Ardını oxu...
Ölkədə təxminən hər 6 nəfərdən 1-i şagirddir. Təhsil müəssisələrindəki şagirdlərin sayı 1,6 milyon nəfəri keçir. Amma birinci sinfə gedənlərin sayının hər il azaldığı diqqət çəkir. Bu il ilk pilləyə qədəm qoyanların sayı 133 min nəfərdən bir qədər azdır. Son illərin statistikası aşkar azalmadan danışır. Məsələn, 6 il əvvəl birinci sinfə 164 mindən çox uşaq gedirdi.
Bizimyol.info xəbər verir ki, məktəbə hazırlıq qruplarında 90 min 672 uşaq təhsil almağa başlayıb. Çox yüksək göstərici deyil. Belə nəticəyə gəlmək olar ki, gələn il birinci sinfə daha az uşaq gedəcək. Hərçənd, məktəbə hazırlıq qruplarında da hamıya yer tapılmadığı məlumdur.

Birinci sinif şagirdlərinin sayı hər il təxminən 5 faiz azalır. Bu gedişlə yaxın illərdə say 100 min nəfərdən də az olacaq. Əslində, çox təhlükəli tendensiya ilə üz-üzəyik. Əhalinin ümumi çəkisində yeniyetmələrin payının azalmasına doğru gedirik.

Azalmanın əsas səbəbi nədir?
Mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Hər şeydən əvvəl uşaqlara sərf olunan vəsait artıb. Müasir valideynlər övladını hərtərəfli təmin etmək barədə daha çox düşünür. Təhsil imkanları geniş deyil, əksinə, xeyli məhdudlaşıb. Kənd yerlərində uşaqlara gün ağlamaq olmur. Abşeron yarımadasına köç uşaq sayının azalmasının əsas səbəblərindəndir. Çünki paytaxta pənah gətirən ailələr, adətən, kirayə mənzillərdə qalırlar, burada say artımını məqbul hesab etmirlər.

Bir sözlə, valideynlərin heç bir zəmanəti yoxdur. Onlar yaxşı təhsil, keyfiyyətli səhiyyə barədə düşünməli olurlar. Dövlət qurumları üzərinə düşəni yerinə yetirmir. Uşaq pulunun verilməməsi də ayrı zərbədir. Nəticədə doğum göstəriciləri aşağı düşür. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də bunu deyir.

Ümumiyyətlə, baş verənlər yaxşı gələcəkdən xəbər vermir. Ölkədə xüsusilə uşaqların qayğıya ehtiyacı var. Dövlət qurumları hər uşağın vacib ehtiyacları barədə düşünməlidir. Ortaya konkret proqram, konsepsiya qoyulmalıdır. Bir də gözümüzü açacağıq ki, əhali sayı azalmağa başlayıb.
Ardını oxu...
Tanınmış azərbaycanlı hüquqşunas Elman Paşayev həbs olunmazdan əvvəl Rusiyada Xüsusi Hərbi Əməliyyat Bölgəsində "T-80" tankının ekipaj komandiri kimi xidmət edib.

Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, E.Paşayev fevral ayında Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və 95-ci atıcı alayında xidmətə başlayıb. Oradakı komandanlıq Paşayevi bəyənmədiyi üçün o, beşinci briqadaya keçib.

Həmkarlarının dediyi kimi, Paşayev yeni rəhbərliklə tez bir zamanda münasibət qurub və briqada daxilində yaranmış vəziyyətdə hüquqi yardım vəd edib. Eyni zamanda, hərbçilər keçmiş vəkili heç vaxt "T-80" tankında döyüşdə görmədiklərini qeyd ediblər.

Sentyabrın 18-də Paşayev xüsusilə külli miqdarda dələduzluq işi üzrə həbs edilib. O, 45 milyon rubldan çox dələduzluqda şübhəli bilinir.

