Ardını oxu...
Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə Rafael Əliyev ifadə verib.

Rafael Əliyev bildirib ki, proses bəlli olub və ora kimin nəzarət etdiyi də bilinirdi: “Rüşvət sərhəddə alınırdı və komitəyə verilirdi. Bu fəaliyyətin qanunsuz olduğunu bilirdik. İşə qəbul olunan gömrük işçisi sabahı günü işə çıxanda artıq neçə işləyəcəyini bilirdi. İstər yaradılan TIR, istərsə də GRP (yük xəttinə aid yaradılan qanunsuz proqram) proqramlarına komitədən kiminsə girişinə icazəsi yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları eyniləşdirib komitə sədri Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə verirdik”.

Keçmiş maliyyə naziri bildirib ki, komitə sədri onlardan pulların dollar olaraq verilməsini istəyib: “Pullar gömrükçülərdən manat və dollar kimi alınırdı. Komitə sədri demişdi ki, pulları ona dollar kimi verək. Özü banklara zəng edib deyirdi, biz də gedib manatları dollara çevirirdik”.

Gömrük Komitəsində məhv edilən kompüterlərin hard-disklərinə (yaddaş cihazı) isə Rafael Əliyev belə aydınlıq gətirib: "Kompüterlərin hard-diskləri məhv edilib. Ancaq bu proses mən orda çalışdığım müddətdə olmayıb, məndən sonra olub. Disklərin məhv edilməsinin səbəbi, yəqin ki, proqramların ləğvi ilə bağlı olub. Sonradan bilinib ki, bu proseslər səhvdir və hər şey ləğv edilib, sənədlər də ləğv edilibsə, deməli, hər şey qeyri-qanuni olub”.

Maliyyə naziri işlədiyi dövrdə Rafael Əliyev qanunsuz olaraq 2017-ci ildə işə qəbul edilən 8 nəfərə verilən əməkhaqqına da aydınlıq gətirib. O bildirib ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri işləyərkən həmin işçilərin adları dövlət qulluğunun reyestrində də olub. Aylıq paket olaraq 15 min manat aldığını qeyd edən Rafael Əliyev bildirib ki, o bunu maaş kimi alıb: "Bu mənə əməkhaqqı kimi təqdim olunurdu. Özümü təqsirli hesab edirəm, məsuliyyət mənim üzərimdədir".

Daha sonra zərərçəkən tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, istintaq müddətində dövlət büdcəsinə vurulmuş ziyanın bir hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam edir: "Biz zərərçəkən tərəf olaraq dəyən ziyanın tam ödənilməsini tələb edirik və məhkəmədən bunun təmin edilməsini xahiş edirik".

Proses daha sonra şahidlərin ifadələri ilə davam edib.

Şahidlər bildiriblər ki, onlara öncədən göstəriş verilib və pullar yığılıb. Bu göstərişləri isə o zaman komitənin sədri olan Səhhət Həbibbəyli verib. Həmin müddətdə dövlətin rəsmi proqramına heç bir vəsait ödənilməyib. Sədərək Gömrük məntəqəsində yüklərdən (idxaldan) ay ərzində ortalama 800 min - 1 milyon manat yığılırdı.

Həmçinin, bu proses digər məntəqələrdə də olub. Ortalama olaraq hər ay TIR proqramı vasitəsilə 200 min manatdan çox vəsait mənimsənilib. Şahidlər deyib ki, gömrüklərdə hər ay bu məbləğ dəyişirmiş. Belə ki, ay ərzində hər bir gömrükdə 300-400 min manat, həmçinin 400-500 min dollar vəsait toplanırmış. Culfa gömrük məntəqəsində 3 il ərzində təqribən 12.5 milyon manat, Şahtaxtı gömrük məntəqəsində isə 1,2-1,4 milyon manat rüşvət yığılıb. Şahidlər vurğulayıb ki, komitədən onlara kompüterlərin hard-disklərinin dəyişdirilməsi tapşırılıb. 1 həftə ərzində 25-30 kompüterin hard-diski dəyişdirilib və onlar maddi təchizat şöbəsinin rəisinə verilib. Həmin yaddaş cihazları isə çilingər tərəfindən 4 yerə bölünərək məhv edilib.

Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.
 
Ardını oxu...
Moskvada küçədə rəqs edən azərbaycanlılar polis tərəfindən saxlanılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, ötən gün axşam saatlarında bir qrup azərbaycanlı gənc “Yaşa, Azərbaycan” mahnısının sədası altında avtomobil yolunun hərəkət istiqamətində rəqs edib.

Hadisədən sonra Rusiya polisi hərəkətə keçib və bu gün səhər saatlarında rəqs edən azərbaycanlılar müəyyənləşdirilərək saxlanılıblar.

