Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva arasındakı qalmaqal səngimək bilmir. Olay xəbər verir ki, Hüseyn açıq şəkildə olmasa da, sosial şəbəkədə onun xanımı Aysel İbrahimovanı yarışdan çıxaran aşığa söz atır. Bu dəfə isə Elmira Rəhimovanın “Sən bir nəğmə, mən bir nəğmə” ifasını paylaşaraq “Sən belə ifaları bəyənməzsən, “çuşka”” sözlərini yazıb. Bu sözlərin də hədəfinin Samirə olduğu düşünülüb. Qeyd edək ki, S. Əliyeva ötən həftələrdə münsif olduğu “Səs Azərbaycan: doğma nəğmələr” müsabiqəsində qarşıdurma mərhələsində Aysellə vidalaşıb.