Paşayevə qarşı iş bloqqer Yelena Blinovskayanın əri Alekseyin vəsatəti əsasında açılıb və o, zərərçəkmiş kimi tanınıb. O, arvadını istintaq təcridxanasından azad edəcəyini və vergidən yayınma ilə bağlı cinayət işini susduracağını vəd edən E.Paşayevə 45 milyon rubldan çox pul verib.
 
 
 

 

Ardını oxu...
İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

Bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.
 
Ardını oxu...
Paytaxtda və Abşeron rayonu ərazisində yerləşən daşınmaz əmlakların böyük əksəriyyəti çıxarışsızdır. Rəsmi rəqəmlərə görə, hazırda bu ərazidə 400 minədək “kupçasız” ev mövcuddur. Aidiyyəti dövlət qurumları qanunsuz tikintilərin aparılmasının qarşısını qismən ala bilir. Vətəndaşların bir çoxu sənədsiz evlərlə bağlı kütləvi söküntülərin yoxluğundan və s. bu tip əmlakları almağa davam edir.

ЕУКУА xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hazırda Cinayət Məcəlləsində qanunsuz zəbt olunmuş torpaqlarla bağlı ciddi cəzalar tətbiq olunmaqdadır:

“Həqiqətən də bu gün belə ölkədə kütləvi şəkildə qanunsuz torpaqların zəbt olunması prosesi gedir. Eyni zamanda, həmin torpaqlarda özbaşına tikililərin aparılması həyata keçirilməkdədir. Milli Məclisdə Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər edilsə də.

CM-in 188.1-ci maddəsi mülkiyyət istifadə və icazə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, əkib-becərmə, dəyişdirmə və özbaşına tutma kimi əməllərə görə 8 min manatdan 10 min manatadək cərimə nəzərdə tutulur. Eyni zamanda, bu əməllər 2 il müddətədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma qanunla müəyyən olunmuş mülkiyyətdən istifadə və icarə hüququ olmadan tikinti işləri aparmağa görə isə, 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulub”.

Hüquqşünas qeyd edib ki, qanunsuz tikililərin istismar müddəti daha çoxdursa, o zaman vətəndaşlar aidiyyəti dövlət qurumlarına müraciət etməlidir:

“Qanunsuz tikililərin həyata keçirilməsi əgər uzun müddətdirsə, vətəndaşlar bu barədə dövlət qurumlarına müraciət edə bilərlər. Dövlət qurumları onların bu istəyini qiymətləndirə və həmin torpaq sahəsi kimin mülkiyyətindədirsə, onun vətəndaşlara ayrılması ilə bağlı müvafiq qərar əldə edə bilər. Bu qərar əldə olunduqdan sonra torpaq sahəsi üzərində tikilmiş evin layihə sənədləri və eyni zamanda torpağa dair mülkiyyət sənədləri Daşınmaz Əmlakın Dövlət Reyesterinin ərazi idarələrinə təqdim olunur. Müvafiq rüsumlar və xidmət haqları ödənildikdən sonra, şəxs öz mülkiyyətinə dair sənədi ala biləcək”.
 
Ardını oxu...
Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”na dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində yaradılan süni torpaq sahəsində tikinti məqsədləri üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur.
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsi və "Azpetrol LTD" MMC arasında məhkəmə çəkişməsi davam edir.
Pravda.az-ın xəbərinə görə, Komitənin MMC barəsində tərtib etdiyi protokola növbəti dəfə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə sentyabrın 24-də baxılacaq.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: "Azpetrol LTD" 04.10.2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 779 106.70 manatdır. Qanuni təmsilçisi Ceyhun Məmmədov Əhməd oğludur.

Xəyal Quliyev
 
Ardını oxu...
Bakıda özünü Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar məktəblərin "WhatsApp" qruplarında yayılıb.

Bildirilib ki, mənzillərin ətrafında özlərini nazirliyin əməkdaşı kimi təqdim edən bir qrup şəxs vətəndaşlardan şəxsiyyət vəsiqələrinin olub-olmadığını soruşur və biometrikadan keçməli olduqlarını bildirir.

