Ardını oxu...
Azərbaycan avtomobil idxalını 10 faiz azaldıb. Belə ki, bu ilin yanvar-iyul aylarında ölkəyə 944 milyon ABŞ dolları dəyərində 51 179 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yeddi ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 62,5 faiz artaraq 130 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 12,6 faiz azalaraq 46 017 ədəd təşkil edib.

Bu avtomobillərin 11 276-sı daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 792-si isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Əvvəllər nadir hallarda ölkəyə avtomobil idxalının azalmasını müşahidə edərdik. Maraqlıdır, bu azalmanın səbəbi nədir? Bunu ölkədə avtomobillərə marağın azalması kimi qiymətləndirə bilərikmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İdxal azalsa da, məbləğ artıb

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, idxal sayı azalsa da, idxal məbləğində artım müşahidə edilir: "Biz bunu birinci rübdə də müşahidə etmişik. Ötən illə müqayisədə də avtomobillərin idxalının sayında azalma var idi. Amma bu məbləğə təsir etməmişdi. İdxal azalsa da, məbləğ artmışdı. Altı ayın yekununda da ölkəyə idxal olunan avtomobillərin sayında azalma var, amma məbləğ ötən illə müqayisədə artıb. Bu o deməkdir ki, artıq ölkəyə yararsız, sınıq-salxaq, istismar müddətini başa vuran avtomobillər gətirilmir. Bu, avtomobil parkımızın yenilənməsi istiqamətində atılan addımdır. Ümid edirəm ki, ölkəyə bundan sonra ikinci əl olsa belə, sağlam avtomobillər gətiriləcək".

Ölkəyə gələn avtomobillər 8-10 min manatlıq idisə...

Azalan idxalla, artan məbləğin səbəblərinə gəldikdə, mütəxəssis vurğulayır ki, ölkəyə yeni avtomobillər gətirildiyi üçün onların qiymətləri digərlərindən fərqlənir: "Yaşı 10 ildən yuxarı avtomobillərin ölkəyə buraxılmaması, taksi fəaliyyətində də bu kimi avtomobillərə maraq olmaması, köhnə avtomobillərin idxalının qarşısını alır. Yeni avtomobillərin də qiymətləri digərləri ilə müqayisədə sözsüz ki, fərqlənir. Əvvəllər ölkəyə gələn avtomobillər 8-10 min manatlıq idisə, yeni buraxılış ili olan avtomobillər təbii olaraq, bu qiymətlərdən bahadır".

Avtomobil həvəskarlarının sayı artıb?

Maraqlıdır, köhnə avtomobillərin buraxılmaması ölkədə avtomobil həvəskarlarının sayını azaldıbmı? Sualımızı cavablandıran direktorun sözlərinə görə, maraq nəinki azalıb, əksinə artıb: "Hətta ekoloji təmiz nəqliyyat vasitələri, elektromobillərə, hibrid avtomobillərə maraq gündən-günə artır. 2022 və 2023-cü ilin idxal statistikasına baxanda biz elektrik avtomobillərinin sayında 8-9 dəfə artım müşahidə etmişdik. 2024-cü ildə də artımın olacağını gözləyirik. Avtomobil almaq istəyən şəxslərə tövsiyə etmək istərdim ki, avtomobilləri rəsmi idxalçıdan alsınlar. Çünki onlar sizə zəmanət verir və ehtiyat hissələri problemi yaşamırsınız. Amma kənardan necə gəldi gətirilən avtomobillərlə həm parkımız köhnəlir, həm də özümüz maddi və vaxt baxımından ziyana düşürük".

Artıq alverçilər də buna riayət edirlər

Mütəxəssis vurğulayır ki, idxalın azalmasının avtomobil bazarında müsbət nəticələri var: "İstismar müddəti bitən, hansısa ölkədə utilizasiya edilən avtomobillərin ölkəyə gətirilməsi, satılması, bizim üçün mənfi hal idi. İndi dövlətin qoyduğu müəyyən tələblərdən sonra fərdi şəkildə avtomobil gətirənlər (alverçilər) də buna riayət edirlər, onların da gətirdiyi avtomobillər sağlamlaşmağa doğru gedir. Onlar da məcbur olub az idxal edir, amma sağlam avtomobil gətirirlər".

Avtomobilin qiyməti artır?

