Ardını oxu...
Səhiyyə Naziriyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası "Technoil” MMC ilə satınamla müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 145 777.67 AZN olan müqavilədə "Mersedes-Benz Vito” və "Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün mühərrik və transmissiya yağlarını satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır.

"Technoil” MMC-nin qanuni təmsilçisi Rumadə Zeynalova olsa da, şirkətin həmtəsisçisi Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir.

Elvin Hacıyev özü də müsahibələrinin birində bu faktı təsdiq edib. Həm də restoran biznesi ilə məşğul olan nazir müavininin oğlu bildirib ki, "Technoil” MMC ailəsindən gələn layihədir:

"Restoran biznesi mənim öz təşəbbüsüm ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technol" bizim ailədən gələn layihələrdir. "Tecnol"da sadəcə biz iştirak etmirik, tərəflərdən biriyik. Onun yaranması devalvasiyadan sonrakı dövrdə ölkədə xarici valyutanı saxlamaq, idxaldan asılılığı azaltmaq və idxal yönlü məhsulların yerli analoqlarının yaranması məsələrinin aktual olduğu bir dövrə təsadüf etdi. Bir növ bu çağırışa öz töhfəmizi vermək məqsədilə belə bir layihəni başlatdıq”.

"Technoil” MMC-nin son iki ildə imzaladığı satınalma müqavilələrinin toplam maliyyə dəyəri 1 890 510.16 AZN təşkil edir.
 
 
 

Dünyapress TV

Xəbər lenti