 
Ardını oxu...
Ermənistan 30 ilə yaxındır nəzarətində olan Azərbaycan kəndlərini geri qaytarmağa razılaşandan sonra Qazaxla sərhəd yaxınlığında yaşayanlar etiraz aksiyalarına başlayıb.

Onlar azərbaycanlılarla qonşuluqdan, təhlükəsizlik məsələlərindən narahatdılar.

Bəs bir kənddə, bir məhəllədə yaşayan azərbaycanlı və erməni əsilli Gürcüstan vətəndaşları bu qonşuluğun öhdəsindən necə gəlirlər?

Jurnalist Könül Şahin bu kəndlərdə, eləcə də paytaxt Tbilisidə bir-biriylə qonşuluq, hətta dostluq edən azərbaycanlılar və ermənilərlə danışıb.
Şulaveri kəndi Gürcüstanın Kvemo Kartli bölgəsində yerləşən və təxminən 83 faizi azərbaycanlılardan, 10 faizi ermənilərdən ibarət olan Marneuli şəhərindən maşınla 20 dəqiqəlik məsafədə yerləşir. Bu kənd Kvemo Kartli bölgəsində azərbaycanlılarla ermənilərin birgə yaşadığı kəndlərdən sadəcə biridir.

Ermənistanla Gürcüstanı birləşdirən avtomobil yolu da bu kənddən keçdiyi üçün burada Ermənistan seriyalı bir çox maşın da görmək mümkündür.
Kəndə daxil olanda sizi yolun hər iki tərəfində yerləşən üç iri market qarşılayır. Marketlərdən ikisinin sahibi azərbaycanlı, birinin sahibi isə ermənidir. Hər iki xalqın nümayəndələri isə bu marketlərdə birlikdə işləyirlər.

Şulaveridə doğulub boya-başa çatan erməni əsilli Lyova bu marketlərdən birinin qarşısında meyvə-tərəvəz satır.

Kənd sakinləri üçün qeyri-adi hal olmasa da, kənardan gələnləri təəccübləndirəcək bir şey də odur ki, yerlilər bir-birinin dilində sərbəst danışa bilirlər.

Elə Lyova ilə söhbətimiz də Azərbaycanca baş tutur.

“Dünyada Şulaveri kimi yaxşı bir yer yoxdur. Burada insanların bir-birinə göstərdiyi hörməti qardaş qardaşa göstərməz, - deyən Lyova ətrafdakı azərbaycanlı dostlarına işarə edərək əlavə edir. - Bir şeyə ehtiyacım olanda köməyimə ilk onlar qaçırlar”.

Biz söhbət edərkən uşaqlıq dostu Bayram gülümsəyərək bizə baxır.

“O məndən daha yaxşı ermənicə danışır, indi, sadəcə utanır” – Lyova deyir.

Söhbətimiz boyu Lyova uşaqkən atası ilə birlikdə Bakıya etdiyi səyahətlərdən, atasının Bakıda ona aldığı velosipeddən, Xəzər sahillərindən danışır.
Lyovanın marketinin qarşısındakı dükanın sahibi isə azərbaycanlı Dürdanədir. Dürdanə 6 ildir buranı idarə edir. Bu illər ərzində erməni həmkəndlisi Mari onunla birlikdə işləyib. Dürdanə deyir ki, Mari ərini itirəndən sonra bir müddət işinə ara verib, sonra yenidən qayıdıb:

“Yenidən işə başlamaq istəyəndə yolun qarşısındakı marketin (sahibi ermənidir) sahibi onu işə götürmək istədi, amma Mari getmədi. O vaxt mənim başqa işçim var idi, amma dedim ki, gəl, bir şey fikirləşərik” – deyə Dürdanə xatırlayır.

Marketdə işlər çox olanda Dürdanənin uşaqları da köməyə gəlirlər. O deyir ki, Ramazan ayında oruc tutmuşdu, Mari isə onların yorulmaması üçün işlərin çoxunu özü görməyə çalışırdı.

Mari mənə Ermənistanda istehsal olunan qəhvə və Azərbaycanda istehsal olunan çay təklif edib kəndlərinin çoxmillətliliyindən, azərbaycanlılarla ermənilərin bayram günlərində bir-birlərinə göstərdikləri qonaqpərvərlikdən danışır.

Dürdanə deyir ki, marketinə təkcə Şulaveri və ətraf kəndlərdən yox, elə Ermənistandan da alış-verişə gəlirlər.

“Yaşlı Tiqran dayı var, hər dəfə Gürcüstana gələndə burda maşından düşür, ərzaq alış-verişi edib gedir”, - Dürdanə deyir.

Diqqətçəkən bir amil də bu alış-verişdə yaranmış etibardır. Dürdanə xanımın mənə göstərdiyi nisyə dəftərində təkcə yerlilərin yox, Ermənistandan olan müştərilərinin də adı var.

