Ardını oxu...
Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi hazırda Ukraynada təhsil alan və lakin müharibə şəraitinə görə sözügedən ölkədə olmayan tələbələrə çağırış edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə bu gün sözügedən dövlət qurumu ilə Medianın İnkişafı Agentliyinin birgə jurnalistlər üçün keçirilən təlimdə məlumat verilib.

Agentliyin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli Rusiya-Ukrayna müharibəsi başlayan zaman orada təhsil alan tələbələrə son bir il üçün müəyyən güzəşt edildiyini bildirib: "Lakin hazırda Ukraynada təhsil alan və yaxud təhsil almaq istəyən şəxslərə gedib orada oxumağı tövsiyə etmirik. Müraciətlər daxil olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin diplomları tanınacaq, ya yox?! Bu barədə yaxın günlərdə vətəndaşlara ətraflı məlumat veriləcək. Hansı tarixdən Ukrayna diplomlarının tanınması məsələsinə baxılmayacağı ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq. Hazırda statistik məlumatlar toplanır".

Aysel Kərimli qeyd edib ki, bəzi tələbələr hazırkı müharibə şəraitində universitetə daxil olurlar, sonra yenidən Azərbaycana transfer olmaq istəyirlər: "Bu, birmənalı şəkildə tövsiyə edilmir".

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov da Aysel Kərimlinin fikirlərinə dəstək olaraq bildirib ki, hazırda Ukraynada təhsil almağı tövsiyyə etmirlər: "Sözügedən ölkədə təhsil alanlar ən çox Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nəticə toplaya bilməyən şəxslərdir. Sonda onlar bir il sözügedən ölkədə təhsil aldıqdan sonra hazırkı şəraitə görə və yaxud digər məsələlərlə bağlı Azərbaycanda təhsillərin davam etdirmək istəyirlər. Bu da sonda DİM-in təşkil etdiyi imtahnda nəticə göstərən tələbələrlə eyni göstəriciyə gətirib çıxarır. Yəni onlar DİM-in imtahanında nəticə göstərməyiblərsə, necə gəlib Azərbaycanda təhsil ala bilərlər?”.
 
Ardını oxu...
“Son günlər Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə bağlı məsələlər aparıcı fransız mətbuat səhifələrinin geniş müzakirə mövzusuna çevrilib, hətta həbsdə olan Martin Ryanın atası məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni kəskin ittiham edən müsahibələrlə çıxış edib”.

Bu barədə “Observer Online” yazır.

06.04.2024-cü ildə yayımlanmış məqalədə qeyd edilir: “Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş üzrə həbs edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik heyətinə yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb.

Həmçinin məlum olur ki, hər iki şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng “Societe Generale” maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə banklararası müqavilələrinin tərtibində iştirak edib.

A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya göndərilməsinin səbəbləri isə hələ açıqlanmayıb.

4 dekabrda qeyd olunan şəxslərin həbsindən və Fransa kəşfiyyat şəbəkəsinin uzantılarının ifşasından sonra “Societe Generale” Bankının 07 dekabr 2023-cü il tarixdə Afrikanın 16 ölkəsində nümayəndəliklərinin fəaliyyətini dayandırması xüsusilə diqqət çəkən məqamdır. Az zərərə düşmək üçün Bank özünün Konqo, Ekvatorial Qvineya, Mavritaniya, Çad və digər ölkələrdəki filial qruplarını və törəmə şirkətlərinin əmlaklarını yerli şirkətlərə satmaq şansını əldən verməməyə və qapanmaları müxtəlif adlarla əsaslandırmağa çalışır.

Məsələ də ondadır ki, ümumi uğursuzluqlar “Societe Generale” bankının 2017-ci ildən Təhlükəsizlik üzrə Direktoru - əvvəl isə Fransa Silahlı Qüvvələrində Kəşfiyyat və təhlükəsizlik idarəsinin rəhbəri olmuş, “ehtiyatda” olan general Antuan Cxuyun tutduğu vəzifəyə uyğunluğu ətrafında müzakirələrə rəvac verib.

“Societe Generale” həmin bankdır ki, gələcək milyarder Corc Soros hələ 1988-ci ildə bankın konfidensial məlumatları hesabına səhm alqı-satqılarında qanunsuz yolla milyonlarla vəsaitə yiyələnə bilib, 2002-ci ildə buna görə məhkum edilib, iri həcmdə cərimə cəzası ilə yaxasını qurtara bilib”. (Trend)
 
 
 
Ardını oxu...
Hesablama Palatası məxfilik rejiminə əməl olunmaqla keçirdiyi auditlərin nəticələrini açıqlamır.

Bunu "Report"un sualını cavablandıran Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

O, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinin kütləvi informasiya vasitələrində işıqlandırılması üzrə hədəfin 100 % deyil, 63 % olmasına aydınlıq gətirib.

