Ardını oxu...
Banqladeşdə enerjiyə qənaət etmək üçün dərs günlərinin sayı və iş saatları azaldılacaq.

Bu barədə qərar ölkənin baş naziri Şeyx Hasinanın rəhbərlik etdiyi hökumət tərəfindən qəbul edilib.

Keçən ay yanacağın qiyməti bahalaşdıqdan sonra Cənubi Asiyada yerləşən ölkədə 10 dizel elektrik stansiyasının hamısını bağlanıb. Bağlanan stansiyalar Banqladeşin 23.000 meqavatlıq ümumi elektrik istehsal gücünün təxminən 6%-ni təşkil edir.

Bunun ardınca Banqladeşdə elektrik gündəlik iki saatlıq kəsilməyə başlayıb. Lakin bəzi bölgələr daha uzun müddət elektriksiz qalır.

Yeni qərara əsasən həftədə 6 günlük olan məktəb 5 günlük təhsil sisteminə keçəcək. Əvvəllər həftədə sadəcə cümə günləri dərs olmurdu, yeni qərarla artıq şənbə günlərində də məktəblər bağlı olacaq.

Eyni zamanda ofislərdə iş saatları 1 saat azalacaq. Dövlət qurumları saat 09:00-17:00 əvəzinə 08:00-15:00, banklar isə 09:00-16:00 saatlarında işləyəcək.
 
Ardını oxu...
Noyabrın 1-dən Serbiya Adriatik dənizindən tankerlərlə, daha sonra isə Xorvatiya ərazisindən keçən kəmərlə çatdırılan Rusiya neftini daha almayacaq.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Biz elektriklə, neftlə nə edəcəyik? Noyabrın 1-dən bizim üçün Rusiya nefti olmayacaq, biz sanksiyalar altında qalacağıq”, – Serbiya rəhbəri bildirib.

O əlavə edib ki, alternativ xammal olan İraq Kərkükünün nefti Rusiya neftindən bir barrel üçün 31 dollar bahadır. Nəticədə məhdudlaşdırıcı tədbirlər büdcənin illik 600 milyon dollar itkisinə səbəb olacaq.
 
Ardını oxu...
Amerika Birləşmiş Ştatları yaxın bir neçə həftə ərzində Ukraynadan təxminən 150 min ton taxıl alacaq.

“Report” xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib.

Onun sözlərinə görə, planlaşdırılan daşınma onların Ukraynadan təşkil etdikləri ilk gəminin Afrika Buynuzu bölgəsindəki insanlara çatdırdığı taxılın miqdarından altı dəfə çoxdur:

“Bu taxılın hara çatdırılacağı hələ müəyyən edilməyib, müzakirələr davam edir. Çox güman ki, o, Afrikaya göndəriləcək, çünki bu il quraqlığın təsiri ən ciddi ərzaq çatışmazlığına səbəb olub”.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hazırda 22 milyon insan aclıq çəkir.
 
Ardını oxu...
Son günlər Azərbaycanda həm unun, həm də çörəyin qiyməti artıb. Bahalaşma rayonlarda daha kəskin görünür – son bir həftədə un təqribən 15 faiz bahalaşıb.

Amma bahalaşan təkcə un və un məmulatları deyil. Duru yağ, ət, sabun, şampun və başqa mallarda da qiymət artımı müşahidə edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə ərzaq mallarında inflyasiya təqribən 18 faiz olub. Amma iqtisadçılardan Nemət Əliyev və bir çox başqaları bu rəqəmin reallıqda 40 faizə yaxın olduğunu düşünürlər.

“Dünyada baş verən proseslərin nəticəsidir”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Turan”a bildirib ki, Azərbaycanda inflyasiya bütün dünyada baş verən eyni proseslərin nəticəsidir: “Bu, dünyada baş verən proseslərin, pandemiyanın nəticəsidir. Bir il yarım ərzində bütün dünya süni iqtisadi koma vəziyyətində olub. Həmin dövrdə ABŞ-da 3 trilyon dollar, Avropada da trilyonlarla dollar əhaliyə paylanılıb ki, sosial kollaps yaranmasın. Təbii ki, burada müsbət tərəf ilə yanaşı, mənfi tərəfi də var. Hələ 2008-ci ildən real iqtisadiyyatla maliyyə sektoru arasında balans pozulub. Maliyyə iqtisadiyyatının real iqtisadiyyata təzyiqi inflyasiyanın qlobal artımına gətirib çıxartdı”.