Onlar marketdən nisyə alış-veriş edir, pulları olanda isə borclarını ödəyirlər.
Dürdanə yalnız bir dəfə xoşagəlməz hadisə ilə qarşılaşdığını bildirir:

“Mari mənə xəbərdarlıq etdi ki, Ermənistandan olan bir qadına nisyə mal verməyim, amma qulaq asmadım. Qadın pulu vermədi. Tiqran dayının qızı Svetlana onu Ermənistanda tapdı və pulu ondan alıb atası ilə birlikdə mənə göndərdi”, - deyə Dürdanə əlavə edir.

Bu kənddə Azərbaycanla Ermənistan arasındaki proseslər də müzakirə olunur, lakin insanlar bu məsələlərin qonşuluq və dostluq münasibətlərinə mənfi təsir göstərməsinə imkan vermədiklərini deyirlər.

Şulaveridən təxminən 10 dəqiqəlik məsafədə yerləşən, ermənilərin və azərbaycanlıların birlikdə yaşadığı Mirzoyevka kəndində də vəziyyət oxşardır. Bu kənddə ermənilər və azərbaycanlılarla yanaşı çox az sayda yunan, yəhudi, assuriyalı və gürcülər də yaşayırlar.

Kəndə getdiyim gün bir evin qarşısındakı qələbəlik və səslənən Azərbaycan musiqisi diqqətimi çəkir.

Kənd sakinlərindən birinin oğlunun sünnət toyuna, demək olar ki, bütün kənd camaatı toplaşmışdı.

Yerli erməni və azərbaycanlı qadınlar qonaqlar üçün birlikdə yemək bişirirdilər.
Toy sahibi qonaqlarını narahat etməmək üçün şəkil çəkilməsinə icazə verməsə də, qonaqlarından 77 yaşlı Məhərrəm Məmmədovdan kənd haqqında məlumat verməsini xahiş edir.

"Biz hamımız burda mehriban yaşayırıq. Baxın, toy gedir, hamı bir yerdədir”,- Məhərrəm dayı deyir.

O, orta təhsilini kənddəki erməni məktəbində alıb. Dəfələrlə Ermənistana gedib, hətta həyat yoldaşı xəstələnəndə onu müalicə üçün Yerevana aparıb.
Qonşu Gürcüstanda ermənilərlə azərbaycanlıların birlikdə yaşadığı yerlərdən biri də təbii ki, paytaxt Tbilisidir.

Gürcüstanın və Cənubi Qafqazın tanınmış sənətçilərindən biri olan erməni əsilli rejissor Sergey Paracanovun xatirəsinə təşkil edilən tədbirdə usta rejissorun Bakıda və İstanbulda çəkdirdiyi fotoşəkillərə baxanda bir səs eşidirəm:

“Paracanovun sənətinə göstərdiyiniz marağa görə təşəkkür edirəm”, – bir nəfər nəzakətlə deyir, sonra özünü təqdim edir: Qaqik Xaratov

Tbilisinin erməni əsilli sakini Qaqik Xaratov bu şəhərin çoxmillətli olması ilə qürür duyur.

“Arzu edirəm ki, bütün dünyada sülh olsun, xüsusən də ermənilərlə azərbaycanlılar arasında. Bu vəziyyət bizim insanlarımıza yaraşmır”, - o, emosional bir şəkildə deyir.

Daha sonra uşaqkən hər yay tətilində ailəsi ilə birlikdə Bakıya etdiyi səfərləri, orada keçirdiyi xoş vaxtları, azərbaycanlı dostlarını həsrətlə xatırlayaraq sözlərinə davam edir:

“İtirdiyimiz bütün yaxşı şeylərin geri qayıtmasını istəyirəm. Zaman keçir, zamandan dəyərli heç nə yoxdur. Biz uşaqlarımıza necə bir gələcək qoyub gedirik?”

Qaqik arzulayır ki, Azərbaycan və Ermənistan arasında qısa zamanda sülh təmin edilsin və iki ölkə arasında bütün nəqliyyat maneələri aradan qaldırılsın.

İki ölkə arasında sülh yaranandan sonra Bakıya gedib muğama qulaq asmaq Qaqikin arzularından biridir.

O deyir ki, canı çay istəyəndə çayxanaya gedib orada azərbaycanlı dostları ilə çay içib söhbət edir.

Qaqik Xaratovun dediyi çay evi Tbilisidə, "Köhnə Şəhər"də yerləşir. Keçmiş sahibi, azərbaycanlı Sabir vəfat edəndən sonra çayxana fəaliyyətini dayandırıbmış.

Yerləşdiyi məhəllə camaatının istəyi və təklifi ilə çayxana 3 ay əvvəl yenidən açılıb. Yeni sahibi də azərbaycanlıdır.

