkin baxış və rentgen müayinələrindən sonra özünü həkim kimi təqdim edən Ağa Mirməhəmməd rentgen nəticələrini düzgün oxuya bilməmiş və yoldaşımı arxayın edərək heç bir sınıq olmadığını, əzilmə və sıyrıq olduğunu demiş, xəstəni evə yola salmışdır". DİA.AZ bildirir ki, bu sözlər şikayətçi Gülyaz Əbilova-Heydərovanın müraciətində yer alıb. Narazı vətəndaş daha sonra bildirir: "Bir neçə gün sonra ayağın göyərdiyini və şişdiyini gördüyümüz üçün yenidən Travmatologiya İnstitutuna müraciət etmişik. Bu dəfə bir digər həkim travmatoloq 16.12.2022-ci ildə çəkilmiş elə həmin rentgen nəticələrinə baxaraq ayağın topuq nahiyəsində sınıq olduğunu aşkar etmiş. Təkrar KT müayinəsi etdirmiş və sınıq olduğunu tam dəqiqliklə təsdiqləmişdir. (Eyni zamanda tam əmin olmaq üçün özəl klinikalardan birinə də müraciət etmişik) Sınıq ilk gün Ağa Mirməhəmməd tərəfindən aşkarlanmadığı və dəqiq diaqnoz qoyulmadığı üçün sınıq yerdəyişmiş və nəticədə yoldaşım Ceyhun Heydərov 30.12.2022-ci ildə əməliyyat keçirmişdir. Əməliyyatdan bir neçə gün sonra Ceyhun Heydərov çox sakit və təmkinli bir şəkildə həmin şəxslə əlaqə saxlayıb, etdiyi səhvin nəticələrini özünə bildirmək istəyərkən şəxs-Ağa Mirməhəmməd Mirhaşım oğlu həkim peşəsinə və insanlığa sığmayan ifadələr işlədərək xəstəni təhqir edir, hədələyir, videodan da gördüyünüz kimi kriminal avtoritet kimi danışır, xəstəni və yaxınlarını "görüş"ə dəvət edir. Zərərçəkmişə "Sənin əməliyyat olunmuş ayağını sındıraram (gerisini ifadə etməyə tərbiyəm yol vermir)" deyir. Ailə böyüklərimiz onunla əlaqə saxlamaq istəyərkən yenə eyni tərzdə hədə-qorxu gəlir, asıb-kəsməklə hədələyir. Qeyd edim ki, yoldaşım Tip 2 Diabet olduğunu üçün əməliyyat və sonrakı proses çox çətin və həyəcanlı keçdi. Əgər həmin gün doğru diaqnoz qoyulsa zərərçəkmiş əməliyyat olunmayacaqdı. Hələ də xəstə sağalmayıb. Bu insan isə etdiyi səhvi etiraf edib üzrxahlıq etməksəndə, küçə ifadələri işlədir. Bu şəxs hal-hazırda International Medical Center klinikasında travmatoloq-ortoped kimi çalışır. Diqqətli olun və tanıyın. Yazdığı tövsiyə vərəqəsində isə nə adını doğru qeyd edib nə də nömrəsi var. Qeyd edim ki, bu haqda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rəhbərliyinə və
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə yazılı şəkildə rəsmi müraciət etsək də hələ heç bir nəticə əldə edə bilməmişik".
İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva arasındakı qalmaqal səngimək bilmir. Olay xəbər verir ki, Hüseyn açıq şəkildə olmasa da, sosial şəbəkədə onun xanımı Aysel İbrahimovanı yarışdan çıxaran aşığa söz atır. Bu dəfə isə Elmira Rəhimovanın “Sən bir nəğmə, mən bir nəğmə” ifasını paylaşaraq “Sən belə ifaları bəyənməzsən, “çuşka”” sözlərini yazıb. Bu sözlərin də hədəfinin Samirə olduğu düşünülüb. Qeyd edək ki, S. Əliyeva ötən həftələrdə münsif olduğu “Səs Azərbaycan: doğma nəğmələr” müsabiqəsində qarşıdurma mərhələsində Aysellə vidalaşıb.
“Sevgi şeirləri deyirəm deyə, bu o demək deyil ki, kiməsə sevgim olmalıdır. Ataya, anaya, vətənə sevgi ola bilər. Mütləq şəkildə bu sevginin ünvanı əks cins olmalı deyil ki! Sevgisiz insan yaşaya bilər?! Şeiri demək üçün onu içimdən keçirməliyəm, yaşamalıyam. Onu boğazdan yuxarı deyə bilmərəm. Şeiri yazanlara deyirəm ki, sən bu hissləri yaşamısan, amma mən də bu şeiri deməklə o hissləri artıq yaşayıram. Şairə Sədaət Buta mənə həyatını danışandan sonra o qədər ağlamışam ki.. O bu hissləri, bu həyatı yaşayıb. Səsləndirdiyim şeirlərin çoxunun müəllifi odur”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı deyib.