“Staqflyasiyaya çevrilir”
O xatırladır ki, dünya koronavirus pandemiyası dövründən çıxmamış Ukraynada müharibə başlayıb: (Rusiya bu il fevralın 24-də Ukraynaya təcavüz edib-red.) “Dünyada taxıl təchizatının 30 faizini, digər ərzaq məhsullarının, gübrənin 15 faizini Rusiya və Ukrayna təmin edirdi. Müharibəyə görə Ukraynadakı əkinlərə zərər vurulub, taxılın ixracatına imkan məhdudlaşıb, Rusiya isə sanksiyalar altına düşüb. Nəticədə isə yenə də bazar iqtisadiyyatının maliyyə-iqtisadi balansı pozulur və inflyasiya kəskin artaraq staqflyasiyaya (yüksək inflyasiya və ressesiyanın kombinasiyası) çevrilir”.

“Azərbaycan antiinflyasiya siyasəti həyata keçirir”
Komitə üzvü hesab edir ki, proseslərə iqlim dəyişikliyi və qaçqın problemi da öz təsirini göstərir: “Təbii ki, dünyada gedən inflyasiya prosesləri Azərbaycana təsir edir. Çünki ərzaq məhsullarının və ya onların komponentlərinin 50 faizə qədərini biz idxal edirik”.

R.Quliyevin sözlərinə görə, Azərbaycan antiinflyasiya siyasəti həyata keçirir: “Yəni böhran dövrünün qarşısı alınır, dövlət müəyyən rıçaqlardan istifadə edərək həmin inflyasiya dalğalarını geriyə atır. Bundan əlavə, Azərbaycan hökuməti müəyyən inkişaf proqramlarını tətbiq edir. Bizim 240 hektardan ibarət 51 aqroparkımız var, onlara 3 milyard manat xərclənib. Həmin aqroparklar Azərbaycan aqrar iqtisadiyyatına bir forpost kimi xidmət edir”.

“İnhisarçılıq…”
İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna bildirib ki, son iki ildə inflyasiya qlobal bir problemdir. Amma qeyd edib ki, Azərbaycanda inflyasiyanı sürətləndirən digər faktorlar da var: “Məhz Azərbaycan iqtisadiyyatının quruluşundan qaynaqlanan məsələlər səbəb hesab oluna bilər. İnhisarçılıq, liberal fəaliyyət imkanlarının olmaması, idxaldan asılılıq bazarda inflyasiya təzyiqlərini artıran Azərbaycana xas faktorlardır”.

Onun vurğulamasına görə, xüsusilə inhisarçılıq və təchizatçı sayının az olması qiymətlərin optimallaşma imkanlarını məhdudlaşdırır: “Bu istiqamətdə guya 2016-cı ildən islahatlar aparılır, amma bu islahatlar heç də real nəticələrə gətirib çıxartmayıb”.

Ekspert hesab edir ki, qiymət artımı davam edəcək.
 
Ardını oxu...
Azərbaycanda 400-ə yaxın yaşayış məntəqəsinin qazlaşdırılması iqtisadi cəhətdən səmərəli deyil.

Sozcu.az-ın məlumatına görə, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu günə ölkədə 800 yaxın qazlaşmayan yaşayış məntəqəsi var, onların isə tam yarısının qazlaşması perspektivi görünmür, iqtisadi səmərəli deyil.

Onun sözlərinə görə, qazlaşmamış məntəqələrin sayı böyük görünsə də onların sırasında elələri var ki, cəmi 7-15 evdən ibarətdir (evlər də biri birində böyük məsafədə yerləşir) və magistral kəmərlərdən uzaqda yerləşirlər.

“Biz çalışırıq ki, ərazi magistral kəmərlərə yaxın və iqtisadi cəhətdən əlverişli olsun ki, biz az vəsaitlə daha böyük həcmdə qazlaşma işləri həyata keçirdə bilək”, – deyə Ruslan Əliyev vurğuladı.

O əlavə etdi ki, hazırda respublika üzrə qazlaşma səviyyəsi 96,3%-dir.
 
