Ardını oxu...
ABŞ-ın məşhur Yale Universiteti alimlərinin apardığı araşdırmanın nəticəsinə görə, “Rusiya iqtisadiyyatı iflas ərəfəsindədir”.

Yale Universitetinin alimləri Rusiya iqtisadiyyatının sanksiyalardan sonra hansı vəziyyətdə olduğunu araşdırıblar. Nəticə tədqiqatçıların araşdırmasında yazıldığı kimi “dağıdıcıdır”.

“Social Science Research Network" mütəxəssis jurnalında dərc olunmuş araşdırmada Rusiya iqtisadiyyatının xüsusilə dayanıqlı olması ilə bağlı fikirlərin yalan olduğu bildirilir.

118 səhifəlik araşdırmada alimlər Rusiya iqtisadiyyatının hazırkı vəziyyətini təhlil ediblər. Araşdırma göstərir ki, Avropa ölkələri rus qazından necə asılıdırlarsa, Rusiya büdcəsi də qaz satışından bir o qədər asılıdır. Enerji ixracı Rusiya dövlətinin bütün gəlirlərinin 60 faizini təşkil edir. Amma Avropanın bir çox ölkələri Rusiya qazından asılılıqlarını xeyli azaldıblar. Moskva getdikcə daha az qaz satır və bu, iqtisadiyyata ölümcül zərbə vurur.

Şərqə daha çox qaz satmağa çalışsa da, hələlik uğur qazana bilməyən Moskvanın qazı Şərqə daşıyacaq boru kəmərləri yoxdur. Alimlərin fikrincə, "Asiya boru kəməri şəbəkəsi Avropa boru kəmərləri şəbəkəsinin tutumunun yalnız bir hissəsinə malikdir və hətta çoxdan planlaşdırılan və hazırda tikilməkdə olan Asiya boru kəməri layihələrinin istifadəyə verilməsinə hələ illər var”.

Yale Universitetində aparılan araşdırma müstəqil şəkildə toplanmış məlumatlara əsaslanır. Tədqiqatda qeyd olunur ki, Moskvadan gələn rəqəmlərə etibar etmək olmaz. Alimlər Rusiyanın audit şirkətləri və beynəlxalq ticarət tərəfdaşlarının iqtisadi vəziyyəti necə qiymətləndirdiklərini araşdırıblar. Bundan əlavə, adambaşına düşən istehlak üzrə məlumatlar qiymətləndirilib.

5 ay ərzində 1000-dən çox xarici şirkət Rusiyanı tərk edib. Sanksiyalar başlayandan bəri ümumi daxili məhsul 40 faizdən çox zərər çəkib. Tədqiqatçıların fikrincə, iki amil iqtisadi problemlərin meydana gəlməsində mərkəzi rol oynayır: bir tərəfdən istehsal dayanıb və digər tərəfdən hazırda itirilmiş şirkətləri, məhsulları və mütəxıssisləri əvəz edəcək potensial yoxdur. Həm idxal, həm də ixrac biznesi sanksiyalardan ciddi əziyyət çəkir.

Alimlər araşdırmada izah ediblər ki, Putin hazırda iqtisadi xaosa dövlət subsidiyaları ilə reaksiya verir. Bunun nəticəsində də Rusiyanın dövlət büdcəsində böyük boşluq yaranıb. Araşdırmada bildirilir ki, Kremlin maliyyəsi əvvəllər düşünüldüyündən də pis vəziyyətdədir.

Lakin Rusiya iqtisadiyyatı təkcə ixracdan asılı deyil. Yale alimlərinin araşdırmasına görə, malların idxalı ümumi daxili məhsulun təxminən 20 faizini təşkil edir. Onlar Rusiya istehsalının mühüm hissəsidir. Lakin Ukrayna müharibəsi başlayandan bəri idxal 50 faizdən çox azalıb. Hətta Çindən malların daşınması xeyli azalıb. Alimlərin hesablamalarına görə, 8,14 milyarddan 3,8 milyard ABŞ dollarına qədər azalma var. Səbəb kimi bir neçə Çin bankının Rusiyadan bütün kredit və maliyyə vəsaitlərini geri çəkməsi göstərilir.