Nəqliyyat eksperti Yasin Mustafayev də təsdiqləyir ki, son vaxtlar ölkəyə gətirilən nəqliyyat vasitələrinin buraxılış ilinə qoyulan məhdudiyyətlər, elektrikli avtomobillərlə bağlı aparılan təşviqat, qurulan infrastruktur, taksi fəaliyyəti ilə bağlı məhdudiyyətlər idxala, qiymətlərə birbaşa təsir edir: "İdxalın azalması məhz bu səbəbdəndir. Əvvəllər buraxılış ilinə məhdudiyyət yox idi, istənilən yaşda olan nəqliyyat vasitəsi ölkəyə gətirilirdi, indi belə deyil. İkinci səbəb isə taksi fəaliyyətində istifadə olunan avtomobillərin istehsal tarixinin səkkiz ildən çox olmamasıdır. Bu da qiymətlərə və idxala təsir edir".

Məqsəd avtomobil parkının yenilənməsidir

Ekspert bildirir ki, burada əsas məqsəd avtomobil parkının yenilənməsidir: "İndi ili köhnə olan avtomobillər bazarda çoxluq təşkil edir. Zaman keçdikcə onların sayı azalacaq və avtomobil parkı yenilənəcək. Hazırda istifadə olunan nəqliyyat vasitələrinin 10 faizi yenidir, qalanı isə köhnədir. Hətta buraxılış ili 10 ildən az olanlar da 20 faiz təşkil edir, 80 faizi köhnələrdir. Yeniliklərin tətbiqi idxalda sayı azaldır, avtomobilə düşən orta qiyməti isə artırır".
 
Ardını oxu...
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 759 min ton buğda idxal edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 166,5 milyon ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 33,4 min (4,2 %), dəyər baxımından isə 44,3 milyon ABŞ dolları (21 %) azdır.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ini təşkil edib.
 
 
 
Ardını oxu...
Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.

Bu barədə məsələ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Büdcə sistemi haqqında” qanunlara dəyişiklik edilməsi qanun layihələrində öz əksini tapıb.

Layihəyə əsasən, bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar.

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunur. Bələdiyyə büdcəsinin xərcləri həmin infotmasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin edilir.

Həmçinin “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə, habelə bələdiyyələrə (bu Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla) ödənilən xidmət haqları və digər yığımlar;

Qanun layihəsi bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir. Qanun layihəsinə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcəkdir. Bu zaman xərclər üzrə ödənişlərin icrasını ödəniş xidməti təchizatçıları (banklar, ödəniş təşkilatları və digər) təmin edəcəkdir.

“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.1-ci maddəsinə əsasən, vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunur. Adıçəkilən qanuna təklif olunan dəyişikliyə əsasən bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir.//Qafqazinfo
Ardını oxu...
2025-ci ildə Azərbaycanda əhalinin gəlirlərinin 90,1 milyard manat, xərclərinin isə 86,5 milyard manat olacağı gözlənilir.

İndex.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

Sənədə əsasən, 2026-cı ildə əhalinin gəlirləri 97,1 milyard manat, xərcləri 93,4 milyard manat, 2027-ci ildə əhalinin gəlirləri 104,5 milyard manat, xərcləri 100,4 milyard manat, 2028-ci ildə isə əhalinin gəlirləri 112,5 milyard manat, xərcləri isə 107,9 milyard manat təşkil etməlidir.
 
Ardını oxu...
Xəbər vediyimiz kimi, İqtisadi Şuranın növbəti iclası keçirilib.

Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.

Qeyd edək ki, vətəndaşların ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı Milli Məclisdə millət vəkilləri, eləcə də mütəxəssislər müxtəlif təkliflər irəli sürülüb.

Həmin vəsaitlərlə bağlı maliyyə amnistiyası elan edilə bilərmi?

Millət vəkili Fazil Mustafa “Cebheinfo.az”a bildirib ki, İqtisadi Şurada bu məsələnin müzakirə olunması maliyyə məsuliyyətinə hökumət səviyyəsində xüsusi diqqət yetirildiyini göstərir:

“Burada da bəlli bir sanksiyaların təsiri olacaq. Məncə, bu məsələdə iqtisadi subyektlərin problemlərinin araşdırılmasına ehtiyac var. Eləcə də qaytarılmamanın səbəbləri təhlil olunmalıdır. Çox güman ki, müvafiq qurumlar bu istiqamətdə öz rəylərini hazırlayırlar.

Çünki bilavasitə iqtisadi subyektlərin bəzən obyektiv, yaxud da subyektiv çətinliklərini diqqətdən qaçırmış oluruq. Hesab edirəm ki, bunlara aydınlıq gətirilsə, məhz bir iqtisadi subyektin ixrac fəaliyyəti ilə məşğul olması zamanı hansısa bir qanun pozuntusuna yol verməyə meyillik azalacaq.