“O vaxt toylarımız bir başqa cür keçirdi. Bizim Borçalı məclisləri bir başqa cür idi. Aşıq Kamandar kimi gözəl dastan danışan aşığımız var idi. Dastanı dastan kimi danışmaq lazımdır. Dastanı ən maraqlı yerində yarımçıq saxlayıb, deyirdi ki, sabah danışacam. Toylar 3 gün 3 gecə keçirilirdi. Sabah eyni saatda hamı mağara yığılırdı. İndi nə dastan danışan var, nə də ki, o toylardan qalıb. Bəlkə də informasiya qıtlığı var idi deyə biz oturub onlara qulaq asırdıq, özümüzü o dastanların içində hiss edirdik. Bu gün hər kəs toya öz repertuarı ilə gedir. “Baş sarıtel” gözəl aşıq havasıdır. Bəzən toylarda oxuyuruq. Biri gəlib deyir ki, “xahiş edirəm bir az oynaq hava ifa edin”. Toylarda lirikanı sevmirlər” deyə aşıq bildirib.
Aşıq Telli konsert verməməsinin səbəblərindən də danışıb.
“Mənə çox təklif ediblər. Gərək 2-3 ay sənətinlə məşğul olasan, yeni mahnılar, şeirlər yazdırasan. Buna da bir az vaxt olmur. Çünki toylarımız, efirlərimiz çox olur. Bütün günü qaça-qaçda oluram” deyə aşıq bildirib.
“Necə bir bəylə ailə həyatı qurmaq istərdiniz?” sualına isə Telli Borçalı belə cavab verib.
“Sənətimi də, sazımı da qəbul edən bir şəxslə ailə həyatı quraram. İnsan var ki, deyir ki, evlənəndən sonra saz ifa etmə. İnsan da var ki, imkanlıdır, varı-dövləti var. Amma mən saz ifa etmədən dayana bilmərəm” deyə o bildirib.
Məşhur türkiyəli müğənni Zeynep Bastık ötən ilin sentyabrında “YouTube” kanalına yüklədiyi videoya görə problemlə üzləşib.
Müğənniyə həmin videoya görə yüksək məbləğdə pul cəriməsi təyin olunub.
Klipdə spirtli içkini reklam edən Zeynep Baştık 155 min 712 lirə məbləğində cərimə olunub. Müğənninin 10 milyon baxış sayına çatan klipi isə yayımdan silinib. Zeynep Bastık mövzu ilə bağlı heç bir açıqlama verməyib. Mənbə: Haber Global
“İnstaqramda Allah Puqaçovanı izləyirəm. Bəzən bir-birimizdən xəbərsiz geyimlərimiz eyni olur. Bu məndə təəccüb doğurur. Hətta saç düzümlərimiz də eyni olur. Mənə çox qəribə gəlir ki, bu ona necə gedib çatır?! Özü izləməsə də, fanatı məni izləyir. Bəzən insanların fikirləri, düşüncələri bir-birinə oxşayır. Düşünürəm ki, bundan qaynaqlanır”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib.
“Mahnıları yazıdırıb, ortalığa çıxarmıram. Mənim bədbəxtçiliyim burdadır. Efirlərə də gedirsən, deyirlər ki, şən mahnı oxu. Bəs lirik mahnıları harada oxuyaq? Röya Ayxan “Dərdimdən kim öləcək” mahnımı istəmişdi, dedim ki, qurbandır. Nəinki ona, mahnılarım hamıya qurbandır. “Vurulmuşam” mahnımı hamı istəyir, hamı da oxuyur. Mən paxıl müğənni deyiləm ki, mahnılarımı oxumağa kiməsə icazə verməyim. Əzizləyib saxlayırlar, heç kimi də qoymurlar ki, ifa etsin. Hətta mahnılarına qısqanclıqla yanaşan İlhamə Quliyeva belə mənə mahnılarını oxumağa icazə vermişdi. Nüşabə Ələsgərlinin ad günündə İlhamə xanımın “Neylərsən?”, və “Kaman” mahnısını ard-arda oxudum. Ayağa qalxıb alqışladı və dedi ki, “mən belə ifa eşitməmişəm”.
Əməkdar artist gəlinindən də danışıb.