Bundan əlavə, qeyd edildiyi kimi, 1000-dən çox şirkət Rusiyanı tərk edib ki,bunun da nəticəsində beş milyon iş yeri bağlanıb.

Rusiya Sberbankının məlumatına görə, qiymət artımı səbəbindən əhalinin satış və istehlak xərcləri 20 faizə qədər azalıb. Ukrayna müharibəsindən əvvəl Rusiyada hər ay orta hesabla 100 min yeni avtomobil satılırdısa iyun ayında cəmi 27 min avtomobil satılıb.

Rusiya iqtisadiyyatının digər problemi isə Rusiyadan ixtisaslı işçilərin qaçmasıdır. Alimlərin məlumatına görə, müharibə başlayandan bəri 500 mindən çox insan ölkəni tərk edib. Onların 50 faizi ali təhsillidir. Ölkəni tərk edənlərin 15 mininin “ultra varlılar” qrupuna aid olduğu bildirilir.

Avropa Komissiyasının yaydığı məlumatlar da sanksiyaların Rusiyaya təsir etdiyini təsdiqləyir. Ölkədə xüsusilə ixrac biznesi kütləvi şəkildə məhdudlaşdırılıb. Rusiya Mərkəzi Bankının milyardlarla ölçülən ehtiyatları dondurulub.

Xarici texnologiyalara çıxışın olmaması və tədarük zəncirlərində artan çətinliklər Rusiya dövləti üçün ciddi maliyyə problemləri yaradıb.

İsveçin Lund Universitetinin professoru Kristian Gernerin fikrincə, Kreml rəhbəri öz ətrafında “siyasi səhra” yaradıb. İsveçin "Aftonbladet" qəzetinə danışan ekspert Gerner Putinin özünü başqa fikirlərdən tamamilə təcrid etdiyini deyir. Putin Lavrovu “Qərb dünyasında bir növ nüfuza malik” şəxs kimi görür və bu səbəbdən ona daha sərt Rusiya xəttini tutmağı tapşırıb.

Kremlin neft satışında da ciddi itkiləri var. Çinə ixrac əhəmiyyətli dərəcədə artsa da, son dərəcə aşağı qiymətə satılır. Almaniyanın “Bild” qəzeti yazır ki, Rusiya qara qızılını Çin bazarında havaya sovurur.

Kreml rəhbərliyi iqtisadi problemlər haqqında açıq danışmağı sevmir. Putin bir neçə dəfə vurğulayıb ki, Rusiya böhrandan digərlərindən daha yaxşı çıxacaq. İqtisadi rəqəmlər isə başqa mənzərəni göstərir.

Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarından sonra ciddi problemlərlə üzləşməsi ölkə daxilində tənqidləri artırıb. İqtisadi vəziyyətin pisləşməsi fonunda Kremlin rəhbəri Vladimir Putinə də təzyiqlər çoxalıb.(Musavat.com)
 
Ardını oxu...
4 gəminin bu gün Ukrayna limanlarını tərk etməsinə icazə verilib.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin yaydığı pres-relizdə bildirilib.

Bildirilir ki, koordinasiya mərkəzi 5 gəminin humanitar koridora daxil olmasına icazə verib. 4 gəmi Odessa və Çernomorsk limanlarından 161 084 ton ərzaq daşıyacaq. Gəmilərin yükü dənli bitki, un və günəbaxan yağından ibarətdir.

İstanbul boğazında lövbər salmış quru yük gəmisinin isə Çernomoska yola düşməsinə icazə verilib.

Bütün gəmilər İstanbulda dayanaraaq yoxlanışdan keçiriləcək.
 
Ardını oxu...
Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib. DİA.AZ FED.az-a istinadla xəbər verir ki, bu – «Polimart» MMC-dir (VÖEN: 4501228081).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərində 3 milyon 231 min 49 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 9 tenderlə əldə edib – bir tenderin orta qiyməti 359 min manatdır.