İndi Hüseyin Allahverdiyevun işlətdiyi çayxana hazırda "Köhnə Şəhər"də fəaliyyət göstərən yeganə çay evidir.

Mirzə Fətəli Axundov küçəsində yerləşən çayxana gürcü, rus və azərbaycan dillərində yazılmış “çay” sözü və rəngarəng eksteryeri ilə dərhal diqqət çəkir.

İçəri girəndə sizi tarixə meydan oxuyan köhnə kərpic divarlar, qədim xalçalar, şəhərin rəngarəng və çoxmədəniyyətli həyatını əks etdirən rəsmlər və təbii ki, çay içib nərd, domino oynayan müştərilər qarşılayır.
Burda söhbət edən müştərilərə qulaq kəsiləndə eyni anda azərbaycanca, ermənicə, gürcücə və kürdcə də daxil olmaqla 4-5 fərqli dil eşidə bilərsən.

Bu dilləri necə öyrəndiklərini soruşduqda isə hamısı eyni cavabı verir: “Uşaq vaxtı bir yerdə oyun oynayırdıq, belə öyrənmişik”.

Ərazidəki kafe-restoranlar əksəriyyəti təqaüdçü olan bu insanların büdcəsinə uyğun olmadığından, bu çay evi məhəllə sakinlərinin sosiallaşması üçün mühüm məkandır. Məhəllə sakinləri çayxanada dostları ilə görüşürlər, çay içib söhbətləşirlər, özlərinin dediyi kimi “nərd oynayıb dincəlirlər”.

Tbilisidə doğulub boya-başa çatan Eduard (Edik) Petrosyan çay evinə tez-tez gəlir. O, Ermənistanla Azərbaycan arasında müharibənin təsirini hiss edənlərdən biridir.
Petrosyanın atası Gürcüstan ermənisi, anası isə İran azərbaycanlısı olub. Özünün dediyinə görə, Eduard cəmi dörd aylıq olarkən anası Stalin dövründə Qazaxıstana sürgün edilib və o, uzun illər anasından ayrı qalıb. Daha sonra anası bir azərbaycanlı ilə ailə qurub Bakıya köçüb, atası da başqa bir qadınla evlənib. Bakıda ana tərəfdən qohumlarının yaşadığını deyən Eduard Azərbaycandan olan iki qardaşından da həsrətlə danışır.

Sovet vaxtı qardaşlar bir-birinə gedib-gəliblər, lakin Ermənistanla Azərbaycan arasında müharibə başlayanda onların arasında əlaqə kəsilib, anası rəhmətə gedəndə isə bağları tamamilə qopub. O mənə iki qardaşının yaşadığı şəhərləri, onların ad və soyadlarını deyir:

“Soyadıma görə Azərbaycana gedə bilmirəm. Bir gün qardaşlarımın böyüyünü görsən, onun mənə nə qədər bənzədiyini anlayacaqsan. Bizim üzümüz eynidir”, - deyə əlavə edir.

İkinci Qarabağ Müharibəsindən illər əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı bir açıqlamasında bəyan etmişdi ki, "bəzi milliyyətcə erməni olan şəxslərin hələ də etnik zəmində təfriqəçiliyin yaranması istiqamətində işlər aparır və o səbəbdən də bu kimi tədbirlər həyata keçirilir."
Çayxananın yerləşdiyi küçədə doğulub boya-başa çatan Vaqif Novruzov da bu məkanın daimi sakinlərindəndir.

“Pis millət yoxdur, pis adam var” – deyə o, sözə başlayır və deyir ki, yaşadığı məhəllənin illərdir dəyişməyən bir qanunu var: hər cür etnik ayrı-seçkilik qadağandır.

“Bizdə ayrı-seçkilik yoxdur. Buraya həm ermənilər, həm azərbaycanlılar, həm kürdlər, həm də gürcülər gəlir. Biz hamımız dostuq. Biz dost olmasaq, bu davada qalib gələn olmayacaq"- deyə o əlavə edir.
 
Ardını oxu...
"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:

"Yoxsa, bu cərimələr həmin insanların adında qalacaq və hara da getsələr onlarla bağlı araşdırma aparan zaman sistemdə görünəcək. Yaxud da ayrı-ayrı fərdlər müraciət edib hüquq-mühafizə orqanlarından xahiş edə bilərlər ki, adlarında olan cəriməni ləvğ etsinlər. Tələb edə bilməzlər, çünkü onlar üçün bu müddət bitib. Gərək həmin vaxtlar bununla bağlı məhkəməyə şikayət edəydilər. Onu da etməyiblər. Hazırda onların üzərində bu cərimələr varsa, qanun üçün fərqi yoxdur, yəni bu karantinə, yaxud maska taxmamağa görə olub ya yox".