İddiaya görə, onların əllərində notbuk, biometrik cihaz və sakinlərin siyahısı olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq, bildirib ki, bununla bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb.

"Əgər hansısa vətəndaş bu halda dələduzluğa məruz qalma riski ilə üzləşərsə və ya şübhə yaranarsa, polisə, eləcə də "102" Xidməti-Zəng Mərkəzinə məlumat verməyi tövsiyə edirik", - deyə açıqlamada qeyd edilib.
 
Ardını oxu...
Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 35.1.1.-ci maddəsi göstərilib.
Qanunun qeyd olunan maddəsində göstərilir ki, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda müsabiqə ləğv olunur.
Qeyd edək ki, tenderin keçirilməsində məqsəd “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğunda Mədəniyyət evinin bərpası üzrə layihə smeta sənədlərinin hazırlanması ilə bağlı olub.

Onu da bildirək ki, bir müddət əvvəl Dövlət Turizm Agentliyinin “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda qəzalı evlərin bərpası (44 ev) üçün keçirdiyi tender müsabiqəsi tənqidlərə səbəb olub. Belə ki, Agentlik Xınalıqda 44 evin bərpası üçün “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı Filialına (VÖEN – 1604374251) 6,6 milyon manat vəsait ayırıb. Bu isə o deməkdir ki, Xınalıqda bir ədəd evin bərpasına 151 min manat vəsait xərclənəcək.
 
Ardını oxu...
1950-ci illərdə İstanbulda üç polis təqaüdə çıxdıqdan sonra dolanışıq dərdi ilə üz-üzə qalır. Onlar əvvəlki işlərinə görə tanındıqları bir binanı kirayəyə götürərək “Küçükpazar Karakolu” adlı saxta polis bölməsi qururlar. Hər şeyi gerçək bir polis bölməsinə uyğun şəkildə təşkil edirlər və işlərinə davam edirlər. Hətta yerli polis rəisinin məlumatı olmadan bu bölgədəki cinayət işlərini də idarə edirlər. Bir müddət sonra, əsl polis bölməsindən bir məmur kömür paylanması üçün göndərilir və "Küçükpazar Karakolu" haqqında heç bir məlumatın olmadığını anlayır. Nəhayət, məsələ şəhər polis rəhbərliyinə çatır və bölgə rəisi bu saxta karakolu qanuniləşdirmək qərarına gəlir. Bu hadisə illər boyu xatırlanmaz, amma saxta olaraq qurulan bu karakol sonradan rəsmi status qazanır!
Tərxan Paşazadə
TEREF
 
Ardını oxu...
İctimai fəal Haldun Novruzzadə "MilliÖn", "E-manat" terminalları ilə bağlı müzakirələrə səbəb olan paylaşım edib.

Globalinfo.az xəbər verir ki, H.Novruzzadə kredit ödəyən zaman əlavə komissiya haqqı tutulduğunu bildirib.

"Deməli, "MilliÖn", "E-manat" kimi aparatlar sentyabr ayından ödədiyiniz kreditlərdən bir faiz xidmət haqqı tutur. Məsələn, 2000 manat kredit ödəyirsinizsə, 20 manatını "MilliÖn" avtomatik çıxır. Bunu da qəbzdə göstərmir deyə sizin xəbəriniz olmur. Buna görə də əskik pul ödədiyiniz üçün adınız gecikməyə düşür", - deyə fəal bildirib.

"MilliÖn" Xidmət Mərkəzindən saytımıza verilən məlumata görə, həmin komissiyanı banklar tutur:

"Hər bir komissiya bank tərəfindən təyin olunur. Ödəniş zamanı məbləği daxil etməmişdən öncə monitorun üzərində komissiyanın çıxılacağı barədə məlumat yazılır. Ola bilər ki, müştəri buna diqqət yetirmədən ödəniş edir. Ümumiyyətlə, "MilliÖn" tərəfindən komissiya tətbiq edilmir".
 

Dünyapress TV

Xəbər lenti