«Polimart» MMC-nin əsas «müştərisi» "Bakı Metropoliteni" QSC olub. Şirkət 9 tenderdən 6-nı bu qurumdan qazanmaqla 1 milyon 561 min 230 manat əldə edib. Bu isə ümumi tenderlərin faizi deməkdir. 48 faizi deməkdir.

Digər böyük məbləğli tender sifarişçisi isə "Azərsu" ASC-dir. Şirkət 1 tenderlə bu qurumdan 1 milyon 335 min 889 manat qazanıb. Bu da ümumi tenderlərin 41 faizini təşkil edir.

Qeyd edək ki, şirkət əsasən, plastik boru və bağlantıların satın alınması işləri üzrə xidmət göstərir.
Ardını oxu...
 
Ardını oxu...
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə ediblər və qismən rublla ödəniş barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına əsasən bildirib.

"Mühüm komponent, Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr həcmində qazın tədarükü oldu. Danışıqlar zamanı prezidentlər razılaşdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik", - Novak bildirib.
 
Ardını oxu...
Putin və Ərdoğan Türkiyənin rus qazının ödənişini qismən rublla ödəməyə başlaması barədə razılığa gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri müavini Aleksandr Novak deyib.
"Türkiyə ilə kifayət qədər böyük həcmdə, yəni ildə 26 milyard kubmetr həcmində qaz nəqli barədə müzakirə aparılıb", - A.Novak bildirib.
 
Ardını oxu...
Fevralın 24-dən sonra Rusiyada fəaliyyətini məhdudlaşdırmaq qərarına gələn iyirmidən çox beynəlxalq şirkət adını dəyişərək işlini davam etdirir. Onlardan bəziləri loqosunu latın əlifbasından kiril əlifbasına dəyişdirib (“L’Occitane” – “л’Окситан”) , digərləri isə adının yalnız baş hərflərini saxlayıb (“Reserved” – “RE”).
Teref.az Banker.az-a istinadən xəbər verir ki, ölkəni həmişəlik tərk etmiş şirkətlərin yeni sahibləri loqonu kökündən dəyişib. Məsələn, “McDonald’s” restoranlar şəbəkəsi “Vkusno i Tochka”, “Shell” isə “Teboil” olub.
Rusiyada adını dəyişmiş brendlərin tam siyahısı:

Geyim və kosmetika

L’Occitane – л’Окситан

Reserved – RE

Cropp – CR

House – XC

Mohito – M

Sinsay – Син

Levi’s – JNS

Maliyyə şirkətləri

Zurich – Turikum

EY – Б1

Deloitte – Деловые решения и технологии

PwC – Технологии доверия

Yanacaqdoldurma məntəqələri şəbəkələri

Shell – Teboil

Hotellər

The Ritz-Carlton – The Carlton Moscow

Crowne Plaza Moscow WTC – Plaza Garden Moscow WTC

Holiday Inn Express Moscow Khovrino – Satelinn Moscow Khovrino

Jurnallar

Cosmopolitan – VOICE

Esquire – Правила жизни

Harper’s Bazaar – The Symbol

Домашний очаг – Новый очаг

Men’s Health – Men Today

Популярная механика – TechInsider

Qida və restoranlar

McDonald’s – Вкусно и точка

Valio – Viola

Fazer Group – Хлебный дом

Coca-Cola – Добрый Cola

Fanta – Добрый Orange

Schweppes – Rich тоник

Lay’s – Layc

Maxibon – Maxiduo

Extreme – Sunreme

Hələki adını dəyişməyənlər

KFC

Pizza Hut

Nokia

Marks Spencer
 
 
 
Ardını oxu...
"2022-ci ilin I yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda orta gündəlik neft hasilatı 424 min barel təşkil edib (2021-ci ilin 6 ayında - 468 min barel idi) və bu müddətdə cəmi 10 mln. ton neft hasil edilib".

"AzPolitika.info" xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Onun sözlərinə görə, bu rəqəmlər 6 ayda AÇG-də neft hasilatının 9,4% və ya təqribən 8 mln. barelə yaxın azaldığını göstərir.