Əkrəm Həsənov qeyd edib ki, cəriməni tətbiq edən qurumun onu ləvğ etməsi inandırıcı deyil:

"Nəyə əsasən? Birini ləvğ edəcək, bəs o biriləri? Ona görə də bu dövlət səviyyəsində həll olunmalıdır".

Qeyd edək ki, Azərbaycanda 2020-ci ildən pandemiya ilə əlaqədar karantin qaydaları tətbiq edilib. Bu qaydalara əməl etməyənlərə hüquq-mühafizə orqanları tərəfindən müvafiq cərimələr tətbiq edilib.
 
Ardını oxu...
Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi Rəhimov Sənan Təyar oğlu vəzifəsindən azad edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr ədliyyə naziri Fərid Əhmədov tərəfindən verilib.

Məlumata görə, idarə rəisinin müavinlərindən biri də işdən çıxarılıb. Onların yerinə hələlik təyinat olmayıb.

Xatırladaq ki, bu ilin fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov ölkənin ədliyyə naziri təyin edilib.

O, təyin edilməsindən bir müddət sonra Nazirlikdə kadr islahatları həyata keçirib. Belə ki, ötən ay nazirin əmri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib. Bu gün isə strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini Kazımov Sübhi Əli oğlu işdən çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, Nazirlikdə daha bir neçə idarə rəisi və müavinlərinə xəbərdarlıq edilib. Qarşıdakı müddətdə digər idarə rəisi və müavinlərinin də işdən azad ediləcəyi və yeni təyinatların olacağı gözlənilir.
Ardını oxu...
Bu gün səhər 199 saylı sərnişin avtobusunda insident yaşanıb.

Yenicag.az xəbər verir ki, həmin marşrut avtobusunun sürücüsü ilə sərnişinlərin arasında baş verən mübahisə sərnişinlərdən birinin avtobusun şüşəsini yumruqlaması ilə nəticələnib.

Belə ki, Abşeron Gənclər şəhərciyinin qarşısındakı “Mebel evi” ticarət mərkəzinin dayanacağından sərnişin sıxlığı olduğu üçün sürücü orta və arxa qapıdan sərnişinlərin avtobusa minməsinə imkan yaradıb. Adətən, bu hal avtobusda sıxlıq olan vaxtlarda sürücülərin əksəriyyəti bu şəraiti yaradır. Yolboyu avtobusda sərnişin sıxlığlı artdığı üçün sərnişinlər dayanacaqda əlavə sərnişin götürməməsi üçün sürücüyə irad bildiriblər. Bu iradlara sürücü çox əsəbi tonda cavab verib. Hər dayanacaqda avtobusu uzun müddət saxlayıb, sərnişinlərlə mübahisə edən sürücü kobud ifadələr işlətməkdən belə çəkinməyib. “Dayanmadan sürəcəm”, “Bir də Yaşıl bazarda saxlayacam”, “Duxunuz çatırsa, səsinizi çıxarın” və s. bu kimi sözləri sərnişlərin etirazına səbəb olub.

Avtovağzaldakı dayanacaqda sərnişlərdən biri sıxlıqda irəli gedə bilmədiyi üçün sürücüdən ön qapını açmasını istəyib. Bu zaman sürücü əsəbi tonda qapını açmayacağını bildirib, təklif edib ki, sərnişin orta qapıdan düşsün. Sərnişinin təkidinə baxmayaraq, sürücü avtobusun qapısını açmayıb, avtobusu sürmək istəyib. Bu da sərnişini qəzəbləndirib, yumruqla şüşəyə zərbə endirib. Sərnişinlərin avtobusdan düşməsinə icazə verməyən sürücü qapıları açmaqdan imtina edib, 102-yə zəng edib. İşə gecikdiklərini bildirən sərnişinlərə isə sürücünün cavabı belə olub: “Polis və şirkətin işçiləri gələcək, onlara cavab verərsiniz”.

Uzun mübahisələrdən sonra sərnişinlər avtobusdan düşürülüb, sürücü avtobusu sürüb gedib.

Hadisə ilə bağlı “Xaliq Faiqoğlu” MMC-nin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev Yenicag.az-a bildirdi ki, baş verən insidentdən məlumatları var.

“99 JP 626 nömrə nişanlı avtobusun sürücüsü Zülfqarov Zahidlə sərnişin arasında saat 09:15-09:30 radələri arasında baş verən isnidentin kamera görüntüsünün çıxarılacaq və hadisə araşdırılacaq”, – deyə o bildirib.
 
Ardını oxu...
“Arvad hər şeyə cavabdeh idi” - qeyri-qanuni immiqrant ailəsi olan Şapoşnikoblar Avropada partlayış və zəhərlənmələrin təşkilinə necə kömək ediblər?

Avropada Rusiya hərbi kəşfiyyatının təşkil etdiyi bir sıra partlayışlar və zəhərlənmələr 1990-cı illərin əvvəllərində Çexiyada siyasi sığınacaq almış evli cütlük Nikolay və Yelena Şapoşnikovla əlaqələndirilir. Bu barədə “The Insider”in araşdırmasında qeyd edilir.

