Ardını oxu...
Amerika Birləşmiş Ştatlarının ticarət nazirinin köməkçisi Arun Venkatamaran ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb.

DİA.AZ “Report”a istinadla xəbər verir ki, palatanın Vaşinqtonda yerləşən mənzil qərargahında baş tutan görüşdə texnologiya, nəqliyyat və kənd təsərrüfatı sektorlarını təmsil edən şirkətlərin nümayəndələri də iştirak ediblər.

Palatanın Direktorlar Şurasının sədri Reza Vəziri və icraçı direktoru Natiq Baxışov çıxışında təşkilatın fəaliyyətindən və ABŞ-Azərbaycan ticarət münasibətlərinə verdiyi tövhələrdən bəhs ediblər.

A. Venkatamaran bildirib ki, ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşməkdə məqsədi onun bu ilin aprel ayında Azərbaycana gözlənilən səfəri öncəsi ABŞ-Azərbaycan ticarət münasibətləri ilə bağlı biznes nümayəndələri ilə müzakirələr və özəl sektorun nümayəndələrini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparmaqdır.

Dövlət rəsmisi Azərbaycana edəcəyi səfərin məqsədi və əsas istiqamətləri barədə təşkilat üzvlərinə məlumat verib. Qonaq yaşıl enerji, regional nəqliyyat dəhlizlərinin inkişafı və rəqəmsallaşma sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. O, regiondakı vəziyyəti nəzərə alaraq, ABŞ-ın Azərbaycanla ticarət əlaqələrinə önəm verdiyini vurğulayıb və bu münasibətlərin daha da genişlənməsində maraqlı olduğunu ifadə edib.

Görüşdə çıxış edən “Boeing” şirkətinin nümayəndəsi Brayan Lop Azərbaycanla, xüsusəndə “SilkWay West Airlines” şirkəti ilə indiyədək formalaşmış uğurlu biznes münasibətlərindən danışıb və Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu bildirib.

Müzakirələrdən sonra qonağa Azərbaycan xalçası hədiyyə olunub.
Ardını oxu...
Böyük Britaniyanın baş naziri Rişi Sunakın 2021/22-ci illərdə 432 493 funt sterlinq vergi ödədiyini göstərən bəzi təfərrüatlar açıqlanıb.
APA-nın xəbərinə görə, verginin çox hissəsi onun kapital artımı qazancına görə ödənilib ki, bu da həmin vergi ilində 1,6 milyon funt sterlinqdən çox olub.

Baş nazir 325 826 funt sterlinq kapital artımı vergisi və Britaniyadakı gəlirindən 120 604 funt sterlinq gəlir vergisi ödəyib.

Rişi Sunak, Liz Trasa qarşı liderlik kampaniyası zamanı maliyyə işləri diqqət mərkəzinə düşdükdən sonra vergi bəyannaməsini dərc etmək üçün təzyiqə məruz qalıb.

Məlum olub ki, onun həyat yoldaşı Akşata Murthy “non-dom” statusu alıb və bu, ona atasının Hindistan firması olan “Infosys”dən əldə etdiyi böyük xarici gəlirinə Böyük Britaniya vergisindən yayınmağa imkan verib.

İctimaiyyətin çox ciddi reaksiyadan sonra A. Murthy statusundan imtina edərək bütün dünyadə əldə etdiyi gəlirlərdən Böyük Britaniyaya vergi ödəyəcəyini söyləyib.
Ardını oxu...
Avropa İttifaqında mavi yanacağa tələbat 13% və ya 55 milyard kubmetr azalıb.

Məlumata görə, belə bir həcmlə təxminən 40 milyon evi qızdırmaq mümkündür.

Bildirilir ki, ən çox tələbat Şimali və Şimal-Qərbi Avropa ölkələrində azalıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertləri avropalıların Rusiyadan gələn qazsız qışı necə keçirdiklərini müəyyən ediblər.

Analitiklər qeyd edirlər ki, tələbin rekord dərəcədə azalması ilə belə, Aİ-nin bu növ yanacağın idxalına xərcləri rekord olaraq qalır.