Başa düşəcəklər ki, bu təkcə müəyyən obyektiv səbəblərdən baş vermir, həm də müəyyən maneə, çətinliklərin üzə çıxması mümkündür. Ona görə də bu məsələnin ciddi araşdırılmasına ehtiyac var.

İqtisadi Şuranın iclasıda bu məsələ açıq şəkildə müzakirə olundu.

Bu, müəyyən dərəcədə həm də valyuta ehtiyatlarımızın artırılması baxımından önəmlidir. Yeni investisiyaların qoyulması, təkrar ixracat potensialının artırılması, həvəsləndirilməsi mahiyyəti daşımalıdır.

Ona görə də daha çox sanksiyalar üzərindən hansısa bir zəruri addımlar atılacaq. Ancaq daha çox stimullaşdırıcı və məsuliyyət yaradıcı bir istiqamətdə hər kəs üçün faydalı ola biləcək bir optimal qərar qəbul olunacaq”.

Amnistiyaya gəldikdə isə, millət vəkili bildirib ki, bu fikirlər əslində çoxdan ideya olaraq var:

“Əgər biz doğurdanda iqtisadiyyatımızın inkişafı ilə bağlı radikal dəyişiklik istəyiriksə, yolu bundan keçir. Yəni investisiyanın qoyulması, investisiyanın qorunması, sahibkarlığın azad inkişafı və onlar hamısı kompleks bir-biri ilə əlaqəli tədbirlərdir.

Yəqin ki, hökumət nümayəndələri bunu düşünürlər və təkliflər olacaq. Hər halda vəziyyətin ciddiliyinə görə bu müzakirələr gedir. Ümid edirəm ki, bunun müsbət nəticələri olacaq”.
 
Ardını oxu...
Bu ilin ilk 9 ayında Azərbaycanda fəaliyyət göstərən 22 bank faizlərdən ümumilkdə 2 milyard 992,7 milyon manat gəlir əldə ediblər.

Yeniavaz.com xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların faiz gəlirləri 464 milyon manat və ya 18,3% artıb.
Azərbaycanda ən çox faiz gəliri əldə edən bank “Azərbaycan Beynəlxalq Bank”ı (ABB) olub.
Dövlət bankı olan ABB-nin 9 aydakı faiz gəliri 668,1 milyon manat olub.
Özəl banklar arasında ən çox faiz gəliri əldə edən bank “Kapital Bank” ASC olub.
“Kapital Bank” ASC-nin fazi gəlirləri 615,1 milyon manata çatıb.
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin və ötən ilin ilk 9 ayındakı faiz gəlirləri aşağıdakı kimi olub:
Ardını oxu...
 
Ardını oxu...
2024-cü ilin yanvar- sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 837.3 milyon manat vəsait xərclənib.

XALQ.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çoxdur. Qeyd edək ki, cari ilin sentyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard manata bərabər olub.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Hesabat dövründə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 316.4 milyon manat dəyərində məhsul istehsal edilib.
 
Ardını oxu...
Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin göstərişinə əsasən, Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Bildirilir ki, dövlət büdcəsi xərclərinin artırılmasının əsas səbəbi Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır. Əlavə xərclərin maliyyələşdirilməsi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
Onu da əlavə edək ki, militarizm irticaçı silahlanma siyasətidir və təcəvüzkarlıq məqsədilə müharibəyə hazırlanmaqdır.
Ardını oxu...
“Expressbank” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə cari ilin əvvəli ilə müqayisədə “Expressbank”ın həm faiz gəliri, həm də faiz xərcləri azalıb.

Belə ki, cari ilin 3-cü rübündə “Expressbank”ın faiz gəlirləri 49.640 milyon manat təşkil edib.

2024-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 57.670 milyon manat olduğunu nəzərə alsaq, 8.030 milyon manatlıq azalmanın olduğunu görərik.

“Expressbank”ın faiz xərcləri isə 2024-cü ilin 3-cü rübündə 4.516 milyon manat azalaraq 14.086 milyon manat təşkil edib.

Cari ilin əvvəlində bankın faiz xərcləri 15.516 milyon manat olub.

2024-cü ilin 3-cü rübündə “Expressbank”ın dövr üzrə xalis mənfəəti 2.840 milyon manat azalaraq 9.175 milyon manata enib.

2024-cü ilin əvvəlində bankın dövr üzrə xalis mənfəəti 12.015 milyon manat olub.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.545 milyon manatdır. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.
 
 
 
Ardını oxu...
Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.

İqtisadiyyat.az-ın məlumatına görə, nazirlik bəyan edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.

"Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin ediləcək", - deyə nazirlik bəyan edib.
 

Dünyapress TV

Xəbər lenti