Şapoşnikovların Çexiya vətəndaşlığı var - onlar bunu sonradan alıblar. Lakin cütlük tərcümeyi-hallarının bəzi təfərrüatlarını gizlədiblər. Nikolay Əfqanıstandakı xidməti barədə yerli hakimiyyət orqanlarına məlumat verməyib və özünü atası kimi təqdim edərək həyat yoldaşının birinci evliliyindən olan oğlu üçün saxta doğum şəhadətnaməsi təqdim edib.

Yelena 1992-ci ildə sığınacaq aldıqdan sonra Ukrayna pasportunu təhvil verdiyi barədə yalan danışıb və bu sənəddən Rusiya və Ukraynaya getmək üçün istifadə etməyə davam edib. Baxmayaraq ki, orada siyasi səbəblərə görə təqib oluna biləcəyini iddia edirmiş.

2000-ci illərin əvvəllərində Nikolay Çexoslovakiya dövlət təhlükəsizlik aparatının keçmiş məxfi agenti, əvvəllər əks-kəşfiyyat şöbəsində məlumat verən və Sovet qoşunları ilə sıx əlaqələr saxlayan Petr Bernatikin “İmex” qrupunda işə düzəlib. Şirkət silah ticarəti ilə məşğul idi və Şapoşnikov orada biznesin inkişafı üzrə menecer kimi işləyirdi: o, “Imex” üçün yeni müştərilər axtarır və mövcud müştərilərə məsləhət verirdi. Yelena isə ərinin işi ilə rəsmi əlaqəsi olmayan öz biznesini idarə edirdi. Lakin polis sonradan qadının “İmex”in fəaliyyətində tam iştirak etdiyini və QRU-nun 29155 saylı hərbi hissəsinin rəisi, general Andrey Averyanovdan göstəriş alaraq ərinin hərəkətlərini fəal şəkildə idarə etdiyini öyrənə bilib.

Nikolayın ayda təqribən 650 dollar qazanmasına baxmayaraq, cütlük Çexiyada daşınmaz əmlak, Yunanıstanda villa alıb və onları “turistlərə” icarəyə veriblər. İstintaq bildirir ki, villanın əsl qonaqları ondan təhlükəsiz ev kimi istifadə edən QRU zabitləri olub.

“The Insider” xəbər verir ki, evli cütlük kəşfiyyatçılar üçün məlumat toplayıb, həmçinin Çexiya və Bolqarıstandakı silah-sursat anbarlarında partlayışların təşkilinə kömək edib. Bolqarıstanlı silah alverçisi Emelyan Gebrevin zəhərlənməsində Şapoşnikovların da əli ola bilər. O zəhərlənmə zamanı Ukrayna Silahlı Qüvvələri üçün sursat tədarükçüsü hesab olunurdu. Gebrev özü sonradan bildirib ki, zəhərlənmədən az əvvəl Ukraynaya sursat verməyi dayandırıb.

2014-cü ildə Şapoşnikovlar, Averyanovun göstərişi ilə Mişkina və Çepiqa (daha yaxşı Boşirov və Petrov kimi tanınır - Sergey Skripal və qızı Yuliyanın Solsberidə zəhərlənməsinin iştirakçıları) mərmilərin satın alındığı Vrbetitsadakı anbara ziyarət təşkil etdilər, amma Gebrev tərəfindən saxlanılırlar. Onların ərazidə göründüyü gün anbarlardan birində güclü partlayış baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub.
Ardını oxu...
Çex hüquq-mühafizə orqanları Şapoşnikovların QRU zabitləri ilə əlaqələrini və onların Çexiya və Bolqarıstandakı partlayışlarla əlaqəsini göstərən çoxlu sübutlar tapmağa müvəffəq olub. Həmin vaxt Yunanıstanda yaşayan cütlük dindirilmək üçün Çexiyaya gəlməkdən imtina etdiyi üçün yerli hakimiyyət nümayəndələri vasitəsilə onlarla müsahibə aparılıb. Cütlük 29155-ci bölmənin üzvləri ilə bütün əlaqələrinin "şəxsi" olduğunu və ya “Imex”in biznes maraqları ilə idarə olunduğunu təkid edib və həmçinin QRU-ya hər hansı təxribat əməliyyatında bilərəkdən kömək etmədiklərini iddia edib.