“Nəzarət tədbirləri üzrə nəticələrin tam verilməməsinin digər səbəbi pozuntuların məbləğinin əhatə edilmiş məbləğə nisbətdə çox olmaması və fərqli xarakter daşımaması ilə bağlıdır”, - deyə V.Gülməmmədov əlavə edib.
 
Ardını oxu...
Sumqayıt şəhəri, Nizami küçəsi 19 C, 6-cı məhəllənin sakini Hüseynov Bəşir Bəhram oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, xəbəri olmadan məhkəmə ona 3300 manat cərimə kəsib:

“Mən, Hüseynov Bəşir Bəhram oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirmək istəyirəm ki, uzun müddət avtovağzalda avtobuslarda fəhlə kimi işləmişəm. Akif adlı bir şəxs iki sumka təqdim etdi ki, bunu Moskva şəhərinə göndər. Bu hadisə 2015-ci ildə baş verib. Sürücülərə təqdim etdikdən sonra sumkalar yoxa çıxıb.

Həmin Akif adlı şəxs ünvanımı taparaq məni məhkəməyə verib. Mənim isə məhkəmə proseslərindən xəbərim olmayıb.

İddiaçı şəxs ərizəsində qeyd edib ki, guya, sumkanın içində bahalı mallar olub və itməsində də məni günahkar görüb.

Sumkanın Moskva şəhərinə göndərilməsi üçün cəmi 100 manat ödəniş edilmişdi. İçində qiymətli mal var idisə, bu adam niyə bizə tapşırmırdı kı, biz də işimizi bilərdik?!

Sumqayıt Şəhər Məhkəməsi mənim iştirakım olmadan 2016-cı ildə qərar qəbul edib ki, o şəxsə 3300 manat ödəməliyəm. Hakim ortada sübut olmadan bu qədər məbləği necə kiminsə boynuna qoya bilər?!

Özüm müharibə veteranıyam, aldığım 80 manat təqaüdün 40 manatı borca çıxılır. Yüzlərlə sumka aparmışıq, heç vaxt belə problemimiz olmayıb. Bəlkə, Moskvada sumkanı götürüblər, buna deyiblər ki, götürməmişik. Məhkəmə işi araşdırmadan bu qərarı necə verib, başım çıxmadı.

Yaşımla əlaqədar artıq heç yerdə işləmirəm, səhhətimdə də problemlərim çoxdur. Belə qanun olar? 80 manat pulun özü nədir ki, hələ onun 40 manatını da borca tuturlar?!

Mən cənab Prezidentdən xahiş edirəm ki, mənə qarşı çıxarılan haqsız qərarla bağlı müvafiq qurumlara tapşırıq versin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ağcabədi rayonu, Hacılar kənd sakinləri olan 19 ailə tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər əkin sahələrini suvara bilməmələrindən şikayətçidirlər:

“Biz, sakinlər, yazaraq bildirirk ki, artıq hər şeydən bezmişik. Pay torpaqlarımıza düşən artezian işləmir. Susuz torpaqlarda necə məhsul əkmək olar? Bu qədər insafsızlıq olmaz. Heç bir qurum maraqlanmır. Heç fikirləşən yoxdur ki, bu 19 ailə nə ilə dolanmalıdır? Kənd yeridir, iş yoxdur, çörəyimizi torpaqdan çıxarırıq.

Artezianın işləməmə səbəbi isə quyunun batmasıdır. Təmir etmirlər və kənd camaatı zülm çəkir.

2021-ci ildən susuz qalmışıq. Çox get-gəldən sonra bildirdilər ki, 2024 -cü ilin yanvar-fevral ayında təmir olunacaq. Əlacsız, gözləməyə məcbur olduq. Lakin problem hələ də həll olunmayıb. Hərə bir söz deyir, inanırıq, amma iş görmürlər.

Sonra dedilər ki, narahat olmayın, mart ayında təmir olunacaq, susuzluqdan canınız qurtaracaq. İndi də deyirlər ki, may-iyun aylarında təmir oluna da bilər, olunmaya da. Səbəbini soruşduqda isə deyirlər ki, bizə pul köçürülməyib.

Belə çıxır ki, bir artezianı təmir etdirməyə dövlətin pulu yoxdur. Bu qədər biabırçılıq olar? 2023-cü ildə “bərpaya düşən” artezian hələ də düzəlmir.

İcra Hakimiyyətində qəbulda da olmuşuq, amma nəticə yoxdur. Cənab Prezident çıxışlarında qeyd edir ki, fermer sektoru inkişaf etməlidir. Bəs, su olmayandan sonra bu sektor necə inkişaf etsin?! Bu neçə ildə biz sakinlərin nə qədər məhsulu zay olub.

Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim problemimizin həll olunmasına köməklik göstərsinlər”.