"Bu çox böyük azalma tempidir. Özü də yarım illik nəticə üçün katastrofik azalmadır", - ekspert vurğulayıb.
Ətraflı

Mütəxəssis daha sonra hasilatın kommersiyasındakı duruma diqqət çəkib: "6 ayda AÇG-dən 76,74 mln. barel neftin hasilatı üçün istismar xərcləri (Opex) 229 mln. dollar təşkil edib. Ötən ilin yanvar-iyununda 84,7 mln. barel neftin çıxarılmasına 266 mln. dollar xərclənmişdi. Yəni AÇG-dən 1 mln. barel neftin çıxarılmasına 2021-ci ilin I yarısında 3,14 mln. dollar əməliyyat xərci tələb olunurdusa, bu il həmin göstərici 2,98 mln. dollar təşkil edib. Qeyd edim ki, Konsorsium xərclərin optimallaşdırılmasında irəliyə kiçik də olsa addım atsa da, amma AÇG-də neft hasilatının azalmasının qarşısını almaqda böyük çətinliklərlə üzləşib. Hasilatın azalma tempi bütün proqnoz göstəricilərini geridə qoyub. Əvvəllər proqnozlaşdırılırdı ki, AÇG-də gündəlik neft hasilatı 2025-ci ilə qədər 450 min barel ətrafında davam edəcək və sonra 400 minə qədər azalacaq. Amma ola bilsin ki, bu il AÇG-dən neft hasilatı 20 milyon tondan aşağı həddə düşsün".

Hasilatda kəskin azalmann səbəblərinə glincə, İlham Şaban deyir ki, gözlənildiyinin əksinə olaraq AÇG-də dərin qatlarında yerləşən layların neftverimliyi daha az olub. Onun sözlərinə görə, buna görə də BP və tərəfdaşları xərclərin optimallaşdırılması kursunda əvvəlki illərlə müqayisədə daha az neft çıxarırlar.

Ekspert xatırladır ki, 2016-cı ilin əvvəlində bazarda neft 20 dollara qədər ucuzlaşmışdı və gəlirlərin kəskin azalması ilə yadda qalmışdı.

"2016-cı ilin I yarısında AÇG-dən 119 mln. barel neftin çıxarılması üçün 260 mln. dollar əməliyyat xərci qeydə alınmışdı. Yəni görünən odur ki, AÇG-də neftin maya dəyəri artıma gedir. Kapital xərclərin artmasını da nəzərə alsaq bu göstərici son 5 ildə xeyli yüksəlib. Deməli hazırda Azərbaycanın neft gəlirlərinin 2 dəfəlik artımı sadəcə bazardakı hədsiz yüksək qiymətlərdən qaynaqlanır", - mütəxəssis vurğulayıb.

"AzPolitika.info"
 
 