Ardını oxu...
Bakcell şirkəti “SOS Uşaq Kəndləri Azərbaycan” assosiasiyasının himayəsində yaşayan gənclərin iş imkanları və sahibkarlıq bacarıqlarının artırılmasına yönəlmiş növbəti layihəyə dəstək göstərib. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin sosial sahibkarlıq bacarıqlarının artırılması vasitəsilə əmək bazarına inteqrasiyasının təmin edilməslidir.
Layihədə iştirak etmək istəyən gənclər 6 komandaya bölünərək “Komandanın qurulması” (“Team building”), “Gənclərin iştirakçılığı” və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri mövzularında təlim və seminarlarda iştirak edib.
Qusar rayonunda “Sosial sahibkarlıq və biznesin qurulması” mövzusunda keçirilən 5 günlük düşərgədə gənclərə sosial sahibkarlıqla bağlı bilik və bacarıqlarını artırmaq üçün imkanlar yaradılıb. Növbəti mərhələdə onlar mentorların dəstəyilə öz biznes layihələrini hazırlayıb münsiflər heyətinə təqdim edəcək. Qalib elan olunan sosial sahibkarlıq layihələrini reallaşdırmaq üçün gənclərə maliyyə vəsaiti ayrılacaq.
Xatırladaq ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıq çərçivəsində Assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə həyata keçirilən “Öz biznesinə başla və təkmilləşdir” layihəsi ”Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyası üzrə “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb.

 
Ardını oxu...
Gənc nəslin valideynlərindən daha az alkoqol istehlak etməsi səbəbindən vergi gəlirlərinin azalması ilə bağlı Yaponiya spirtli içki istehlakını artırmağın yollarını axtarır.

Cebhe.info xəbər verir ki, Yaponiya Milli Vergi İdarəsi gənclərdə bu tendensiyanın qarşısını almaq üçün addımlar atıb və hökumətin dəstəyi ilə “Sake Viva” (Yaşasın sake) kampaniyasına başlayıb.

Sake (düyü rakısı) Yaponiyanın milli içkisidir. Kampaniyanın məqsədi içkini daha cəlbedici edəcək ideyalar tapmaqdır. Kampaniya çərçivəsində müsabiqədə 20-39 yaş arası şəxslər həmyaşıdlarının spirtli içki tələbatını artıracaq biznes ideyaları ilə iştirak edə biləcəklər.

Milli Vergi İdarəsi adından müsabiqəni təşkil edən komanda, COVID-19 epidemiyası zamanı dəyişən vərdişlərin və əhalinin yaşlanmasının qismən alkoqol satışlarının azalmasına səbəb olduğunu bildirib.

Yaponiya mətbuatı kampaniyaya ictimai reaksiyanın qarışıq olduğunu yazır. Bəziləri dövlətin qeyri-sağlam vərdişi təbliğ etməsini tənqid etsə də, kampaniya üçün maraqlı ideyalar irəli sürənlər də var. Müsabiqə iştirakçıları sentyabrın sonuna qədər öz biznes ideyalarını təqdim etməlidirlər. Təqdim olunan ideyalar arasından finalçılar ekspertlərin dəstəyi ilə hazırlanacaq və layihələr noyabrda yekunlaşacaq.

Milli Vergi Administrasiyasının məlumatlarına görə, 2020-ci ildə ölkədə istehlak edilən spirtli içkilərin nisbəti 1995-ci ildən azdır. Yaponiyada 1995-ci ildə adambaşına orta hesabla 100 litr olan spirt istehlakı 2020-ci ildə 75 litrə düşüb. Bu o deməkdir ki, alkoqoldan vergi daxilolmaları da azalır. “Japan Times”a görə, 1980-ci ildə alkoqollu məhsullar ümumi vergi gəlirlərinin 5 faizini təşkil edirdisə, bu nisbət 2011-ci ildə 3 faizə, 2020-ci ildə isə 1,7 faizə düşüb.

Qeyd edək ki, Yaponiya dünyanın "ən yaşlı” əhalisindən birinə sahibdir. Dünya Bankının məlumatlarına görə, 65 və yuxarı yaşda olanlar Yaponiya əhalisinin 29%-ni təşkil edir. Bu vəziyyət təkcə spirtli içkilərin istifadəsi ilə bağlı vergi gəlirləri baxımından deyil, həm də işçi qüvvəsi baxımından problem yaradır.

Nigar
Cebhe.info
 
 
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə orta illik inflyasiyanın 12,5-12,8 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Yerli mətbuat bu barədə AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımova istinadən yazır.

“Qiymət artımı, əsasən idxalla bağlıdır. Xarici mühit sürətlə dəyişir və bu, əsasən idxalla bağlı inflyasiyadır. Hər ay nəsə dəyişir. Son iki ayda mövsümi faktoru nəzərə alsaq, ərzaq məhsullarının qiymətlərinin ucuzlaşdığını görürük. Logistika xərcləri də azalmağa meyllidir. Belə davam edərsə, təbii ki, proqnozlarımıza yenidən baxacağıq. Lakin indiki inflyasiya proqnozumuz 12,5-12,8 faiz təşkil edir”, - deyə sədr bildirib.

İstehlak bazarında inflyasiyanın orta hesabla 35-40 faiz olduğunu hesablayan müstəqil analitiklər isə bu rəsmi rəqəmlərlə mübahisə etməyə hazırdırlar. Eyni zamanda, dünyada ərzaq məhsulları ucuzlaşmağa başlayıb. Qlobal ərzaq qiymətləri indeksi yaz aylarında tarixi zirvələrə yüksəldikdən sonra kəskin şəkildə aşağı düşdü. Dünya bazarında palma, soya və günəbaxan yağlarının qiymətində kəskin ucuzlaşma müşahidə olunur.

İndoneziyadan ixracatda sıçrayış, təchizat zəncirlərinin sabitləşməsi və mübadilə müqavilələrində Qara dəniz regionunun risk faktorlarının azalması qiymətlərin də azalmasına səbəb oldu. Eyni zamanda, şəkər və süd məhsullarının qiymətləri ay ərzində cəmi 3% ucuzlaşıb, ət məhsullarının kotirovkaları isə simvolik - 0,5% təşkil edib.

Bununla belə, sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov AYNA-ya şərhində deyib ki, bizdə qlobal qiymət azalması hiss olunmur: “Bahalaşma vüsət almaqda davam edir. İlin əvvəlindən ərzaq və digər məhsullar obyektiv və subyektiv səbəblərdən bahalaşır. Və inflyasiya daha çox qlobal qiymət dinamikası ilə bağlı olsa da, ölkəmizdə bahalaşmanın əsas səbəbi inhisarçılığın tüğyan etməsidir”.

“İnflyasiya insanların həyat səviyyəsini aşağı salır, maliyyə çətinliklərini kəskinləşdirir və bütün bunlar birlikdə cəmiyyətlə hökumət arasında uçurumu dərinləşdirir. Ona görə də fürsətdən istifadə edib yüksək vəzifəli şəxslərə müraciət edirəm: xalqın arasına çıxın, insanlarla danışın və onların vəziyyətinə diqqətlə baxın ki, qərarlarınız reallığı əks etdirsin”, - deyə o bildirib.

Onsuz da yüksək qiymətlərin davam edən artımı pensiya və əməkhaqqı üzrə mükafatı “yeyir”. Bu ilin yanvarından 300 manat səviyyəsində yenidən işlənmiş minimum əmək haqqının indeksasiyasını inflyasiya “yeyib”.

Həmsöhbətimizin sözlərinə görə, səkkiz ay ərzində qiymət qayçısının təsiri əhaliyə minimum əməkhaqqına 50 manat bonusu hiss etməyə imkan verməyib: “Belə sürətli qiymət artımı fonunda, hökumət çox düşünmədən, minimum əmək haqqını ən azı iki dəfə artırmalıdır. Bunun üçün dövlətimizin hər cür imkanı var. Qiymət artımına gəlincə, tüğyan edən inhisarçılığın qarşısını almaq, vəziyyətə nəzarət etmək üçün bütün resurslardan istifadə etmək və nəhayət, təsirli və sərt qanun qəbul etmək lazımdır. Bundan başqa, illərdir milli iqtisadiyyatı iflic vəziyyətinə salmış Dövlət Gömrük Komitəsinin fəaliyyətini kökündən dəyişdirmək lazımdır”.

Alim bir sıra antiinflyasiya tədbirləri təklif edir ki, burada əsas məqam ərzaq idxalının azadlığıdır: “İnsanlar üçün ərzağın idxalına qoyulan limitin miqdarını on dəfə artırmaq lazımdır və yaxın üç il ərzində məhdudiyyətləri tamamilə aradan qaldırmaq daha yaxşıdır. Axı yerli istehsal daxili bazarda tələbatın cüzi bir hissəsini ödəyirsə, yeganə çıxış yolu dövlətin kiçik və orta biznesə, onun məhsullarına real dəstək verdiyi vaxta qədər idxalda maneələrin aradan qaldırılmasıdır. O zaman bazarda bolluq olacaq”.