Ümumilikdə, Aİ bu məqsədlər üçün təxminən 400 milyard dollar xərcləyib ki, bunun da 24%-i Rusiya tərəfinin payına düşüb.
Qeyd olunub ki, Finlandiya təbii qaza olan tələbatı ən çox, yəni 47%, Niderland 22%, Almaniya 15%, İtaliya və Fransanın hər biri 10%, İspaniya isə 4% azaldıb.

Həmçinin, bərpa olunan enerji mənbələri hesabına 11 milyard kubmetr qaza qənaət edilib.

Mənbə: bloknot.ru
 
Ardını oxu...
Ukraynadan ərzaq məhsullarının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasını nəzərdə tutan “Taxıl sazişi” növbəti dəfə uzadılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

O, vurğulayıb ki,İstanbul razılaşmaları 60 gün müddətinə uzadılıb.

Qeyd edək ki, ötən il iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə çatdırılması problemlərinin həlli üçün iki sənədə əsaslanan “Taxıl sazişi” və ya “Taxıl dəhlizi” adını almış müqavilə imzalanıb. Birinci saziş Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan müxtəlif məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı BMT öhdəliklərini nəzərdə tutur. İkincisi isə Ukraynanın Qara dəniz limanlarından ölkənin kənd təsərrüfatı məhsullarının ixracı rejimini müəyyənləşdirir.
Xatırladaq ki, razılaşma artıq bir dəfə - noyabr ayında 120 gün müddətinə uzadılıb.

Mənbə: news.ru
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi "Agro Best” QSC (VÖEN – 1405235391) olub. Məşğulluq Xidməti qeyd olunan mallarının alınması üçün qalib şirkətə 73 milyon 574 min 800 manat vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, "Agro Best” QSC 20.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Nahid Kamil oğludur.

Qeyd edək ki, "Agro Best” QSC əvvəllər də Dövlət Məşğulluq Agentliyinin keçirdiyi və dəyəri milyonlarla manat olan analoji tender müsabiqələrində qalib olub.

Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan "Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.
Ardını oxu...
Avropa Mərkəzi Bankı (ECB) 2023-cü il üçün illik inflyasiya proqnozunu 6,3 %-dən 5,3 %-ə endirib.

Bu barədə tənzimləyicinin məlumatında deyilir.

Proqnoza görə, 2024-cü ildə inflyasiya 2,9 %, 2025-ci ildə isə 2,1 % səviyyəsində gözlənilir.

ECB 2023-cü ildə avrozonanın ÜDM artımı ilə bağlı proqnozunu 1 %-ə qaldırıb.
 
Ardını oxu...
Türkiyə çalışır ki, “taxıl müqaviləsi” Rusiyanın dediyi kimi iki ay deyil, 120 gün uzadılsın.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, dünyanın ərzaq təhlükəsizliyi üçün vacib olan “taxıl dəhlizi” ilə artıq 24 milyon tondan çox Ukrayna ərzaq məhsulları daşınıb: “Möhlətin uzadılması həqiqətən vacibdir.

Danışıqlarımızı iki ay deyil, 120 gün üzərində davam etdirəcəyik. Tərəflər vəziyyəti dəyərləndirəcək. Rusiya və Ukrayna birlikdə qərar verəcək. Birləşmiş Millətlər Təşkilatı (BMT) də bizim kimi düşünür. İnşallah, önümüzdəki günlərdə məsələni həll etməyə çalışacağıq”, – deyə Akar qeyd deyib.
TRT Haber
Ardını oxu...
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

TEREF.AZ xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin, sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının, naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin, xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətində qeydə alınıb.

Ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə olunub.
 
Ardını oxu...
BMT Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Moskvanın Qara dəniz taxıl təşəbbüsünün müddətinin əvvəlki dəfə olduğu kimi 120 gün əvəzinə 60 gün uzadılmasına razılıq verdiyi barədə sözlərini nəzərə alıb.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ölkəsinin Qara dəniz taxıl təşəbbüsünün uzadılmasına etiraz etmədiyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti