Ardını oxu...
Kosovonun hakimiyyət orqanları öz ərazisində serb dinarlarının istifadəsi üçün keçid dövrünün başa çatdığını və mayın 13-dən avro ilə əməliyyatlara tam keçidi elan ediblər.

Bu barədə "Politico" qəzeti məlumat yayıb.

Məlumata görə, Priştina Kosovoda nağd ödənişlər üçün avrodan başqa valyutalardan istifadə edənlərə qarşı tədbir görmək niyyətindədir: "Avrodan başqa valyutalar yalnız fiziki formada və ya bank hesablarında vəsait saxlamaq, beynəlxalq ödənişlər etmək və xarici valyutada fəaliyyət göstərmək üçün istifadə oluna bilər".

"Politico"nun məlumatına görə, gələn həftə Brüsseldə Belqrad və Priştina arasında müzakirələrin yeddinci raundu keçiriləcək və bu müzakirələrdə Serbiya dinarının ləğvi məsələsi müzakirə olunacaq.
 
Ardını oxu...
Məlum olduğu kimi, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir. Artıq bununla bağlı müvafiq sənəd parlamentdə səsverməyə çıxarılaraq qəbul edilib. Proqnozlara görə, iki ölkə arasında əldə olunan razılaşma Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşmaya səbəb olacaq.

Qeyd edək ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab edilir. 2023-cü ildə Türkiyə Azərbaycana ən çox idxalın həyata keçirildiyi üç ölkədən biri olub. Türkiyədən illik idxalımızın həcmi iki milyard 291 milyon dollardır. 2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 30 faiz artaraq 7.6 milyard dollara çatıb. Gələcək hədəf ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.

Maraqlıdır, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvi konkret olaraq hansı sahələrə təsir göstərəcək? Bu yenilik yerli bazarlarda Türkiyədən idxal olunan malların satışını daha da artıra bilərmi? Bu addım qiymətlərin ucuzlaşması ilə nəticələnəcəksə, onlayn ticarətə təsiri necə olacaq?

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Azərbaycan məhsullarının rəqabət qabiliyyəti artacaq

İqtisadçı Fuad İbrahimov bildirib ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusi rola malikdir.

Onun sözlərinə görə, yeni dəyişiklik Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq:

“Bu gün Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkənin rəhbər şəxsləri bu münasibətlərin daha da inkişaf etdirilməsinə çalışırlar. Bununla bağlı müvafiq addımlar atılır. İkiqat verğitutmanın ləğvi də bu istiqamətdə atılan addımlardan biridir. Bu yenilik Türkiyədən idxal olunan malların yerli bazarlarda satışını artırmaqla paralel, həm də Azərbaycan məhsullarının Türkiyə bazarında rəqabət qabiliyyətini daha da artıracaq”.

“Ucuzlaşmanı daha çox tekstil bazarında gözləyirik”

İqtisadçı qeyd edib ki, bu yenilik Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər:

“Azərbaycan Türkiyədən daha çox qida, tekstil məhsulları, xüsusən də geyim idxal edir. Bizdə tekstil bazarında hazırda inhisarçılıq halı mövcud deyil. Bazar olduqca liberallaşmış vəziyyətdədir və sağlam rəqabət olduğundan kifayət qədər də ucuz tekstil məhsulu var. Təbii ki, istənilən vergidən azadolma sağlam bazarda mütləq şəkildə qiymətin ucuzlaşmasına təsir edir. Çünki məhsula çəkilən xərc azaldığından sahibkar rəqabətli bazarda mövqeyini qorumaq üçün istər-istəməz idxal etdiyi məhsulu daha ucuz qiymətə təklif edəcək. Yəni iqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır. Biz bu istiqamətdə ucuzlaşmanı daha çox tekstil bazarında gözləyirik”.

Yerli istehsalçıların işi çətinləşəcək

F.İbrahimov onu da vurğulayıb ki, yerli istehsalçılar Türkiyədən idxal olunan məhsullarla rəqabət aparmağa hazır olmalıdırlar:
“Gələcəkdə tekstil sahəsində yerli istehsalı genişləndirmək istəyiriksə, bazarı qorumalıyıq. Çünki bazarda onsuz da ucuz məhsullar kifayət qədərdir. Bu məhsullar daha da artacaqsa, yerli istehsalçıların işi çətin olacaq”.

Azərbaycanlı rezidentlərin xərci azalacaq

İqtisadçı Xalid Kərimli isə bildirib ki, əslində sözügedən razılaşmanın predmeti tamamilə başqadır.

Onun sözlərinə görə, bu yenilik daha çox Türkiyədə fəaliyyət göstərən azərbaycanlı rezidentlərin xərcini azaldacaq:

“Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinin mahiyyəti ondan ibarətdir ki, azərbaycanlı rezidentlər Türkiyədə fəaliyyət göstərirsə, Azərbaycanda və Türkiyədə vergiyə cəlb olunur. Azərbaycanlı rezident Türkiyədə vergiyə cəlb olunduğu zaman verginin məbləğinə dair Azərbaycana sənəd təqdim edir. Həmin sənəd əsasında eyni vergiyə Azərbaycanda cəlb edilmir. Yəni bu qərar nə idxal olunan məhsulların qiymətinə, nə də onlayn ticarətə hansısa bir formada ciddi təsir etməyəcək. Onsuz da onlayn ticarət vasitəsilə 300 dollara qədər limit həddində ölkəyə idxal olunan məhsullar heç bir rüsuma cəlb olunmur. Bu Türkiyədən alınan mallara da aiddir. Amma sahibkarlar ölkəyə idxal etdikləri məhsullara görə 35-36 faizə qədər vergi ödəyirlər. Yeni qərarın da buna heç bir təsiri yoxdur. Sahibkarlar bundan sonra da eyni qaydada vergilərini ödəyəcəklər”.

“Mağazalarda qismən hərəkətlilik yarana bilər”

Marketoloq Pərviz Əzimovun fikrincə, ikiqat vergitutmanın ləğvi yalnız Bakıdakı mağazaların fəaliyyətində qismən hərəkətlilik yarada bilər:

“Əslində bu yeniliyin bazarlara ciddi təsiri gözlənilmir. Azərbaycanda olan qiymətlərlə Türkiyədəki qiymətlər arasında fərq azalsa belə, insanlar yenə də onlayn ticarətə üstünlük verəcəklər. Çünki ölkəmizə elektron ticarət vasitəsilə gələn məhsulların təxminən 40-45 faizə yaxını bölgələrin payına düşür. Səbəb isə bölgələrdə tələbata uyğun məhsul çeşidinin ya az, ya da ümumiyyətlə olmamasıdır. Bölgələr yenə də onlayn ticarət etməyə məcbur qalacaqlar. Amma Türkiyə ilə Azərbaycan bazarında qiymət fərqi azalarsa, bu paytaxtdakı mağazaların fəaliyyətində qismən hərəkətlilik yarada bilər”.

Marketoloq vurğulayıb ki, ölkə vətəndaşlarının onlayn ticarətə xərclədiyi vəsaitin daxili dövriyyəsinə nail olmaq üçün yerli şirkətlər ciddi addımlar atmalıdırlar:

“Biz hazırda elektron idxalla məşğuluq. Ölkə daxilində elektron ticarəti inkişaf etdirmək mümkündür. Bu məqsədlə yerli şirkətlər müştərilər üçün kifayət qədər yaxşı imkanlar yaratmağa çalışmalıdırlar. Ən böyük problem karqo ilə bağlıdır. Sayt yaradıb məhsul satmaq çox asandır, lakin onu müştəriyə çatdırmaq olduqca çətindir. Bu problemləri həll etsək, onlayn ticarətə yönəldilən məbləğin daxili dövriyyəsinə nail ola bilərik”.
 
Ardını oxu...
Amerikalı 26 yaşlı gənc Fransisko Rivera gündə 20 dəqiqəsini işinə ayırır və ayda 40 min dollara qədər passiv gəlir əldə edir ki, onu da bütün il boyu fasiləsiz ala bilir.