“Gəlinimlə aramızda dostluq var. Gəlin-qaynana münasibətində deyilik. Nə o məndən, nə də mən ondan pis münasibət görməmişəm. O da bir evin qızıdır, xoşbəxt olmağa gəlib. Vaxt gələcək mənim də övladım gəlin olacaq. Onlar gəncdirlər, səhvləri də olsa başa düşmək olar. Başqa evdən bir başqa evə gəlirlər. O evə öyrəşənə qədər, evin abu-havasını götürənə qədər ona zaman lazım olur. Onlara şərait yaratmaq lazımdır” deyə müğənni bildirib.
Müğənni həmkarlarına çağırış da edib.
“Biz sənət adamları mehriban, dost olmalıyıq. Əvvəl də qalmaqallar, səs-küylü açıqlamalar olub, amma bunların hamısını gizlində ediblər, mətbuata çıxarmayıblar. İndiki kimi efir vasitəsilə bir-birlərinə söz atmayıblar. Bir-birini yıxıb-sürüyürlər, xətrinə dəyirlər, alçaldırlar. Onsuz da səhvsiz insan yoxdur. Bəlkə də gündə səhv edirik. Bunu Allah bilir” deyə müğənni bildirib.
Türkiyəli tanınmış aparıcı Mehmet Ali Erbil 4 ay 15 gün həbs cəzasına məhkum edilib. Bakupost.az xəbər verir ki, buna səbəb onun klipində rol alan Ece Ronay Bilirə təcavüz etməsi iddiasıdır. Hazırda Ərbilin məhkəməsi davam edir. Onun 8 il 10 aya qədər həbs cəzası alması gözlənilir.
Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.
O, müraciətini sosial şəbəkə hesabında paylaşıb.
Müğənni bildirib ki, Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimovla ev mübahisəsi yaşayır:
“Dəfələrlə ona müraciət etdim, amma heç bir nəticə yoxdur. Artıq 7 ildən çoxdur ki, o insan evimi mənimsəyib və geri qaytarmır. V.Eyvazov, xahiş edirəm, bu işdə mənə köməklik göstərəsiniz”.
“Həmin evin satışı qanunauyğun şəkildə notarial qaydada bank-köçürmə yolu ilə həyata keçirilib. Sonradan qarşı tərəf ödənən məbləği qaytarmadan evi geri tələb edib. Mübahisə, tərəflər arasında məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbəni təmin etməyib. Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur”.
Aparıcı Azər Zahidin TikTok-da yayımlanan “Təkərdə” şousu ilə bağlı yeni detallar üzə çıxıb.
Teref.Az xəbər verir ki, bu barədə Tarix Əliyevin yutub layihəsi “Tarix Əliyev ilə səmimi”yə yarışın qalibi Semka ləqəbi ilə tanınan Samir Ramazanov danışıb.
O bildirib ki, qazandığı avtomobil hələ də rəsmi şəkildə onun deyil:
“Maşın hələ mənim adıma keçməyib. Dedilər ki, sənəd veririk, 3 ay maşını satmaq olmaz. Maşın hazırda məndədir. Azər bildirdi ki, birinci yarışa görə hamı deyir ki, niyə sürmürlər və sairə. Yəni satırsansa, elə pulunu versinlər. Bilmirəm, birinci maşın verilib, ya yox. Pis maşın deyil. Azərin heç xəbəri yoxdur. Maşını verən şirkətə getdim. Onlarda da nəsə sistem problemi var, adıma keçirə bilmirlər. Bu gün dayımı göndərmişəm ki, gedib baxsın, bilmirəm, nədir. Azər deyə bilməz ki, maşın adına keçib, çünki onun da xəbəri yoxdur”. Semka T. Əliyevin Azərin yayım zamanı 200 ailəyə kömək edəcəyi sözü ilə bağlı sualına gəlincə bunları söyləyib:
“O, aldadıbsa, cavab verməlidir. Verilişi necə açıbsa, elə də danışmalıdır. Biz uşaqlar evinə getdik, o da yayımın pulundan deyil, sponsorlar apardı. İndi Türkiyədədir bəlkə gəlib edər. Etməsə də, mən danışaram. Ad günümdən sonra Türkiyəyə gedib. Gəlsə, maşın məsələsini də danışaram.
Səfər Eyvazov danışmasa da, mən özüm danışacaqdım. Maşın məsələsini yox, 200 ailəyə kömək etmə vədi ilə bağlı açıqlama verəcəkdim. Çünki bizim də adımız var, demişdi ki, iştirakçılarla gedəcəyik. Onsuz da biz öz aramızda danışmışıq ki, hansı sözünə əməl etməsə, çıxaq açıqlama verək. Azər demişdi ki, 1, 2 və 3-cü yerlərə 600 – 500 min jeton atacam. Mənə 800-900 minə yaxən jeton atdı”. (OLAY)