“Bu cür yanaşma, digər məsələlərlə yanaşı, inhisarçılığa qarşı mübarizədə həlledici addım olacaq. Heç kimə sirr deyil ki, vətəndaşlar üçün idxal maneələri onların qiymət diktələrində inhisarları dəstəkləyir. Ona görə də məhdudiyyətləri təcili və qeyd-şərtsiz aradan qaldırmaq, bazarı məhsullarla doyurmaq lazımdır ki, qiymətlər aşağı düşsün”, - deyə keçmiş nazir vurğulayıb.

Yusifov qonşu ölkələrlə quru sərhədlərin də dərhal açılmalı olduğu qənaətindədir: “Aydındır ki, bir gün yaranan insan bir gün də ölür. Normalda ölkədə gündə 75-80 nəfər ölür, onlardan yalnız 15-20 nəfəri qripdən, o cümlədən koronavirusdan ölür. Deməli, insanları AZAL-ın baha qiymətləri ilə uçmağa məcbur edən panikaya və qapalı sərhədlərə ehtiyac yoxdur. Sonra da AZAL-ı diqqətlə yoxlamaq lazımdır, çünki bu qurumun ciddi dövlət dəstəyi alaraq zərərlə işləməsinin bir səbəbi olmalıdır. Doğrudan da, dövlətdən ciddi maliyyə yardımı alan, aviabiletləri digər ölkələrlə müqayisədə 3-4 dəfə baha satan ən böyük dövlət aviaşirkəti niyə ziyana düşməlidir?! Və belə suallar yaranarsa, Hesablama Palatası bu halda hara baxır?!”.

Professorun fikrincə, rekord qiymət artımı fonunda hökumət minimum əmək haqqını ən azı iki dəfə qaldırmalıdır: “Minimum 300 manat əməkhaqqı alan vətəndaşlar vicdanını itirmiş iş adamları və bu cüzi məbləğə görə onları maksimum dərəcədə istismar edən bəzi dövlət qurumları qarşısında müdafiəsizdirlər. İnsanlar belə işə razılıq verməyə məcburdurlar, çünki onların başqa seçimi yoxdur. Ərzaq və kommunal xidmətlər üçün indiki qiymətlərlə vergilərdən sonra 270 manat ödəmək sadəcə mümkün deyil. Bu məbləğlə ailə saxlamaq olarmı?!”. //AYNA//
 
Ardını oxu...
Azərbaycana idxal edilən kərə yağına çəkilən xərc artıb.

1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 7 ayında 4963 dollar ikən, cari ilin ilk 7 ayında 5685 dollar təşkil edib.

2022-cilin ilk 7 ayında Azərbaycana 68 milyon 401 min dollar dəyərində 12032 ton kərə yağı idxal edilib. Ötən ilin eyni dövründə 44 milyon 916 min dollar dəyərində 9051 ton kərə yağı idxal edilmişdi.
 
Ardını oxu...
Bu ilin ilk 7 ayı ərzində xaricdən Azərbaycana 429 min 806,11 ton buğda idxal olunub.

Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan buğdanın gömrük dəyəri 154 milyon 660,17 min dollar təşkil edib.

Nəticədə ölkəyə gətirilən buğdanın 1 tonunun orta gömrük dəyəri 360 dollar olub.

İdxal olunan buğdanın ən yüksək qiyməti iyun ayında (1 ton/419,2 dollar) qeydə alınıb.

Tarix Ümumi miqdarı 1 ton buğdanın dəyəri
Yanvar 2022 93 704,53 ton 346,6 $
Fevral 2022 56 893,03 ton 342,4 $
Mart 2022 32 266,61 ton 323,5 $
Aprel 2022 125 178,55 ton 342,5 $
May 2022 47 582,34 ton 394,7 $
İyun 2022 45 123,65 ton 419,2 $
İyul 2022 29 057,4 ton 402,1 $
Onu da qeyd edək ki, ötən il Azərbaycana xaricdən ümumi dəyəri 331 milyon 946 min dollar olan 1 milyon 148 min 101 ton buğda idxal edilib (1 ton/289 dollar).

Xatıraldaq ki, Azərbaycan buğdaya olan ehtiyacını daxili istehsal hesabına təmin edə bilmir. Azərbaycanda ərzaq məhsullarının istehsalı hər il təxminən 2,5 milyon ton buğdya ehtiyac olur. Bundan başqa toxum, mal-qara və quş yeni üçün də il ərzində 500-600 min ton buğdadan istifadə edilir. Azərbaycanda yerli istehsal isə təxminən 2 milyon tona yaxındır.
 

Dünyapress TV

Xəbər lenti