Şapoşnikovlar Çexiya hakimiyyətini rus mənşəli olduqlarına görə siyasi təqib etməkdə günahlandırdılar. Lakin “The Insider” Yelenanın gizli şəkildə Rusiya pasportunu aldığını və sonradan xaricə gedərkən həmin pasportdan istifadə etdiyini açığa çıxara bilib. Üstəlik, bu sənəd 29155-ci bölmənin üzvləri üçün nəzərdə tutulmuş nömrələr diapazonundan olub. Yelenanın bu pasportla Moskvaya səfərlərindən biri Vladimir Putinin öz fərmanı ilə ona Rusiya Qəhrəmanı adına layiq görüldüyü vaxta təsadüf edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkən məqamdan biri Nikolay Şapoşnikovun spirtli içkilərdən istifadə etməyə başlaması olub. Nikolay ona yazılan dərmanlara laqeyd yanaşmağa başlayıb və 2024-cü ilin fevralında infarktdan ölüb. Yelena Şapoşnikova isə hazırda Yunanıstanda yaşayır.

Qeyd edək ki, aprelin 29-da Çexiya polisi və Milli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Mərkəzi (NCOZ) 2014-cü ildə Vrbetisa anbarında baş verən partlayışlarda Rusiya hərbi kəşfiyyatını günahlandırıb. Eyni zamanda, idarədən qeyd edilib ki, bu, yeganə belə hərəkət deyil. Rusiya kəşfiyyatının Avropa İttifaqı və Ukrayna ərazisində "uzunmüddətli təxribat fəaliyyəti proqramının həyata keçirilməsinin" bir hissəsidir. Hüquq-mühafizə orqanları isə hələlik işə əlavə olaraq baxa bilmirlər, çünki şübhəlilər Rusiyadadırlar və Moskva onları Çexiya hakimiyyətinə verməkdən imtina edib.

2021-ci ilin aprelində Çexiya polisi Vrbetisadakı partlayışlarda əli olmaqda şübhəli bilinən Aleksandr Petrov və Ruslan Boşirovu (Mişkin və Çepiqu) axtarışa verib.

Müəllif: Turan Abdulla
ayna.az
 
 
 
Ardını oxu...
Tanınmış uzman-doktor Zamin Həşimov sosial şəbəkə hesabında sensasiyaya səbəb olacaq qeydlər yazıb.

Gununsesi.info tanınmış həkimin üzləşdiyi olay haqqında qeydlərini təqdim edir.
Ardını oxu...
“Marqans əməliyyatı” həyata geçirən dəstə mövcuddur . Həkimlərə qurulan bu hiylənin qurbanı bu gün mən olmalı idim .

Ssenari üzrə mənə zəng gəldi , övladının sünnət olduğunu və az miqdarda “marqans”a ehtiyacı olduğunu bildirdi .Daha sonra iş Otağıma girdi və stolumun üstünə 10 AZN qoydu . Pulunu geri qaytardıqdan sonra mən həmin şəxsi sorğu-suala aldım və məlum oldu ki onun dediyi ad soyadda sünnət olunan uşaq yoxdur .

( Güya Rahat doktor onun övladını sünnət edib , doktora həmin an zəng edib dəqiqləşdirdim ). Özünün də kimliyini gizlətdi . Həmin şəxsin videosunu öz razılığı ilə çəkdim . Videonu vəkilimlə məsləhləşdikdən sonra paylaşacam . Özünüz qiymət verəcəksiz .

Eşitdiyimə görə məndən əvvəl başqa həkimlərə eyni tələ qurulub 7000 AZN , 2000 AZN pul alıblar. Bu işin arxasında kimlər olduğunu deyə bilmərəm . Ancaq Gəncədə zərərçəkmişlər var .

Bəlkə də bizim alın tərimizlə qazandığımız pula gözləri düşüb . Bəlkə də bu gün bir şəhid atasını əməliyyat etliyim üçün idi . Bəlkə də 44 günlük müharibəni onlar kimi kresloda oturup “vodka” içərək deyil , Azərbaycan əsgərini həyata qaytarmaq üçün mücadilə etdiyimiz üçündür”.

Sonda Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabını tağ edən Zamin Həşimov nazirlikdən bu olayın araşdırılmasını xahiş edib.
 
Ardını oxu...
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 15 il ötür.

Oxu.Az xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.

Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra özünü də öldürüb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.

Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək “İnterpol”a verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.

Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

Terror zamanı həyatını itirən şəxslərin siyahısı:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Dəhşətli terror aktının məsum qurbanlarını rəhmətlə anırıq!
 