Referans.az-ın xarici mediaya istinadla xəbərinə görə, kolleci bitirdikdən dərhal sonra Rivera üç il Apple mağazalarında çalışıb. 2020-ci ildə Orlandoya köçdükdən sonra o, 7-12 yaşlı uşaqlara məşhur onlayn oyun “Minecraft”da sosial və tənqidi bacarıqları öyrətdiyi “Outschool” komandasına qoşulub.

Pandemiyadan sonra onlayn tədrisə tələbat azaldıqca Rivera yeni gəlir mənbələri axtarmağa başlayıb. Məhz o zaman o, “YouTube”da tələbə uyğun çap konsepsiyası haqqında videoya rast gəlib.

Pul qazanmaq üçün daha çox araşdırma apardıqdan sonra gənc oğlan Etsy platformasında unikal dizaynlı şamlar satmağa qərar verib, çünki digər məhsullar ona çox adi görünüb və bazarda daha az təmsil olunan məhsula ehtiyac duyub.

Rivera öz məhsulları üçün tanıtım strategiyaları ilə fəal şəkildə təcrübə aparır: o, təsvirlərini dəyişir, məhsullarının fotoşəkillərini yeniləyir, həmçinin mümkün qədər çox potensial alıcı cəlb etmək üçün daxili marketinqə sərmayə qoyur. Nəticədə, 2023-cü ilə qədər Riveranın Etsy mağazası təxminən 462.000 dollar ümumi gəlir əldə edib.
 
Ardını oxu...
Rəqəmsal və məişət texnikasının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan "Baku Electronics”in dövlət büdcəsinə 177656.18AZN vergi borcu qalmaqdadır.

32gun.az xəbər verir ki, "Baku Electronics” adlı mağazalar şəbəkəsi "Baku Electronics” MMC-yə bağlıdır.

Məlumat üçün bildirək ki, 9 fevral 2001-ci ildə dövlət qeydiyyatına alınan "Baku Electronics” MMC-nin nizamnamə kapitalı 15 milyon 146 min 300 manat təşkil edir.

MMC-nin qanuni təmsilçisi Saeid Nakhjavanıdir.

Onu da bildirək ki, "Baku Electronics” MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərən "NAB Holdinq” şirkətidir.

(Aşağıdakı Fotoda olan şəxs Behram Eromidir)
Ardını oxu...
NAB Holding'in Zirvesinden: “NAB'ER Hepimizin Dergisi Olacak.” #1 - NAB Holding Haberleri - NAB'ER Dergisi

Yerli mediada gedən məlumatlara görə, "NAB Holdinq" şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. "Bank of Baku", "Baku Electronics", "Qafqaz Lizinq", "Auto Azərbaycan" kimi şirkətlərin əsas sahibi "NAB Holdinq" şirkətidir. "NAB Holdinq" şirkətinin fəaliyyəti Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilir. Bu şirkətin fəaliyyətində şübhəli məqamların olduğundan bəhs olunur. Eromi ailəsinin - Nadir, Şahram, Behram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), o cümlədən də əmlakı müsadirə olunan Omid Erominin (Behram Erominin qardaşı oğlu) adı yuxarıda adları qeyd olunan şirkətlərin rəsmi sənədlərində də yer almaqdadır. "NAB Holdinq" şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır və baş ofisi İstanbulu Sarıyer məhəlləsindəki Heydər Əliyev küçəsində yerləşir.

Hazırda 35%-lik pay ilə "Bank of Baku”nun ən böyük səhmdarı "NAB Holdinq”dir.

Qeyd edək ki, Türkiyə mətbuatında "NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.

XATIRLATMA...

Bu ilin mart ayında "Baku Electronics” MMC-nin yığılmış vergi borcunun 11 mart 2024-cü il tarixinə 1 milyon 213,7 min manat təşkil etdiyi bildirilib.
Ardını oxu...
 