Məsələ ilə bağlı Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Həbsdə olan Milli Məclisin sabiq üzvü Eldəniz Səlimov vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

Gununsesi.info-nun xəbərinə görə, sabiq deputat əfv olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Eldəniz Səlimovun ailə üzvlərinin və özünün ölkə başçısına yazdığı müraciətdə onun hakimiyyətə sədaqətindən bəhs olunmaqla yanaşı, cəzasının böyük hissəsini çəkdiyi vurğulanaraq azadlığa buraxılması xahiş olunur.

Xatırladaq ki, Eldəniz Səlimov 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

O, 2021-ci ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis leytenantı Zaur Mirzəyevin xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətlərini özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqda günahlandırılır.

Xatırladaq ki, növbəti ay Azərbaycanda əfv sərəncamı gözlənilir.
 

Ardını oxu...
"Şikayətim "Camex.az"dandır..." Dia-az.info bildirir ki, bu barədə Gülər adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Ayın 2-si sifariş vermişəm. 6-sı xarici ambara çatıb və çatdığı gün də bəyan edilib. Həftədə bir dəfə Türkiyədən mallar göndərilir, deyirlər. 3 gün sonra "Camex"in öz "app"ında "yolda" göstərirdi. 1 həftə sonrasında isə təkrardan "xarici ambarda" statusunda oldu.
Zəng etdiyimiz zaman operatorun biri həftədə bir dəfə - 5-ci günlər, digəri isə 2-ci günlər məhsulların göndərildiyini qeyd etdi. Bəhanədə isə "sizin məhsulunuz həmin reyslərə çatmayıb" qeyd edilir.
Nə hikmətdirsə ayın 6-sından bəri 2-ci və ya 5-ci günlər gəlib çıxa bilmədi. "İnstagram"dan əlaqə saxladım. 19-u məhsulun göndəriləcəyinə dair söz verildi. Zəngdə isə başqa operator "27-i göndəriləcək" dedi. 27-si... nə 2-ci, nə də 5-ci gün olduğunu nəzərə alsaq, bunun da yalan olduğu məlum olur. Məhsul hələ də "xarici ambarda" statusundadır. Və mənə məhsulun niyə göndərilmədiyinə dair konkret cavab verən yoxdur.
Adamı hövsələdən çıxarırlar, zəng edib biraz aqressiv danışırsan, operator səndən də aqressiv danışır. Bu qədər karqo şirkətləri ilə işləmişəm, birinci dəfədir başıma gəlir. Birinci və sonuncu dəfədir ki, o karqoyla sifariş edirəm. Siz də əsəblərinizin korlanmağını istəmirsinizsə, uzaq durun..."
Ardını oxu...
Bakıda nəqliyyatın axınının azaldılması və paytaxt qəsəbələrində yolların bir-birinə bağlanması üçün yeni yolun inşasına başlanılıb.

Həmin yol başlanğıcını Böyük Şor gölü ətrafından götürərərək Məmmədli və Kürdəxanı qəsəbələrindən keçərək Pirşağıya qədər uzanacaq.

Yolun ümumi uzunluğu 12.7 kilometr təşkil edəcək.

Daha ətraflı AzTV-nin süjetində:

 
Ardını oxu...
Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Laçın (şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1 və Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən dia-az.info-ya bildirilib ki, imtahan saat 11:00-da başlanır.

Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Respublikanın 25 şəhər və rayonunda təşkil olunan imtahan üçün 233 bina, 4158 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və ümumi rəhbər, 5193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233 bina nümayəndəsi cəlb edilib.

İmtahanda 55887 şagirdin iştirakı nəzərdə tutulur.

Bugünkü imtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Ardını oxu...
Türkiyədə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan zəlzələlərdən sonra dağıntılar altından çıxarılan və bu günə qədər təslim edilməyən 197 polad seyf açılıb.

Bu haqda “Sputnik Türkiye” məlumat yayıb.

Açıqlamada, aşkarlanan 197 seyfdən 119-nun boş olduğu, 57 seyfdə dəyərsiz sənəd və əşyaların, 21 polad seyfdə isə 5 kilo 90 qram qızıl, 21 qızıl sikkənin olduğu bildirilib. Aralarında kulon, 3 ədəd qızılla örtülmüş qol saatı, 2 gümüş bilərzik və 4 cüt gümüş sırğa, 458 min 198 türk lirəsi, 58 min 700 dollar, 404 avro və köhnə sikkələrin tapıldığı əlavə olunub.

Qeyd edilib ki, bəzi seyflərdən 3 ədəd silah və 397 ədəd patron, 38 ədəd tarixi əsər, 960 ədəd reseptli həblərin tapılıb. Açılan seyflərdən çıxan əşya və sənədlər sahiblərinə və ya varislərinə təslim edilib.
 

Dünyapress TV

Xəbər lenti