Ardını oxu...
-Her şeyin sonunu düşünen kahraman olamaz(Şeyh Şamil) - Bugün ömrünü Doğu Türkistan'nın bağımsızlığına adayan ve bu uğurda şehit edilen Altay kartalı Osman Batur'un ve ailesinin şehadetlerinin 73. yıldönümü.
Güneşin söndüğü gün:
Kabiyra'nın Çığlığı
Altay Kartalı Şehit Osman Batur'un 18 yaşındaki kızı Kabiyra, babasının gözleri önünde 14 yaşındaki erkek kardeşi Baybolla, 11 yaşındaki erkek kardeşi Kariy ve 9 yaşındaki kız kardeşi Sapiyan ile birlikte satırlarla Çinli askerler tarafından parça parça edilip yakındaki kuyuya atılmıştır, annesi Mamey bu manzara karşısında çılgına dönüp aklını yitirerek kendisini yakınlarda bulunan nehrin azgın sularına atmıştır.
Altay Kartalı Osman Batur'un ve çocuklarının şehit edildiği 29 Nisan 1951 gününe o günden itibaren Doğu Türkistan Türkleri "Güneşin söndüğü gün" demektedir.
Aziz Rûhları şâd, mekânları Cennet olsun...
Osman Batur kimdir? Osman Batur'un hayatı ve mücadelesi nedir? Büyük kahraman Osman Batur'un hayatı ve biyografisi!
Büyük Türk kahramanı ve bağımsızlık savaşçısı Osman Batur'un ölüm yıldönümünü idrak ediyoruz. Kahraman Osman Batur'a Allah'tan rahmet diliyoruz.
Osman Batur Çin ve Rusya'ya karşı verdiği amansız mücadele ve direniş ile Türk tarihini kahramanları arasında adını yazdırmıştır. Onun bağımsızlık mücadelesi ve verdiği savaş destanlaşmıştır. Osman Batur zulüm altındaki Türk toplumlarının umudu olmuştur.Osman Batur'un hayatı ve mücadelesi nedir?
OSMAN BATUR KİMDİR?
Osman Batur 1899 - 29 Nisan 1951, Doğu Türkistan'ın bağımsızlığı için mücadele etmiş olan direnişçi lider.[1] Altay Kazaklarındandır. 20. yüzyılın ilk yarısında Çinliler ve Ruslara karşı bağımsızlık mücadelesi vermiş ve 1951 yılında Çinliler tarafından idam edilmiştir.
YAŞAM ÖYKÜSÜ
Asıl adı Osman İslamoğlu'dur. "Batur" ona kahraman, cesur anlamında milletinin verdiği bir unvandır. 1899 yılında Altay'ın Köktogay bölgesinde Öngdirkara mevkiinde doğmuştur. Altay Kazaklarından orta halli bir çiftçi olan İslâm Bey'in oğludur. Göçebe Kazak hayatını yaşayarak büyüdü. 10 yaşından önce iyi bir binici ve usta bir avcı olan Osman Batur, savaş sanatının inceliklerini 12 yaşında hizmetine girdiği Kazak Türklerinden olan Böke Batur'dan öğrenmiştir. Böke Batur'un Çinlilere yenilmesi akabinde Böke Batur'un Tibet üzerinden Türkiye'ye ulaşmaya çalışırken yakalanıp başının kesilmesinden sonra doğduğu yerde 40 yaşına kadar çiftçilikle uğraştı. 1940 yılına gelindiğinde Çin yönetiminin baskılarını iyice arttırması üzerine silahını alarak tek başına dağa çıktı. Tek başına başladığı mücadeleyi 29 Nisan 1951'de Urumçi'de idam edilene dek sürdürdü.
MÜCADELESİ
1941 yılında Çinlilere ve Ruslara karşı mücadeleye başlayan Osman Batur bütün Altay topraklarının ve Doğu Türkistan'ın Çinlilerden ve Ruslardan kurtarılmasını amaç edinmişti. II. Dünya Savaşı yıllarında Doğu Türkistan topraklarındaki Türklere yönelik baskıların kuvvetlenmesi ile birlikte tepki hareketleri de kuvvet kazanmış ve Osman Batur'un yükselmesine zemin hazırlamıştı.
Altayları Çinlilerden temizlemeye başlayan Osman Batur, 1943 yılında hedefine ulaşmış gözüküyordu. 22 Temmuz 1943'te Bulgun'da yapılan törenle Osman Batur Altay Kazakları'nın hanı ilân edildi. 1945'e gelindiğinde Doğu Türkistan'da birkaç şehir haricinde kontrol Türklerin eline geçmişti. Durum Çinliler için artık tahammül edilemez ve tehlikeli bir hâl alınca Çin orduları bölgeye sert ve yoğun operasyonlar uyguladı. Targabatay ve Altaylardan çıkarılan Osman Batur mücadeleye otuz bin kişi ile başlamış olsa da 1950'ye gelindiğinde bu sayı yaklaşık dört bin idi. Alibek Hakim ve silah arkadaşlarının mücadelesi de vardı.
1951 yılında Kanambal'da sıkıştırılan Osman Batur esir düştü ve Urumçi'ye götürüldü.
Osman Batur, halk arasında dolaştırılarak teşhir edildi ve 29 Nisan 1951 tarihinde kurşuna dizilerek öldürüldü.
Habib Ateş
TEREF

Dünyapress TV

Xəbər lenti