Ardını oxu...
Vaşinqton milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək 37 Çin şirkətini sanksiya siyahısına daxil edib.

Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, siyahıda olan şirkətlərə, tədqiqat institutlarına və digər təşkilatlara ABŞ firmaları ilə iş görmək qadağandır, eyni zamanda onlardan mal və texnologiya almadan əvvəl Ticarət Nazirliyindən icazə alınmalıdır.\\Axar.Az
      
Ardını oxu...
2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və ya gündə orta hesabla 339 min barel neft hasil edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2023-ci ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 16,8% və ya 4 milyon barel az olub. 12 il əvvəl – 2012-ci ilin eyni dövrü ilə müqayisədə isə hasilat 2,1 dəfə aşağı düşüb.
2024-cü ilin ilk rübündə AÇG-də ümumilikdə 139 neft hasilat quyusu və 51 qaz və su injektor quyusu istismarda olub.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib - 9,57%), İNPEKS (9,31%), “Equinor” (keçmiş “Statoil” - 7,27%), “EksonMobil” (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.
Son 13 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 695 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 5,3 % azdır. Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 1,2 % artaraq 71 milyard 790 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox idxalı Almaniya (5,930 milyard ABŞ dolları; 5,5 % az), ABŞ (4,166 milyard ABŞ dolları; 8,1 % çox), İtaliya (3,902 milyard ABŞ dolları; 5 % çox) və İngiltərə (3,828 milyard ABŞ dolları; 5,5 % çox) həyata keçirib.

Təkcə aprel ayında isə Türkiyədən Azərbaycana 181,5 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 10,9 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı onun ümumi ixracının 1,1 %-i qədər olub.
 
 
 
Ardını oxu...
Ömer Bolat: "Ankaranın bununla bağlı qərarı qətidir"

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpa edilməsi üçün şərtlərini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat “X” hesabında yazıb.

O bildirib ki, bunun üçün İsrail Qəzzaya hücumlarını dayandırmalı, atəşkəs bərpa olunmalı və bölgədəki fələstinlilərə humanitar yardımların çatdırılmasına şərait yaradılmalıdır.

Nazirin sözlərinə görə, Ankaranın bununla bağlı qərarı qətidir və ticarət əlaqələrinin bərpasına dair iddialar həqiqətə uyğun deyil.

Xatırladaq ki, Türkiyə mayın 2-də İsraillə ticarət əlaqələrini kəsdiyini bəyan edib.
 
Ardını oxu...
Gürcüstan 2024-cü ildə turizmdən 4,5 milyard dollar əldə edəcək. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə "Galt & Taggart" investisiya kompaniyasının araşdırmasında yazılıb.

Bildirilib ki, yanvar-mart aylarında beynəlxalq səyahətçilərin səfərlərinin sayı il ərzində 7,6% artaraq 1,3 milyon nəfər təşkil edib.

Ümumi ziyarətlərin 938,6 min nəfərini turist səfərləri təşkil edib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 11% çoxdur.
 
Ardını oxu...
Çərşənbə axşamı Çin Sərnişin Avtomobil Assosiasiyasının (CPCA) açıqladığı məlumatlara görə, “Tesla” aprel ayında Çin istehsalı olan 62 167 elektrikli avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 18% azalıb.

İndex.az xəbər verir ki, Çin istehsalı olan “Model 3” və “Model Y” avtomobillərinin tədarükü mart ayı ilə müqayisədə 30,2% azalıb.

“Tesla”nın Çin istehsalı olan avtomobilləri müxtəlif bazarlara, o cümlədən Avropaya ixrac edilir.

CPCA məlumatlarına görə, Çinin akkumulyatorla işləyən elektrik avtomobilləri və təkrar doldurulan hibridlər də daxil olmaqla yeni enerji vasitələrinin satışının aprel ayında 800 min ədədə çatacağı təxmin edilir. Bu, əvvəlki ayla müqayisədə illik 33% artım və 2% azalma deməkdir.
 

Dünyapress TV

Xəbər lenti