Ardını oxu...
İqtisadiyyat naziri Mikayıl Cabbarov “yüksək qiymətlərdən sonrakı böhran”a hazır olmağın vacibliyindən danışıb.
Onun sözlərinə görə, nə vaxt baş verəcəyi dəqiq bilinməsə də, planlarımızı buna uyğun qurmalıyıq.
Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlama verib.
O, M. Cabbarovun fikirlərində müəyyən həqiqətlərin olduğunu bildirib:
“Yalnız Azərbaycanda deyil, bütün dünyada böhran müşahidə olunur. Böhranın bir neçə səbəbi var. Əsas səbəblərindən biri Ukrayna-Rusiya müharibəsidir. Müharibə faktiki olaraq, ixracda əsas rol oynayan və onlara yaxın olan dövlətlər üçün böhran deməkdir. Hansı ki, kənd təsərrüfatı məhsullarının ixracında Ukrayna, neft və qaz məhsullarında isə Rusiya əsas dövlətlərdəndir. Bu iki dövlət arasında müharibə dünya iqtisadiyyatına öz təsirini göstərib. Azərbaycan da hər iki dövlətlə sıx əlaqədədir. Xüsusilə Rusiyadan müəyyən qədər ərzaq məhsulları idxal edirik. Qiymətlər ilin əvvəlindən artmağa başlayıb və davam edir. Bunun səbəbi Azərbaycana idxalın kifayət qədər yüksək olmasıdır. Çünki idxal etdiyimiz məhsulla bərabər həm inflyasiya, həm də qiymət artımını müşahidə edirik”.
V.Əhmədov Azərbaycanda çox dərin böhranın gözlənilmədiyini diqqətə çatdırıb:
“Ola bilər, müəyyən məhsullarda qiymət artımı olsun. Amma Azərbaycanın kifayət qədər ehtiyatı var. Eyni zamanda ölkəmizin istənilən dövlətlə müqavilə bağlayıb, tapılmayan məhsulları idxal etmək imkanları çoxdur. Əlbəttə, qiymət artımı var və davam edir. Artımın qarşısını almaq o qədər asan məsələ deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var”.
Millət vəkili Azərbaycanın taxıl ehtiyatı barədə də danışıb:
“Müəyyən danışıqlardan sonra Ukrayndan taxılın ixracına icazə verildi. Bu, böyük qələbədir. Ukraynada təxminən 20 milyon tona yaxın taxıl var ki, ixrac olunmalıdır. Azərbaycanın da müəyyən qədər ehtiyatı var. Eyni zamanda, Azərbaycan hökuməti digər dövlətlərlə danışıqlar aparır ki, taxılla əlaqədar heç bir problem olmasın. Müəyyən qiymət problemi ola bilər. Lakin taxılın alınması, maliyyə məsələsində ciddi problem gözləmirəm”.
 
Ardını oxu...
Dünyanın 160-dan çox ölkəsi və ayrı-ayrı ölkələrin iqtisadiyyatları üzrə 2022-ci ildə investisiya mühiti ilə bağlı ABŞ-ın dünya, o cümlədən Azərbaycan üzrə səfirliklərində və nümayəndəliklərində çalışan iqtisadçılar tərəfindən hazırlanmış hesabatlar ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

Qısa hesabatlarda əməyin mühafizəsi, məsuliyyətli biznes davranışı, ətraf mühit problemləri, investisiyalara açıqlıq, hüquqi və tənzimləyici sistemlər, daşınmaz əmlak və əqli mülkiyyət hüquqlarının qorunması, maliyyə vəziyyəti sektorunda vəziyyət vəkorrupsiya kimi vacib məsələlər vurğulanır.

“Əlverişli investisiya mühiti yüksək keyfiyyətli və etibarlı investisiyaların cəlb edilməsinə kömək edə və COVID-19 pandemiyasından sonra qlobal iqtisadiyyatın bərpasını dəstəkləyə bilər. Hesabatlarda ölkələrin investisiya şərtlərinin yaxşılaşdığı sahələr, eləcə də ABŞ şirkətləri üçün biznes imkanlarına mane ola biləcək maneələr vurğulanır”, deyəDövlət Departamenti dəqiqləşdirir.

Azərbaycanda investisiya mühiti ilə bağlı internet saytında aşağıdakılar qeyd olunur
(https://www.state.gov/reports/2022-investment-climate-statements/azerbaijan/):

“Ciddi problemlər qalmasına baxmayaraq, Azərbaycanda ümumi investisiya mühiti yaxşılaşmaqda davam edir. Azərbaycan hökuməti xarici sərmayələri cəlb etməyə, iqtisadiyyatını şaxələndirmək üçün islahatlar həyata keçirməyə və özəl sektorun rəhbərlik etdiyi artımı stimullaşdırmağa çalışıb. Bununla belə, Azərbaycan iqtisadiyyatı hələ də neft və qaz hasilatından çox asılıdır ki, bu da ixrac gəlirlərinin təqribən 88%-ni və dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxunu təşkil edir”, – deyə hesabatda bildirilir.

Dövlət Departamenti qeyd edir ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ildə ÜDM-də 4,3% azalmaya qarşı 2021-ci ildə illik müqayisədə 5,6% artıb. İqtisadiyyatın pandemiyadan sağalması davam etdiyi üçün neft-qaz sektorunda artım 1,7%, qeyri-neft sektorunda 7,2% təşkil edib.

“Neft-qaz sektoru tarixən xarici investisiyaların ən böyük hissəsini cəlb etsə də, Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirmək üçün dörd qeyri-neft sektorunu da seçib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat/logistika” – deyə Dövlət Departamenti bildirib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lüzumsuz icazə (lisenziya) növlərinin aradan qaldırılması, bir sıra qeydiyyat funksiyalarının ASAN-a verilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, vergi rejimində islahatların aparılması, sahibkarlıq subyektlərində bəzi yoxlamaların dayandırılması ilə bağlı tədbirlər müsbət qiymətləndirilib.

“Biznes mühitinin inkişafı üçün əhəmiyyətli səylərə baxmayaraq, çoxşaxəli və rəqabətqabiliyyətli özəl sektorun yaradılması üçün lazım olan struktur islahatları hələ də ləng gedir və korrupsiya Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün əsas problem olaraq qalır. İqtisadiyyatda dövlətə bağlı holdinq şirkətlərinin kiçik bir qrupu üstünlük təşkil edir. Əqli mülkiyyət hüquqlarının müdafiəsi yaxşılaşsa da, kifayət qədər deyil. Məhkəmə sistemində şəffaflıq yoxdur”, – deyə Dövlət Departamenti bu kimi neqativ məqamları vurğulayır.

Ümumiyyətlə, amerikalı ekspertlərin fikrincə, “Azərbaycanda xarici investisiyalar tam və qeyd-şərtsiz hüquqi müdafiədən istifadə edir, xüsusi hallar istisna olmaqla, aktivlər milliləşdirilə və ya mənimsənilə bilməz”.

“Fiziki şəxslər kommersiya müəssisələrində pay yaratmaqda, əldə etməkdə və sərəncam verməkdə sərbəstdirlər. Xarici vətəndaşlar, təşkilatlar və müəssisələr torpaq icarəyə götürə bilər, lakin torpaq sahibi ola bilməz. Azərbaycan hökuməti qeyri-qanuni müsadirə yolu ilə ABŞ-ın fiziki və ya qurumlarına qarşı heç bir ayrı-seçkilik göstərməyib. ABŞ-Azərbaycan İkitərəfli İnvestisiya Müqaviləsi ABŞ investorlarına İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (ICSID) vasitəsilə investisiya mübahisələrini həll etmək imkanı verir”, – məlumatda deyilir.

Burada münaqişədən sonrakı vəziyyət də əks etdirilir.

“2020-ci ilin noyabrında Dağlıq Qarabağ münaqişəsində gərgin döyüşlərə son qoyan Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli (sülh) bəyannamənin açıqlanmasından sonra Azərbaycan hökuməti əvvəllər erməni separatçıların nəzarəti altında olan Dağlıq Qarabağ ətrafındakı ərazilərə yeni investisiyalar axtarır”, – Dövlət Departamenti qeyd edir.

“Azərbaycanın 2022-ci il büdcəsində bu ərazilərin bərpası və yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard ABŞ dolları) vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsait yol infrastrukturunun, elektrik təchizatının, qaz təchizatının, su təchizatının, rabitə infrastrukturunun, təhsil və səhiyyənin bərpasına, habelə mədəniyyət və tarix abidələrinin bərpasına yönəldiləcək. Hökumət bölgədə təmiz enerji layihələri də həyata keçirir. Bu ərazilərin bərpası və məskunlaşması üçün büdcədən xüsusi ayrılmış vəsaitlərin saxlanılması ilə yanaşı, növbəti illərdə də yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bərpa işləri çərçivəsində bu ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritet olaraq qalır”, – hesabatda vurğulanır.(Turan)
 
Ardını oxu...
Rəsmi statistikaya görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-iyul aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 951,2 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon, iyunda 278,1 milyon, iyulda 212,3 milyon dollar alınıb.

Mərkəzi Bank 2015-ci ilin devalvasiyalarında ABŞ dollarının kursunu 0,7844 manatdan 1,5594 manata yüksəldib. 2016-cı ili 1,7707 manat, 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Manatın sabitliyi valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu bu missiyaya 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard dollar sərf edib.
 

Dünyapress TV

Xəbər lenti